Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2761/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3830/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-nin üzərinə İddiaçı ilə elektrik enerjisinin alqı-satqısı abonent müqaviləsinin bağlanılması vəzifəsinin qoyulması və ünvan 1 ünvanında yerləşən yaşayış evinə elektrik enerjisinin verilməsinin bərpa edilməsini, cavabdeh “xxxx” ASCdən İddiaçı xeyrinə 6000 (altı min) manat pulun maddi zərərin əvəzi kimi, 1000 (bir min) manat isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, iddiaçının vəkilin göstərdiyi yardıma görə ödədiyi 200 (iki yüz) manat pul və dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat pulun cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh “xxxx” ASC ilə X15 arasında xx.xx.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə xx.xx.2001- ci ildən xx.xx.2018-ci il tarixinə kimi yaranmış 8.850 (səkkiz min səkkiz yüz əlli) manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3830/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, **********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin. İddiaçı ilə elektrik enerjisinin alqı-satqısına dair abonent müqaviləsinin bağlanılması və ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi vəzifəsinin Cavabdeh ASC-yə həvalə edilməsi qərara alınmış, iddia tələbi digər hissədə rədd edilmişdir. Qətnamdən cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi **********30025 saylı abunə kodunun iddiaçıya deyil, abunə X10 adına olmasını nəzərə almamamış və nəticədə, maddi və prosessual normaların pozulması ilə nəticələnən məhkəmə qətnaməsi qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, iddia tələblərinin təmin edilən hissədə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Abunə kodu **********30025 olan abunə haqqında sənəddən əsasən X11 8850,08 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 nömrəli evin elektrik enerji təcizatını təmin edilməsini və onun ilə abonent müqaviləsi bağlanılmasını xahiş etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehlər X5, X6 və X4 yetkinlik yaşına çatmayan övladları - X12, X13, X16 və X14 ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 25 nömrəli evdən və həmin evə aid torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan övladlarının yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatları ləğv edilməklə, onlar həmin ünvanda yerləşən evdən və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının-nın xx.xx.2015-ci il tarixli qərarına əsasən cavabdeh X7, X8 və Rəhmanova Rasimə Vəlhəd qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6456/2014 saylı xx xxxxxx 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Xəzər rayon icra və probasiya şöbəsinin icra məmurlları T.Bayramov, A.Nəcəfov, iş üzrə tələbkar X3, cavabdeh X22, Xəzər RPİ 1-ci polis bölməsinin sahə müvəkkili Nəbi Orucov, hal şahidləri SüleymanovAnar Eldar oğlu və X17 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, borclu şəxslər Bakı şəhəri, Xəzər rayonu, Mərdakan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 nömrəli evdən əşyalarını çıxararaq evi tələbkara təhvil vermişlər. İcra zamanı icra hərəkətlərinin aparılması ilə bağlı tərəflərdən heç bir ərizə və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixli, AR-İ seriyalı, 049954 nömrəli etibarnaməyə əsasən X2 30 il müddətinə etibarnamə verilmişdir. Ödəniş qəbzindən (№ 61099) görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 4 saylı Vəkil Bürosunun hesabına 200 manat ödənilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsinin və iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hissədə ləğv edilməlidir. «Elektrik enerjisindən istifadə qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı, x xxxxxx 2005-ci il tarixli Qərarın 7.9-cu bəndinə və «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qeyd olunan Qərarın 7.6-cı bəndində təsbit olunmuşdur ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlər ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Kollegiya hesab edir ki, elektrik enerjisinin alqı-satqısı “xxxx” ASC-nin inhisarında olduğundan, hazırkı məsələ, yəni müqavilə bağlamağa məcburetmə Mülki Məcəllənin 390.3-cü maddəsinin təsiri altına düşür. Yuxarıda qeyd olunanlara görə, Kollegiya belə qənaətə gəlir ki, rayon məhkəməsi, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evin mülkiyyətçisi olduğundan, adına elektrik enerjisinin alqı-satqısına dair müvafiq müqavilənin bağlanması və həmin qeyri-yaşayış sahəsinin elektrik enerjisi ilə təchiz edilməsi vəzifəsinin “xxxx” ASC-nin üzərinə öhdəlik kimi qoyulması ilə bağlı hisədə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə, birinci instansiya məhkəməsinin **********30025 saylı abunə kodunun iddiaçıya deyil, X10 adına olmasını nəzərə almaması ilə bağlı olmuşdur. Kollegiya bununla bağlı qeyd edir ki, iddia ərizəsindən görünür ki, iddiaçı “cavabdeh “xxxx” ASC ilə X15 arasında xx.xx.2000-ci ildə bağlanılmış abonent müqaviləsinə görə A26113019M335990 saylı AMPY(5219A) tipli sayğac üzrə xx.xx.2001- ci ildən xx.xx.2018ci il tarixinə kimi yaranmış 8.850 (səkkiz min səkkiz yüz əlli) manat borcun adı çəkilən tərəflərin özlərinə aid edilməsini məhkəmədən xahiş etmişdir”. Rayon məhkəməsi isə həmin tələblə bağlı, qətnamənin nəticə hissəsində “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, qətnamə qismən, “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hissəsində Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə uyğun olmadığından həmin hissə ləğv edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hissəsində ləğv edilməli, qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, işüzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3830/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi qismən, “**********30025 saylı abunə koduna hesablanmış 8.850 manat məbləğində borc İddiaçı tələb edilməsin” hissəsində ləğv edilsin. Qətnamə cavabdehin apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2761/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2761/2021
14.04.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver