Məhkəmə qərarları › İş №2(103)-273/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-273/2024

13.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-273/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: əmək müqavilələri üzrə son haqq-hesabın və müavinətin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X19 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh oğlunun iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı (X10 Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqavilələri üzrə son haqq-hesabın və ölümə görə müavinətin ödənilməsi” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2023 saylı, 8 fevral 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 320 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir.

2. X15 ilə Cavabdeh arasında 1 yanvar 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, marketinq üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 998,50 manat məbləğində müəyyən edilmişdir. X9 əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir.

3. İddiaçı sonuncu əmək haqqı 2021-ci ilin may ayının 25-də ödənilmişdir.

4. İddiaçı və X3 haqq-hesablarının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyindən fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8166№-li Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə, İddiaçı aid əmək haqqı bank hesabından çıxarış məlumatlarından göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəlki 12 ay ərzində aldığı əmək haqqı məbləği 3588,8 manat təşkil edir. Təqdim edilmiş bank hesabından çıxarış, o cümlədən fərdi sahibkar Cavabdeh tərəfindən tərtib edilmiş məktubdan da, göründüyü kimi İddiaçı işdən çıxan zaman məzuniyyət pulu və son haqq-hesab hesablanıb ödənilməmişdir. X1 orta aylıq əmək haqqının 3 misli mqidarında məbləği 3.503,28 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı (X10 Bakı şəhər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonradan iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək, onun istifadə edilməyən məzuniyyət günlərinə görə 295,13 manat pul vəsatinin, 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 594,40 manat pul vəsaitinin, X1 istifadə edilməyən məzuniyyət günlərinə görə 982,64 manat pul vəsatinin, X1 2021-ci ilin mart ayı üzrə ödənilməyən əmək haqqı məbləğini təşkil edən 987,50 manat pul vəsaitinin, mərhum atasının vəfatı ilə əlaqədar onun yeganə vərəsəsi kimi mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında, yəni 3.503,28 manat pul vəsaitinin və mediasiya xərcinin dəyərini təşkil edən 50 manat pul vəsaitinin, ümumilikdə 6.412,95 manat vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İlkin iddia onunla əsaslandırılmışdır ki, o və mərhum atası X15 ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olan Cavabdeh arasında müvafiq olaraq xx.xx.2020-ci il və xx.xx.2017-ci il tarixlərdə əmək müqavilələri bağlanmışdır. Onun Cavabdeh rəhbərlik etdiyi müəssisədə vəzifəsi əmək haqqına görə mühasib olmuşdur və aylıq əmək haqqı vergilər (o cümlədən sosial sığorta haqları və icbari tibbi sığorta haqları) xaric 300,40 (üç yüz manat qırx qəpik) manat təşkil etmişdir. Onun mərhum atası isə həmin müəssisədə müxtəlif vəzifələrdə işləmişdir. Onun aylıq əmək haqqı vergilər və digər məcburi ödəmələr çıxılmaqla 1000 (min) manat təşkil etmişdir. X26 xx.xx.2021-ci il tarixdə vəfat etdiyi gün, yəni xx.xx.2021-ci il tarixdə atası Cavabdeh arasında bağlanılan əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, ölüm faktı ölüm haqqında qeydlər kitabına xx.xx.2021-ci il tarixdə daxil edilmişdir. Lakin, Cavabdeh ölüm haqqında şəhadətnamənin mərhumun vərəsəsi tərəfindən cavabdehə təqdim edilməsini gözləmədən qanunsuz olaraq Nasir Rəhbəri ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə işçinin vəfatı ilə əlaqədar xitam verilmişdir. Daha sonra işəgötürən Cavabdeh onun əmək müqaviləsinə də, hər hansı səbəb qeyd edilmədən xx.xx.2021-ci il tarixdə xitam vermişdir. O, özünün və mərhum atasının əmək hüquqlarının Cavabdeh tərəfindən pozulması ilə əlaqədar xx.xx.2022-ci il tarixdə X13 şikayət ünvanlamışdır. X10 Bakı şəhər İdarəsi tərəfindən müraciət baxılmış, onun və mərhum atasının son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə ödənilməməsi faktı öz təsdiqini tapmış və buna görə də, cavabdeh barəsində İXMnin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Həmçinin, X10 Bakı şəhər İdarəsi onun və mərhum atasının əmək hüquqlarının pozuntusunun aradan qaldırılması ilə bağlı cavabdehə məcbur göstəriş təqdim etsə də, uzun müddət keçməsinə baxmayaraq məcburi göstərişin tələbləri Cavabdeh tərəfindən icra edilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notarisu X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən və xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, o, mərhum atası X9 yeganə vərəsəsi kimi tanınmışdır. Həmçinin, Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notarisu X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən bank hesabından çıxarışın onun vasitəsilə notariusa təqdim edilməsi barədə məktub verilsə də, "xxxx" ASC notariusun qanuni tələbini əsassız olaraq icra etməmiş, hesabından çıxarışın verilməsindən imtina etmiş və bu barədə ona yazılı formada hər hansı imtina sənədi təqdim etməmişdir. Bu səbəbdən Nasir Rəhbərinin bank hesabından çıxarışın iddia ərizəsinə əlavə edilməsi mümkün olmamışdır. Əmək mübahisəsinin məhkəmədənkənar həll edilməsi ilə bağlı MPM-nin 4.6-cı maddəsinin tələbinə müvafiq olaraq mediasiyaya müraciət edilsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və bununla bağlı Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru X18 tərəfindən arayış təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışdan görünür ki, ona sonuncu dəfə əmək haqqı xx.xx.2021-ci il tarixdə verilmişdir. Onunla əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilsə də, 2021-ci ilin iyun ayının əmək haqqısını təşkil edən 300,40 manat ödənilməmişdir. Bundan əlavə onun 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 207,51 manat məbləğ cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edildiyi sonuncu gün ödənilməmişdir. Bundan əlavə mərhum atasının yeganə vərəsəsi kimi ona ödənilməli olan mərhum atasının orta aylıq əmək haqqının üç misli miqdarında müavinəti təşkil edən 3000 manat məbləğində vəsait, 2021-ci ilin mart ayı üzrə ödənilməyən əmək haqqısını təşkil edən 1000 manat məbləğində vəsait və 21 günlük istifadə edilməyən məzuniyyətinin əvəzini təşkil edən 690,78 manat məbləğində vəsait ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona və onun mərhum atasına görə ödənilməli olan ümumilikdə 5248.69 manat məbləğində vəsait indiyə qədər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir.

8. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “əmək müqaviləsi üzrə son haqq-hesabın və ölümə görə müavinətin ödənilməsi” tələbinin rədd edilməsi, mərhum X15 tərəfindən ona ödənilməli olan kombilərin əvəzi qismində 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin X1 hüquqi varisi İddiaçı tərəfindən onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi bir sıra məsələlər həqiqəti əks etdirmir. Belə ki, İddiaçı və mərhum atası X15 aralarında bağlanılmış əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, iş yerinə gələrək əmək fəaliyyətini icra etməkdən yayınmışdır. Buna dair uçot tabeli də, tərtib olunmuşdur ki, həmin uçot tabelində bu fakt öz əksini tapmışdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 2020-ci ilin oktyabr ayında hərbi mükəlləfiyyətini, dövlətə olan borcunun yerinə yetirilməsi ilə əlaqədar döyüş meydanına çağırılmışdır. Həmin müddət ərzində isə onun vəzifə öhdəliklərinin yerinə yetirilməsi, digər işçilərə nəzarət edilməsi vəzifəsini isə satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X8 həvalə etmişdir. Həmin müddətdə isə marketinq üzrə mütəxəssis X15 xəstə olduğundan işə gəlib-gedə bilməmişdir. Belə olduğu təqdirdə işlə bağlı realizə edilməsi vəzifəsini mərhum X12 əmanət edə bilməzdi. Məhz bu səbəbdən işçilərin peşə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət vəzifəsini satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X6 yerinə yetirməsini xahiş etmişdir. Beləliklə, hərbi əməliyyatlarda iştirak etdiyi müddət və qayıtdıqdan sonrakı bir neçə ay ərzində uçot tabeli tərtib edilmişdir ki, şəxslərin işdən yayınması halı müşahidə edilmişdir. İddiaçı isə öz növbəsində İddiaçı aralarında olan münasibətlərin xətrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi ilə işdən azad etmişdir. Həmçinin, mərhum X15 dünyasını dəyişmədən öncə xəstəxanada olduğunu bildirmiş işə gəlməmişdir. Buna dair isə hər hansı rəsmi sənəd-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqə (bülluten) təqdim etməmişdir. Belə olduğu təqdirdə nə üçün tərəfindən şəxsə əmək haqqı ödənilməlidir? Əmək haqqının da, anlayışına nəzər yetirilsə, müvafiq iş vaxtı ərzində əmək funksiyalarının yerinə yetirilməsi müqabilində işəgötürən tərəfindən ödənilən pul vəsaitidir. Beləliklə, iş vaxtı ərzində işçi öz işini realizə etmədiyindən, iş vaxtında üzrlü səbəbdən iş yerində olmamasını əsaslandıran əsaslı sənəd təqdim edilmədiyindən tərəfindən İddiaçı mərhum atası X12 hər hansı əmək haqqının ödənilməsi absurddur. Odur ki, bu hissədə də İddiaçı iddia tələbinin yolverilməz olduğu sübuta yetirilir. İddiaçı Əmək Müfəttişliyinə vərəsəlik haqqında şəhadətnamə təqdim edərək mərhum atasından vəsaitlərinin ona ödənilməsini tələb etmişdir. Bunun əsasında isə məzuniyyətə görə ödənilməmiş son haqq-hesabın tərəflərindən ödənilməməsi səbəbindən barələrində, 192.4-cü maddəsinin pozulmasına dair xx.xx.2022ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, sözügedən qərarın qəbul edilməsi məzuniyyətə görə ödənilməmiş pul vəsaiti ilə bağlı olmuşdur, İddiaçı vərəsəlik haqqında şəhadətnaməni onlara təqdim etmiş olsaydı, onlar öz üzərlərinə götürülmüş öhdəliyi lazımi qaydada icra edərdilər. İddiaçı tərəfindən vərəsəlik şəhadətnaməsinin təqdim olunmaması onun imkanları xaricində olub onun qanunu pozmağı kimi qiymətləndirilə bilməz. İddiaçı mərhum atası X9 dünyansını dəyişməsi ilə əlaqədar dəfn üçün ödənilməli olan müavinət qismində əmək haqqısının 3 misli miqdarında 3000 (üç min) manat pul vəsaitini tələb etmişdir. Halbuki, onun tərəfindən dəfn üçün çəkilmiş xərclərin əvəzi qismində ödənişlər olunmuşdur. Belə ki, mərhumun qəbir daşının hazırlanması, qəbir daşının hazırlanması üçün nəzərdə tutulmuş xərc məhz onun tərəfindən yerinə yetirilmişdir. Beləliklə, İddiaçı bu tələbi də, əsassız olması sübuta yetirilir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla başlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia müddətini ötürmüşdür. İddiaçı özü mühasib vəzifəsini icra etdiyindən mühasib olduğu müddət ərzində özü və mərhum atasının əmək haqqısını onun razılığı olmadan artırmışdır. Mülki Məcəlləsinin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Hazırki mülki işdə də qeyd edilən imperativ norma İddiaçı atasından qalan şəxsi xarakterli hüquqlarla bağlı məhkəməyə müraciət edilməsi qanun qadağan etmişdir. Belə olduğu təqdirdə məhkəmə bütün bu sadalanan hallara düzgün hüquqi qiymət verərək İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmalıdır. O, İkinci Qarabağ müharibəsinə çağırılan zaman müəssisənin fəaliyyət göstərməsi, malların satışından oğluna 95.135 (doxsan beş min yüz otuz beş), 12 (iki yüz doqquz min iki yüz on iki) manat məbləğində pul vəsaiti əldə edilmişdir. Bu məbləğlər isə mərhum X15 tərəfindən qəbul edilmiş, vəsait isə ona qaytarılmamışdır. Belə ki, X15 tərəfindən bank hesabatlarında nağd götürmə hesabdan məxariclər olunmuşdur. Həmçinin, xidmətə yollanan zaman 428 ədəd kombi müəssisədə mövcud olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 38 ədəd kombi qalmışdır. Belə ki, 390 ədəd kombi satılmış, həmin kombilərin əvəzi olan 50.000 (əlli min) manat ona ödənilməmişdir. Belə olduğu təqdirdə X1 hüquqi varisi İddiaçı sözügedən pul vəsaitini onun xeyrinə ödəməlidir. Göründüyü kimi hüquqi varis vərəsəlik hüququnu qəbul etdiyindən ölmüş şəxsin yerinə yetirməli olduğu, onunla bağlı olan vəzifələri yerinə yetirmək öhdəliyi daşıyır. xx.xx.2022-ci il tarixli 8-149 saylı Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş sənədə əsasən İddiaçı X9 (miras qoyanın) tanınmışdır. Sadalanan hüquqi əsaslardan da, aydın olduğu kimi X1 hüquqi varisi hazırki mülki iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı pul vəsaitini xeyrinə ödəməlidir.

10. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8166№-li Ekspert rəyinə əsasən İddiaçı aid əmək haqqı bank hesabından çıxarış məlumatlarından göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilməzdən əvvəlki 12 ay ərzində aldığı əmək haqqı məbləği 3.588,8 manat təşkil edir. Təqdim edilmiş bank hesabından çıxarış, o cümlədən fərdi sahibkar Cavabdeh tərəfindən tərtib edilmiş məktubdan da, göründüyü kimi İddiaçı işdən çıxan zaman məzuniyyət pulu və son haqqhesab hesablanıb ödənilməmişdir. X1 orta aylıq əmək haqqının 3 misli mqidarında məbləği 3.503,28 manat təşkil edir

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2023 saylı 8 fevral 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək İddiaçı istifadə edilməyən məzuniyyət günlərinə görə 299 manat, 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 598 manat, ümumilikdə 897 manat, həmçinin mediasiya xərci olan 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi; qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı işdən çıxdığı zaman məzuniyyət pulu və son haqq-hesab hesablanıb ödənilməmişdir. Belə ki, hesabdan çıxarışlardan da, göründüyü kimi İddiaçı sonuncu dəfə aylıq əmək haqqı 2021-ci ilin may ayının 25-də ödənilmişdir. İddiaçı hazırda ona ödənilməyən may və iyun ayları üzrə əmək haqqısını tələb edir və izah edir ki, bank hesabından çıxarışda ödənişlərin təyinat hissəsinə ödəniş edilən ayın əmək haqqısı qeydi yazılsa da, ödəniş həmin ayın deyil, ondan əvvəlki ayın, yəni başa çatmış ayın ödənişi olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə və ondan sonra olan ödənişlərdən görünür ki, 2021-ci ilin yanvar ayından etibarən “Tibbi Sığorta haqqında” Qanuna əsasən özəl sektorda 1% məbləğində icbari sığorta haqqının tətbiqinə başlanılmışdır. Həmin ödənişin yanvar ayında deyil, fevral ayının əmək haqqı ödənişində nəzərə alınması bunu sübut edir ki, işçiyə başa çatmış aya görə əmək haqqı növbəti ayda ödənilirdi. Belə olduğu halda sübut olunur ki, yanvar ayında ödənilən 300,40 manat əmək haqqı əslində dekabr ayının və bu qayda ilə xx.xx.2021-ci il tarixdə ödənilən 297,20 manat məbləğ əmək haqqı əslində may ayının deyil, aprel ayının əmək haqqıdır. Məhkəmə bu halı və həmçinin, bu halın cavabdeh tərəfindən də, mübahisələndirilmədiyini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi İddiaçı olan hissədə münasibətdə əsaslıdır. İddiaçı ödənilməyən iki aylıq əmək haqqının məbləği, yəni 598 manat (1 aylıq əmək haqqı-3588.8:12=299 manat), həmçinin istifadə edilməyən məzuniyyət günlərinə görə 299 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir (29 dekabr 2022-ci il tarixli, 9/8166 №-li ekspert rəyi).

13. Məhkəməyə X17 xidməti Bakı şəhər İdarəsi tərəfindən təqdim edilən 16 may 2022ci il tarixli məktubdan göründüyü kimi Rəhbəri Nasirin əmək müqaviləsinə xitam verildiyi zaman işəgötürən tərəfindən onun son haqq-hesabı hesablanıb ödənilməmişdir. Lakin, məhkəmə Rəhbəri Nasirin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsini və iddiaçının isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür və buna görə də ilkin iddia tələbi Rəhbəri Nasirə münasibətdə olan hissədə əsassızdır və təmin edilməməlidir.

14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçının mərhum atası tərəfindən ödənilməli olan kombilərin əvəzi qismində 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin onun hüquqi varisi kimi cavabdehdən alınmasını tələb etsə də, iddia tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2, 296.4, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına; Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

16. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-145/2023 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə qismən ləğv edilməsini, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübutlar və qeyd olunan maddi və prosessual hüquq normaları əsasında iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə cavabdehin qarşılıqlı iddia ərizəsində iddia müddəti ilə bağlı mülahizəsinə istinad edərək, iddia müddətinin tətbiqi barədə ərizə olmadan qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iş üzrə iddiaçının hazırkı iddia üzrə mərhum atasının hüquqi varisi kimi tələb irəli sürməyə subyektiv hüququ vərəsəlik şəhadətnaməsini aldığı gündən etibarən yaranmışdır. Hər hansı hüququn həyata keçirilməsinə tətbiq edilən iddia müddətinin axımı isə yalnız həmin subyektiv hüququn yaranma anından etibarən başlana bilər. İş materiallarına əlavə edilən vərəsəlik şəhadətnaməsindən görünür ki, şəhadətnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. Deməli iddia müddətinin axımı həmin tarixdən, yəni subyektiv hüququn yarandığı andan başlanmaqla hesablanmalıdır. Eyni zamanda nəzərə alınmaldır ki, mübahisəyə mediasiya prosesi tətbiq üçün müddət axımı həmin dövrdə Mülki Məcəllənin 379.1.6-ci maddəsinin tələblərinə uyğun olaraq dayandırılmışdır. Beləliklə iddiaçı mərhum atasının vərəsəsi kimi iddia müddətini ötürməmişdir. X17 Xidmətinin Bakı şəhər İdarəsinin **********6 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş cavabdehin məktubundan görürünür ki, cavabdeh öz borcunu etiraf etmişdir. Belə ki, cavabdeh Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə yazdığı həmin məktubda aşağıdakıları qeyd edir: “Sizin İddiaçı müraciyyəti ilə əlaqədar göndərdiyiniz məktubunuza cavab olaraq bilirik mərhum işçimiz X9 əmək müqaviləsinə tərəfimizdən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir və son haqq-hesab ödənilməmişdir”. Mülki Məcəllənin 380.1-ci maddəsində borcun etiraf edilməsi iddia müddətinin axımını ona görə kəsir ki, etiraf, öhdəliyin mövcudluğunun prezumpsiyası kimi çıxış edərək həmin öhdəliyin digər vasitələrlə vasitələrlə sübut etmə yükünü aradan qaldırmış olur. Məhkəmə cavabdehin öz borcunu etiraf etməsinə, bu halın isə Mülki Məcəllənin 380.1-ci maddəsinə görə iddia müddətinin axımının kəsilməsinə əsas olması faktına məhəl qoymamış, qanunsuz olaraq iddia müddətini tətbiq etmişdir. Birinci instansiya məhkəməsi iddia müddətini bununla bağlı cavabdehin ərizəsi olmadan qanunsuz olaraq tətbiq edərkən, eyni zamanda iddiaçının yaxın qohumunun vəfat etməsi halını da üzürlü səbəb kimi nəzərə almamış, Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tətbiq edilməməsinin zərurətini əsaslandırmamışdır.

18. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin tam ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh işə vaxtlı-vaxtında gəlməmiş, buna dair isə hər hansı rəsmi sənəd-əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair vərəqə (bülluten) və s. təqdim etməmişdir. Belə olduğu təqdirdə nə üçün tərəfindən şəxsə əmək haqqı ödənilməlidir? Əmək haqqının anlayışına da nəzər yetirilsə, müvafiq iş vaxtı ərzində əmək funksiyalarının yerinə yetirilməsi müqabilində işəgötürən tərəfindən ödənilən pul vəsaitidir. Beləliklə, iş vaxtı ərzində işçi öz işini realizə etmədiyindən, iş vaxtında üzrlü səbəbdən iş yerində olmamasını əsaslandıran əsaslı rəsmi sənəd təqdim edilmədiyindən tərəfindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hər hansı əmək haqqının ödənilməsi absurddur. Odur ki, bu hissədə də ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbinin yolverilməz olduğu sübuta yetirilir. Buna baxmayaraq, məhkəmə 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 598 manat məbləğində əmək haqqının ödənilməsini qərara almışdır. Göründüyü kimi, məhkəmə bu hissədə yanlışlığa yol verərək ədalətsiz yekun akt çıxarmışdır. ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində qeyd etdiyi bir sıra məsələlər həqiqəti əks etdirmir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə arasında bağlanılmış əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, iş yerinə gələrək əmək fəaliyyətini icra etməkdən yayınmışdır. Buna dair uçot tabelidə tərtib olunmuşdur ki, həmin uçot tabelində bu fakt öz əksini tapmışdır. O, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş, 2020-ci ilin oktyabr ayında hərbi mükəlləfiyyətini, dövlətə olan borcunun yerinə yetirilməsi ilə əlaqədar döyüş meydanına çağırılmışdır. Həmin müddət ərzində isə vəzifə öhdəliklərinin yerinə yetirilməsi, digər işçilərə nəzarət edilməsi vəzifəsini isə satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X8 həvalə etmişdir. Həmin müddətdə isə marketinq üzrə mütəxəssis X15 xəstə olduğundan işə gəlib gedə bilmirdi. Belə odluğu təqdirdə işlə bağlı nəzarətin realizə edilməsi vəzifəsini mərhum X12 əmanət edə bilməzdi. Məhz bu səbəbdən işçilərin peşə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət vəzifəsini satış üzrə nümayəndə (texniki avadanlıq üzrə) X6 yerinə yetirməsini xahiş etmişdir. Beləliklə, hərbi əməliyyatlarda iştirak etdiyi müddət və qayıtdıqdan sonrakı bir neçə ay ərzində uçot tabeli tərtib edilmişdir ki, şəxslərin işdən yayınması halı müşahidə edilmişdir. O isə öz növbəsində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında olan münasibətlərin xətrinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə deyil, AR Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndi ilə işdən azad etmişəm. Buna baxmayaraq məhkəmə bu faktları gözardı etmiş, heç bir əsas olmadan İddiaçı istifadə edilməyən məzuniyyət günlərinə görə 299 manat, 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqıməbləğlərinə görə 598 manat, ümumilikdə 897 manat, həmçinin mediasiya xərci olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gələrək yanlışlığa yol vermişdir. Halbuki, mövcud iş materiallarından da aydın olur ki, məhkəmənin gəldiyi qənaət tamamilə yanlışdır. Həmçinin, xidmətə yollanan zaman 428 ədəd kombi müəssisədə mövcud olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra isə 38 ədəd kombi qalmışdır. Belə ki, 390 ədəd kombi satılmış, həmin kombilərin əvəzi olan 50.000 (əlli min) manat mənə ödənilməmişdir. Belə olduğu təqdirdə X1 hüquqi varisi- ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sözü gedən pul vəsaitini xeyrinə ödəməlidir. Qarşı tərəf hüquqi varis vərəsəlik hüququnu qəbul etdiyindən ölmüş şəxsin yerinə yetirməli olduğu, onunla bağlı olan vəzifələri yerinə yetirmək öhdəliyini daşıyır. xx.xx.2022-ci il tarixli 8-149 saylı Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən verilmiş sənədə əsasən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X9 (miras qoyanın) vərəsəsi kimi tanınmışdır. Bununla da mövcud qanunvericilik və faktlar mərhum X15 tərəfindən mənə ödənilməli olan kombilərin əvəzi qismində 50000 (əlli min) manat məbləğində pul vəsaitinin X1 hüquqi varisi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən xeyrinə ödənilməsini tələb edirdi. Məhkəmə isə bu hissədə ümumiyyətlə mövcud dəlillərə və sübutlara biganə yanaşmış, heç bir əsas olmadan qarşılıqlı iddia tələbimi rədd etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi bu hallara düzgün hüquqi qiymət verərək qarşılıqlı iddia tələbini təmin etməsi qanunauyğundur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, burada əsas məsələ iddia müddətinin tətbiqi ilə bağlıdır, qarşı tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməməsinə baxmayaraq məhkəmə iddia müddətini tətbiq etmişdir. Hətta məhkəmənin səlahiyyəti vardır ki, iddia müddətinə istinad etmiş olsa belə yaxın qohumun ölməsi ilə əlaqədar Əmək Məcəlləsi imkan verir ki, müddətinin uzadılması ilə bağlı qərar verə bilərdi, lakin məhkəmə öz qətnaməsində bu halları əsaslandırmamışdır. Cavabdeh bu işi dəfələrlə uzatmağa çalışır. Cavabdeh X13 göndərdiyi məktubda etirafı da vardır. Həmin müəssisə əvvəlcə Rəhbəri Nasirə məxsus idi, daha sonra həmin müəssisə ləğv olunduqdan sonra Cavabdeh verildi, rəsmiləşdirmə onun adına olmuşdur. Müəssisənin faktiki rəhbəri Rəhbəri Nasir olmuşdur, Rəhbəri Nasir vəfat etdikdən sonra Cavabdeh hər şeyə sahiblənmişdir. İddiaçı isə 6 min əmək haqqı qalmışdır, onu da mənəvi haqqı kimi istəyir. Həmin iş yeri şirkət kimi fəaliyyət göstərmişdir. Daha sonra hüquq şəxs kimi fəaliyyət göstərmişdir. Təmsil etdiyi şəxs hüquqi şəxsin təsiscisi olmuşdur. Daha sonra həmin hüquqi şəxsin varlığına son qoyulub və qərarlaşdırıblar ki, qarşı tərəf hüquqi şəxs yaratmadan fərdi sahibkar qismində öz fəaliyyətini davam etdirsin. Təmsil etdiyi şəxs işin əsas fəaliyyətçisi olsa da, direktor vəzifəsini qarşı tərəf yerinə yetirmişdir. Qarşılıqlı iddiada qarşı tərəf bildirir ki, həmin əmlak onlara aid olmuşdur. Onlar bildirdi ki, direktor vəzifəsini icra edən şəxslə danışıq aparıb məsələni aydınlaşdırmalı idi. Onlar pulu götürməmişdir. Hətta məhkəməyə kassanın hesabat blankları ilə kassanın qeydiyyatı aparılması haqqında müraciət etmişdir. Bununla bağlı heç bir sübut təqdim edilmədi. İddianın qurulması qarşı tərəfin təmsilçisinin mülahizələrinə əsaslandırıldı. Bu səbəbdən qarşı iddia tələbi üzrə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin tələblərinə uyğun olan hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş edir. Həmin uçot tabelləri sonradan tərtib edilib. Sübut odur ki, şəxsə əmək haqqı ödənilmişdir. Əmək haqqının ödənilməsi müəyyən edilən iş qrafikində işçinin iş yerində olduğunu sübut edir. Pandemiya dövründəki əmək haqqı da ödənilib və iddia ərizəsində də buna münasibət bildirmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh bildirmişdir ki, iddia edən tərəf onun işçisi olubdur, mühasib kimi fəaliyyət göstəribdir. Sentyabr ayının 29-u o, müharibəyə getdi. O, bu işi heç kimə tapşıra bilmədi. İddiaçı atası xəstə idi, əlil idi, uzun müddət işə gəlmirdi, işdə saxlanılma səbəbi ondan ibarət idi ki, onun atası pensiya almaq istəyirdi. O, müharibəyə getdikdən sonra fevral ayının 5-də tərxis olundu. Düz 6 ay ərzində onlar əməliyyatlarda oldu və gəlmədi. O, müharibədə olduğu müddətdə orada nə proseslər getdiyindən məlumatı yox idi, müharibədə olduğu müddətdə bunu izləyə bilmirdi. Müharibədən qayıtdıqdan sonra gördü ki, ona külli miqdarda ziyan dəymişdir. O, müharibədən qayıtdıqdan sonra koronaya yoluxdu, bununla bağlı bir ay müddətində xəstəxanada yatdı, o, qayıtdıqdan sonra isə iddiaçının atası rəhmətə getdi. O, ilk dəfə gələndə dəymiş ziyanın ödəniləcəyini dedilər. Onlar ailəvi yaxın olmuşlar, İddiaçı onun yanında böyüyübdür. Bu iddiaları verdikdən sonra o, iddiaçı əvəzinə cavabdeh olmuşdur. Ona dedilər ki, pulu almaq üçün məhkəməyə müraciət etmək lazımdır. 50 min manat pul tələb etmək üçün 400 manat rüsum ödənilməli idi. 250 min manat pul tələbi üçün 2 min manata yaxın pul ödənilməli idi, onun bu qədər pulu yox idi, imkanı yoxdur. Hələki iddiada 50 min manat qeyd olunub, lakin rəsmi olaraq 250 min manat pulu ortada yoxdur. Mallar rəsmi olaraq gəlibdir, onların gəlməsi komputerdə rəsmi olaraq təsdiq olunubdur. İddiaçı işə gəlməməsi, öz vəzifələrini icra etməməsi barədə bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim olunubdur. X17 tərəfindən barələrində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərardan tərəfindən şikayət verilməmişdir. O, həmin qərara məhkəmədə etiraz etdi. Nə İddiaçı, nə də atası işə gəlmirdi. O, İddiaçı atasının yasını da etmişdir, 4500 manat baş daşına, 900 manat qəbir üçün pul verilibdir. Qarşı tərəf onun iş yerində mühasib işləmişdir. Bütün sənədləşdirmə, mühasib işlərini qarşı tərəf edirdi. O, qayıtdıqdan sonra külli miqdarda pulun oğurlandığını görmüşdür. Onun komputerindəki faktlar, işçilər bunu təsdiq edə bilər. Pulu iddiaçıdan ala bilmədi. Dəfələrlə verəcəyini bildirsə də, pulu ona vermədi, uzatdı. İddiaçının atasının sağlamlıq problemləri var idi. 6 ay müddətində ev şəraitində müalicə alıb. O, həmin adamı işçi kimi saxlamışdır və maaşını da vermişdir. 23.İştirak etdiyi məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 Bakı şəhər İdarəsinin nümayəndəsi X16 bildirmişdir ki, onların idarədə bununla bağlı araşdırma gedibdir, vətəndaş izahat vermişdir ki, onun hüquqları pozulubdur. Onlar bununla bağlı vəzifəli şəxsə məktublar ünvanlamışdır, vəzifəli şəxs özü məktub yazmışdır ki, tərəflərindən son haqq-hesablar ödənilməmişdir, çünki İddiaçı özü mühasib vəzifəsində işləmişdir və özü mühasib olduğuna görə son haqq-hesabları hesablamamışdır. Bu səbəbdən İddiaçı tərəflərindən ödəniş olunmamışdır. Bu səbəbdən onlar vəzifəli şəxsə cərimə tətbiq etmişlər, çünki ƏM-in 178-ci maddəsinə uyğun olaraq işəgötürənin maddi vəziyyətindən asılı olmayaraq işçi işdən çıxdığı gün, yəni sonuncu gün ona haqq-hesab ödənilməlidir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 26.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 28.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunu nəzərə alınmaqla apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

29.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.135.5-ci maddəsinin tələblərinə görə ... başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 31.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 32.1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

33.83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 34.77.7-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 35.113.1-ci və 113.3-cü maddələrinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrıayrılıqda istifadə edə bilər. 36.114.3-cü maddəsinin “ç” bəndinə əsasən, təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. 37.135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. 38.143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 39.144.2-ci maddələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 40.156.2-ci maddələrinə əsasən, yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. 41.172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 42.195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 43.191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən vəişçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 44.191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 45.194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 46.198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 47.199-ci maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 48.205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallardavurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 49.296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 50.296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. 51.300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

52.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarına görə, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

54.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

56.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından hər iki tərəfin şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – ilkin iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) şikayəti qarşılıqlı iddiaya aid hissədə təmin edilməməlidir. 57.Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 14 yanvar 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı mühasib vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 320 manat məbləğində müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. 58.X15 ilə Cavabdeh arasında 1 yanvar 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, o, marketinq üzrə mütəxəssis vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 998,50 manat məbləğində müəyyən edilmişdir. X9 əmək müqaviləsinə isə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən (işçi vəfat etdikdə) xitam verilmişdir.

59. Hazırda ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsində özünün istifadə etmədiyi məzuniyyət günlərinə görə 295,13 manat pul vəsatinin, habelə 2021-ci ilin may və iyun ayının ödənilməyən əmək haqqı məbləğlərinə görə 594,40 manat pul vəsaitinin və mərhum atasının vəfatı ilə əlaqədar onun yeganə vərəsəsi kimi mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında, yəni 3.503,28 manat pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. O, həmçinin X1 qanun üzrə vərəsəsi olduğuna istinad edərək sonuncunun istifadə etmədiyi məzuniyyət günlərinə görə 982,64 manat, 2021-ci ilin mart ayı üzrə ödənilməmiş əmək haqqı məbləğini təşkil edən 987,50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

60. Məhkəmə kollegiyası ilk öncə ilkin iddia üzrə iddiaçının məhrum atasına aid tələbə (ödənilməyən əmək haqqı və məzuniyyət haqqı) münasibətdə qeyd etməyi zəruri sayır ki, məhkəmənin icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququ olduğu təqdirdə bu hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

61. İş materiallarından göründüyü kimi iddiaçı vəfat etmiş atasının vərəsəsi olduğuna istinadən onun əmək münasibətlərində olduğu iş yeri üzrə almadığı əmək haqqı və məzuniyyət pulu həcmində miras əmlakdan məhrum olduğuna istinad etmişdir. Mübahisəyə baxan məhkəmə Rəhbəri Nasirin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsini, iddiaçının isə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür və buna görə də ilkin iddia Rəhbəri Nasirə münasibətdə olan hissədə əsassızdır və təmin edilməməlidir.

62. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki qənaətlə razılaşmayaraq iddiaçının atasına aid bu pulun ödənilməsini tələb etmək üzrə ümumiyyətlə subyektiv hüquqa malik olmamasına dair nəticəyə gəlir. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırki mübahisəyə prosessual hüquq varisliyi baxımından qiymət verilməlidir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ödənilməməsi mübahisələndirilən əmək haqqının təyinatı məhz işçinin özünün normal yaşayışını təmin etməkdən ibarət olduğundan hazırki hüquq münasibətləri hüquq varisliyinə yol verən münasibətlər deyildir.

63. Beləliklə sözügedən tələbə münasibətdə kollegiya qeyd edir ki, ödənilməli olan pul vəsaitinin məbləği işəgötürən tərəfindən müəyyən edilənə qədər işçi konkret məbləğdə olan əmək haqqını yox, sərf etdiyi əməyin keyfiyyət və kəmiyyət baxımından ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda bu vəsait, işəgötürən tərəfindən artıq hesablanmış lakin ödənilməmiş vəsaitdən fərqli olaraq vərəsəlik qaydasında işçinin vərəsəsi(ləri)nin mülkiyyətinə keçmək xüsusiyyətinə malik olan əmlak hesab edilə bilməz, vərəsələri işçinin əvəzinə məhkəmədə vəsaitin ödənilməməsinin əsaslı olub-olmamasını mübahisələndirmək üzrə subyektiv hüquqa malik deyillər və bu mübahisənin də əmək qanunvericiliyi əsasında həll olunması yolverilməzdir.

64. Qeyd edilməlidir ki, yerli qanunvericilikdə və insan hüquqları haqqında çoxsaylı beynəlxalq aktlarda nəzərdə tutulan müddəalar baxımından “əmlak” anlayışına həm də əşya hüquqları və başqa şəxslərə verilə bilən tələb hüquqları daxildir. Bununla da məhkəmə vasitəsilə müdafiə olunan və başqa şəxslərə verilə bilən tələb hüququ onun yaranma əsasları və həcm baxımından kifayət qədər müəyyən olmalıdır. 65.Əksinə iddiaçının mərhum atasının vəfatı ilə əlaqədar onun yeganə vərəsəsi kimi mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında pul vəsaitinin ona ödənilməsi tələbinə məhkəmə kollegiyasının yanaşması fərqlidir. Belə ki, sözügedən birdəfəlik ödəmə işçilərin ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə onların sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirdir və Konstitusiyanın 29-cu maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnun mahiyyətinə uyğun gəlir. 66.Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin vurğulayır ki, iddiaçının bu hüququna iddia müddətinin tətbiq edilməsi yuxarıda qeyd edilənlərə uyğun olaraq mülki qanunvericiliyə ziddir. İddianın bu hissəsinə əmək mübahisələrinin həli üçün nəzərdə tutulmuş müddətlərin tətbiqi də, iddiaçı bu məsələ üzrə qarşı tərəflə işçi-işəgötürən münasibətdə olmadığı üçün, istisna olunur. 67.Beləliklə iddiaçının məhrum atası X2 Nizami Mehman oğlunun işçisi olmuş və onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “e” bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyin tələbinə əsasən işçinin vəfatı ilə əlaqədar ona orta aylıq əmək haqqının 3 misli miqdarında ödəniş edilməsi işçinin vəfatının hansı səbəbdən baş verməsi, son neçə ay ərzində işləyibişləməməsi, dəfn ilə bağlı xərcləri çəkib-çəkməməsi ilə şərtləndirilməmişdir. 68.Belə olan halda məhkəmə kollegiyası iddianın bu hissəsi əsaslı olduğundan hesab edir ki, 3.503,28 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında pul vəsaitinin 3.503,28 manat məbləğində olması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli, 9/8166№-li ekspert rəyinə əsasən də müəyyən edilir. 69.İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı özünün istifadə etmədiyi məzuniyyət günlərinə görə 295,13 manat, habelə 2021-ci ilin may və iyun ayının ödənilməmiş əmək haqqı məbləğlərinə görə 594,40 manat pul vəsaitinin tutulmasına dair iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə də razılaşmayaraq bu tələbi, həmin tələb üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməsə də, əsassız hesab edir. 70.Belə ki, əmək haqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Eyni zamanda, əmək məzuniyyəti də müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarətdir. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. 71.Beləliklə işçilərə yalnız yerinə yetirdikləri işə görə əmək haqqı verilir. İşdən çıxdığı təqdirdə də məzuniyyətin pul əvəzi ödəmək üçün orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Halbuki işdə olan 2021-ci il üzrə iş vaxtının uçot tabellərindən iddiaçının həmin il ərzində əmək müqaviləsinə xitam verilənədək işə gəlmədiyi müəyyən edilir. Məhkəmə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh möhürü ilə təsdiq edilmiş cədvəllərin mötəbər olmayan sübut kimi qiymətləndirilməsi, həmin sənədlərin mötəbərliyini şübhə altına alması üçün əsas yoxdur. İddiaçı da qeyd edilən sənədlərə əsasən müəyyən edilmiş halların təkzib edilməsi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. 72.Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş bankdan çıxarışlara münasibətdə qeyd edir ki, sözügedən sənədlər işçinin faktiki olaraq işlədiyi iş saatlarının cəmlənmiş uçotunu təsdiq edən sənəd deyildir, iddiaçının iş yerində olub-olmamasının məhkəməyə təqdim edilmiş bu sənədlər əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 73.Eləcə də iddiaçının özünün və atası X3 haqq-hesablarının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyi ilə əlaqədar fiziki şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qəbul edilmiş qərar ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İnzibati orqan tərəfindən qəbul olunmuş müvafiq qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən bu qərarların təkzibolunmaz sübut kimi qəbul edilməsi istisna olunur. Belə ki, bu qərarın da digər sübutlar kimi qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, qərarla müəyyən edilən hallar iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 74.Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə iddiaçının istinad etdiyi dövr üzrə son haqq-hesab olaraq əmək və məzuniyyət haqqlarının ödənilməsinə dair tələbi, yuxarıda istinad olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmadığı üçün əsassızdır.

75. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün ilkin iddiaya aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, atasının vəfatı ilə əlaqədar mərhumun orta aylıq əmək haqqının 3 misli miqdarında, yəni 3.503,28 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə rədd edilməlidir.

76. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə məhkəmə kollegiyasının gəldiyi qənaəti tərəflərin mübahisələndirə biləcək məbləğdə deyildir, hər iki tərəfin narazı qala biləcək məbləğin qiyməti beş min manatdan az olduğundan qətnamənin hazırki hissəsindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 77.Bununla belə məhkəmə kollegiyası qarşılqlı iddia üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşır. Beləl ki, birinci instansiya məhkəməsi hazırkı məsələ üzrə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. 78.Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin işçinin (işəgötürənin) digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 79.Beləliklə işçinin işəgötürənə ziyan vurması məsələsi həll edilərkən ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. İşçinin maddi məsuliyyətinin yaranmasının əsas şərtlərindən biri də səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olmalıdır. Məsuliyyət yaranması üçün də təqsirin mövcudluğu vacibdir. 80.Bundan başqa qeyd edilməlidir ki, sübutetmə vəzifələrinin bölüşdürülməsinə və sübutların qiymətləndirilməsinə dair prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq maddi ziyanın məbləğini və onun qanunazidd hərəkətlərlə vurulduğunu, habelə işçinin ziyan vurmaqda təqsirli olduğunu sübut etmək yükü, bu hallara istinad edən tərəfin, yəni işəgötürənin üzərinə düşür. 81.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. 82.İş materiallarından da göründüyü kimi işdə olan sübutlar əsasında iddiaçı, cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi zərərə uğradığını sübuta yetirə bilməmişdir. Belə ki, hazırki işdə zərərin yaranması, iddiaçının maliyyə itkilərinə məruz qalması, hüquqlarının pozulmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) cavabdeh tərəfindən yol verilməsi və beləliklə də onun məsuliyyət daşıması faktını iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. 83.Halbuki yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qeyd edilməlidir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, mövcud vəziyyətdə cavabdehin üzərinə zərərin əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilmə bilməz. 84.Beləliklə birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın əsassız olduğu üçün rədd edilməli olması barədə gəldiyi qənaəti qanuni və əsaslı olmuşdur. 85.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 86.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2023 nömrəli, 2 may 2023-cü il tarixli qətnaməsi qismən - ilkin iddiaya aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia qismən təmin edilsin. 3.503,28 manat və mediasiya xərci olaraq çəkilmiş 50 manatın 28 manatı, 3.531,28 (üç min beş yüz otuz bir manat, iyirmi səkkiz qəpik) məbləğində pul ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə tutulsun. İddia digər hissədə rədd edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1593/2023 nömrəli, 2 may 2023-cü il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manatın 67 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, 83 manatı isə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar