Məhkəmə qərarları › İş №2(103)-2754/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2754/2024

05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2754/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MTK-ya qarşı ilkin, İddiaçı Cavabdeh MTK-nın qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı qarşılıqlı tələbləri barədə mülki iş üzrə (Açar sözlər: öhdəliyin qoyulması, zərərin ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. Kooperativ mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-cı giriş, 12-ci mərtəbəsində yerləşən sahəsi 89,5 m2 olan 2 otaqlı 109 nömrəli mənzili İddiaçı verməyi, payçı isə müqavilə ilə müəyyən edilmiş qaydada mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Payçı 15000 manat məbləğində ilkin ödəniş etmiş, 83450 manat qalıq borcu isə 13 oktyabr 2024-cü il tarixədək aylıq 2318 manat olaraq ödəməyi öhdəsinə götürmüşdür;

2. Ödəniş qəbzlərinin surətlərindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 2600 manat, xx.xx.2021-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci il tarixdə 1700 manat, xx.xx.2022-ci il tarixdə 2300 manat, xx.xx.2023-cü il tarixdə 2300 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2200 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat, xx.xx.2023-cü il tarixdə 2000 manat məbləğində pulu Cavabdeh MTKya ödəmişdir;

3. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2023- cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, aylıq ödənilməli olan və əskik ödənilmiş məbləğin nə qədər təşkil etməsi barədə rəsmi arayış və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona təqdim edilməsini xahiş etmiş, əks təqdirdə bununla bağlı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyi barədə Cavabdeh MTK-nı xəbərdar etmişdir;

4. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla MTK-nı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etdiyindən, müqavilənin 5.5-ci bəndinə əsasən mənzili 10 gün müddətində yeni qiyməti ilə alması payçı İddiaçı təklif edilmiş, əks təqdirdə müqavilənin MTK tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə xəbərdar edilmişdir;

5. Cavabdeh MTK-nın 144 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı onunla kooperativ arasında bağlanmış xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ümumi yığıncağın qərarına əsasən xx.xx.2023-cü il tarixdə ləğv edilməsi barədə məlumatlandırılaraq müqavilə üzrə mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin ona qaytarılacağı bildirilmişdir;

6. Cavabdeh MTK-nın ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokolunun surətindən görünür ki, “Şərur" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsi, mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşanılan müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin vətəndaş İddiaçı qaytarılması və onun kooperativ üzvlüyündən çıxarılması qərara alınmışdır. Həmin protokol sədr qismində Mehdi İ.Axundov və katib qismində İmran M.Axundov tərəfindən imzalanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

7. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, cavabdeh tərəfindən edilən qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) ona verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə baxışı zamanı iddiaçı, yenidən iddia həcminin artırılması ilə bağlı ərizə təqdim edərək, Cavabdeh MTK-nın kooperativ üzvlüyündən çıxarılması barədə 13 oktyabr 2023-cü il tarixli protokol-qərarının ləğv edilməsinin, ”Şərur” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilənin ləğv edilməsinin və İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi, Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ona, yəni İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi ilə aralarında bağlanmış 13 oktyabr 2021-ci il tarixli, 109 saylı müqavilənin 2.2 və 2.3-cü bəndlərinə əsasən, cavabdeh “Satıcı”-ya ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK-nın vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 109 saylı mənzilinin ona təhvil verilməsini öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə ödənilməli olan 15000 manat məbləğ nəğd olaraq ödənilmişdir. Məbləğin qalan 83450 manat hissəsi isə hissə-hissə 13 oktyabr 2024-cü il tarixinə qədər ödənilməlidir. Hissə-hissə ödənilməli olan pul vəsaitinin hissəsinin ödənilməsi cavabdehin tələb etdiyi kimi həyata keçirilmişdir. Lakin sonuncu ayın (sentyabr) ödənişi MTK-nın işçiləri tərəfindən qəbul edilməmiş və ondan əlavə olaraq 25776 manat pul tələb olunmuşdur. MTK-nın işçiləri tərəfindən əlavə ödənilməli olan 25776 manat pul vəsaiti barədə ona imzalanmış kağız da verilib. Buna etiraz edəndə cavabdeh tərəfindən istifadəsində olan, artıq təmir edilmiş və yaşadığı mənzildə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bundan sonra Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müvəqqəti təminat tədbirinin görülməsi barəsində ərizə ilə müraciət edərək ona aid 109 saylı mənzildə elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-16(005)-275/2023 saylı qərardadı ilə ərizə təmin edilərək, mənzilə elektrik enerjisinin verilməsinin bərpa edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmuşdur. Göründüyü kimi MTK-nın işçiləri rəhbərlərinin göstərişi ilə gələcəkdə daha artıq məbləğ tələb etməkdən ötrü bilərəkdən ondan aylıq ödənişləri əskik götürmüş, mənzil tərəfindən tam təmir olunandan sonra aylıq ödənişlər qəbul edilməmiş və mənzilə elektrik enerjisinin verilməsi dayandırılmışdır. Cavabdehə pretenziya verəndən sonra, yəni cavabdehin qanunsuz tələblərini yerinə yetirməməsini bildikdə, cavabdeh tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə pretenziya göndərilmişdir. Cavabdeh öz tamah niyyətinə nail olmadığına görə müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə pretenziya vermiş və bu yolla onu qanunsuz olaraq tələb etdiyi pul vəsaitini ona verməyə məcbur etmişdir. Cavabdeh tərəfindən bu hərəkətlər əksər sakinlərə qarşı edilmiş və hazırda da həmin mübahisələrə müxtəlif instansiyalarda baxılmaqdadır. İşin hallarından göründüyü kimi, cavabdeh son günlərdə müqavilənin şərtlərinə uyğun olaraq tərəfindən ödənilən aylıq pul vəsaitini qəbul etməyərək və əlavə olaraq 25776 manat pul vəsaiti tələb edərək aralarında bağlanmış müqavilə öhdəliklərini pozmuşdur.

11. Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK qarşılıqlı iddia üzrə cavabdeh (ilkin iddia üzrə iddiaçı) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı mənzilin ümumi dəyərinin 20%-i məbləğində 19690 manat dəbbə pulunun və mənzildə yaşadığı on iki ay müddət üçün aylıq 800 manat olmaqla 9600 manat kirayə haqqının, ümumilikdə 29290 manat pul vəsaitinin tutularaq kooperativə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə cavabdeh İddiaçı Əliövsət qızı arasında kooperativin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən sahəsi 89,5 m2 olan 2 otaqlı 109 nömrəli mənzilə dair 13 oktyabr 2021-ci il tarixdə kooperativ mənzil titikntisi haqqında müqavilə bağlanmışdır. Müqavilə üzrə payçı yəni cavabdeh İddiaçı Əiövsət qızı müqavilə bağlanan gün 15.000 manat məbləğində ilkin ödəniş edərək qalıq 83.450 manat borcu aylıq 2318 manat olmaqla nağd şəkildə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh götürmüş olduğu öhdəliyi icra etməyərək 2022-ci ilin sentyabr, 2023-cü ilin iyul, sentyabr aylarında ödəniş olmamış, digər aylarda isə ödəniş kəsirlə icra edilmişdir. Dəfələrlə kooperativ tərəfindən cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli, 123 nömrəli müraciət edilməsinə baxmayaraq kooperativə heç bir ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən “Payçı” müqavilə üzrə ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə “Payçıya" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır. Kooperativin xx.xx.2023-cü il tarixli 123 nömrəli xəbərdarlıq məktubu ilə müqavilənin 5.5ci bəndinə əsasən mənzili 10 gün müddətinə yeni qiyməti ilə almaq payçıya təklif edilmiş və bu müddətdə müqavilə bağlanılmasından imtina edildikdə, müqavilənin Kooperativ tərəfindən birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşanılan müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı xəbərnaməli məktubla payçıya çatdırılmışdır. Göründüyü kimi, cavabdeh öhdəliyini yerinə yetirmədiyindən dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə kooperativ haqlı olmuşdur. Qeyd edilən səbəblərdən Kooperativ ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə ləğv edilmişdir.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) ilkin iddianın təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilənin ləğv edilməsi və onun kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi, Cavabdeh ümumi yığıncağının İddiaçı kooperativ üzvlüyündən çıxarılması barədə 13 oktyabr 2023-cü il tarixli protokolqərarının ləğv edilməsi, mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi, mənzil-tikinti kooperativi binasında İddiaçı yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli, 109 nömrəli müqavilə üzrə cərimə borcuna görə 1000 manat məbləğində pulun tutularaq Cavabdeh MTK-ya ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 178 manat pulun 6 manatının İddiaçı tutularaq Cavabdeh MTK-ya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 420.2, 421.2, 422.1, 425.1, 425.2, 446.1, 462.1, 465.2, 467, 529.2, 529.4, 529.5, 560.1- 560.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

15. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş kooperativ mənzil tikintisi haqqında müqavilədən göründüyü kimi tərəflər arasında imzalanmış müqavilə podrat müqaviləsi olmuşdur. Lakin Məhkəmə podrat müqaviləsi üzrə münasibətlərə yanlış olaraq alqı-satqı müqaviləsinin müddəalarını tətbiq etmişdir. Məhkəmə nəzərə almamışdır ki, bağlanmış müqavilə daşınmaz əmlakın alqı satqısı müqaviləsi olduğu halda mülki qanunvericiliyə görə bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə Mülki Məcəllənin 394-cü maddəsinə əsasən notariat qaydasında təsdiqlənməli idi. Lakin iş materiallarınada belə bir sənəd mövcud deyil. İkincisi müqavilə üzrə cavabdeh müqavilə predmeti olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında kooperativin vəsaiti hesabına inşa edilmiş yaşayış binasının 109 saylı mənzilini payçı olan iddiaçıya verməyi və bunun əvəzində payçının kooperativə xx.xx.2024-cü il tarixədək aylıq 2318 manat pul ödənilməsi öhdəliyinin razılaşdırılmasına və bu öhdəliyin payçı tərəfindən yerinə yetirilməməsinə baxmayaraq məhkəmə müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsini Kooperativə həvalə etmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə payçı aylıq ödənişlərini müqavilə qüvvədə olan dövr ərzində qeyri-sabit məbləğdə və əksər hallarda müəyyən kəsirlə icra etmişdir. Bu səbəbdən kooperativ müqavilədən irəli gələn tədbirlər görməkdə haqlı olmuşdur. Lakin məhkəmə müqavilə tərəflərinin üzərinə müqavilədə nəzərdə tutulmamış öhdəlik qoymaqla müqavilə azadlığı prinsipini pozmuş və subyektiv yanaşma sərgiləyərək tərəflər arasında yeni iqtisadi münasibətlərin yaranmasına özbaşına qərar vermişdir. Üçüncüsü məhkəmə Mülki Məcəllənin 421-ci maddəsinə istinad edərək müqavilənin əhəmiyyətli dərəcədə pozulmamasını bildirmişdir. Lakin məhkəmə qətnamədə müqavilə üzrə aylıq ödənişlərin qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə icra etdiyini özü müəyyən etdiyi halda hansı əsasla müqavilənin əhəmiyyətli pozuntusuna yol verilmədiyi qənaətinə gəlməsi anlaşılan deyil. Göründüyü kimi kooperativ müqavilə bağlanarkən aylıq ödəniş məbləğini və ödənilmə qrafikini tərtib edərək əldə edəcəyi məbləği konkret müəyyən etmişdir. Lakin iddiaçı həmin müəyyənləşdirilmiş məbləği gecikdirməklə kooperativi müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Məhkəmə həmçinin qətnamədə müqavilədə onun birtərəfli iradə ifadəsi ilə ləğvini nəzərdə tutan bəndin olduğunu vurğulayaraq sonda müqavilənin ləğv edilməsinin payçının məhkəməyə müraciət etdikdən sonra ləğv edilməsini haqlı hesab etməmişdir. Lakin Məhkəmənin bu yanaşması da tamamilə mövcud qanunvericiliyə zidd olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininxx.xx.2023-cü il tarixli Plenum Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə yəni digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda müqavilənin ləğv edilməsi Mülki Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Plenum qərarından göründüyü kimi məhkəmənin bu mövqeyi tamamillə əsassız və qanunsuz olmuşdur. Belə ki, işin hallarına əsasən kooperativ müqavilə bağlanarkən aylıq ödənişlərin payçı tərəfindən istənilən miqdarda öz istəyinə uyğun qrafiklə ödənilməsini deyil konkret məbləğdə ödənilməsi öhdəliyini razılaşdırmışdır. Lakin iddiaçının müqavilə öhdəliklərini icra etməyərək müqavilə bağlanarkən kooperativi ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Əks yanaşma, yəni müqavilənin xüsusi qaydada yalnız məhkəmə qərarı əsasında ləğv edilməsi Mülki Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) üçün tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması səbəb olmuş və qeyd edilən əsaslada müqavilə ləğv edilmişdir. Lakin Məhkəmə Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydada baş verməsinin qanuni olduğunu bildiyi halda bilərəkdən qanunu səhv təfsir edərək Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilənin Mülki Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilməsinə istinad etməklə əsassız qərar qəbul etmişdir. Mübahisələndirilən qətnamədə məhkəmə “iş məhkəmənin icraatında olduğu zaman şəxsin ödənişi həyata keçirmədiyini əsas gətirərək ümumi yığıncağın qərarı ilə iddiaçının üzvlükdən çıxarılmasının əsassız olduğunu” qeyd etmişdir. Lakin bu yanaşmanında ümumi sözlərdən başqa hər hansı bir sübutla və yaxud normativ akta istinad etmədən isbat edə bilməmişdir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə mövcud qanunvericiliyə konkret olaraq Mülki Məcəllənin 421-ci maddəsinə və xx.xx.2023-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarına zidd olaraq qanunu səhv tövsif edərək qanunsuz qərar qəbul etmişdir. Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən" müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Əks yanaşma, yəni Məcəllənin 423.2-ci maddəsinin adi qaydada ümumi bir norma kimi tətbiq edilməsi ləğv etmə institutunun mahiyyətinə və hüquqi funksiyasına, hüquqi müəyyənlik prinsipinə, mülki dövriyyənin təşkilinə və inkişafına şərait yaradılması ilə bağlı mülki qanunvericilik sisteminin məqsədinə və bütövlükdə ölkənin iqtisadi maraqlarına cavab verməz. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığının onun iştirakçılarının bərabərliyi əsasında təmin edilməsi kimi müəyyən edilmişdir (Mülki Məcəllənin 1.1-ci maddəsi). Müqavilələr hüququnda iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri də məhz birbaşa bu məqsədə nail olmaq üçün təsbit edilmişdir (Məcəllənin 6.1.2, 6.1.5, 12.2 və 390-cı maddələri). Mülki Məcəllənin389.1-ci maddəsinin mənasına görə müqavilə tərəflər arasında məhz iradə ifadələri nəticəsində yaranan razılaşmadır. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını təşkil edir. Dördüncüsü: Məhkəmə Kooperativ tərəfindən müqavilənin ləğvi ilə bağlı xx.xx.2023-cü il tarixli protokol qərarda ümumi yığıncağın iclasında iştirak edən 25 nəfər kooperativ üzvünün kimlər olduğu göstərilmədiyinə istinad edərək protokolun ləğvinin zəruri olduğunu qeyd etmişdir. Lakin məhkəmə bunun hansı normativ hüquqi aktda mövcud olduğunu əsaslandırmamışdır. Ümumi işgüzar münasibətlər kimi formalaşmış adətə uyğun olaraq ümumi yığıncağın yekun sənədi protokkola rəsmiləşdirilərək sonda iclasın katibi və sədri tərəfindən imzalanaraq möhürlə təsdiq edilir. Lakin məhkəmə bütün bu halları tam araşdırmadan yekunda səhf nəticəyə gəlmişdir. Mövcud mülki qanunvericiliyə əsasən ümumi yığıncaq koopreativin ali idarəetmə orqanıdır. Ümumi yığıncaq gündəlikdə olan məsələlərlə bağlı iclas keçirərək onu protokolla rəsmiləşdirir. Ümumi qəbul edilmiş formaya uyğun olaraq həmin iclas protokolu iclasın katibi və sədr tərəfindən imzalanaraq möhürlə təsdiq edilir. Bu qeyd edilən prosedurların hamısına əməl edilmişdir. Lakin məhkəmə şübhə etdiyi halları tənzimləyən hər hansı normativ aktı qeyd etməməklə özü natamam qərar qəbul edərək çıxarmış olduğu qətnaməni “şübhə”li etmişdir. Ümumi yığıncağın keçirilməsi və orada olan şəxsərin hamısının ad və soyadlarının mütləq protokolda qeyd edilməsi ilə bağlı hər hansı bir normativ akta rast gəlinmədiyi halda məhkəmə nəyə əsasən bu faktları sadalamışdır. Beşincisi: Məhkəmə qətanmənin nəticə hissəsində isə kooperativin ümumi yığıncağının protokolunu ləğv edərək müqavilə üzrə ödənişlərin qəbul edilməsi öhdəliyini kooperativin üzərinə qoymuşdur. Mövcud normativ aktlara əsasənpayçının üzvlükdən çıxarılması kooperativin ümumi yığıncağının qərarı ilə həyata keçirildiyindən və hazırda həmin ümumi yığıncağın qərarınında mübahisələndirilmədiyindən, qüvvədə olduğundan kooperativ üzvü olmayan şəxsdən ödənişlərin qəbul edilməsi barədə məhkəmənin çıxarmış olduğu qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, kooperativdə ali idarəetmə ümumi yığıncaqdır. Bu yığıncaqda isə yekun nəticə qərar formasında qəbul edilir və protokolla rəsmiləşdirilir. Məhkəmə isə qərara münasibət bidirmədən iddia tələbi həcmində işə baxaraq yalnız protokolu ləğv etmişdir. Mülki Məcəllənin 111.1-ci maddəsinə əsasən kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Mülki Məcəllənin 112.2-ci maddəsinə əsasən kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Altıncısı: Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Plenum Qərarına əsasən məhkəmə qətnaməsi mülki mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Plenum qərarının 6.5-ci bəndində qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrıməsələlər barədə qərarları da göstərilməlidir. Həmçinin həmin Plenum qərarının6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Yeddincisi: Məhkəmə qarşılıqlı iddia üzrə 19690 manat məbləğində 20% dəbbə pulu məbləğinin tutulması hissəsində isə mənzilin dəyərinin 2% məbləğində cərimə tutulması ilə qarışdıraraq yanlış qiymətləndirmə aparmışdır. Belə ki, müqavilə üzrə aylıq ödənişlər gecikdirildiyi halda mənzilin ümumi dəyərinin 2% -i məbləğində cərimə tutulması və müqavilə ləğv edildikdə isə mənzilin ümumi dəyərinin 20% məbləğində dəbbə pulu ödənilir. Məhkəmə isə qeyd ediləndəbbə pulunun tərəflərin əmlak mənafeləri baxımından qiymətləndirərək cəmi 1000 manat tutulması barədə qərar qəbul etmişdir. Eyni zamanda məhkəmə işi üzrə keçən bu müddət ərzində kooperativin öz vəsaiti hesabına inşa etdiyi binada olan həmin mənzildən istifadə edən şəxsdən aylıq 800 manat kirayə haqqının tutulması ilə bağlı haqlı tələbimizə isə məhkəmə prosessual qənaət prinsipi baxımından heç bir əsaslandırmaya ehtiyac olmadığını düşünərək təmin etməmişdir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Plenum Qərarına əsasən məhkəmə qətnaməsi mülki mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Plenum qərarının 6.2-ci bəndinə əsasən qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir. 6.5-ci bəndində qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər hüquqi aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Həmçinin həmin Plenum qərarının6.10-cu bəndinə əsasən əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Lakin məhkəmə qətnamənin nticə hissəsində müqavilə üzrə ödənilməli olan məbləğlərin qəbul edilməsi vəzifəsini kooperativə həvalə edərkən hansı məbləğdə vəsaitin qəbul edilməsini aydınlaşdırmamışdır. Eyni zamanda məhkəmə heç bir qanini əsas olmadan gələcəkdə müqavilə üzrə ödənişlərin tam ödənildiyi təqdirdə maliyyə arayışının verilməsi barədə qeyri müəyyən müddətdə öhdəliyin icrası ilə bağlı kooperativ üzərinə öhdəlik qoymuşdur. Səkkizinci: Həmçinin məhkəmə Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin tələblərini pozaraq müstəsna aidiyyət qaydalarına riayət etmədən işə baxmışdır. Mülki Prosessual Məcəllənin 384.0.4-cümaddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Müstəsna aidiyyəti tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Müstəsna aidiyyətinmahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur v ə müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan)

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 16.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 420.2. Müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

22. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

23. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

26. Maddə 446.1. Kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

28. Maddə 465.2. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

30. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir.

31. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir.

32. Maddə 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

35. Maddə 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

41. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

44. Hazırki halda, qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK apellyasiya şikayətində qətnamənin ləğv edilməsinə xahiş etsə də, qətnamə qarşılıqlı iddianın təmin edildiyi hissədə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, ilkin iddia tələbi üzrə bütövlükdə və qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

46. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

47. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 109 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Kənar dairəvi yol ünvanında öz vəsaiti hesabına inşa etdiyi yaşayış binasının 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən 109 saylı mənzili payçı İddiaçı verməyi, İddiaçı isə ilkin 15000 manat ödəyərək 83450 manat məbləğində qalıq pulu aylıq 2318 manat olmaqla 13 oktyabr 2024-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşlər. Payçı İddiaçı 2023-cü ilin sentyabr ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə icra etmiş, ötən 2 ilə yaxın müddətdə bu hal tərəflər arasında mübahisə doğurmamışdır. Bununla belə MTK, həmin ilin sentyabr ayında payçı İddiaçı həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir. Bundan sonra payçı İddiaçı əskik ödənilmiş ödəniş məbləğinə dair rəsmi arayışın və həmin məbləğin ödənilməsi üçün MTK-nın bank hesabının ona verilməsi xahişini özündə əks etdirən pretenziya məktubu ilə Cavabdeh MTK-ya müraciət etmiş, MTK isə onun həmin xahişini təmin etməmiş (əskik ödənişin məbləğinə dair arayışı və ödənişin icra edilməsi üçün bank hesabına dair məlumatları təqdim etməmiş), əksinə payçı İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya ünvanlayaraq mənzili müqavilənin 5.5-ci bəndinə əsasən 10 gün müddətində yeni qiyməti ilə alması təklif edilmiş, əks təqdirdə müqavilənin birtərəfli qaydada pozulacağı (ləğv ediləcəyi) və mənzilin dəyərinin 20%-i məbləğində “dəbbə pulu” və mənzildə yaşadığı müddətdə hər ay üçün 800 manat kirayə haqqı çıxıldıqdan sonra qalan vəsaitin qaytarılacağı və mənzilin başqa şəxsə satılacağı barədə onu (payçını) xəbərdar etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı mülki iş üzrə məhkəmə icraatının başlanmasına əsas olmuş iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin mübahisəyə məhkəmədə baxıldığı zaman isə Cavabdeh MTK kooperativin ümumi yığıncağının xx.xx.2023-cü il tarixli protokoluna əsasən payçı İddiaçı ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 109 saylı müqavilənin ləğvini, o cümlədən dəbbə pulu və mənzildə yaşanılan müddətə görə hesablanmış kirayə haqqı çıxılaraq qalan vəsaitin payçı İddiaçı qaytarılmaqla onun kooperativ üzvlüyündən çıxarılmasını rəsmiləşdirmiş və məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim etmişdir.

48. Kollegiya qeyd edir ki, ilk növbədə xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin MTK tərəfindən təktərəfli qaydada ləğv edilməsinin düzgün olub-olmamasına hüquqi qiymət verilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının (ləğv edilməsinin) ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir.

49. Buna əsasən, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir (MM-in 421.2-ci maddəsi). - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda; Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər.

50. Hazırkı işdə payçı İddiaçı müqaviləni əhəmiyyətli dərəcədə pozması halı müəyyən edilmir.

51. Kollegiya apellyasiya şikayətinin iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozması ilə bağlı dəlilinə münasibətdə hesab edir ki, payçı 2023-cü ilin sentyabr ayınadək aylıq ödənişlərini qeyri-sabit məbləğdə və bir sıra hallarda müəyyən kəsirlə olsa belə, aybaay icra etmiş, Cavabdeh MTK isə həmin ödənişləri qəbul etmişdir. MTK-nın qeyd edilən hala dair payçıya hər hansısa irad bildirməsi və ya ödənişlərin natamam icra etdiyi məqamda payçıdan cərimə tələb etməsi müəyyən edilmir. Cavabdeh MTK yalnız 2023-cü ilin sentyabr ayında qabaqcadan hər hansı xəbərdarlıq etmədən payçının həyata keçirmək istədiyi ödənişi qəbul etməkdən imtina etmişdir.

52. Tərəflər arasında bağlanmış müqavilədə onun birtərəfli iradə ifadəsi ilə ləğvini nəzərdə tutan bənd mövcuddur. Belə ki, müqavilənin 5.2-ci bəndinə əsasən, payçı müqavilənin 3.2-ci bəndində qeyd olunan ödənişi 10 gündən artıq gecikdirdikdə, mənzilin ümumi dəyərinin 2% məbləğində cərimə tətbiq olunur, 2 ay gecikdirdikdə, "xxxx" xəbərdarlıq edilmədən MTK tərəfindən müqavilə birtərəfli olaraq pozulur, həmin mənzil başqa şəxsə satılır.

53. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, istehlakçı ilə bağlanmış müqavilənin həmin şərti Mülki Məcəllənin 420.2-ci maddəsinin tələblərinə uyğun olaraq etibarsızdır. Belə ki, həmin maddəyə əsasən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

54. Müqavilənin həmin şərti etibarlı şərt kimi qəbul edilsə belə, yuxarıda qeyd edildiyi kimi, ötən 2 ilə yaxın müddətdə MTK-nın həmin hala dair payçıya hər hansısa irad bildirməsi, ödənişlərin natamam icra etdiyi ilə əlaqədar payçıdan cərimə tələb etməsi və ya müqaviləni birtərəfli olaraq pozması müəyyən olunmur. Bu zaman nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 529-cu maddəsi öhdəliyin icrasının qəbulu qaydalarını müəyyən edir. Məcəllənin 529.2, 529.4 və 529.5-ci maddələrinə uyğun olaraq, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir.

55. Göründüyü kimi, hazırki işdə kreditor hər hansı bir etiraz irəli sürmədən əvvəlki dövrlər üzrə öhdəliyin icrasını qəbul etmişdir. Sonradan isə həmin ödənişlərin lazımi qaydada həyata keçirilmədiyinə istinad edərək sonrakı ödənişlərin qəbulundan imtina etmişdir. Bununla da Mülki Məcəllənin qeyd olunan tələblərini pozmuşdur.

56. Belə ki, MTK yalnız 2023-cü ilin sentyabr ayında payçıdan ödənişi qəbul etməməyə başlamış, onun (payçının) digər tələblərilə yanaşı, ödəniş üçün bank hesabına dair məlumatların verilməsini özündə əks etdirən iddiasından sonra isə (işə məhkəmədə baxıldığı ərəfədə) aralarındakı müqaviləni birtərəfli qaydada ləğv etmiş və payçı İddiaçı kooperativ üzvlüyündən çıxarılması barədə kooperativ ümumi yığıncağının protokolunu tərtib etmişdir.

57. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK-nın göstərilən hərəkətləri digər tərəfin (payçı İddiaçı) güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd olmuşdur. Eyni zamanda adı çəkilən kooperativin payçıdan ödəniş qəbul etməməsi Mülki Məcəllənin 446.1-ci maddəsində nəzərdə tutulan kreditorun icranı gecikdirməsi halına uyğun gəlir.

58. Göstərilənlərə əsasən, xüsusilə Cavabdeh MTK-nın xx.xx.2021-ci il tarixli 109 saylı müqaviləni payçı İddiaçı məhkəməyə müraciət etməsindən sonra ləğv etməsini ağlabatan mühakimə əsasında nəzərdən keçirərək məhkəmə kollegiyası belə hesab edir ki, Cavabdeh MTK mülki qanunvericiliyin "xxxx"na dair tələbini pozmuşdur və buna görə də o (MTK), müqavilədə nəzərdə tutulsa belə, müqaviləni birtərəfli qaydada aradan qaldırılmağa (ləğv etməyə) haqlı olmamışdır.

59. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

60. Bir şəxsin öz üzərinə düşən vəzifəni kobudcasına pozduğu halda hüququnu həyata keçirməsi və ya öz davranışı ilə qarşı tərəfdə qorunmağa layiq və əsaslı bir güvən oyandırdıqdan sonra bu davranışa və oyandırdığı güvənə zidd davranması hüquqdan suiistifadə sayılır və qanunla qorunmur. Yəni, sui-istifadə edilən hüquqa söykənən tələblər müdafiə oluna bilməz. Dolayısı ilə, hər hansı iddia irəli sürülərkən bu, hüquqdan suiistifadə təşkil edirsə həmin tələb nəzərə alınmır.

61. MM-in 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

62. Həmin Məcəllənin 560.1-ci, 560.2-ci, 560.3.2-ci və 560.3.4-cü maddələrinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və ya digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

64. Oxşar mövqe Avropa Birliyinin Ədalət Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir.

65. Kollegiya şərh edilənlərə əsasən qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin İddiaçı Cavabdeh ilə onun arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsinin və İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi” tələbini əsaslı hesab etməkdə tamamilə haqlı olmuşdur.

66. “İddiaçı kooperativ üzvlüyündən çıxarılmasının qanunsuz hesab edilməsi” tələbinin əsaslı olması, kooperativ üzvünün çıxarılmasını nəzərdə tutan 13 oktyabr 2023cü il tarixli protokol-qərarın da ləğvini zəruri edir. Həmin protokol-qərar həmçinin ona görə ləğv edilməlidir ki, protokolda ümumi yığıncağın iclasında 25 nəfər kooperativ üzvünün iştirak etdiyi göstərilsə də, onların kimlər olduğu göstərilməmişdir və iştirak etdikləri göstərilən həmin üzvlər tərəfindən protokol imzalanmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir.

67. Kollegiya həmçinin hesab edir ki, ilkin iddianın “Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin qoyularaq, aylıq ödənilməli olan məbləğin qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsi də əsaslıdır. Belə ki, qeyd olunduğu kimi, MTK-nın payçı İddiaçı ödənişlərini qəbul etməməsi Mülki Məcəllənin kreditorun icranı gecikdirməsini nəzərdə tutan 446.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəlir. Həmin maddəyə əsasən, kreditor vaxtı çatmış və ona təklif olunmuş icranı qəbul etmirsə və ya borclunun öz öhdəliyini icra edə bilmək üçün ondan gözlədiyi hərəkətləri yerinə yetirmirsə, icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 425.1 və 425.2-ci maddələrinə görə isə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2).

68. Kollegiya ilkin iddianın “Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12- ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilinin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin (maliyyə arayışı, MTK-nın ümumi yığıncağının qərarının) verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması” hissəsinin əsaslı olması ilə bağlı qeyd edir ki, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı pay haqqının tam ödənilməsi şərtilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur (Mülki Məcəllə m. 139-1.1.6; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu m. 8.0.6.). Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri şərt pay haqqının tam ödənilməsidir. Hazırki işdən ilkin iddiaçının xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilə üzrə mənzilin dəyərini tam ödəmiş olduğu müəyyən edilmir. O, mənzilin dəyərini tam ödədikdən sonra Cavabdeh MTK-dan maliyyə arayışının (pay haqqının tam ödənilməsi haqqında sənədin) verilməsini tələb edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal y/m Kənar dairəvi yol ünvanında Cavabdeh MTK tərəfindən inşa edilmiş yaşayış binasının, 7-ci giriş, 12-ci mərtəbəsində yerləşən, 89,5 kv.metrdən ibarət 109 saylı mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin, yəni İddiaçı yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və pay haqqı tam ödənildikdən sonra maliyyə arayışının verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır.

69. Kollegiya “mənzil tikintisi haqqında xx.xx.2021-ci il tarixli 109 nömrəli müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi” barədə gəldiyi qənaətə uyğun olaraq “kirayə haqqının tutulması” hissəsində qarşılıqlı iddianın əsassız olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, prosessual qənaət prinsipi baxımından bununla bağlı əlavə əsaslandırmaya ehtiyac olmadığını vurğulayır.

70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi birinci iddianı təmin etməklə, ikinci iddianı mübahisələndirilən hissədə təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-410/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar