Məhkəmə qərarları › İş №2(103)-277/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-277/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-277/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X2rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-277/2023 (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Bakı şəhəri 22 fevral 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Şirinov İkram Sabir oğlu və X7 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, üçüncü şəxs Bakı şəhəri X4 nümayəndəsi X5, üçüncü şəxs “X17” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X2rşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli 2(001)-28/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2005-ci il tarixli, 1170/1 saylı Sərəncama və eskiz layihəyə əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X10 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvan cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 700 kv.m torpaq sahəsinin 300 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini İddiaçı verilmişdir.

2. xx.xx.2006-cı il tarixli, 1269 və 1270 saylı Sərəncamlara və eskiz layihəyə əsasən, X4 ərazi hüdudlarında Bakı şəhər sakinləri X13 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvan cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş 700 kv.m torpaq sahəsinin 400 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X2rşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2005-ci il tarixli 1170/1 saylı sərəncamı ilə iddiaçının mülkiyyətinə verilmiş 300 kv.m topraq sahəsindən çıxarılması və mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli 1170/1 saylı sərəncamı ilə bələdiyyə ərazisindən X10 ərizəsi nəzərə alınmaqla iddiaçı üçün ayrılmış 700 kv.m torpaq sahəsinin 300 kv.m-i İddiaçı, qalan 400 kv.m hissəsi isə xx.xx.2006-cı il tarixli 1269 saylı sərəncam ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh ümumilikdə 700 kv.m torpaq sahəsini hasara almaqla, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsini zəbt etmiş, edilmiş xəbərdarlıqlara baxmayaraq iddiaçıya məxsus ərazidən çıxmaqdan imtina etmiş, torpağın ona aid olmasını göstərən qanunsuz yolla əldə edilmiş eskiz layihə təqdim etmişdir. Bununla bağlı X6 müraciət edilmiş, müraciətə əsasən bildirilmişdir ki, sözügedən torpaq sahəsinin 300 kv.m-i iddiaçının, 400 kv.m-i isə cavabdehin adına rəsmiləşdirilmiş, iddiaçıya ayrılmış 300 kv.m torpaq sahəsi eskiz sxemi ilə yerləşdiyi ərazi və koordinat üzrə uyğunluq təşkil etmişdir. Cavabdeh qanunsuz zəbt etdiyi ərazidən çıxmadığından iddiaçı məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2022 nömrəli 13 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim Günel Abbasova) iddia tələbi təmin edilmiş, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu X1 xx.xx.2005-ci il tarixli 1170/1 saylı sərəncamına əsasən Binəqədi rayonu X4 ərazi hüdudları daxilində İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinə dair məhdudiyyətlərin aradan qaldırılması qət edilmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh İddiaçı Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 300 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsindən istifadə etməklə mişar daşından hasar inşa etmiş və dəmir darvaza quraşdırmışdır ki, bununla da iddiaçının Binəqədi rayonu X4 sərəncamı ilə ona ayrılmış torpaq sahəsindən istifadə etməsinə maneəçilik yaratmışdır.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1.1, 152.1, 152.5, 157.4, 158.2, 158.4, 164.1-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

8. Apellyasiya onunla əsaslandırılmışdır ki, məhəkmə ədalətli qərar qəbul etməmişdir. Belə ki, o, həmin torpaq sahəsini 2006-cı ildən heç bir etiraz olmadan stifadə və sahiblik etmişdir. Bu baxımdan onun qeyd edilən torpaq sahəsindən çıxarılması əsassızdır. O, həmin torpaq sahəsinə X10 razılığı ilə X9 tərəfindən rəsmilədirilmiş sərəncamla sahiblik etmişdir. Sahiblik etdiyi ilk gündən 7 sot torpaq sahəsinə etirazsız sahiblik etmiş və yalnız 16 il sonra iddiaçı həmin torpaq sahəsinin 300 kvm hissəsinin iddiaçının sahibliyində olmasını bildirmişdir. İddiaçı iddiasında həmin torpaq sahəsinin ona 2004-cü ildə ayrıldığını bildirir. Ancaq o, 2006-cı ildən özünün istifadəsinə verilmiş torpaq sahəsinə sahiblik etdiyi zaman həmin torpaq sahəsinə heç kim sahiblik etməmişdir. Bu da onu göstərir ki, o, qeyd edilən torpaq sahəsinin kimin istifadəsində olduğunu bilə bilməmişdir. Digər tərəfdən iş materiallarına baxdıqda xəritələrdə ziddiyyət olduğu ortaya çıxır. Belə ki, iş materallarında olan bir xəritədə X11 ayrılmış 700 kvm (7 sot) torpaq sahəsi başqa bir yerdə, digər xəritədə isə başqa bir yerdə göstərilir. Birinci xəritəni nəzərə alsaq iddiaçının iddiya etdiyi torpaq sahəsi onun torpaq sahəsini sağ tərəfində, digər xəritədə isə onun sol tərəfində qalır. Bu ziddiyyət əslində mübahisənin əsas hissəsidir. Əgər iddiaçının iddia etdiyi torpaq sahəsi onun torpaq sahəsindən sağda yerləşirsə o zaman iddia ona deyil başqa bir şəxsə qarşı qaldırılmalı idi. Ancaq məhkəmə araşdırma zamanı bu nüanslara diqqət ayırılmamış və səthi araşdırma ilə qətnamə qəbul etmişdir. Bu da əslində onun hüquqlarının pozulmasıdır. Müvafiq dövlət qrumlarının veridiyi olan sxem əsasında öz torpağına sahiblik etdiyi halda 16 il sonra torpaq sahəsinin başqa torpaq sahəsi ilə üstüstə düşməsi faktı ilə qarşılaşır. Vətəndaş bu sahədə səlahiyyətli olan dövlət qurumlarının verdiyi sənədləri mötəbər sayır və bu yöndə gələcək addımlarını həyata keçirir. Ancaq üzərindən 16 il keçdikdən sonra onun sahibliyində olan torpaq sahəsinin başqasın aid olması iddiası ilə qarşılaşır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

11. Apellyasiya baxışı zamanı üçüncü şəxs Bakı şəhəri X4 nümayəndəsi izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi “X17” şirkətinə aiddir. Həmin torpaq sahəsini bələdiyyə ayıra və sata bilməzdi. Həmin torpaqlar bələdiyyəyə sazişlə verilir. Nümayəndə, həmçinin, apellyasiya şikayətinin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi

12. Apellyasiya baxışı zamanı cəlb edilmiş üçüncü şəxs “X17” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi izahat verərək bildirdi ki, mübahisəli torpaq sahəsi “X17” şirkətinə aiddir. Bələdiyyə vaxtilə vətəndaşlara satmışdır. Həmin torpaqların vətəndaşlara satılması ilə bağlı bələdiyyənin ümumiyyətlə heç bir səlahiyyəti olmamışdır.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

15. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

“Bələdiyyələrin statusu” haqqında Qanun

17. Maddə 19, 4-cü hissə. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, bələdiyyənin qərarlarını imzalayır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

18. Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.

19. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

20. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyə qədər olan redaksiyada).

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə

21. Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

22. Bənd 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir.

23. Bənd 14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır (14 fevral 2014-cü il tarixli 906-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək olan redaksiyada).

24. Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

25. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

26. Bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.

27. Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

28. Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

29. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

37. Belə ki, iddiaçı tələbinin faktik əsası kimi, ona bələdiyyə sərəncamı əsasında verilmiş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi bildirir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

40. Birinci instansiyası məhkəməsi iddiaçının subyektiv hüquqları ilə bağlı qeyd etmişdir ki, «mübahisəli torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatı aparılmasa da həmin torpaq sahəsi məhz Bakı şəhəri Binəqədi rayonu X4 xx.xx.2005-ci il tarixli 1170/1 sərəncamı ilə iddiaçının sahiblik və istifadəsinə ayrılmışdır ki, həmin akt Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.».

41. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur.

42. Burada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı ümumi yığıncağın qərarıdır.

43. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

45. Bələdiyyə sədrinin sərəncamı isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır.

46. Bundan başqa, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7075 saylı rəyinə əsasən, İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsi ilə Cavabdeh ayrılmış 400 kv.m torpaq sahəsinin həmin torpaq sahələrinin plan-sxemlərinə əsasən üst-üstə düşmədiyi müəyyən edilmişdir. Faktiki vəziyyətdə X11 ayrılmış ümumi 700 kv.m torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə olunduğundan, İddiaçı ayrılmış 300 kv.m torpaq sahəsinin cavabdehın faktiki istifadə etdiyi torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsində cavabdeh tərəfindən mişar daşından hasar inşa edilmiş və dəmir darvaza quraşdırılmışdır.

47. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5454 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı ayrılmış 300 m² torpaq sahəsi ilə Cavabdeh ayrılmış 400 m² torpaq sahəsinin ayrı-ayrılıqda yanaşı torpaq sahələrində yerləşdiyi, torpaq sahələrinin plan-sxemlərinə əsasən üst-üstə düşmədiyi və həmin torpaq sahələrinin bütövlükdə faktiki olaraq cavabdeh tərəfindən istitifadə olunduğu müəyyən edildi. Mmülki iş materiallarının 6cı və 156-cı səhifələrində öz əksini tapan X4 tərtib etdiyi sxemdə olan ölçülərlə İddiaçı ayrılmış torpaq sahəsinin və Cavabdeh ayrılmış torpaq sahəsinin ölçülərinin naturada mövcud olan vəziyyətlə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, İddiaçı ayrılmış torpaq sahəsinin faktiki olaraq Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edildi.

48. İş materialları və ekspert rəyləri ilə cavabdeh tərəfindən iddiaçıya bələdiyyə sərəncamı ilə ayrılmış torpaq sahəsinin zəbt olunduğu təsdiq olunur.

49. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

50. Qeyd olunan maddəyə əsasən tələbin irəli sürülməsi üçün üç dispozisiya şərtinin ödənilməsi tələb olunur: 1. tələb irəli sürən şəxsin mülkiyyətçi olması; 2. əşyanın tələbin yönəldiyi şəxsin sahibliyində olması; 3. sahibliyin qanunsuz olması.

51. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin hər hansı hüquqla ona məxsus olduğu müəyyən edilməmiş, bununla da istinad olunan normanın ilkin dispozisiya şərti (tələb irəli sürən şəxsin mülkiyyətçi olması) yaranmamışdır.

52. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından göründüyü kimi bələdiyyə sədrinin torpaqğın kiminsə mülkiyyətinə verilməsi barədə sərəncam qəbul etmək səlahiyyəti yoxdur.

53. Bundan başqa apellyasiya instansiyasında araşdırma zamanı müəyyən olunduki mübahisəli torpaq sahəsi ümumiyyətlə bələdiyyə fondu torpağına aid deyildir.

54. Belə ki, məhkəmə iclasında izahat verən bələdiyyənin və “X17” şirkətinin nümayəndələri təsdiqləmişlər ki, həmin torpaq sahəsi “X17” şirkətinə aiddir.

55. Bundan başqa məhkəmənin sorğusuna əsasən Bakı İnzibati Məhkəməsindən daxil olmuş iddiaçı X3 Bakı şəhəri X2rşı “X4 İddiaçı fərdi evin tikintisi məqsəddilə ayrılmış 1170/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair inzibati üzrə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadasrtı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan göstərilmişdir ki, faktiki göstərilən 300 kv.m təşkil edən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir (Binəqədi oyl). Sözügedən torpaq sahəsinin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir.

56. Göründüyü kimi qeyd edilən inzibati iş üzrə mübahisələndirilən və hazrki mülki işin predmeti olan torpaq sahəs(lər)i dövlət torpağıdır və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı bələdiyyənin hər hansı sərəncam verməsi ümumiyyətlə mümkün deyildir.

57. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

58. Bundan başqa, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir.

59. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə aid olmadığından, qeyd edilən torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya ayrılması ümumiyyətlə əsassızdır. Bundan başqa iddiaçının qeyd edilkən torpaq sahəsinə mülkiyyət hüququ təsdiq edən hər hansı sənəd təqdim etmədiyindən iddiaçının göstərilən torpaq sahəsilə ilə bağlı hər hansı subyektiv hüququ yoxdur.

60. Göründüyü kimi, birinci instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinin tələblərinə cavab vermir.

61. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

62. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

63. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, qətnamə ləğv edilməli, iddia tələbi isə təmin edilməməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-28/2022 saylı iş üzrə 13 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: İkram Şirinov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar