Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2735/2020 03.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Maraqlı şəxs və onun vəkili X4 iştirakı ilə, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-2053/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı şəhəri X5 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək “xxxxxxx” X1 dövlət büdcəsinə olan 26149,46 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan "xxxxxxx" X1 (VÖEN: **********) xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə 26149,46 manat məbləğində vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixli **********658400 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 2053/2019 saylı qətnaməsi ilə ərizə təmin edilərək, "xxxxxxx" X1 rəhbəri olan, xx.xx.1954-cü ildə Azərbaycan Respublikasında anadan olmuş, ünvan 1 mənzil 3 ünvanında qeydiyyatda olan (şəxsiyyətini təsdiq edən sənədin Seriya və nömrəsi-AZE 0*******) Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs həmin qətnamədən apelyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə bildirişi iddiaçıya çatmamış və məhkəmə iclası onun iştirakı olmadan keçirilmiş, ərizədə qeyd olunmuş vergi borcunun məbləği düzgün hesablanmamış, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-5876/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-2053/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə maraqlı şəxsin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apelyasiya icraatı qaydasında yenidən işə baxılarkən məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs və onun vəkili Hüseyn Həsənov izahatlarında bildirdilər ki, Maraqlı şəxs xx xxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək olan dövrdə əvəzçilik qaydasında “xxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir. Maraqlı şəxs işlədiyi dövrdə MMC-nin dövlət büdcəsinə heç bir vergi borcu olmamışdır. X2 ərizəsində qeyd olunan xx.xx.2016-cı il tarixli **********658400 nömrəli bildiriş Maraqlı şəxs çatdırılmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsində işə baxılarkən Maraqlı şəxs iştirakı təmin edilməmişdir. Maraqlı şəxs səhhətində ciddi problemlər olduğuna görə bəzən xarici ölkələrə getmək zərurəti yaranır. Lakin Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması onun müalicəsinə də mənfi təsir göstərir. Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması “xxxxxxx” MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinə hər hansı təsir göstərməyəcəkdir. Maraqlı şəxs xx xxxxx 2019cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinə elektron qaydada müraciət edərək onun “xxxxxxx” MMC-nin direktoru vəzifəsindən azad edilməsi barədə məlumatın Kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, müraciətə halhazırkı dövrə qədər cavab verilməmişdir. Buna görə də Maraqlı şəxs və onun vəkili H.Həsənov hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında qeyd olunan yazılı göstərişlər nəzərə alınmaqla müvafiq qərar qəbul olunmasını xahiş etdilər. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsi və onun vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-2053/2019 saylı qətnaməsi ləğv edilməli, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı şəhəri X2 ərizəsi təmin edilməməlidir. İş materiallarında olan iddia ərizəsinə əlavə olunmuş hüquqi şəxs haqqında məlumatlardan görünür ki, “xxxxxxx” MMC xx xxxxxx 2007-ci il tarixdə dövlət qeydiyyatından keçmiş və əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda mobil telefonların pərakəndə satışı və təmiri ilə bağlıdır. Məlumatlarda hüquqi şəxsin rəhbəri kimi Maraqlı şəxs göstərilmişdir. “xxxxxxx” MMC-nin şəxsi hesab vərəqəsində xx xxxxxxx 2018-ci il tarixinə müəssisənin dövlət büdcəsinə 26149,46 manat borcunun olması qeyd edilmişdir. “xxxxxxx” MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli **********658400 nömrəli bildirişdə həmin MMCnin dövlət büdcəsinə xx.xx.2016-cı il tarixinə 825,60 manat vergi borcunun olması bildirilmiş və borcun ödənilməsi tələb edilmişdir. Maraqlı şəxs apelyasiya şikayətinə əlavə etdiyi, habelə məhkəmə baxışı zamanı məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, o, xx xxxxxx 2007-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixədək olan dövrdə əvəzçilik qaydasında “xxxxxxx” MMC-nin direktoru vəzifəsində işləmiş və öz xahişi ilə işdən azad edilmişdir. “xxxxxxx” MMC üzrə verilmiş xx xxxxxx 2008-ci il tarixli qərardan görünür ki, cəmiyyətin direktoru Maraqlı şəxs öz xahişi ilə işdən azad olunması barədə xx xxxxxx 2008-ci il tarixli ərizəsinə baxılmış və xx xxxxxx 2008ci il tarixindən tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir. Maraqlı şəxs xx xxxxx 2019-cu il tarixdə elektron qaydada Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət edərək xx xxxxxx 2008-ci il tarixindən “xxxxxxx” MMC-nin direktoru vəzifəsindən azad edildiyini bildirmiş və Kommersiya qurumlarının dövlət qeydiyyatında müvafiq qeydiyyat aparılmasını xahiş etmişdir. Müraciətin qeydiyyata alınması haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx xxxxx 2019-cu il tarixli bildirişindən görünür ki, Maraqlı şəxs müraciəti Vergilər Nazirliyinin AVİS kargüzarlıq altsistemində **********011800 nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, Maraqlı şəxs İran İslam Respublikasında dəfələrlə müalicə və müayinələr qəbul etmişdir. Apelyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir. Belə ki, işə bundan əvvəl baxan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən Ali Məhkəmə istinad olunan qərarında göstərmişdir ki, hüquqi şəxsin 11 il əvvəl işdən azad edilmiş rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müvafiq vergi borcunun ödənilməsinin təmini üsulu ola bilməz...Reyestrdə müvafiq qeydə dəyişiklik edilməsi üçün yalnız xx xxxxx 2019-cu ildə müraciət edilməsinə gəldikdə isə müvafiq dəyişiklik işdən azad edilmiş şəxsin ərizəsi əsasında deyil, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən edilməlidir.(Vergi Məcəlləsinin 34-cü maddəsi). Buna görə də, müvafiq müraciətin vaxtında edilməməsi maraqlı şəxsə irad tutula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan normanın məzmunundan bəlli olur ki, məhkəmə fiziki və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının hesabladığı vergi öhdəliklərini yerinə yetirmədikdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edə bilər, yəni həmin norma vergi öhdəliklərinin icrasının təmin edilməsi üsulu kimi nəzərdə tutulmuşdur. Lakin 11 il əvvəl işdən azad edilmiş Maraqlı şəxs barəsində hesablanmış məhkəmə qaydasında mübahisələndirilən 26149,46 manat vergi borcuna görə ölkədən getmək hüququnun məhdudlaşdırılması onun sərbəst hərəkət hüququnu məhdudlaşdırmaqla yanaşı, vergi borcunu ödəməməyə görə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qanunvericiliyin məqsədlərinə də cavab vermir. Vergi borcunu ödəməməyə görə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə normanın qanunvericiliyə daxil edilməsi vergi borcunun ödənilməsini təmin etməkdə bir təsir vasitəsi kimi nəzərdə tutulmuşdur. Belə olan halda, hüquqi şəxsin icra orqanının rəhbəri olmayan və məhkəməyə müraciət olunduğu vaxtdan 11 il əvvəl işdən azad olunmuş şəxsin adının formal olaraq vergi orqanında hüquqi şəxsin icra orqanının rəhbəri kimi qalması onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan normalarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə mövqeyini nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və digər sənədlərə əsasən xx.xx.2008-ci ildə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilməsi və bununla bağlı xx xxxxx 2019-cu ildə reyestrdə müvafiq dəyişiklik edilməsi barədə Vergilər Nazirliyinə müraciət etməsi maraqlı şəxsə irad tutula bilməz və buna görə 11 il əvvəl işdən azad edilmiş hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması müvafiq vergi borcunun ödənilməsinin təmini üsulu ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bu isə Azərbaycan Respublikası MPM-in 385.1.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maraqlı şəxs apelyasiya şikayətində onun birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamasını və məhkəmə iclasında iştirakının təmin olunmamasını göstərmişdir. İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə göndərilmiş bildiriş ünvanına çatmamışdır. Azərbaycan Respublikası MPM-in 385.1.1 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 2053/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2735/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2735/2020
03.03.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver