Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2739/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Afiyeddin Balakişiyevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun və maddi yardım pulunun indeksasiya edilməklə birdəfəlik ödənilməsi tələbinə dair 2(009)-2323/2020 saylı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xxxx MMC-dən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uyğunda gedən hərbi əməliyyatlar zamanı xx.xx.1994-cü il tarixdə şəhid olmuş X1nun əmək kitabçası, ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin (əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun) indeksasiya olunaraq və 5000 manat maddi yardımın cəmi 23328 manat pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh təşkilat tərəfindən ödəməli olan 105914 köhnə Azərbaycan manatının indeksasiya olunmaqla 3 misli miqdarında pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 1992-ci ildə Bakı şəhəri Xətai rayonu Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmişdir. “Şəhid adının əbidləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən X1 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Hərbi xidmətə çağırılanadək X1 Bakı şəhəri Xətai rayon Telefon Qovşağında işləmişdir. X1 qeyd olunan səbəblərdən itkin düşdüyündən və geri qayıtmadığından qanunvericiliklə nəzərdə tutulmuş qaydada iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bir müddət əvvəl ərizə ilə xxxx MMC-yə müraciət edərək və əmək qanunvericiliyin tələblərini rəhbər tutaraq xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə şəhid olmuş X1nun iş yerindən onun əmək haqqının, istifadə olunmamış məzuniyyət haqları, son haqq hesab pulunun, əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin surətinin ona təqdim olunması və eyni zamanda işçinin vəfat etməsi, şəhid olması ilə əlaqədar ona maddi yardım göstərilməsi barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Cavabdeh xxxx MMC-nin xx.xx.2017-ci il tarixli, BTRMMC-KŞ-1/10193 saylı cavab məktubunda ona izah edilmişdir ki, qardaşı X2 iş yeri olan X12 vərəsəlik təsdiq edən sənəd təqdim edildikdən sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə uyğun olaraq müavinətin verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra o, qardaşının son yaşayış yeri üzrə Xətai rayonunda yerləşən 40 saylı notariat kontoruna müraciət etdikdən sonra və notariat kontorunun müvafiq sorğusuna cavab olaraq xxxx MMC-yə müraciət etdikdən sonra arxiv məlumatlarına əsasən qardaşı X5 ödənilməli olan müavinət 105914 manat (köhnə) müəyyən edilməsi göstərilmişdir. Həmin pul vəsaitinin xx.xx.1993-cü il tarixdn hesablanmış olmasını və həmin müddətdən bu günə kimi ölkədə manatın denominasiya olduğunu, eyni zamanda bir neçə dəfə manatın devalvasiyaya uyğaması nəticəsində həmin pul məbləğinin indeksasiya olunaraq neçə manat təşkil etməsi ilə bağlı müvafiq dövlət orqanlarına vəkili tərəfindən müraciətlər edilmişdir. Həmin orqanlardan və xüsusi ilə də Dövlət Statistika Komitəsindən alınmış sorğuya cavab məktubundan da məlum olmuşdur ki, bu gün həmin pul vəsaiti indeksasiya olunmaqla təxminən 18328 manat təşkil edir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3882,46 (üç min səkkiz yüz səksən iki manat qırx altı qəpik) manat məbləğində pulun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilərək, əmək kitabçasının, xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilmiş, şəhid olmuş X1na ödənilməli olan müavinətin indeksasiya edilməklə üç misli miqdarında ona ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddianı qismən təmin etməklə çıxardığı qətnamə qanunvericiliyin tələblərinə cavab vermir. Birincisi, iddia ərizəsində iddia tələbində mərhum qardaşının cavabdeh təşkilatda saxlanılan əmək kitabçasını da tələb etmişdir. Nümayəndəsi iddia tələbinin həcminin artırılması haqqında məhkəməyə ərizə verərək pul vəsaiti ilə bağlı iddianın həcmini və əsasını dəyişdirərək 105914 köhnə Azərbaycan manatının indeksasiya olunmaqla Azərbaycan Respublikası ƏM-nin 77.7-ci maddəsinin tələbləri baxımından 3 misli miqdarında cavabdehdən tutulmasını tələb etmişdir. Bu da o anlama gəlməyə əsas vermir ki, əmək kitabçısının tələb edilməsi iddia tələbindən xaric edilmişdir. İkincisi, məhkəmə cavabdeh təşkilatdan məhkəməyə nümayəndə gəlməsini təmin etməməklə mülki mübahisəyə yarımçıq qiymət vermişdir. Belə ki, qarşı tərəf olan təşkilat məhkəməyə cəlb edilməklə məhkəməyə sənədlər təqdim edərək mərhum qardaşının tutduğu vəzifəyə uyğun olaraq əmək haqqı cədvəli üzrə hansı miqdarda məvacib alınmasını müəyyən edildikdən sonra, əmək haqqısı, onun istifadə edilməmiş məzuniyyət pulları, son haqq hesabı dəqiqləşdirilərək qardaşına ödəniləcək müavinətin 105914 köhnə Azərbaycan manatı təşkil etməsinin düzgün hesablanmasını araşdırılmalı idi. Ondan sonra həmin məbləğin düzgün olaraq 105914 köhnə Azərbaycan manatı təşkil edildiyi müəyyən edildikdən sonra qardaşımın ölüm faktı İsmayıllı Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə qeyd olunduğundan qüvvədə olan Azərbaycan Respublikası ƏM-nin 77.7-ci maddəsinə əsasən indeksasiya olunmuş pul vəsaiti 3 misli miqdarında ona ödənilməsi barədə qətnamə çıxarılmalı idi. Bundan başqa, məhkəməyə əlavə subutlar təqdim edilməsi məqsədilə Dövlət Statistika Komitəsinə vəkili tərəfindən sorğu verildiyi üçün işin təxirə alınması xahiş edilsə də, məhkəmə subutları məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxışını təxirə almamışdır. Ona görə də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 04/1-79 saylı cavab məktubunu apellyasiya şikayətinə əlavə etmişdir. Həmin məktubda da qeyd olunmuşdur ki, istehlak qiymətləri indeksi 2020-ci ilin oktyabr ayında 1993-cü ilin noyabr ayına nisbətən 18753,9 faiz təşkil etmişdir. İşin faktiki hallarından və məhkəmə qətnaməsindən məlum olduğu kimi, məhkəmə heç bir araşdırma aparmadan səthi olaraq mülki işi araşdırmış və natamam nəticəyə gəlmişdir. Apellyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin müəyyən edilmiş hallarına əsasən, iddiaçının X1 1994-cü ildə Kəlbəcər istiqamətində Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə X11 xx.xx.1994-cü il tarixdə Kəlbəcər istiqamətində Murovdağ uyğunda gedən döyüşlərdə itkin düşlüyü üçün ölmüş elan olunmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən iddiaçının qardaşı Məhərrəm Məmmədov “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilmişdir. Bundan başqa, iddiaçının X1 birinci Qarabağ müharibəsinə getməmişdən əvvəl X10 işləmiş, itkin düşdüyünə görə iş yerindən əmək kitabçasını və son haqq hesabını ala bilməmişdir. Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019- cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə ölmüş X7 vərəsəsi onun qardaşı İddiaçı hesab edilmişdir və onun almalı olduğu miras əmlak “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubuna əsasən 105914 (bir yüz beş min doqquz yüz on dörd) (köhnə) Azərbaycan manatı vəsaitindən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi pulun qismən tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan pulun məbləğini düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə pulun tutulmalı olan məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, 74-cü maddəsinin birinci hissəsinin “a” və “c” bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “ç” bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylı əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir Hazırkı iş üzrə iddiaçı onun mərhum qardaşının müharibədə itkin düşdüyü və işlədiyi yerdən son haqq hesabı almadığı üçün, qardaşının vərəsəsi kimi vərəsəlik şəhadətnaməsinin əsasında onun almalı olduğu pula vərəsəlik hüququ əldə etmişdir. Lakin miras əmlak hesab edilən və “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 105-1-11-8104 saylı məktubuna əsasən hesablanmış məbləğ – 105914 (köhnə manatla) manat hazırda inflasiyaya və denominasiyaya uğramışdır. Həmin halları nəzərə alaraq o, qardaşının almalı olduğu məbləği inflyasiya nəzərə alınmaqla ona ödənilməsini cavabdehdən tələb etsə də, sonuncu ödənilməli olan məbləği inflyasiya nəzərə alınmadan ona ödəyir. Bu səbəbdən iddiaçı ona ödənilməli olan 105914 köhnə Azərbaycan manatı məbləğində müavinətin indeksasiya olunaraq 3 misli həddində ona ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının mərhum qardaşı işlədiyi yerdən son haqq-hesabı almadığı və müharibədə itkin düşüb ölmüş elan olunduqdan sonra onun işlədiyi yerdən almalı olduğu pula iddiaçının vərəsəlik hüquqları tanındığı üçün, iddiaçının həmin pulu ona ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının almalı olduğu pul məbləği - 105914 köhnə Azərbaycan manatı hazırda manatın denominasiyası nəzərə alınmaqla cəmi 21 manat təşkil edir. Lakin qeyd olunmalıdır ki, 1994-cü illə müqayisədə həmin məbləğ hazırda istehlak indeksi nəzərə alınmaqla dəyərdən düşmüş və çox cüzi bir məbləğ təşkil edir. İstehlak qiymətləri indeksi (İQİ) — istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyərinin dəyişməsini xarakterizə edən nisbi göstəricidir. Bu göstərici müəyyən dövr ərzində istehlak edilən malların və xidmətlərin dəyişməz qaldığı şəraitdə əhalinin istehlak xərclərinin ümumi məbləğinin dəyişməsini əks etdirir. İQİ-nin başlıca təyinatı istehlak mallarının və xidmətlərinin qiymət dinamikasını müəyyənləşdirməkdən ibarətdir. Ümumiyyətlə, İQİ müəyyən edilmiş məhsul və xidmətləri özündə birləşdirən səbətin cari və baza qiymətinin nisbətidir. Respublikada İQİ-nin hesablanması üçün məsul orqan Dövlət Statistika Komitəsidir (DSK). İddiaçının qardaşının 1994-cü ildə almalı olduğu pul vəsaiti hazırda dəyərdən düşdüyü üçün, cavabdeh təşkilat ödəməli olduğu pulu istehlak qiymətləri indeksi nəzərə alınmaqla həyata keçirməlidir. Ödənilməli olan ödənişlərin indeksləşdirilməsi üçün onun İstehlak qiymətləri indeksinə münasibətdə olan dəyəri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi isə istehlak qiymətləri indeksinin göstəricisini hesablayan rəsmi dövlət orqanı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan pul məbləğinin indeksləşdirilməsi Dövlət Statistika Komitəsinin müəyyən etdiyi istehlak qiyməti indeksinin nisbəti nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məbləğin indeksləşdirilməsi həyata keçirilərkən Azərbaycan manatının xx.xx.2006-cı ildə denominasiyası da nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, istehlak qiymətləri indeksi 2020-ci ilin oktyabr ayında 1993-cü ilin noyabr ayına nisbətən 18753,9 faiz təşkil etmişdir. Beləliklə, iddiaçıya ödənilməli olan 105914 köhnə Azərbaycan manatının indeksləşdirilməsi bu yolla həyata keçirilməlidir: 105914x18753,9 faiz/100=19863005,6 manat (köhnə Azərbaycan manatı). 19863005,6/5000=3972,6 manat. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi müavinətin ödənilməsi hissəsində qismən təmin edilməli və iddiaçıya vəfat etmiş qardaşına ödənilməli olan əmək haqqının, istifadə olunmamış məzuniyyət haqların və son haqq-hesab pulunun əvəzi kimi 3972,6 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası indeksləşdirilmiş pulun 3 misli həddində müavinətin tutulması barədə iddiaçının tələbi üzrə qeyd edir ki, iş materiallarında cavabdeh təşkilat tərəfindən həmin məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.7-ci maddəsinə uyğun hesablanması və həmin məbləğlə bağlı iddiaçını məlumatlandırılması müəyyən edildiyindən bu hissədə tələb təmin ediməməlidir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cərimənin tutulması hissəsində dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)- 2323/2020 saylı qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilsin. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 3972,6 (üç min doqquz yüz yetmiş iki manat altmış qəpik) manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2739/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2739/2021
13.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver