Məhkəmə qərarları › İş №2(103)-2721/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2721/2024

23.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2721/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı “mənzildən istifadə hüququna xitam verilməsi, müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh anasıdır. Mübahisə ünvan 20 saylı evin, 10 saylı mənzili ilə bağlı yaranıb. Mübahisəli mənzil Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qeydiyyatda olduğu və ona məxsus olan mübahisəli mənzildən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mübahisəli mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün cavabdehin bu mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 1975-ci ildən etibarən ünvan 1 ünvanda yaşamışdır. Bu ünvanda yaşadığı vaxt xx xxxxxx 1976-cı il tarixdə hazırkı iddia üzrə cavabdeh qızı Məmmədova (Adgözəlova) Vəsilə Nəriman qızı anadan olmuşdur. Cavabdeh, X12 ilə 2000-ci ildə ailə qurmuşdur. Qızının həyat yoldaşı X1 rayonundan məcburi köçkün olduğu üçün, ailəsi ilə (cavabdeh ilə) birlikdə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Ərəblinka 18 ünvanda yaşamışlar. Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Aparatı Qaçqınlar və X23 Şöbəsinin xx.xx.2008-ci il tarixli 2282 nömrəli arayışda qeyd olunmuşdur ki, X12, həyat yoldaşı Cavabdeh, övladları ilə birlikdə Bakıxanov qəsəbəsi Ərəblinka 18a ünvanında müvəqqəti olaraq, məskunlaşmışlar. 2004-cü ildən sonra o, Cavabdeh özünə məxsus İslam Abışov küçəsi 16, mənzil 10 ünvanda müvəqqəti yaşamağına razılıq vermişdir. Cavabdeh və onun həyat yoldaşı və digər ailə üzvləri (qayınatası Şamil ilə birlikdə) üçün Ərəblinka 18 ünvanda-sıxlıq olduğundan sərbəst yaşamalarına şərait yaratmaq üçün cavabdehin ona məxsus mənzildə müvəqqəti yaşamaqlarına razılıq vermişdir. Belə bir razılıq heç də mənzilin birdəfəlik onun nəzarətinə keçməsi anlamına gəlmək deyildir. Cavabdeh müvəqqəti olaraq məskunlaşdığı ünvan söküldükdən sonra, onun qayınatasının adına Dövlət tərəfindən Sabunçu rayonun Kürdəxanı qəsəbəsində məcburi köçkün ailəsi kimi ev verilmişdir. Çünki onların məcburi köçkün kimi qeydiyyatda olduqları ünvan Sabunçu rayonu Ərəblinka 18 ünvanı idi. Cavabdeh evində qaldığı müddətdə, paralel olaraq Ərəblinkadakı ünvanda köçkün ailəsi kimi qeydiyyatda olmaqla, Ərəblinka 18 ünvanda qayınatası Şamil Məmmədov qalırdı. Ərəblinka 18 ünvanı söküldüyünə görə, Dövlət Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Eldəniz Məmmədovun atası X10 adına ev verib. Cavabdehin həyat yoldaşı (Eldəniz Məmmədov) məcburi köçkün olmağına baxmayaraq, (onun həyat yoldaşının) Bakı şəhəri X20 ərazisində və Quba rayonunda (Alekseyevka kəndi) birgə nikah dövründə inşa etdiyi fərdi evləri vardır. Quba rayonu Alekseyevka kəndi alma bağının yanındakı evin yerləşdiyi torpaq sahəsi cavabdehin həyat yoldaşı Eldəniz Məmmədovun adınadır. Cavabdeh ona məxsus İslam Abışov küçəsi 16 ünvandakı 10 saylı mənzildə özünün bəzi köhnə yararsız əşyalarını saxlamaqla, 1975-ci ildən ona məxsus olan mənzilinin qapısını bağlamaqla onun öz mənzilinə köçüb yaşamasına maneçilik edir. Cavabdehin hərəkətləri nəticəsində 1975ci ildən ona məxsus olan və davamlı şəkildə istifadə etdiyi mənzilə münasibətdə hüquqları pozulur. Mənzilinin bağlı saxlanılması onun təyinatı üzrə istifadəsinin pozulması ilə yanaşı, mənzilin saxlanması qaydaları pozulmaqla mənzilin dağılmasına səbəb olur. Cavabdehin müvəqqəti qeydiyyatda olub, ailəsi ilə yaşadığı Ərəblinka18 ünvanı söküldüyü üçün bu səbəbdən qayınatası Şamil Məmmədovun adına həm Dövlət yaşamaq üçün mənzil vermiş, həmdə cavabdeh həyat yoldaşı ilə birgə nikah dövründə inşa etdiyi fərdi həyət evlərinin olması və həmin evdə yaşamaqla, onun mənzilinin qapısını qıfıl ilə bağlamaqla hüquqlarını pozur. Hansı ki, cavabdehin ona məxsus qeyd olunan ünvana münasibətdə istifadə hüququnun xitam olunması barədə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mövcuddur. Əlavə sübutlar əldə etmək üçün Qaçqın və MKİ üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektoruna vəkil tərəfindən sorğu verilmişdir. Cavabdeh öz ailəsi ilə birlikdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ərəblinka18 ünvanda faktiki olaraq 2008-ci ildə məskunlaşması, həmin ünvanda məcburi köçkün ailə üzvü kimi qeydiyyatda olmaqla uşaqların həmin ərazidə yerləşən məktəbə və bağçaya getməsini təsdiq edən rəsmi arayışlarla bu fakt sübut olunur. Onun müvəqqəti olaraq özünə məxsus olan İslam Abışov küçəsi 16 ünvandakı 10 saylı mənzildən istifadə etməyə icazə verməyi heç də cavabdehə əsas vermir ki, anasına 1975-ci ildən məxsus olan mənzili zəbt edib, mənzil sahibini evə buraxmasın. Nəzərə alınmalıdır ki, iddiaçının yaşayış yeri var. Onun bu yaşayış sahəsinə ehtiyacı yoxdur. Bu yaşayış sahəsinə ehtiyacın olmaması həm Dövlətin onlara (qayınatasının adına) məcburi köçkün ailəsi kimi ev verilməsi faktı, həmdə özlərinin iki yerdə fərdi yaşayış evlərinin olması ilə təsdiq edilir. Cavabdeh, ona məxsus mənzilə köçüb yaşamağına maneçilik edir. Cavabdehin ona məxsus olan evdən istifadə hüququna Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verilmişdir. Cavabdehin nikahda olduğu həyat yoldaşının adına ev (əmlak) olması barədə sübut kimi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı vardır. Bununla yanaşı Cavabdeh məhkəməyə iddia ərizəsi təqdim edərək, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi16 ünvandakı 10 saylı mənzilində istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində yerləşən 16 ünvandakı evin 10 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsi, ev 16-da yerləşən 10 saylı mənzil Bakı şəhəri 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Cavabdeh İddiaçı onun anasıdır. O, 1992-ci il ildən İslam Abışov küçəsi ev 16, mənzil 10-dan çıxaraq, əşyalarını götürərək, həyat yoldaşı olan atası ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” Y/S 22 saylı evin 31 saylı mənzilində daimi yaşayır. Cavabdeh hazırda mülkiyyətində olan mənzilə xx.xx.1991-ci il tarixli orderə əsasən köçmüşdür, 2008-ci il tarixdə yaşadığı mənzili həyat yoldaşı X3 razılıq ərizəsi əsasında özəlləşdirərək, xx.xx.2008-ci il tarixdə həmin mənzilə mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyatdan keçmişdir. İndiyə kimi cavabdeh mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə birlikdə yaşayır. Bu səbəbə görə onun ailəsi ilə yaşadığı İslam Abışov ev 16-da yerləşən 10 saylı mənzildən istifadə hüququnu cavabdeh itirmişdir. O, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da, orada həmin illərdə də yaşamamışdır. Cavabdeh İddiaçı mübahisəli mənzildə istifadə hüququnu itirmişdir, həmçinin onun yaşadığı mənzilin qeyri-yaşayış sahəsinə ehtiyacı da yoxdur, o mülkiyyətində olan mənzildə yaşayır. Niyyəti onun ərindən boşanmağına nail olmaqdır. Hazırda cavabdeh saxta kirayə müqaviləsi əsasında ailəsiylə yaşadığı İslam Abışov küçəsi ev 16, m 10-da qeydiyyata düşdüyünə görə mənzilə köçürülmə barədə tələb irəli sürmüşdür. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, “Q” yaşayış sahəsi, ev 22, 31 saylı mənzil İddiaçı mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, MKİB-nin 105 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzilindən İddiaçı xx.xx.2019-cu il tarixdən qeydiyyatdan çıxıb, lakin faktiki həmin ünvanda yaşayır. Həmçinin həmin ünvanda həyat yoldaşı X7 da yaşayır. Cavabdehin qanunsuz olaraq saxta kirayə müqaviləsi əsasında yaşadığı mənzilə qeydiyyata düşməsi onun həmin mənzilə köçürülməsi üçün əsas ola bilməz. Belə ki, yaşadığı Bakı şəhəri, İ.Abışov küçəsi 16 saylı evdə yerləşən 10 saylı mənzilə cavabdeh İddiaçı guya onunla Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 78 saylı MKİS arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən qeydiyyata düşmüşdür. DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı; xx.xx.2021-ci il tarixdən xx.xx.2004-cü il tarixədək ünvan 12 ünvanında xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 13 ünvanında xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 12 ünvanında qeydiyyatdadır. Göstərilən idarənin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 12 ünvanına qeydiyyata alınmasına dair kirayə müqaviləsi qanunsuz olmuşdur. Belə bir müqavilə bağlamadığını bildiyi üçün ASAN 1 Xidmətinə müraciət edib arayış əldə etmişdir. Daha sonra müqavilənin araşdırılması üçün Nərimanov RPİ-yə müraciət etmişdir. Ərizə üzrə araşdırılma aparılmış, bununla bağlı 07 fevral 2022-ci il tarixdə ekspertiza təyin olunmuş və ekspert rəyində müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsində “kirayəçi” qrafasında əks olunmuş imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, müəyyən olunmuşdur ki, yuxarıda göstərilən kirayə müqaviləsi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1537/2023 saylı 17 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamentinə qarşı istifadə hüquqlarının itirilmiş hesab edilməsi, kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1537/2023 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)- 63/2023 nömrəli mülki işlə bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən şahid X7 bildirmişdir ki, iddiaçı onun arvadı, cavabdeh isə qızıdır. Cavabdeh ailə həyatı qurduğu ilk dövrlərdən əriylə mübahisələr yaşamış, bu səbəbdən tez-tez onların yanında qalması zərurəti yaranmışdır. Cavabdeh 2019-cu ilin yanvarında son dəfə onların yanına köçmüş və onlarla 7-8 ay yaşamışdır. Özü və arvadı 1992-ci ildən Yeni Günəşli qəsəbəsində yaşamışlar. Nərimanov Rayon Məhkəməsinin e-2(005)-63/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası rədd edilmiş, Cavabdeh iddiası qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 16 nömrəli evin, 10 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmiş, Cavabdeh iddiası qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən etmişdir ki, mübahisəli mənzil hal-hazırda 78 saylı Mənzil Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Həmin ünvanda hazırda X13, İddiaçı və Cavabdeh pasport qeydiyyatındadır. Hazırda mübahisəli mənzildə Cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, həmin mənzildə yaşamır, daimi əsaslarla bu mənzili tərk etmiş və başqa mənzildə, yəni ünvan 14 ünvanında yaşamaqdadır. Qeyd edilən hal tərəflərin verdiyi izahatlar, şahid ifadələri, habelə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti Suraxanı Rayon MKTB 105 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 509 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə X21, X14, X15, X17, X13 və Cavabdeh Nərimanov rayonu, İslam Abışov küçəsi ev 16, 10 saylı mənzildən istifadə hüquqlarına xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5133/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3852/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi həmçinin müəyyən etmişdir tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər xx.xx.2009-cu il tarixədək yaranmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıbyaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsinin mövqeyinə görə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun qeydiyyatda olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır. Bununla belə, birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan İddiaçı həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzillə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzil mövcuddur, həmin mənzildə əri X7 ilə birlikdə 1992-ci ildən yaşayır. Birinci instansiya məhkəməsi İddiaçı mübahisəli mənzildən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmaqla, onun həmin mənzilə köçürülməsi və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mübahisəli mənzilindən cavabdehin istifadə hüququna xitam verildiyi üçün Cavabdeh bu mənzildən çıxarılması tələbi ilə bağlı göstərmişdir ki, Cavabdeh mübahisəli mənzindən İddiaçı istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə tələbi təmin olunduğundan E. Adgözəlovanın iddia tələbi təmin oluna bilməz. Birinci instansiya məhkəməsi Cavabdeh “Cavabdeh ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsi arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin müqavilədən irəli gələn nəticələrin etibarsız sayılması” tələbi ilə bağlı qeyd etmişdir ki, qeyd olunan müqavilənin əsli mövcud olmamaqla 05 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Müqavilənin mövcudluğundan Cavabdeh məlumatı olmuş, 2022-ci ildə bununla bağlı inzibati məhkəməyə müraciət etmişdir. Cavabdeh həmin əqdi mübahisələndirmək hüququnu itirmişdir. Buna görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin göstəmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə də zərurət də yoxdur. Qanunvericiliyə görə həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Mülki Məcəllənin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Bu baxımdan, iddiaçı tərəf qanunvericilikdə nəzərdə tutulmuş bir il ərzində əqdi mübahisələndirmək hüququnu da itirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.2, 152.5, 157.8, 158.1.2, 262.2, 354.2, 375.2-ci, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 51, 54, 60, 87, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 1, 2, 9-cu, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarları ilə əsaslandırmışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin öz iddiasının rədd, cavabdehin iddiasının qismən təmin olunması hissəsində ləğv, öz iddiasının təmin, cavabdehin iddiasının isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilin mülkiyyətçisi deyildir, göstərilən mənzilə dair cavabdehin adına kirayə müqaviləsinin bağlanması barədə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən sərəncam verilməmişdir. Belə olduğu halda hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar servitutdan söhbət gedə bilməz. Belə ki, mülki qanunvericiliyə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Birinci instansiya məhkəməsi qətnamədə qeyd etmişdir ki, “İddiaçı mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsinin mümkünlüyü məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının yaranıb yaranmaması, yarandığı təqdirdə isə bu hüquqa xitam verilməli olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, ilkin iddia üzrə İddiaçı yaşayış evini daimi əsaslarla tərk etmiş və bununla da həmin evə olan istifadə hüquqlarını itirmişdir. Hazırkı vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə istifadə hüquqlarının olması və onun pasport qeydiyyatında olması hüquqi nəticə etibarilə formal xarakter daşıyır. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Lakin sonradan X4 həmin mənzili daimi əsaslarla tərk etmişdir və uzun müddətdir həmin mənzildə yaşamır. Onun hazırda həmin mənzilə hər hansı hüquqi bağlılığı qalmamışdır. Bu səbəbdən İddiaçı mənzildən istifadə hüququ saxlanıla bilməz və onun bu hüququna xitam verilməlidir. Digər tərəfdən, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzili mövcuddur, həmin mənzildə əri X5 ilə birlikdə 1992-ci ildən yaşayır.” Tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranması nəzərə alınmaqla birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə qəti razılaşmaq olmaz. Belə ki, İddiaçı qətnamədə göstərildiyi kimi qanuni əsaslarla deyil, özündən asılı olmayan səbəblərdən, Cavabdeh ona qarşı etdiyi qanunsuz hərəkətlər, təhqirlər, təhdidlər nəticəsində öz alın təri və zəhməti ilə əldə etdiyi mənzili tərk etməli olmuşdur. Bu fakt mülki işin materiallarına əlavə edilmiş sənədlər, o cümlədən məhkəmə qətnamələri və təhqiqat orqanı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti ilə tam təsdiq edilir. Məhz həmin rədd qərarının yekun hissəsində tərəflərin münaqişəli ailə kimi qeydiyyata götürülməsi və onlarla profilaktik söhbətlər aparılması qərara alınmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi sübutlara obyektiv qiymət verməmiş, həmin sübutlara birtərəfli yanaşmış, Cavabdeh Bakı şəhərində 3 ünvanda və Quba rayonunda yaşayış evlərinin olduğu halda bu fakta hüquqi qiymət verməmiş, yalnız İddiaçı Yeni Günəşli qəsəbəsində adına mənzilin olmasını əsas götürərək, qanunsuz olaraq onun hazırkı iş üzrə mübahisəli hesab edilən mənzildə üzrlü səbəblərdən yaşamamasını nəzərə alınmayaraq, həmin yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən daha bir yanlışlığa yol vermiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin İddiaçı heç bir aidiyyətı olmadığı halda, guya həmin qətnamə əsasında mübahisəli mənzilindən İddiaçı istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir. Halbuki, həmin qətnamədə Cavabdeh və digərlərinin yaşayış sahəsindən istifadə hüquqlarına dair mübahisəyə qiymət verilmişdir. İddiaçı həmin mülki iş üzrə tərəf olmamışdır. Nəzərə alınmalıdır ki, 1991-ci il tarixli order əsasında İddiaçı və onun ailə üzvləri Günəşli qəsəbəsində ev almışdır. Həmin evdə məcburi köçkün statusuna malik olan şəxslər yerləşdiyi üçün bu mənzilə İddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə köçə bilmişlər. Həmin mənzilə qeydiyyata düşənlərdən biri də Cavabdeh olmuşdur. Belə ki, cavabdeh 1996-cı ildən Günəşlidə qeydiyyatda olmaqla, 1999-cu ildə həmin ünvandan Bakıxanov qəsəbəsindəki Ərəblinka, 18 a ünvanındakı mənzilə gəlin köçmüş, qeydiyyatı Günəşli qəsəbəsində saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5522/2023 saylı, 9 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh qarşı (BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin və BŞİH MKTD-nin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzilə köçürülmə” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, apellyasiya şikayəti ilk iddiaya və qarşılıqlı iddiaya yönəldiyindən, maddi və prosessual hüquq normalarına riayət edilməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, qanunun norması səhv təfsir (tətbiq) edilmiş, iş üzrə mövcud olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilmədən (aid olmayan sübutlarla əhatə edildiyindən) müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə qət edilmişdir. Birinci instansiya məhkəməsi hüquqi cəhətdən mövcud olmayan (dövlət reyestrində qeydiyyata alınmayan və hər hansı bir sənədi olmayan) daşınmaz əmlaka dair müvafiq olaraq hüquqları da lazımi prosedur qaydasında təsdiq edilməyən şəxslərə (tərəflərə) münasibətdə qiymət vermiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş hallar sübuta yetirilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə hər hansı tələbin irəli sürülməsi üçün şəxsin subyektiv hüquqa malik olması müəyyən edilməlidir. İddiaçının işlədiyi müəssisə üzrə yaşayış sahəsi ilə təmin edilməsi arxiv sənədlərindən bəlli olsa da, “yaşayış sahəsi”nin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansından çıxarılması və qeyd edilən tarixdən aidiyyəti dövlət təşkilatları ilə kirayə müqaviləsinin bağlanmaması, orderin və ya digər sənədin olmaması, habelə iş üzrə kirayə müqaviləsinin əslinin və kökünün olmayaraq, onu imzalayan şəxslərin özləri tərəfindən tanınmaması, yəni əhəmiyyətsiz olması, tərəflərin sahiblik və ya istifadə hüquqlarına malik olmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mövcudluğu (hər hansı qeydiyyatı) müəyyən edilməyən daşınmaz əmlaka və bu əmlaka hər hansı hüquqları müəyyən edilməyən tərəflərə münasibətdə maddi hüquq normalarının tətbiqi (qüvvədən düşmüş mənzil qanunvericiliyinə istinad edilməsi) hüquqlardan (dispozitiv imkandan və diskresion səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi mümkün deyil və prosessual qanunvericiliyin tələbləri baxımından tərəflər öz iddialarının əsaslarını (subyektiv hüquqlarını) sübuta yetirməmişlər. Apellyasiya instansiyası məhkəməsi onu da izah etmişdir ki, tərəflər və ya maraqlı digər şəxslər aidiyyəti üzrə (inzibati icraat qaydasında) daşınmaz əmlakın və ona dair hüquqlarının müvafiq qeydiyyatlarını həyata keçirməlidirlər. Daha sonra yaranan subyektiv hüquqlarının müdafiəsi üçün müraciət, o cümlədən məhkəmə müdafiəsi hüquqlarından yararlana bilərlər. 46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 146.1, 146.2, 146.3, 146.5, 178.1, 178.7, 180-ci, Torpaq Məcəlləsinin 111-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 104.1-104.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh (vəkil X19) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, X2 ona qarşı iddia tələbinin rədd, öz iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-576/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarı ilə cavabdeh (iddiaçı) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5522/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin Cavabdeh E.Adıgözəlovaya qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında mənzildən istifadə edilməsi ilə bağlı münasibətlərin xx.xx.2009-cu il tarixədək yaranmasına istinad etsə də, bunu hansı sübutlar əsasında müəyyən etdiyini qətnamədən görmək olmur. Bundan əlavə, birinci instansiya məhkəməsi bir tərəfdən İddiaçı yaşayış sahəsini daimi əsaslarla tərk etməsini, bununla da onun həmin evə olan istifadə hüquqlarına itirməsinə, eyni zamanda onun mübahisəli mənzildən istifadə hüququnun yaranmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlmişdir. İşdən görünən odur ki, İddiaçı mübahisəli mənzilə iki dəfə qeydiyyata düşmüş, mənzil keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” Kombinatının balansında olmuş və Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 878 saylı sərəncamına əsasən Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 01 noyabr 2000-ci il tarixli sərəncamı ilə balansa qəbul edilmişdir. Hazırda mənzil 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Lakin İddiaçı mənzilə birinci dəfə qeydiyyatını nə vaxt itirməsi, ikinci dəfə mənzilə nə vaxt qeydiyyata düşməsi, üstəlik, mənzilin istər həmin vaxt, istərsə də hazırki vaxta statusunun nədən ibarət olması, mənzilin dövlət fonduna və ya xidməti yaşayış sahəsinə aidliyi müəyyən edilməyib. Halbuki tətbiq edilən maddi hüquq normaları baxımından işin bu hallarını müəyyən etmək zəruri olmuşdur. Belə ki, mənzilin statusundan asılı olaraq İddiaçı mənzildən birinci dəfə xx.xx.2009-cu il tarixədək olan müddətdə çıxaraq özünün mülkiyyətində olan başqa mənzilə köçməsi halında mübahisənin həlli üçün həmin vaxtadək qüvvədə olan Mənzil Məcəlləsinin dövlət fonduna aid mənzillərlə bağlı 53, 54, 60, 87-ci maddələri və ya xidməti yaşayış sahələrinə aid 100-105-ci maddələri nəzərdən keçirilə bilərdi. İddiaçı ikinci dəfə mənzilə qeydiyyata düşməsinin xx.xx.2009-cu il tarixdən sonrakı vaxta düşməsi halında isə yenə də mənzilin statusundan asılı olaraq mübahisənin həlli üçün yeni Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinə aid normalar (İİİ bölmə) və ya xüsusi təyinatlı mənzil fonduna aid normalar (İV bölmə) nəzərdən keçirilə bilərdi. Birinci instansiya məhkəməsinin bir tərəfdən İddiaçı yaşayış evini daimi əsaslarla tərk etməsini, bununla da onun həmin evə olan istifadə hüquqlarına itirməsinə, eyni zamanda onun mübahisəli mənzildən istifadə hüququnun yaranmasını qeyd etməklə ziddiyyətli nəticəyə gəlməsi də ondan ibarətdir ki, birinci halda, yəni İddiaçıın xx.xx.2009-cu ilədək mənzili tərk etməsi halında o, mənzilə istifadə hüququnu itirmişdisə, ikinci halda, yəni onun xx.xx.2009-cu ildən mənzilə qeydiyyata düşməsi, ümumiyyətlə, istifadə hüququnun yaranmasına əsas deyildi. Hətta birinci instansiya məhkəməsi özü də mövcud olmayan hüquqa xitam verilməsinin istisna olunduğunu qeyd edərək, bunu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1, 2 və 9-cu maddələri ilə əsaslandırmışdır. Qətnamədən də görünmür ki, İddiaçı mənzildən istifadə hüququnun itirilməsini qət edərkən birinci instansiya məhkəməsi onun hansı vaxtdan əmələ gələn istifadə hüququna xitam vermişdir. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd etmişdir ki, Cavabdeh iddiası üzrə cavabdeh qismində qoyulan Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Deparatamenti, həmin Departamentin 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi və həmin Birliyin 78 saylı Mənzil İstismar sahəsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxslər qismində qeyd edilmişdir. Halbuki mülki-prosessual qanunvercilikdə cavabdeh və üçüncü şəxslər hüquq və vəzifələrin dairəsi baxımından prosesdə fərqli statusa malikdirlər. Mübahisədə adı keçən yaşayış sahəsinin tərəflərdən hər hansı birinin mülkiyyətində olması müəyyən edilmədiyi halda, birinci instansiya məhkəməsinin mülkiyyət və məhdud əşya hüququna dair Azərbaycan Respublikası Konstitusiyasının və Mülki Məcəllənin normalarına istinad etməsi də işin hallarına uyğun olmamışdır. Eyni zamanda göstərilən bu məsələlərə apellyasiya instansiyası məhkəməsi də aydınlıq gətirməmiş, üstəlik, qətnaməni ləğv edib, yeni qətnamə çıxaran apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 139.1, 146.1-146.3, 146.5, 178.1, 178.7, 180ci, Torpaq Məcəlləsinin 111.1-ci və Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddələrini tətbiq etməklə, həmin maddələrin hazırki işin hallarına nə kimi aidiyyətini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi həmin normaların məzmundan görünür ki, bu normalar tamamilə fərqli hüquq münasibətlərinə aid normalardır və hazırki işin halları baxımından tərəflər arasındakı yaranmış münasibətlərə aid deyil. Halbuki Mülki Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin Cavabdeh müvafiq subyektiv hüquq malik olmaması barədə gəldiyi nəticə də yuxarıda qeyd edildiyi kimi mənzilin statusunun müəyyən edilməməsi baxımından əsaslı sayıla bilməz. Buna görə də mənzilin statusu, bundan irəli gələrək Cavabdeh həmin mənzilə hüququ, bu hüququn yaranma vaxtı və iddiaçı E.Adıgözəlova ilə müqayisədə onun bu hüququnun həcmi, mənzildə kimin yaşaması, tərəflər arasında hüquq münasibətlərinin yaranma vaxtı və s. bu kimi zəruri hallar müəyyən edilmədən onun müvafiq subyektiv hüququnun olmaması barədə gəlinən nəticə düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-576/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qərarında göstərilənləri nəzərə alaraq hesab edir ki, hazırki apellyasiya baxışının predmetini birinci instansiya məhkəməsinin qətnaməsinin - Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi:

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla — mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 100.Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər;xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər;vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər;müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər;qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalnız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Hər bir mülki iş üzrə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi-hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə, yəni Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddiası rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, E.Adıözəlova mübahisəli mənzilə iki dəfə qeydiyyata düşmüşdür. İddiaçıya və onun ailə üzvlərinə – əri və iki qızları (Vəsilə bu qızlardan biridir) Günəşli qəsəbəsində order əsasında ev verilmişdir. Həmin evdə məcburi köçkün yerləşdiyi üçün, bu mənzilə iddiaçı və onun ailə üzvləri yalnız 1996-cı ildə köçmüşlər. Həmin mənzilə köçüb qeydiyyata düşənlərdən biri də iddiaçı olmuşdur. Həmçinin Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin 07 may 2021-ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2004 cü il tarixədək ünvan 18 ünvanında, xx.xx.2004-cü il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 13 ünvanında, xx.xx.2019-cu il tarixdən hazırki vaxtadək ünvan 18 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı ünvan 18 ünvanında qeydiyyatda düşməsinə əsas olan onunla Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismar sahəsində arasında bağlanmış 01 saylı 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, bu müqavilə 2 il müddətinə bağlanmışdır, yəni, müqavilə 05 yanvar 2021-ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən müqavilənin müddəti bitdiyindən Nərimanov rayon Polis İdarəsinin 17ci PB-nin 16 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə , Cavabdeh müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən müqavilənin saxta olub-olmaması hazırki iş üzrə iddia predmeti olmasa da, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, bununla bağlı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 4/221 saylı ekspert rəyinin məzmunundan görünür ki, ekspertizaya təqdim olunmuş, 5 yanvar 2019-cu il tarixli kirayə müqaviləsinin kserosurətinin sonuncu səhifəsində “Kirayəçi” qrafasında əks olunmuş imza yararlıdır- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən hesab edir ki, ünvan 18 ünvanı xidməti deyil, dövlət mənzil fonduna aid olması Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş Xüsusi Təyinatlı Yaşayış Sahəsinin 05 yanvar 2019-cu il tarixli kirayə müqaviləsində aydın göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin həmin mənzilin dövlət fonduna və ya xidməti yaşayış sahəsinə aid olub-olmamasına dair heç bir hüquqmüəyyən edici sənədin olmamasına dair apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilənləri məhkəmə kollegiyası əhəmiyyətsiz sayır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli və 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktublarının məzmununda göstərilənləri də nəzərə alır. Həmin məktublardan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli, 878 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2000-ci il tarixli 74 saylı sərəncamı ilə keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olan yaşayış binaları, o cümlədən ünvan 20 ünvanında yerləşən 81 mənzildən ibarət yaşayış evləri balansa qəbul edilmiş, hal-hazırda həmin yaşayış evi 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında və həmin yaşayış evi 78 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsindədir. Göründüyü kimi, mübahisəli mənzil xidməti yaşayış sahəsi kimi keçmiş Respublika Dövlət Material Ehtiyatları Komitəsinin “Qala” kombinatının balansında olmuş, xx.xx.2000-ci il tarixli 74 saylı sərəncam ilə kombinatın balansından çıxarılaraq 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin timsalında dövlət mənzil fondunun balansına verilmişdir. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında mənzil fonduna aid mənzildən istifadə edilməsi ilə bağlı münasibətlər yaranmışdır və belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə qeyd olunan dövrə qədər (xx.xx.2009-ci il tarixədək) qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı yaşayış evini 1996-cı ildə daimi əsaslarla tərk etmiş və bununla da həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin tələbləri baxımından mübahisəli evə olan istifadə hüquqlarını itirmişdir. Hazırki vəziyyətdə ilkin iddia üzrə İddiaçı həmin evə pasport qeydiyyatında olması hüquqi nəticə etibarı ilə formal xarakter daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin qərarında da göstərildiyi kimi, İddiaçıın xx.xx.2009-cu ilədək mənzili tərk etməsi halında o, mənzilə istifadə hüququnu itirmişdisə, ikinci halda, yəni onun xx.xx.2009-cu ildən sonra mənzilə qeydiyyata düşməsi, ümumiyyətlə, istifadə hüququnun yaranmasına əsas deyildir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ikinci dəfə mənzilə qeydiyyata düşməsinin xx.xx.2009-cu il tarixdən sonrakı vaxta düşməsi halında mübahisənin həlli üçün yeni Mənzil Məcəlləsinin sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinə aid normalar (İİİ bölmə) və ya xüsusi təyinatlı mənzil fonduna aid normalar (İV bölmə) nəzərdən keçirilməsinə zərurət qalmır. Həmçinin, iş materiallarından görünür ki, İddiaçı mülkiyyətində Bakı şəhəri, Yeni Günəşli Y/S, 22 saylı evin 31 saylı mənzil mövcuddur, həmin mənzildə əri X7 ilə birlikdə 1996-cı ildən yaşayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı mübahisəli mənzili daimi əsaslarla 1996-cı ildən tərk edərək özünün mülkiyyətində olan mənzilə köçməsi onun mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə səbəb olmuşdur, çünki iddiaçının istifadəsində və sonra mülkiyyətində keçmiş mənzil olmuş və bu da onun mübahisəli mənzilə dair ehtiyacının aradan qalxmasına səbəb olmuşdur. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi sonradan İddiaçı mübahisəli mənzilə qeydiyyata düşməsi isə onun həmin mənzilə istifadə hüquqlarının yaranması anlamına gəlmir. Belə ki, bu zaman belə İddiaçı faktiki olaraq mülkiyyətində olan mənzilində yaşamış, mübahisəli mənzildə qeydiyyat formallıqdan ibarət olmuşdur. Eyni zamanda qanunvericilik mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə, şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüquqları yaranmadığından həmin hüquqlara xitam verilməsi qeyri-mümkündür. Çünki hüquq mövcud olmadığı halda ona xitam verilməsindən söhbət gedə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə tələbini qaldırmağa subyektiv hüquqa malik olsa da, iddiasının təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını müəyyən etməyərək, iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarət olması nəzərə alınmaqla hazırda Cavabdeh iddiasının mahiyətini İddiaçı mübahisəli mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı olması aydın göründüyündən iddiaçıya izah edilir ki, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-63/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh izah edilir ki, əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı, müvafiq sənədlərlə müvafiq orqana, hazırki vəziyyətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (müvafiq polis idarəsinə) müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar