Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2739/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: X4 və X3 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin Maraqlı şəxs qarşı ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti Maraqlı şəxs qarşı ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə belə əsaslandırılmışdır: Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəciyisi olan “xxxxxxx” MMC-nin (VÖEN: **********1) 3054.91 manat məbləğində (o cümlədən, vergilər üzrə 0 manat, faizlər üzrə 0.2 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) borcu var. Yaranmış borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixli bildiriş göndərilmiş, lakin vergi ödəcisi yaranmış borc məbləğini ödəməmişdir. Qeyd olunanlara əsasən fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan 3054.91 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix-xx xxxx 1962-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Ağsu rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi- xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0SQ76685) barəsində ölkədən getmək hüqunun müvəqqəti məhdudlaşdırılmasma dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Ərizələrin məhkəmələr tərəfindən rədd edilməsi borclu fiziki şəxslərin və hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən sərbəst giriş-çıxışına, onların vergi ödəməkdən yayınmasına, beləliklə, büdcə daxilolmalarının azalmasına səbəb ola bilər.Məhkəmə qətnaməsində qeyd edildiyinin əksinə olaraq Departament borcun tutulması ilə əlaqədar maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Borc məbləğinin tam ödəniləcəyi və borcun ləğv ediləcəyi təqdirdə vergi orqanı dərhal məhdudlaşdırılmanın götürülməsini təmin edəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti qismın təmin edilmiş, qətnamə ləğv olunmuş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi Vergilər Nazirliyi yanında Bakı şəhəri X6 Departamentinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, vergi borcunun olması maraqlı şəxsin ölkədən getmə hüququnun məhdudlaşdırılması üçün əsasdır. Hazırda ölkə Prezidentinin qəbul etdiyi Fərmana əsasən maraqlı şəxsin vergi orcunun bir qismi silinmiş və ödənilməmiş 2500 manat borcu qalmışdır. Bu barədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsini məhkəməyə təqdim edir. Ona görə ərizə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: Şəxsi hesab vərəqəsindən göstərilir ki, Maraqlı şəxs 2500 manat məbləğində borcu var. Fiziki şəxs haqqında məlumatlardan görünür ki, Maraqlı şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, onun ünvanı ünvan 1 mənzil 49 ünvanıdır. 2 saylı Bakı İnzibati-İqitsadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli qiyabi qətnaməsinin surətindən görünür ki, “xxxxxxx” MMC-dən dövlət büdcəsinə olan 4325.69 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməlidir. İşə baxan məhkəmə ərizəni təmin etməməklə, yuxarıda qeyd olunmuş borcla bağlı qiyabi qətnamədən maraqlı şəxsin şikayət verməsinə əsaslanmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə razılaşan apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, borc məbləği mübahisələndirildiyindən, həmin tələb üzrə icraata xitam verildiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşi yenidən apellyasiya icraatına göndərən kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə icraata xitam verilməsinin əsaslarını araşdırmamış və həmin qərarın surəti iş materiallarına əlavə edilməmişdir. İş üzrə icraata xitam verilməsi barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “vergi orqanının qəbul etdiyi aktlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 82-ci maddəsinə müvafiq surətdə məhkəməyə müraciət edilmədən icraya yönəldilə bilər. Bununla yanaşı, məhkəmənin mövqeyincə, vergi orqanının məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu və 90-cı maddələrinə müvafiq surətdə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbi ilə bağlı olmalıdır. Digər hallarda vergi borcunun alınması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 82.2-ci maddəsində müəyyən edilmiş şəkildə, məhkəmədən kənar qaydada həll olunmalıdır”. Göründüyü kimi iş üzrə icaata ona görə xitam verilmişdir ki, vergi orqanı həmin borcu məhkəməyə müraciət etmədən də tələb edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası aşağıdakı dəyərləndirməni apararaq hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması fəslinin prosessual qanunvericiliyə əlavə edilməsinin məqsədi vergi öhdəliyinin tez bir zamanda icra edilməsini təmin etməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1. maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Təsadüfi deyil ki, qeyd olunan fəsildə analoji işlərə daha qısa müddətə baxılması, ərizə təmin olunacağı təqdirdə qətnamənin dərhal qüvvəyə minməsi, şikayətin verilməsi halının qərarın icrasını dayandırmaması kimi təxirəsalınmaz tədbirlər nəzərdə tutulmuşdur. Beləki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.1. maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.4. maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Nəzərə almaq lazımdır ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə müraciətdən əvvəl vergi borcunun hesablanması və həmin borcun ödənilməsi ilə bağlı tərəflər arasında müvafiq işgüzar danışıqların aparılması istisnasızdır. İş materiallarından da görünür ki, yaranmış vergi borcu ilə bağlı maraqlı şəxsə bildiriş göndərilmişdir. Maraqlı şəxsin nəzərinə çatdırılır ki, analoji işlər üzrə ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi üçün ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin borcun təsdiqinə dair bildirişi kifayət edir. Vergi orqanı ödənilməmiş vergi borcunun olmasına istinad edərək hazırkı tələbi irəli sürmüşdür. Borcun düzgün hesablanmaması və yaxud vergi borcunun olmaması barədə mübahisə maraqlı şəxsin vergi orqanına qarşı inzibati-iştisadi məhkəmədə qaldırdığı tələblə öz həllini tapa bilər. Borcun olmadığı təqdirdə hazırkı iş üzrə məhkəmənin qoyduğu məhdudiyyət vergi orqanının öz qərarı ilə aradan qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilsin. “xxxxxxx” MMC-nin (VÖEN: **********1) rəhbəri Maraqlı şəxs (doğulduğu tarix-xx xxxx 1962-ci il, doğulduğu yer Azərbaycan Respublikası, Ağsu rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi-xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0SQ76685) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-2739/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2739/2020
10.03.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver