Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2756/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə və evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-786/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massivdə yerləşən 44 nömrəli fərdi yaşayış evinə köçürülsün və cavabdeh tərəfindən onun həmin evdə yaşamasına yaradılmış maneələr aradan qaldırılsın. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər ər-arvaddır, xx.xx.2004-cü ildə nikah bağlayıblar, uç uşaqları var. Tərəflərin münasibətləri pozulub, məhkəməyə nikahın pozulması barədə ərizə verilib. Tərəflər ailə qurduqdan sonra Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü Massivdə yerləşən 44 nömrəli fərdi yaşayış evində yaşayıblar. Ev qeydiyyatsız tikilidir. İddiaçının həmin evə köçürülməsi və ya evdən istifadəyə maneələrin aradan qaldırılması üçün əvvəlcə müəyyən edilməlidir ki, o, evdə yaşamaq imkanından məhrum edilib və ya onun evdən istifadə etməsinə maneələr yaradılıb. Müəyyən olunur ki, iddiaçı evdə yaşamaq imkanından məhrum edilməyib, o, hal-hazıra kimi evdə yaşayır. İddiaçı özü də etiraf edib ki, həmin evdə yaşayır. Müəyyən olunur ki, iddiaçının evdən istifadə etməsinə maneələr yaradılmayıb. Belə ki, iddiaçı bildirir ki, evdən çıxması üçün ona təzyiqlər olur. Lakin cavabdeh bildirir ki, iddiaçıya hər hansı təzyiq göstərilməyib. İddiaçı isə evdən çıxması üçün ona təzyiq göstərildiyini təsdiq edən sübut təqdim etməyib. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçı yaşadığı evdən məhrum edilmədiyinə və ya evdən istifdə etməsinə maneələr yaradılmadığına görə, birinci instansiya məhkəməsi düzgün olaraq iddianı təmin etməyib. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-786/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2756/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2756/2025
23.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver