Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2748/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: “işə bərpa”) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X7 və X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-830/2025 saylı 4 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, o, Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsinə işə götürülmüşdür.
2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, k/23-00651 №-li əmri ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Şimal RETSİ tabeçiliyində olan Sumqayıt Elektrik Şəbəkəsinin işçisi İddiaçı xx.xx.2023-cü il tarixindən Sumqayıt Elektrik Şəbəkəsində tutduğu vəzifəsini və əmək haqqını saxlamaqla Sumqayıt RETS İdarəsinin tabeçiliyinə keçirilməsi əmr edilmişdir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəli İddiaçı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanması, hökmün icrası İddiaçı yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılması hökm edilmişdir.
4. Sumqayıt RETS İdarəsinin rəisi Həbib Əzizovun təqdimatından görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən Regional İdarənin Sumqayıt Elektrik Şəbəkəsində müxtəlif vəzifələrdə işləmiş, hal-hazırda Sumqayıt RETSİ-nln Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsində çalışmaqdadır. İşlədiyi müddət ərzində o, əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, işə laqeyid yanaşmış, işlədiyi kollektivin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir, işdə yol verdiyi nöqsanlara, üzürsüz səbəbdən dəfələrlə işə gəlmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b" yarımbəndinə əsasən xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Lakin sonradan onun ailə vəziyyəti, çoxsaylı müraciətləri nəzərə alınaraq yenidən işə qəbul edilmişdir. O, bunlardan nəticə çıxarmaq əvəzinə yenidən müəssisədaxili nizam-intizam qaydalarının kobud şəkildə pozulmasına yol verdiyinə görə Sumqayıt Elektrik Şəbəkəsinin mühəndisi İddiaçı “Azərişıq" ASC-nin K/22- 01834 №-İİ 24 may 2022-ci il tarixli Əmri ilə “Sonuncu xəbərdarlıqla şiddətlı töhmət” verilmişdir. Fəaliyyətində yol verdiyi qayda pozuntuları, nöqsanlar və vəzifə təlimatı ilə üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmayan hərəkətləri bərədə İddiaçı irad bildirdikdə o, bunu rəhbərliyin ona qarşı qərəzli münasibəti kimi qəbul edərək sosial şəbəkələrdə Səhmdar Cəmiyyətin vəzifəli şəxsləri barəsində yalan, əsassız, qərəzli yazılar və görüntülər yayımlamaqda müxtəlif vəzifələrdə çalışan əməkdaşların şərəf və ləyaqətini ləkələyən, əmək kollektivi üzvlərini “quldur dəstəsi”, “pensioner”, “əvvəllər həbs olunmuş” “cinayətkarlar” adlandıraraq, guya fərqli əmək haqqı, bəzi şəxslərə “paket” verildiyini bildirməklə böhtan atmış, bu hərəkətlərini bu günə qədər davam etdirməklə şantaj kompaniyasına çevirmişdir. Cəmiyyətin Texnini Nəzarət İdarəsinin rəisi Arif Yusifov tərəfindən ona böhtan atmasına görə İddiaçı barəsində Xüsusi İttiham qaydasında etdiyi şikayət əsasında Nərimanov rayon məhkəməsinin xx.xx.2024-cü İİ tarixli 1(005)-48/2024 hökmü ilə 8 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Lakin İddiaçı öz qərəzli əməllərinə davam edərək 2023-cü ilin 28 dekabr tarixində xəstəliklə bağlı bülletendə olduğu halda, rəhbərliyə məlumat vermədən və "Azərişıq” ASC-nin mətbuat xidmətindən icazə almadan Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otaqlardan birinə naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına asassız ittihamlar səsləndirmiş böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, videoçarxilar vasitəsi ilə Respublikamızda 7 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri ərəfəsində digər işçiləri də apardığı kompaniyaya cəlb etməklə seçkiqabağı qeyrisağlam mühitin yaranmasına yə Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətləri təkrar etmişdir. Qeyd edilənləri nəzərə alaraq əmək qanunvericiliyinə uyğun olaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verliməsinə dair göstəriş verilməsini xahiş etmişdir.
5. "xxxx" ASC-nin Sumqayıt RETS İdarəsinin rəisi Həbib Əzizovun təqdimatı barədə xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sumqayıt EŞ-nin Paylayıcı Şəbəkə Sahəsinin mühəndisi İddiaçı Əbmqulu 2023-cü ilin 28 dekabr tarixində xəstəliklə bağlı bülletendə olduğu halda, rəhbərliyə məlumat vermədən və “Azərişıq" ASC-nin mətbuat xidmətindən icazə almadan İddiaçı Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otağa naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisə daxili nizam intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız ittihamlar səsləndirmiş, böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətlər elmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt Regioanal Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclasına dəvət olunmasına baxmayaraq iclasda iştirak etməmişdir. Sumqayıt Regioanal Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclasında Sumqayıt EŞ-nin Paylayıcı Şəbəkə Sahəsinin mühəndis İddiaçı qeyd edilən tarixdə bülletendə olduğu halda rəhbərliyinə məlumat vermədən və "xxxx" ASC-nin mətbuat xidmətindən icazə almadan İddiaçı Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otağa naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzilə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisə daxili nizam intizam qaydalarının pozulmasına, əmək kollektivi arasında çaşqınlığa, anarxiyaya yol açan çağırışlar etmiş, Cəmiyyətin rəhbərliyinə ünvanladığı lüzumsuz şikayətlərlə yanaşı müxtəlif sosial, şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız ittihamlar səsləndirmiş, böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirən yazılar, yazmışdır. Sumqayıt Elektrik Şəbəkənin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanılmış əmək müqaviləsinin AR ƏMnin 70-ci maddəsinin “ç” bəndi İlə ləğv edilməsinin lehinə tamlıqla razılıq verilərək 02 saylı prortokola təsdiq edilmişdir. Göstərilənləri və yığılmış materialları nəzərdən keçirərək işçilər arasında nizam- intizamın gücləndirilməsi və gələcəkdə bu tip əməllərə yol verilməsinin qarşısının alınması məqsədi ilə Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xilam verilməsi üçün hüquqi əsasla rvardır.
6. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi Həmkarlar İttifaqı Təşkilatının iclası 04 nömrəli, xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Sumqayıt RETSİ-nin Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
7. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı X8 nümayəndəsi X10 və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı nümayəndəsi X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli 1(005)-48/2024 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bakı 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/6- 00676 nömrəli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə 17:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. 10.Bakəı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2729/2024 saylı qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır.
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sədri X2 ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsinə onu qəbul etməsini xahiş etmişdir. 12.Mülki iş materiallarına iddiaçı tərəfindən video görüntülər olan flaşkart və fotoşəkillər, cavabdeh tərəfindən abunəçilər tərəfindən təqdim olunmuş ərizələr və aktlar sübut qismində əlavə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi, onun işə bərpa olunması, 2024-ci ilin 19 fevralından ödənilməmiş əmək haqlarının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir.
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə qarşı cavabdeh "xxxx" ASC tərəfindən əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi, onun işə bərpa olunması, 2024-ci ilin 19 fevralından ödənilməmiş əmək haqlarının ödənilməsinə dair iddia tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə 24 aprel 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmənin birinci iclasında hakim Əfsanə Heydərovanın sədrlik etdiyi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etdiyini bildirdi. Onun iddiasının təmin ediləcəyinə məhkəməni və onu əmin etdi. Həmin vaxtdan o dəfələrlə cavabdeh tərəfindən dəvət edilərək, qəbul edilərək iş yerində oldu. Onun əmək müqaviləsinə xitam edilməsinədək olan əmək vəzifəsini yerinə yetirənədək əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı qalmış müxtəlif məsələləri də həll edirdilər. O artıq əmək vəzifələrini yerinə yetirirdi. İşə bərpa olunmağının buğun-sabah həll olunacağını bildirirdilər. Lakin bir neçə gün əvvəl onun işə bərpa edilməyəcəyini bildirdilər. Əvvəlki iddia ərizəsində qeyd etdiyi kimi "xxxx" ASC xx.xx.2024-cü il tarixli k/24-00591 №-li əmək müqaviləsinə xitam verilməsi barədə əmrində qeyd edilmişdir: “Sumqayıt RETSİ Sumqayıt Şəbəkəsinin Paylayıcı şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı mütəmadi olaraq əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı, "xxxx" ASC əməkdaşlarının X6 və müəssisədaxili nizam-intizam qaydalarının tələblərini kobud şəkildə pozduğu müəyyən edilmişdir. Belə ki, İddiaçı əmək fəaliyyəti dövründə mütəmadi olaraq qanunsuz hərəkətlərə yol verərək müəssisədaxili nizam-intizam və X6 kobud şəkildə pozuntusuna yol verdiyi, intizamsız hərəkətləri ilə qeyri-sağlam iş mühiti yaratdığı və Səhmdar Cəmiyyətin qanunla qorunan mənafeyinə ciddi xələl gətirdiyi aşkar edilmişdir. İddiaçı öz əmək funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, rəhbərlik tərəfindən ona son altı ay ərzində heç bir irad, xəbərdarlıq olmamış, töhmət verilməmişdir. Onun işdən azad olunmağı öz hüquqlarını tələb etməyi ilə bağlı olmuşdur. Hesab edir ki, onun işdən azad edilməyi haqqında əmr qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməlidir.
15. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbi üzrə iddia müddəti keçdiyindən qeyd olunan iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-830/2025 saylı, 4 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.
17. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı sosial şəbəkələrdə Səhmdar Cəmiyyətin vəzifəli şəxslər barəsində yalan, əsassız, qərəzli yazılar və görüntülər yayımlamaqda müxtəlif vəzifələrdə çalışan əməkdaşların şərəf və ləyaqətini ləkələyən ifadələr işlətmiş, bəzi şəxslərə böhtan atmışdır. Cəmiyyətin Texniki Nəzarət İdarəsinin rəisi Arif Yusifov tərəfindən ona böhtan atmasına görə İddiaçı barəsində xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında Nərimanov Rayon Məhkəməsinin 1(005)- 48/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzasının təyin edilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-755/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon 24 yanvar 2024-cü il tarixli 1(005)- 48/2024 nömrəli hökmündən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
18. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş video yazılar olan diskə baxış keçirərkən, eyni zamanda tərəflərin verdiyi izahatlardan da müəyyən olunmuşdur ki, İddiaçı 2023-cü ilin 28 dekabr tarixində rəhbərliyə məlumat vermədən və "Azərişıq” ASC-nin mətbuat xidmətindən icazə almadan Sumqayıt Elektrik Şəbəkəsindəki xidməti otaqlardan birinə (öz xidməti otağına) naməlum televiziya çəkiliş qrupu dəvət etmiş, əmək müqaviləsi və vəzifə təlimatı üzrə əmək funksiyalarını yerinə yetirmək əvəzinə müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol açan hərəkətlər etmişdir. Bundan əlavə Cəmiyyətin rəhbərliyinə ünvanladığı şikayətlərlə yanaşı müxtəlif sosial şəbəkələr üzərindən Cəmiyyətin ünvanına əsassız (əsli sübuta yetirilməmiş) fikirlər səsləndirmiş böhtan xarakterli, rəhbər şəxslərin şərəf və ləyaqətini ləkələyən, onların işgüzar nüfuzuna xələl gətirməsinə şərait yaradacaq yazılar ilə Səhmdar Cəmiyyətin imicinə ciddi xələl gəlməsinə səbəb olmuş hərəkətləri təkrar etmişdir. Bu əməllərin hamısı iş materiallarına əlavə edilmiş video görüntülərdə, həmçinin təqdimatda göstərilmişdir.
19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi səhvlər hüquq pozuntusu hesab olduğu üçün cavabdehin iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehini tətbiq etməsi tam qanunidir.
20. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, əmrin ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
21. Məhkəmə həmçinin hesab etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, k/24-00591 №-li əmrin ləğv edilməsi tələbini əsassız olduğundan, onun əvvəlki işinə bərpa olunmağı və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbləri ilk tələblə birbaşa bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə almaqla rədd edilməlidirlər.
22. Bununla əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasının özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirilməsinə zərurət yoxdur.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin AR Əmək Məcəlləsinin 2.3, 10, 70, 71, 72 və 76-cı maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 və 377.1-ci maddələrinə; Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-830/2025 saylı, 4 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi halların işə heç bir aidiyyəti yoxdur. Göründüyü kimi, o, həmin vaxtı əmək vəzifələrinin yerinə yetirilməsindən azad idi və təbii ki, əmək funksiyasının yerinə yetirilməsindən, əmək vəzifələrinin yerinə yetirilməsindən, kobud pozuntulardan söhbət gedə bilməzdi. Həmin halların işə heç bir aidiyyəti yoxdur. Məhkəmə sübutların qiymətləndirilməsində kobud səhvlərə yol vermiş, qeyri-qanuni qətnamənin çıxarılmasına əsas olan prosessual hüquq normalarını pozmuşdur. Sübutların qiymətləndirilməsi məhkəmə prosesin ən vacib hissələrindən biridir, sübutları düzgün qiymətləndirməyən məhkəmənin qərarının ədalətliyi böyük şübhə altına salınır. Məhkəmə tərəfindən təqdim edilmiş sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməsi zəruridir və qəti şəkildə tələb olunmalıdır. Məhkəmələr öz qərarında, mübahisə tərəflərinin bərabərliyinə və çəkişmə prinsipinə riəyət edərək, təqdim edilmiş bütün sübütların qəbul edilməsinin və ya edilməməsinin motivlərini izah etməli və əsaslandırmalıdırlar. Həmçinin gəldiyi qərarın Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzumuna uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri X7 və X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
33. 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
34. 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
35. 560.3.4-cü maddəsinə uyğun olaraq, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin
36. 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
37. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
38. 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.
39. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
40. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
41. 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.
42. 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
43. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
44. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
45. 80.1-ci və 80.2-ci maddələrinin tələblərinə görə bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
46. 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
47. 84-cü maddəsinin 1-ci, 2-ci və 3-cü hissələrinə əsasən: 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
48. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər.
49. 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
50. 296.1-ci maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
51. 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
52. 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
53. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
54. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
55. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. İş materiallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən "xxxx" ASC-də Şimal RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsində Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsində işləmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, k/24- 00591 nömrəli əmri ilə əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığına, əmək funksiyalarını, müəssisədaxili nizam-intizam və etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin Paylayıcı Şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq-hesabın ödənilməsinin təmin edilməsi əmr edilmişdir.
58. Məhkəmə tərkibi ilk öncə qeyd etməyi zəruri sayır ki, mülki qanunvericilikdə iddia müddətinin tətbiqi məsələsini tənzimləyən qaydadan fərqli olaraq əmək qanunvericiliyində ilk növbədə mübahisəyə iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddətinin ötürülüb-ötürülməməsi aspektindən qiymət verilməsi zəruri hesab edilmişdir.
59. Hazırkı işdə də iddiaçı məhkəməyə ilk dəfə xx.xx.2024-cü il tarixində müraciət edərək Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürməmişdir. Bununla belə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə öz növbəsində işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Nəticədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2729/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırması zamanı iddia ərizəsinin iddiaçı tərəfindən geri qaytarılması barədə xahişinin tərəflərin məhkəmədən kənar qaydada barışığı əldə etmək niyyətində olmaları ilə əlaqəli olduğu müəyyən edilmişdir.
60. Vicdanlılıq prinsipi Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasında göstərilməsə də Məcəllənin 5.3-cü maddəsində bu prinsip ümumi tələb kimi xüsusi olaraq vurğulanmışdır. Həmin maddəyə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bununla bağlı onu da qeyd etmək lazımdır ki, ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq hüquqdan suiistifadə halını müəyyən etdikdə bunu nəzərə almalıdırlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı).
61. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
62. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə uyğun olaraq, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
63. Beləliklə, vicdanlılıq prinsipi baxımından, hazırda cavabdehin iddia müddətinin tətbiqinə dair ərizə verməsi onun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan suiistifadəsi kimi qiymətləndirilməlidir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisəyə cavabdeh tərəfin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi istisna olunmalı, əmək müqaviləsinə xitam verilərkən iddiaçının subyektiv hüququ pozulub-pozulmadığı yoxlanılmalı, işə mahiyyəti üzrə baxılıb işdə olan sübutlara əsasən müvafiq nəticəyə gəlinməlidir.
64. Belə ki, yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi, intizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməsi və ya lazımınca yerinə yetirilməməsidir. İşçinin əməlinin hüquqa zidd olması onun əməlinin qanunlara, digər normativ-hüquqi aktlara, o cümlədən müəssisədaxili intizam qaydalarına, vəzifə təlimatlarına, intizam nizamnamələrinə uyğun gəlməməsidir. İntizam tənbehinin verilə bilmə imkanı işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək mövcud olur. İşçi əmək vəzifələrini kobud şəkildə pozduqda və bu pozma mülkiyyətçinin, işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurduqda işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilə bilər.
65. İş materiallarından göründüyü kimi, Sumqayıt RETSİ Sumqayıt Şəbəkəsinin Paylayıcı şəbəkə sahəsinin Ceyranbatan sahəsi üzrə mühəndis vəzifəsində çalışan İddiaçı tərəf olduğu əmək müqaviləsinə xitam verilməsi onun mütəmadi olaraq əmək müqaviləsi ilə nəzərdə tutulmuş vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşdığı, "xxxx" ASC əməkdaşlarının X6 və müəssisədaxili nizam-intizam qaydalarının tələblərini kobud şəkildə pozduğu, əmək fəaliyyəti dövründə mütəmadi olaraq qanunsuz hərəkətlərə yol verərək müəssisədaxili nizam-intizam və X6 kobud şəkildə pozuntusuna yol verdiyi, intizamsız hərəkətləri ilə qeyri-sağlam iş mühiti yaratdığı və Səhmdar Cəmiyyətin qanunla qorunan mənafeyinə ciddi xələl gətirdiyi ilə əlaqədar olmuşdur.
66. Məhkəmə araşdırması zamanı da işin öz təsdiqini tapmış hallarından göründüyü kimi iddiaçı iş yeri üzrə müəyyən edilmiş müəssisədaxili qaydalarına zidd davranmaqla əmək vəzifələrini ciddi şəkildə pozmuş, bunun nəticəsində işəgötürənin onun barəsində Azərbaycan Respublikasının 186-cı maddəsinin 2-ci hissəsinə əsasən «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməyə kifayət qədər hüquqi əsaslar yaranmışdır. İşçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmış, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.
67. Qeyd olunanları ümumiləşdirərək kollegiya, apellyasiya şikayətində göstərilən xüsusatların əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
68. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
69. Belə ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
70. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti ümumilikdə düzgündür və mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
71. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-830/2025 saylı, 4 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Təranə Mahmudova