Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2776/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Maraqlı şəxs3nə, "xxxx" ASC-yə, Maraqlı şəxs5nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1424/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Maraqlı şəxs3nə, "xxxx" ASC-yə, Maraqlı şəxs5nə qarşı ərizə ilə məhkəməyə müraciət etmişdir. X5 məhkəmədən Ağdaş rayonu X14 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilin (keçmiş Q. Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 4 saylı mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) X4 məxsus olması, sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 Ağdaş rayonu X14 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilin (keçmiş Q.Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 12 saylı mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) sahibidir, mülkiyyətçisidir, mülkiyyət hüququ olan şəxsdir və ev ona aiddir. Ərizəçi1 12 saylı 05.12.1984 tarixli orderi var. Orderin verilmə əsasını Ağdaş Təsərrüfatlararası Tikinti İdarəsinin yığıncağının 20.10.1982 tarixli qərarı, XDS (XDSİK) 31.03.1983 tarixli 8 nömrəli qərarı və 05.11.1984 tarixli 19/2371 nömrəli məktubu təşkil edir. X5 orderin əslini itirib, polisə müraciət edib, lakin polislər tapa bilmirlər, order barədə arxiv arayışı əldə etmək üçün bildiyi aidiyyatı qurumlara müraciət edib, amma order tapılmayıb. Ərizəçi qeyd edir ki, orderin əsli onda olanda DƏDRX qeyd edib çıxarış verirdi sadəcə evində qanunsuz qalan çıxmırdı. Ərizəçi1 həmin şəxsi məhkəməyə də vermişdi, lakin məhkəmə qərarı çıxmamışdı, artıq evdə qanunsuz qalanın çıxmağı barədə qərar qəbul olunub çünki mülkiyyətçi Ərizəçi1dur. Ərizəçi1 qeyd edir ki, vəkili orderin əslini Ağdaş Rayon Məhkəməsinə və ya Şəki İnzibati Məhkəməsinə vermişdi, lakin onlar orderi itrmiş Ağdaş Məhkəməsi saxta order verirdi ki, bunu guya ərizəçi onlara verib, lakin ərizəçidə sübut üçün originalın sürəti olduğu üçün qəbul etməyib, amma məhkəmə poçtla göndərib. Lakin DƏDRX Ərizəçi1 dediyini təstiq etmişdir ki, bu saxta orderdi, ondan arxiv arayışı istəndi, o da tapılmadı. Ərizəçi1 bildirir ki, bu orderin əsli onda olub, və hətta onu Ağdaş Rayon Məhkəməsi saxta olsa da orderi məktubla göndərib və bunu göndərməyi özü təsdiq sayılır. Həmçinin Ərizəçi1 və onun oğlu Anar o mənzildə illərdi qeydiyyatdadılar. Ərizəçi1 da bu məsəylə bağlı Maraqlı şəxs5nə, Kənd Təsərrüfatı Nazirliyinə, Həmkarlar İttifaqları Konfederasiyasına, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə, X2 Təşkili üzrə Dövlət Agentliyinə, Maraqlı şəxs3nə və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinə sorğu verib. Eyni zamanda Şəki Apelyasiya Məhkəməsinin 04.03.2020-ci il tarixli, 2(107)-405/2020 saylı qətnaməsində, iddiaçı Ərizəçi1 3-cü şəxslər Ərizəçi2, Ərizəçi4 cavabdeh X6 qarşı “mənzildən çıxarılmaq yolu ilə kənar şəxsin yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyaraq, kirayəçi (icarədarı) və onun ailə üzvlərinin mənzilin istifadəsindən yaranan süni maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)- 38/2019 nömrəli qətnaməsindən iddiaçı Ərizəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxılaraq, onun apelyasiya şikayəti təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli, 2(014)-38/2019 nömrəli qətnaməsi ləğv edilmiş, cavabdeh X1 rayonu X14 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzildən (keçmiş Q. Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 12 saylı mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) çıxarılmaq yolu ilə onun yaşayış sahəsindən qeyri-qanuni istifadəsinə son qoyulmuş, Ərizəçi1 və onun ailə üzvlərinin həmin mənzilin istifadəsində cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1424/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, Ərizəçi1 Ağdaş rayonu X14 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilinə (keçmiş Q. Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 4 saylı mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən olunması və məhkəmə xərcləri qismində ödənilmiş 10 manat dövlət rüsumunun X4 aid edilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələcəyi halda işin mahiyyəti üzrə araşdırılmasına dair aidiyyatı üzrə sorğular verməmiş, mənzilin faktiki statusu ilə bağlı məlumat əldə etməmişdir. Hazırda iddiaçının istifadəsində olan mənzilin xidməti olub olmamasına dair Maraqlı şəxs5 orqanına müvafiq sorğu edilməli idi. Həmçinin birinci instansiya məhkəməsi nəticəyə vətəndaş tərəfindən təqdim olunmuş qeyri-notarial təsdiqə malik olan sənədlər əsasında gəlmişdir. İşin mahiyyətindən göründüyü kimi məhkəməyə təqdim olunmuş sübutların məhkəmə qətnaməsinin çıxarılması, eləcə də ərizənin təmin olunması üçün hər hansı dəlalət vermir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində qeyd olunur ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Eyni zamanda həmin mənzil üzərində başqa bir fiziki şəxs ilə mübahisənin olması barədə məhkəməyə iddiaçı tərəfindən məlumat verilməmiş və belə olan halda məhkəmə bu halı nəzərə almadan qərar çıxarmışdır. Bəlli olduğu kimi dəfələrlə iddiaçının ərazi idarəsinə, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təkrar-təkrar eyni məzmunlu müraciətlərini də nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə ərazi aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1424/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, mülki iş baxılması üçün aidiyyatı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. İş materiallarından görünür ki, ərizəçilər xüsusi icraat qaydasında məhkəməyə müraciət etməklə məhkəmədən Ağdaş rayonu X14 küçəsinin 2 nömrəli evində yerləşən 12 nömrəli mənzilin (keçmiş Q. Oktyabr küçəsi 4-cü dalan, 4 nömrəli evin 4 saylı mənzili, keçmiş Y.Nəbiyev küçəsi 4-cü dalan, 4 saylı evin 12 saylı mənzili) X4 məxsus olması, sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi hazırki ərizənin mahiyyəti mübahisəli mənzilin ərizəçiyə məxsus olması, sahiblik, istifadə və sərəncam vermə faktının müəyyən olunmasından ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. İş materiallarından göründüyü kimi mübahisəli mənzil Ağdaş rayonunda yerləşir. Lakin hazırki ərizə ərizəçilərin yaşadığı yerin məhkəməsinə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki ərizə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi ilə bağlı olduğundan və qanunvericiliyin tələblərinə əsasən qeyd olunan ərizələrə xüsusi icraat qaydasında məhz daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalı idi, lakin birinci instansiya məhkəməsi istinad edilən prosessual normaların tələblərini pozaraq ərizəni icraata qəbul etməklə mahiyyəti üzrə baxmışdır. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1424/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş ərazi aidiyyatı üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398 və 402.2.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1424/2021 saylı, 30 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2, Ərizəçi4 maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti, Maraqlı şəxs3nə, "xxxx" ASC-yə, Maraqlı şəxs5nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə ərazi aidiyyatı üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2776/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2776/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver