Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2757/2023 16.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadına əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)- 719/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Cavabdeh1nə və “X7 Komleksi” MTK-ya qarşı onların çox acınacaqlı vəziyyətə düşdükləri üçün cavabdehlərin qanun qabağında cavab vermələri, onlara qarşı xx.xx.12019-cu il tarixli Nazirlər Kabinetinin 482 nömrəli qərarının tətbiq edilməsi barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardaddın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(009)-719/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayət qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılmışdır. Daha sonra İddiaçı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadından təkrar şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(009)-719/2023 saylı qərardadının ləğv edilməsinə dair şikayət qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılmışdır. Sonuncu dəfə iddiaçı tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(009)-719/2023 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin qəbul edilməsi xahiş edilmişdir. Qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin 09 mart 2023-cü il tarixli qərardadından verilmiş şikayətə münasibət bildirilmədən, şikayət verilməmiş (01 mart 2023-cü il tarixli) qərardada münasibət bildirilməklə mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki prosessual qanunvericiliyin göstərilən tələbinə riayət edilməklə şikayətə münasibət bildirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-719/2023 saylı qərardadından İddiaçı vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və mülki iş qərardaddan verilmiş şikayətə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2757/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2757/2023
16.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver