Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2741/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ( “istehsalat qəzası nəticəsində dəymiş maddi və mənəvi zərər”) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzası nəticəsində dəymiş maddı və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2024 saylı işi üzrə, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdən hal-hazırki günədək almış olduğu xəsarətlə bağlı dəymiş maddi ziyan olaraq 100000 AZN, mənəvi zərər olaraq 50000 AZN –nin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-98/2024 saylı işi üzrə iddia qismən təmin edilmiş, 2503 manat,90 qəpik maddi ziyan və 10000 manat mənəvi zərər Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 127 manat, 51 qəpik dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət nəfinə ödənilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. 2.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1,191.2,194.1,194.2,195,196,215,217,225.1,238, 239.1,239.2, 290.3,294.5-ci maddələrinə; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin “İstehsalatda baş verən bədbəxt hadisənin təhqiq edilməsi üçün Təhqiqat komissiyasının yaradılması haqqında”xx.xx.2019-cu il tarixli əmrinə əsasən formalaşdırılmış komissiyanın rəyinə əsasən, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq İZ formalı aktlarla rəsmiləşdirilməsi və Cavabdeh MMC tərəfindən uçota alınması qeyd olunmuşdur . İstehsalatda bədbəxt hadisə haqqında 1 saylı “İZ” formalı aktdan görünür ki, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə "xxxx" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına işyerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək funksiyalarının icrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X9 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr,hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (faska açılması)işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır. Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilər xəstəxanasına göndərilmişdir. Hadisənin səbəbləri kimi ,BOS Self" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti metal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur. Hazırki iş üzrə iddiaçı baş vermiş bədbəxt hadisə nəticəsində dəymiş maddi ziyan və mənəvi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etməyərək, bədbəxt hadisənin baş verməsində şirkətin təqsiri olmadığını və iddiaçının diqqətsizliyi və ehtiyatsızlığından irəli gələrək baş verdiyinə əsaslanaraq iddianın rədd edilməsini xahiş etmişdir . Beləliklə, iş materiallarına və tərəflərin izahatlarına əsasən hadisənin iddiaçının əmək funksiyalarının icrası zamanı baş verdiyi, sözügedən bədbəxt hadisənin istehsalat xarakterli olması, hadisə barədə işəgötürən tərəfindən əmək müfəttişliyinə gec məlumat verilməsini, iddiaçının çəkməsində qoruyucu səthlə təmin edlməməsini və məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, iddia tələbi qismən təmin edilməsi qənaətinə gəlir. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. İşin yuxarıda qeyd edilən hallarına əsasən, hazırkı halda işəgötürən istehsalat xarakterli bədbəxt hadisənin baş verməsində təqsirsiz olmasını sübuta yetirə bilməmişdir. Həmçinin, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir. Beləliklə, işəgötürən baş vermiş bədbəxt hadisədə əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirlidir, bu hal iddiaçının iş materiallarında və məhkəmə iclaslarında olan bütün izahatlarında işəgötürən tərəfindən xüsusi qoruyucu səthli ayaqlıqla təmin edilmədiyi ifadəsinin cavabdeh tərəfindən əksinin sübuta yetirə bilməməsi ilə, eyni zamanda bədbəxt hadisə baş verdiyi halda cavabdeh tərəfindən X12 Xidmətinə gec məlumat verilməsi ilə və həmçinin işəgötürən tərəfindən işçiyə bədbəxt hadisə ilə əlaqədar əvvəllər edilmiş müəyyən miqdarda ödənişlər edilməsi ilə öz təsdiqini tapır. Belə olan halda, işəgötürənin hər hansı inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması onun əməyin mühafizəsi normalarının pozulması nəticəsində iddiaçının səhhətinə vurulan zərərə görə məsuliyyət daşımaması anlamına gəlmir. Yuxarıda sadalanan normaları və iş üzrə müəyyən edilmiş halları, məhkəməyə maddi ziyan tələbinin əsası kimi iddiaçı tərəfindən təqdim edilmiş qəbzləri nəzərə alaraq, iddiaçının maddi ziyan tələbi 2503,90 manat hissədə (xəstənin stasionarda yatılı müalicə olunmasına görə və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat və dərmanlarına görə isə 980 manat olmaqla cəmi 2503.9 manat) təmin edilməli, maddi ziyan tələbi digər hissədə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, məhkəməyə maddi ziyan barədə heç bir digər sübut təqdim edilmədiyindən rədd edilməlidir. Həmçinin məhkəmə iddiaçının mənəvi ziyanla bağlı tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki yuxarıda qeyd edilənlərə əsasən, cavabdehin qeyd edilən normalar çərçivəsində maddi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması iş materialları ilə sübut olunur. Göründüyü kimi, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almışdır. Qeyd edilənlərlə əlaqədar iddiaçının və ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilən hallar: xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında müddətli əmək müqaviləsi bağlanmışdır;- xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavəsinə əsasən, xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinin 4.1-ci maddəsinə dəyişikliklər edilmiş və bu dəyişiklər edilməsi ilə bağlı bildirişlər qeydə alınmışdır; xx.xx.2019-cu il tarixli istehsalatda bədbəxt hadisə haqqında İZ formalı aktın məzmununa əsasən, "xxxx" MMC-nin metalkonstruksiyaların quraşdırılması üzrə quraşdırıcısı İddiaçı 22 may 2018-ci il tarixdə "xxxx" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağına iş yerinə gəlmiş, əməyin mühafızəsi və təhlükəsizlik texnikası qaydalarına dair təlimat aldıqdan sonra əmək funksiyalarının içrasına başlamışdır. Həmin günü quraşdırıcı usta X9 tərəfindən aparılmış iş bölgüsü zamanı quraşdırıcı İddiaçı əllə idarə olunan qazla kəsici avadanlıq vasitəsi ilə uzunluğu 12 metr, hündürlüyü 60 sm olan metal tirin üzərində qaynaq bucağının kəsilməsi (faska açılması)işi tapşırılmışdır. İddiaçı verilmiş iş tapşırığına əsasən işə başlamış və qazla kəsici ilə tirdə qaynaq bucağını kəsərkən tirin qırağından kəsilmiş isti metal qırıntısı onun sağ ayağının pəncəsinin üzərinə düşərək xəsarət almışdır.Hadisədən sonra İddiaçı ilkin tibbi yardım göstərilmiş və o, Neftçilər xəstəxanasına göndərilmişdir. Hadisənin səbəlıəri kimi ,BOS Self" MMC-nin 11 saylı sexinin 2-ci texniki zolağında əllə idarə olunan qazla kəsici avadanlıq ilə metal tirin üzərində qaynaq bucağı kəsilmiş isti metal konstruksiyalarının quraşdırılması üzrə İddiaçı sağ ayağının pəncəsinin üzərinə düşməsi olmuşdur; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhəri İdarəsindən İddiaçı vəkilinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh işçisi İddiaçı xx.xx.2018-ci il tarixdə xəsarət alması ilə bağlı araşdırma aparılıb-aparılmaması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000ci il tarixli 27 nömrəİi Qərarı ilə təsdiq edilmiş 'İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınrması Qaydalarna əsasən İddiaçı xx.xx.2018-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə X12 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən tədqiq edilmişdir. Hadisə istehsalatla əlaqəli hesab edilərək İZ formalı aktla rəsmiləşdirilmiş və “Bos Şelf MMC tərəfindən uçota alınmışdır. Məlumat üçün bildirmişdir ki, xx.xx.2021-ci il tarixli məktubunuza əsasən İddiaçıla baş vermiş bədbəxt hadisənin təhqiqat materiallarının surəti X12 Xidmətinin xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubu ilə Sizə göndərilmişdir. Həmçinin, İddiaçı Cavabdeh MMC-də xəsarət alması və pozulmuş hüquqlarının bərpa olunmasına köməklik göstərilməsi barədə müraciətinə X12 Xidmətində baxılmış və Xidmətin xx.xx.2023-cü il tarixli 3- 17-5/2- 4856/2023 nömrəli məktubu ilə vətəndaşa cavab verilmişdir (məktubun surəti əlavə olunur).Əlavə olaraq nəzərinizə çatdırmışdır ki, İddiaçı xəsarət alması barədə hadisə baş verən gün işəgötürən tərəfindən X12 Xidmətinə məlumat verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərəflərindən işəgötürən inzibati məsuliyyətə cəlb edilmişdir;- 1205 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə “BOS Şelf" MMC tərəfi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2017-ci il tarixli 165299 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasi) əsası ilə əmək müqaviləsinə xitam verilmişdir; - inzibatı tənbeh vermə haqqında MN ******* saylı qərarına əsasən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən “BOS Şelf" MMC barəsində İddiaçı xx.xx.2018-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barəsində həmin gün xəbər verilmədiyindən İXM 555.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədildiyindən 1000 manat cərimə edilmişdir; - xx.xx.2023-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışa əsasən, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş ”İstehsalatda baş verən bədbəxt hadislərinin təhqiqi və uçota alınması Qaydalarına əsasən baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi təhqiqat komissayının yaradılması əmr edilmişdir.Həmin əmrə əsasən yaradılmış komissiyanın rəyinə görə komissiya təhqiqat aktının 4cü bölməsinə əsasən bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxsləri müəyyən etməmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"na müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməli və Cavabdehndə uçota alınmalıdır. “İZ” formalı aktın bir nüsxəsinin zərərçəkənə verilməsi cəmiyyət rəhbərliyi tərəfindən təmin edilməlidir. Komissiya üzvləri zərərçəkənlə görüşmüş və ona sosial hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada izah etmişdir; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin xx.xx.2019-cu il tarixli əmrdən əlavə edilmiş İddiaçı izahatlara əsasən, xx.xx.2018-cü il tarixdə işə başlamazdan öncə texniki təhlükəsizlik barəsində təlimat aldığını və əmək funksiyalarının icrasına başladığını, təxminən 10:30 radələrində kəsici qurğu ilə 60 kq-lıq balkanın polkasında faska açarkən balkanın qırağından çıxan dəmirqarışıq şlaq ani surətdə qoparaq sağ ayağının pəncə nahiyəsinə girərək xəsarət yetirmişdir. Hadisədən sonra zavodun tibb məntəqəsində ona ilkin yardım göstərdikdən sonra 5 gün davamlı olaraq müəsisənin tibb məntəqəsində müalicəsini davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə ayağı infeksiya olmuş və ağrıları artdığından X4 apardılar. Hal-hazırda müalicəsi davam etdirir.İşə başlamışdan öncə önlük və qolluqla təmin edilmiş, lakin ayaqlıqla təmin edilməmişdir;- Azərbaycan Səhiyyə Nazirliyi X3 xx.xx.2018-cü il tarixli çıxarışından görünür ki, İddiaçı aşıq baldır oynağı və ayağın bərk əzilməsi qəti diaqnozu qoyulmuşdur; - Azərbaycan Səhiyyə Nazirliyi X3 xx.xx.2019-cü il tarixli çıxarışına əsasən, İddiaçı sağ pəncədə postravmatik sümük iliyi ödəmi diaqnozu qoyulmuşdur; - xx.xx.2023-cü il tarixli 25909 nömrəli qəbzinə əsasən, İddiaçı dərmanlarına görə 980 manat ödəniş etmişdir; - xx.xx.2023-cü il tarixli Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli epikrizə əsasən,15 gün ərzində xəstəxanada İddiaçı stasionarda yatılı müalicə olunmasına və oynaq terapevtik maddənin inyeksiyasına görə cəmi 1523.90 manat məbləğində xərc çəkilmişdir; - Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən, araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulubpozulmamasının müəyyən etmək mümkün olmamışdır. İddiaçı hadisə nəticəsində az ağır xəsarət almış, eyni zamanda əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasmı müəyyən etmək mümkün olmamışdır. Beləliklə, "Bos Şelf' MMC-də quraşdırıcı vəzifəsində işləmiş İddiaçı iş zamanı xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2- ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, X2 əməlində hər hansı cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır;- cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki Məhkəmətibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 44 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü vətəndaş İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər - sağ ayaq oynaqlarm bükücü-açıcı vətərlərin konturakturası, subxondrial sklerozu, oynaq yarığının daralması və hissi-hərəki funksional pozğunluğu ilə müşayiət olunan sağ pəncənin yumşaq toxumalarının əzilməsi və termiki yanığı nəticəsində qayıqvari sümüyünün osteonekrozu (cərrahi əməliyyat - osteotomiya) yüksək hərarətin - isti cismin təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2018-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən (33%) az olmaqla dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İddiaçı bədən səthində aşkar edilmiş xəsarətin xarakter, lokalizasiyasmı və tibbi sənəddə qeyd olunanları nəzərə alıb demək olar ki, qeyd olunan xəsarət müxtəlif şəraitdə o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni isti metal qırıntısının sağ ayaq nahiyəsinə düşməsi nəticəsində əmələ gəlməsi mümkündür. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 15 may 2023-cü il tarixli 10/2962 nömrəli rəyində qeyd edilmişdir ki, hadisənin baş vermə şəraitini nəzərə almaqla yoxlama materiallarında hadisə ərəfəsində İddiaçı ayağında olan ayaqqabının odadavamlı xüsusi ayaqqabı olub-olmaması, ayaqqabının üzərində termiki təsir izlərinin yaranıbyaranmaması barədə məlumatlar olmadığına görə, hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün deyildir. Hadisənin bilavasitə texniki səbəbini müəyyən etmək mümkün olmadığına görə, hadisə ilə əlaqədar əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulub-pozulmamasına dair suallar üzrə tədqiqat aparılmamışdır;- "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən, xx.xx.2018-ci il tarixdə Şirkət ərazisində İddiaçı xəsarət alması ilə nəticələnmiş hadisədə Şirkətə heç bir maddi ziyan dəyməmişdir Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. İddiaçı apellyasiya şikayəti verərək , birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)- 98/2024 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən halların hər birinin sübutu məhkəməyə təqdim edilmişdir. Cavabdeh ``Bos Şelf``` MMC-ni təmsil edən nümayəndə tərəfindən qismən iddia tələbi etiraf edilmiş, yəni hadisənin olması təkzib edilməmiş, hadisədən sonra İddiaçı ``Mərkəzi Neftçilər`` xəstəxanasına göndərilməsi, orada MMC-nin hesabına müayinə və müalicə olması bildirilmişdir. Həmçinin cavabdehin nümayəndəsi hadisənin baş verdiyi gündən sonrakı vaxtlarda da iddiaçının məhkəməyə təqdim etdiyi tibbi sənədlərdə göstərilən müayinə və müalicələrinin də MMC-nin maliyyə vəsaitləri hesabına həyata keçirilməsini bildirmişdir. Bununla da cavabdeh özünü həmin hadisənin baş verməsində təqsirli olmasını göstərən hərəkətlər icra etmişdir. Qeyd etmək lazımdır ki, işə birinci instansiya məhkəməsində baxılan zaman iş materiallarına əlavə olunması üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı 1 günlük xəstəxanada müalicə xərci 1523.90 AZN təşkil etmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həkim tərəfindən İddiaçı təyin edilmiş dərman vasitələrinin xərci 980 AZN təşkil etmişdir. İş materiallarına əlavə edilmiş epikrizdən görünür ki, İddiaçı il ərzində iki dəfə 1523.90 AZN təşkil edən müalicə kursu keçməlidir. Göründüyü kimi məhkəmə həmin xüsusata əhəmiyyət vermədən yalnız bir dəfəlik xərc formasında İddiaçı xeyrinə 2503.90 AZN pulun tutulmasını qət etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, mənəvi zərər üçün məhkəmənin gəldiyi nəticə də obyektiv deyildir. Belə ki, 6 ildir ağsaq vəziyyətdə qalaraq şiddətli ağrılar keçirən, əmək funksiyasını itirmiş şəxsə müəyyən edilmiş mənəvi zərər həddindən artıq azdır. 5.Cavabdeh apellyasiya şikayəti verərək,(sonradan apellyasiya şikayətinə əlavə verməklə) Qaradağ Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(002)-98/2024 saylı qətnaməsinin tamamilə ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını və qətnamədən apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 220 manat məbləğində dövlət rüsumunun İddiaçı tutulmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191, 195, 238, 239, 290.3; Respublikasının Mülki Məcəlləsinin 21 və 23; Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına; “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan RespublikasıNazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarına; «Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarna; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 08 avqust 2019-cu il tarixli əmrinə əsasən yaradılmış təhqiqat komissiyasının rəyinə görə bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Həmçinin iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı İddiaçı xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından AR CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayətişinin başlanması rədd edilmişdir. Göründüyü kimi hadisə zamanı işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarının pozulmasına yol verilməmişdir. Lakin buna baxmayaraq məhkəmə heç bir əsas olmadan absurd bir şəkildə iddianın qismən təmin edilməsi nəticəsinə gəlmiş və gəldiyi nəticəni öz qanunsuz qətnaməsində “əsaslandırmağa” cəhd etmiş, lakin bu çox uğursuz olmuşdur. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 005/2019 nömrəli, xx.xx.2019-cu il tarixli “İZ” formalı aktdan görünür ki,İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin həmin ölçülərdə metal tirin üzərində simulyasiyası zamanı əl ilə idarə olunan qazla kəsici avadanlığın istifadəsi zamanı hər hansı mövqedə dayanaraq işləyərkən kəsilmiş isti metal qırıntısının (şlakın) işçiyə xəsarət yetirmə riski aşkar edilməmişdir. Belə ki, metal tir üzərində qaynaq bucağı kəsərkən (faska) kəsilmiş isti metal qırıntısının 80 sm hündürlükdən kəsilib yerə düşərkən ayağında xüsusi çəkməsi olan işçiyə xəsarət yetirməsi qeyri-mümkündür.Yalnız işçinin ehtiyatsızlığı və diqqətsizliyi nəticəsində yerə tökülmüş dəmir qırıntıları ona xəsarət yetirə bilərdi. Hazırki işdə də iddiaçı tərəfin və məhkəmənin istinad etdiyi hallar (əməyin mühafizə qaydalarının pozulması nəticəsində işçiyə az ağır zərər vurulması) inzibati xəta xarakterli hallardır və həmin hal yalnız İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməyin mühafızəsı qaydalarının pozulması ilə əlaqədar inzibati xətalara aid olabilər ki, buna dair məsuliyyət də yalnız inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş qərar əsasında təsdiq oluna bilər. "xxxx" MMC hazırkı işdə yalnız yuxarıda qeyd edilən orqan tərəfindən inzibati məsuliyyətə cəlb edildiyi halda işçiyə vurulmuş maddi zərərin əvəzi ondan tutula bilər. Lakin hazırda həmin hallarla bağlı inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən qəbul edilmiş hər hansı qərar mövcud deyil. Əksinə, bununla bağlı qərar qəbul etməyə səlahiyyəti olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 08 avqust 2019-cu il tarixli əmrinə əsasən yaradılmış təhqiqat komissiyasının rəyinə görə bədbəxt hadisənin baş verməsində əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə öz səlahiyyət həddini aşaraq bu sahədə qanunvericiliklə səlahiyyət verilmiş orqanın, yəni AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin rəyini heçə sayaraq “yalnız formal mülahizələrə dayanan əsaslandırması ilə” qeyd olunan hal üzrə BOS Şelf MMC tərəfindən əməyin mühafizəsi qaydalarının pozulması nəticəsinə gəlmişdir. Halbuki, yuxarıda da qeyd olunduğu kimi həmin fakt yalnız bu sahə üzrə ixtisaslaşmış şəxs olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qərarı əsasında müəyyən oluna bilərdi. Bundan əlavə hətta məhkəmənin bunu müəyyən etmək səlahiyyəti olduğu qəbul edildiyi halda belə, BOS Şelf MMC-nin hər hansı təqsiri müəyyən olunmur. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən dəlili ondan ibarət olmuşdur ki, hadisə vaxtı işəgötürən tərəfindən işçi xüsusi qoruyucu səthli ayaqlıqla təmin etməmiş, bu səbəbdən metal parçası işçinin çəkməsini deşərək ona xəsarət yetirmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən fakt barədə X12 Xidmətinə gec məlumat verilməsi, hadisədən sonra cavabdeh tərəfindən iddiaçıya müəyyən miqdarda ödənişlər edilməsi cavabdehin hadisənin baş verməsində təqsirli olmasını təsdiq edir. Bununla bağlı qeyd edilməlidir ki, əvvəla İddiaçı həmin gün işə başlamamışdan qabaq qaynaq bucağı kəsərkən atəş nöqtəsinə keçməmək barədə rəhbər şəxslər tərəfindən təlimatlandırılmış və bununla bağlı riskin qiymətləndirilmə formasına imza çəkmişdir. Lakin buna baxmayaraq İddiaçı hadisə vaxtı təhlükəsizlik qaydalarını pozaraq quraşdırıcı briqadir Şöhüb Salayevdən icazə almadan işin icrasının qadağan edildiyi atəş nöqtəsinə özbaşına olaraq keçib orada qaynaq bucağının kəsintisi işini icra etmiş, nəticədə də metal qırıntısının onun ayağını naməlum şəraitdə deşməsi nəticəsində xəsarət almışdır. Göründüyü kimi, İddiaçı öz səhlənkarlığı və kobud ehtiyatsızlığı nəticəsində xəsarət almışdır. Bundan əlavə məhkəmə ayaqlığın əsl mahiyyətini və təyinatını dərk etmədən ayaqlığın olmamasına istinadən işəgötürənin əməyin mühafizəsi qaydalarını pozması qənaətinə gəlmişdir. Halbuki həmin ayaqlığın təyinatı və məqsədi ayaqqabının korlanmasının qarşısını almaq olmuşdur. Belə ki, xüsusi qoruyucu səthli ayaqlıq dəri materialdan hazırlanmışdır və ayaqlıq qazla kəsici avadanlıqla qaynaq bucağı kəsərkən yaranan qığılcımların çəkməni korlamaması üçün nəzərdə tutulmuşdur. Xüsusi qoruyucu səthli ayaqlıq çəkmənin üzərinə düşən isti və iti əşyaların çəkməni deşməsinin və nəticədə şəxsin xəsarət almasının qarşısını ala bilməz. Göstərilən xüsusat X12 Xidməti tərəfindən aparılan araşdırma zamanı sex rəisi X8 və usta (briqadir) X6 verildikləri izahatlarla da tam təsdiq olunur. Beləliklə işçi hadisə vaxtı xüsusi qoruyucu səthli ayaqlıqdan istifadə etmiş olsaydı belə xəsarət almış olacaqdı. Əlavə olaraq qeyd etmək olar ki, əgər məhkəmənin həmin ayaqlığa istinad etməkdəki niyyəti işçinin təhlükəsiz şəraitdə işləməsi ilə əlaqədardırsa, məhz məhkəmənin istinad etdiyi halla bağlı işçi işə başlamamışdan qabaq birbaşa həmin işin görülməsinə rəhbərlik edən şəxs tərəfindən texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılmış və riskin qiymətləndirilmə prosesində iştirak edib müvafiq vərəqi imzalamışdır. Həmin riskin qiymətləndirilmə formasında da birbaşa göstərilmişdir ki, işçi iş görərkən atəş nöqtəsinə keçməməli, keçdiyi halda isə çəkmənin üzərinə isti, iti digər əşyaların düşməməsi üçün təhlükəsizlik məqsədilə metal sipərdən istifadə etməlidir. Lakin İddiaçı rəhbər şəxslərə məlumat vermədən özbaşına olaraq atəş nöqtəsinə keçmiş, metal sipərdən də istifadə etməmişdir. Bundan başqa işçi araşdırma zamanı verdiyi izahatında ayaqlıqla təmin edilmək istəyi ilə bağlı rəhbər şəxslərə bildirdiyini, lakin buna baxmayaraq ayaqlıqla təmin edilmədiyini desə də, o bu barədə yalan danışır. O, hadisə baş verən gün işə başlamamışdan qabaq bütün fərdi mühafizə vasitələri, o cümlədən ayaqlıqla təmin edilmişdir. Həmin xüsusatı sex rəisi Elşən Qasımov və usta (briqadir) Şöhüb Salayev də təsdiq edirlər. Bundan əlavə hadisədən sonra cavabdeh tərəfindən iddiaçıya müəyyən miqdarda ödənişlər edilməsi sırf humanitar məqsəd daşımışdır. Baş vermiş hadisədə işəgötürənin heç bir təqsiri olmamasına və işçinin öz səhlənkarlığı nəticəsində xəsarət almasına baxmayaraq işəgötürən humanist yanaşaraq kömək məqsədilə işçiyə müəyyən miqdarda maddi yardım göstərmişdir. Qeyd olunan nüansa əsasən cavabdehin hadisənin baş verməsində təqsirli bilinməsi gülünc və əsassızdır. Beləliklə, yuxarıda göstərilənlərdən təsdiq olunur ki, hadisə nəticəsində iddiaçının xəsarət almasında cavabdehin heç bir təqsiri yoxdur və iddiaçıya öz ehtiyatsızlığı ucbatından dəymiş ziyana görə Cavabdeh MMC heç bir məsuliyyət daşımır. Göründüyü kimi məhkəmə iş üzrə heç bir əsas olmadan öz şəxsi mülahizə və fərziyələrinə əsasən, iddianı qismən təmin etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, İddiaçı Mirhedyər oğlunun 2018-ci ilin may ayında xəsarət aldığını, cavabdeh tərəfindən xəsarətin olması faktının bir il müddətinə gizlədildiyini, hal-hazırda da qarşı tərəfin əsas çəkindiyi məqamın mülki məsuliyyət məsələsi deyil, cinayət məcəlləsinin 162 cə 308-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmaqdan çəkindiklərini, 1 ildən sonra məsələni gizlədə bilməyəcəklərini görüb daxili 2-3 əmr verdiklərini özlərində təhqiqat qrupu yaratdıqlarını, bunun birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsinin verdiyi ifadələrdə də öz təsdiqini tapdığını, iddiaçı xəsarət aldıqdan sonra 5 gün müddətində onu zavodun tibb məntəqsində saxladıqlarını,bundan sonra iddiaçını zavodun əməkdaşlıq etdiyi X4 köçürüldüyünü, orada müayinə və müalicə olunduğunu və bütün bu baş verən hallardan zavod rəhbərliyinin məlumatlı olduğunu, lakin qarşı tərəfin 1 il müddətinə qsədən bu məsələni gizlətdiklərini, iddiaçının prokurorluğa və ya məhkəməyə müraciət etməsinin qarşısını onu müalicə edib sağaldacaqları vədləri ilə qarşısını aldığını, həmçinin həmin 1 il müddətində Neftçilər xəstəxanasında İddiaçı müalicəsinin düzgün aparılmadığını, bundan sonra başqa həkimin müayinəsində olarkən bəlli olur ki, düzgün ixtisaslı müayinə aparılmadığını görə şəxsin sağ ayağının pəncəsində sinirlərin tamamilə məhv olduğunu, sonradan iddiaçıda şiddətli ağrılar yarandığı, bu müddət ərzində qarşı tərəfin iddiaçıya dərmanları almağa kömək göstərməsi üçün 300-500 manat arası pullar köçürüldüyünü, cavabdeh tərəf iddiaçıya mütəmadi maddi yardımlar etməsini vurğulasada nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə bununla bağlı hər hansı sübut təqdim edə bilmədiyini, hələ mediasiya prosesində olarkən tərəflərə barışıq təklif olunduğunu, lakin qarşı tərəfin sonradan razılaşmadığını,sonradan iddiaçının müayinə olunması üçün başqa xəstəxanaya göndərildiyini, həmin xəstəxanada 2 aylıq müalicədən sonra iddiaçının əməliyyat olunmalı olduğunu, lakin həmin əməliyyatın kifayət qədər riskli, ağır olduğunu, əməliyyat uğursuz keçərsə əməliyyatdan sonra iddiaçının indiki vəziyyətində də pis ola biləcəyini,bu səbəbdən iddiaçının bu əməliyyatı olmaq istəmədiyini, həmçinin birinci instansiya məhkəməsinə onlar tərəfindən həkim arayışının təqdim olunduğunu, həmin arayışda şəxsin ildə 2 dəfə 15 gün olmaqla müalicə olunmalı olduğunu, 1 kurs müalicənin xərcinin təqribən 1600 manat təşkil etdiyini, həmçinin müalicə dövründə istifadə olunmalı dərmanların da qiymətinin təqribi olaraq 900 manatın üzərində olduğunu, onların apellyasiya şikayətində tələb etdikləri məbləğin süni şəkildə şişildilmiş deyil, həmin müalicə və dərman xərclərinə uyğun olduğunu, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin iddianı qismən təmin etdiyini və cəmi bir müalicənin pulunu aldığını, həmçinin məhkəmə qətnaməsində ümumiyyətlə həmin hissəyə qiymət verilmədiyini, halbuki həkim tərəfində verilmiş arayışda da müalicənin ömürlük olduğu və vəziyyətin ağırlaşmaması üçün vaxtı-vaxtında edilməli olduğunu, birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndələrinin faktiki olaraq iddianı etiraf etdiklərini və məhkəmə iclasında onlara vaxt verilməsini istədiklərini, öz rəhbərlikləri ilə danışıb onlara barışıq təklif etmək istədiklərini, məhkəmə iclası protokolunda da bu halların qeyd edildiyini, məhkəmənin də barışıq məsələsinin tərəflər arasında müzakirə olunması üçün məhkəmə iclasını təxirə saldığını, növbəti məhkəmə iclasında cavabdehin yenidən vaxt istədiyini, lakin artıq 3-cü iclasda fərqli yanaşma göstərək ümumiyyətlə hadisədə təqsirlərinin olmadığını bildirdiklərini, bu məsələ ilə bağlı Cinayət Məcəlləsinin 162, 308, 311-ci maddələrini əsas götürərək prokurorluğa şikayət verdiklərini, prokururluğun da cinayət işinin başlanılması haqqında rədd qərarı verdiyi və bu qərardan Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət verdiklərini, həmçinin qarşı tərəf iddiaçının özünü hadisə baş verən zaman təhlükəsizlik qaydalarını pozub çəkməni düzgün geyinmədiyini iddia etsə də bu iddianın tamamilə əsassız və yalan olduğunu, belə ki, həmin çəkmənin pəncə hissəsində istilik qığılcımlarından qorunması üçün parçadan olan qoruyucu səthin olmalı olduğu halda iddiaçıya təqdim edilmiş çəkmədə bu səthin olmadığını, qarşı tərəf isə bunun əksinə olaraq həmin çəkmədə qoruyucu səthin olduğunu, sadəcə olaraq İddiaçı atəş nöqtəsində düzgün dayanmadığına görə onun ayağına qığılcımların töküldüyünü, həmçinin onlarda X7 nümayəndəsinin səs yazısının olduğunu və həmin səs yazısında nümayəndənin araşdırma aparıb təqsiri MMC-də gördüyünü və bu barədə arayış vercəyənin qeyd etdiyini, lakin sonradan Müfəttişlik tərəfində tamam fərqi yanaşma ilə İZ aktının tərtib edildiyini və həmin aktda hadisənin üzərində uzun müddət keçdiyi üçün nəticəyə gəlməyin qeyri-mümkün olduğunun qeyd edildiyini bildirmiş, dediklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək baş vermiş hadisədə Cavabdeh MMCnin heç bir təqsirinin olmadığını, bunun X7 rəyi ilə də öz təsdiqini tapdığını, iddiaçı tərəfin xəsarət alması faktının yalnız inzibati xəta ola biləcəyini və bunun da İnzibati Xətalar Məcəlləsi ilə göstərildiyi kimi sübut olunmalı olduğunu, iddiaçının xəsarət almasını səbəbin onun özünün məsuliyyətsizliyi olduğunu, qarşı tərəfin də qeyd etdiyi kimi Rayon Prokurorluğu tərəfindən cinayət işinin başlanılmasının da rədd olunması haqqında qərar qəbul edildiyini, onların bu qərardan Baş Prokurorluğa şikayət verilməsindən xəbərdar olmadıqlarını bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahilş etmişdir. 8.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 235.1. Əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir.235.2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanının qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan, qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 239.2.İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 239.4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. 11.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən: c) bəndinə əsasən, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 12.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Əmək Məcəlləsinin 191,192,195, 235-239; Mülki Məcəllənin 21 1096,1097; İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 7 nömrəli qərarına; Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə müvafiq hasil edilmiş qənaət təkzibedilməz sübutlarla təsdiq edilməmişdir. Belə ki, cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətinin yaranması üçün onun (əmək qanunvericiliyinə müvafiq vəzifəli şəxslərinin) təqsiri müəyyən edilməlidir. Məhkəmə işəgötürənin baş vermiş bədbəxt hadisədə əməyin mühafizəsi normalarının pozulmasına görə təqsirli olmasını qeyd etsədə, belə faktın təsdiqi barədə qanunvericiliklə müəyyən edilmiş sübut təsbit edilməmişdir. 13.Məhkəmə cavabdehin təqsirli olmasını, iddiaçının iş materiallarında və məhkəmə iclaslarında olan bütün izahatlarında işəgötürən tərəfindən xüsusi qoruyucu səthli ayaqlıqla təmin edilmədiyi ifadəsi, cavabdeh tərəfindən əksinin sübuta yetirə bilməməsi, bədbəxt hadisə baş verdiyi halda cavabdeh tərəfindən X12 Xidmətinə gec məlumat verilməsi, həmçinin işəgötürən tərəfindən işçiyə bədbəxt hadisə ilə əlaqədar əvvəllər edilmiş müəyyən miqdarda ödənişlər edilməsi ilə əsaslandırmağa cəhd etmişdir.
14. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən : 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 15.“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarının tələblərinə əsasən: 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir:istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. 1.4. Təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək , əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. 1.5. TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), orqanizmin funksiyalarının pozulması faizini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır.
16. Qeyd edilən qərara müvafiq iddiaçı zəruri sənədləri, yəni, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı təqdim edilmədən iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür. 17.Qeyd edilənlərdən əlavə iddiaçı Neftçilər xəstəxanasında müalicəsinin düzgün aparılmadığını, habelə düzgün ixtisaslı müayinə aparılmadığına görə sağ ayağının pəncəsində sinirlərin tamamilə məhv olması barədə cavabdehə aidiyyəti olmayan fərqli dəlil də irəli sürmüş, bununla da cavabdehə yönələn tələblə bu halların aidiyyətinə aydınlıq gətirməmişdir. 18.Diqqətə çatdırılmalıdır ki, işçilərin sosial müdafiəsinin təmin edilməsinə yönəlik işəgötürən tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi iddia edilən bədbəxt hadisə üzrə öhdəliklərə aidiyyəti yoxdur və işəgötürən (yaxud qanunvericiklə müəyyən edildiyi təqdirdə digər sosial təsisatlar) bu təminat çərçivəsində işçilərə sosial yardım göstərmək (müavinət müəyyən etmək) kimi hüquqlara malikdir.
19. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərə aid edilməlidir. 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-98/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X1 Cavabdeh MMC-nə qarşı “maddi və mənəvi zərər tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.