Məhkəmə qərarları › İş №2(103)-274/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-274/2021

27.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-274/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və X1 övladları Cavabdeh3 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılmalarına dair qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı mənzilə onun və ailə üzvlərinin istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə ilk iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları Cavabdeh3 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 3, 73 saylı mənzildən çıxarılması qət edilmiş, Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, 27 ildən artıqdır ki, həmin mənzildə yaşayır, iddiaçının istinad etdiyi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 916 nömrəli sərəncamı hüquqi qüvvəyə malik deyildir. Bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi Rayon İcra hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra hakimiyyətinin Başçısının 916 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraat dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubuna əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından müəyyən olur ki, iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi Rayon İcra hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra hakimiyyətinin Başçısının 916 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2- 1(102)-1931/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2485/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərradadı ilə hazırkı mülki iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 1994-cü il tarixli № 916 saylı Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi 3184/87 məhəllə ev 3, 73 nömrəli mənzilin – özü İddiaçı, arvadı X3, oğlu X4, qızı X2, oğlu Qədirov Rövşən Sənail oğlundan ibarət ailə tərkibində İddiaçı verilməsi haqqında olan xx.xx.1993-cü il tarixli qərarı təsdiq edilmişdir. Binəqədi rayonu MKTB-nin 72 saylı MKİS tərəfindən verilmiş 53 saylı xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 3, 73 saylı mənzildə 1994-cü ildən Laçın rayonundan məcburi köçkün olan mərhum Cavabdeh3 Vəli oğlunun oğlu, Cavabdeh1, gəlini Cavabdeh2 və nəvəsi Cavabdeh3 məskunlaşmışlar. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Laçın rayonundan məcburi köçkünlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məcburi köçkün kimi Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Z.Qənbərov küçəsi, ev 3, 73 saylı mənzildə məcburi köçkün kimi qeydiyyat və kommunal qeydiyyatda adları keçmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2- 1(102)-1931/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə icraatın dayanırılmasına səbəb olmuş iddiaçı Cavabdeh1 cavabdeh Binəqədi Rayon İcra hakimiyyətinə qarşı “Binəqədi Rayon İcra hakimiyyətinin Başçısının 916 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4388/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bu qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin 2- 1(102)-1931/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1369/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin və qarşılıqlı iddia tələbini rədd etməklə haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin və qarşılıqlı iddia tələbini rədd etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6039/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar