Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2733/2022 14.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, İddiaçı nümayəndəsi Nümayəndə Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-1565/2021 saylı qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-1565/2021 saylı qərardadına əsasən Bakı şəhər Səbail rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(009)-1565/2021 saylı qətnaməsindən iş üzrə Cavabdeh Xudayır qızı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş və kağız daşıyıcılarda verilən apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə 19.02.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə şikayət verərək onun ləğv edilməsini və prosessual müddətin bərpa edilməsinə dair ərizənin əsassız olduğu üçün təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(009)-1565/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışıdır ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qətnaməni rəsmi qaydada 29.06.2021-ci il tarixdə aldığından, həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin axımı cavabdehə münasibətdə qətnamənin alındığı vaxtdan, yəni 29.06.2021-ci il tarixdən başlanılmışdır. Cavabdeh 22.10.2021- cu il tarixdə məhkəməyə müraciət edərək qətnamənin rəsmi qaydada alınmamasını, həmin qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmia və həmin qətnamənin surəti 22.10.2021- ci il tarixdə ona təqdim edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 27.10.2021 -ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, eyni zamanda cavabdeh buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa olunması barədə məhkəməyə ərizə vermişdir. Birinci instansiya məhkəməsi qərardadından qeyd edir ki, cavabdeh tərəfindən qətnamə 29.06.2021-ci il tarixdə rəsmi qaydada alındığından, qətnamədən apellyasiya şikayəti isə qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddət ötürülməklə verildiyindən, həmçinin həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığından, həmin müddətin bərpasına dair ərizə əsaslı hesab edilə bitməz. Bundan başqa, cavabdeh məhkəməyə müraciət edərək qətnamənin surətini 22.10.2021-ci il tarixdə alsa da, bu hal buraxılmış prosessual müddətin üzrlü səbəbdən buraxılması, yaxud qətnamədən apellyasiya şikayətinin vaxtında verilmiş hesab edilməsi üçün əsas ola bilməz. Hesab edir ki, bununla bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin cavabdeh qeyd etdikləri hallar sübuta yetmir, əksinə iş materiallarında olan sübutlar bunun tamamilə əsassız olduğuna dəlalət edir. Müddətin bərpası ilə bağlı ərizəyə baxılan zaman məhkəmə iclasında cavabdeh məhkəməyə "izahat” təqdim etmişdir, 16.02.2022-ci il tarixdə vəkil iş materialları ilə tanış olan zaman müəyyən etmişdir ki. həmin izahat ilə poçtalyon Zamanov Elşən fazil oğlunun məhkəmə qətnaməsini cavabdehə çatdırmaması ilə bağlı ona məlum olan halları bildirmişdir. Ancaq biz həmin izahatı sübut kimi qəbul etmirik. Belə ki, həmin izahat telefon vasitəsilə çəkilmiş fotoşəkilin çap olunmuş variantıdır, həmin izahatda tarix göstərilməmişdir və izahatın nə zaman və hansı şəraitdə alınması ilə bağlı hallar məlum deyil. Bundan başqa, məhkəmə bu izahatı sübut kimi qəbul etsə belə poçtalyon E.Zamanovun izahatında ziddiyət təşkil edən məqamlar kifayət qədərdir. Belə ki, E.Zamanov Səbail rayonu ərazisində poçtalyon işləyir, o gün ərzində yüzlərlə insana poçt göndərişlərini təqdim edir. Bu məqamda onun cavabdehin almadığını iddia etdiyi poçt göndərişini yanlış adama təhvil verməsi absurddur, izahatdan görünür ki, poçtalyon hansı tarixli poçt göndərişindən söhbət getdiyini bilmədən, işini icra edən zaman özünü Cavabdehjəgdirn edən şəxsə təhvil verdiyini bildirir. Maraqlı məqam ondan ibarətdir ki, poçtalyon poçt göndərişinin içində riə olduğunu və hansı vaxtda təhvil verilmiş poçt göndərişindən söhbət getdiyini bilmir. Yekun olaraq, birinci instansiya məhkəməsində əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsinin izahatında göstərdiyi mövqeyi təkrar sərgiləməklə, xüsusilə vurğulanır ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Məhkəmə bildirişini və məhkəmə qətnaməsini rəsmi qaydada Cavabdeh özü almışdır. Həmin sənədlərin guya iddiaçının həyat yoldaşı tərəfindən imzalanaraq qəbul edilməsi və ona çatdırılmaması barədə ərizəçinin göstərdiyi hallar əsassızdır. Həyətdə onlarınlpiləsindən başqa onlarta şəxs yaşayır, qohum əqrəba gəlib gedir, necə olur ki, poçtalyon tərəfindən gətirilən sənədlər yainız iddiaçının həyat yoldaşına təqdim edilir. Hesab edir ki, müddətin bərpasına dair verilən ərizə əsassızdır, işi yubatmaq məqsədi güdür. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil1 şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-1565/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Kollegiya iş materiallarını tədqiq edərək, müəyyən etmişdir ki, həm iddiaçı həm cavabdeh eyni ünvanda yaşadıqlarından, həmin ünvanda əlavə 3 ailə yaşadığından, poçt göndərişlərinin həmin ünvanda yaşayan hər hansı bir şəxs tərəfindən imzalanaraq qəbul edilməsi istisna edilmir.Məktubun özünü Cavabdeh adlı şəxs kimi təqdim edən başqa şəxsə çatdırılma ünvanında verilməsinə dair poçtalyonun polis bölməsinə yazdığı izahatı, eyni zamanda tərəflər arasındakı münasibətin xarakteri, iddiası təmin edilmiş tərəfin qətnamədən apellyasiya şikayətinin verilməsində maraqlı olmaması kimi halları nəzərə alaraq məhkəmə Kollegiyası xəbərnamədəki imzanın və yazının cavabdehə məxsus olmaması barədə cavabdehin ərizəsində göstərdiyi dəlilləri əsaslı hesab edir. Kollegiya 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və MPM-nin 398.0.1ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(009)-1565/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Hakim: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2733/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2733/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver