Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2778/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənzilə köçürülmə” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X11 17 b saylı evin, 64 saylı mənzilinə köçürülməsi barədə iddiası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 678/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı Cavabdeh qeyd olunan qanunvericiliyin tələblərinə əsasən onun ailə üzvü və ya digər qohumu hesab edilmir və sözügedən mübahisəli mənzildən istifadə hüququ əldə etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mənzil əvvəllər cavabdehin anasının hazırda isə bacısının mülkiyyətindədir. Həmin mənzildə İddiaçı qeydiyyatda deyil. Cavabdeh iddiaçının keçmiş əri olmaqla, 2015-ci ildə nikaha daxil olmuş, həmin vaxtdan etibarən mübahisələndirilən mənzilə gəlin köçərək orada yaşamışdır. Mübahisəli mənzilə istifadə hüququ barədə cavabdehlə mənzilin keçmiş mülkiyyətçisi arasında notariat qaydasında yazılı razılaşma mövcud olmamışdır. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi, hazırda mübahisəli mənzil Cavabdeh mülkiyyətində deyil. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, ev 17B, mənzil 64 əvvəllər xx.xx.2020-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır, daha sonra bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək, Bakışəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 43, 60, 71; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 8.2, 9.1, 77.1, 88-ci, 14.1, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, iddia ərizəsində və məhkəmədə göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar və xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-cı il təvəllüdlü X4 adlı iki övladları vardır. Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-1107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və iki azyaşlı uşaq onun yanında qalmışdır. Ailə ilə mübahisəsi nəticəsində cavabdeh onu iki azyaşlı uşağı ilə birlikdə yataq əşyaları və digər zəruri məişət əşyaları olan Bakı şəhəri, Nərimanov rayonu, X11 17 b saylı evin, 64 saylı mənzilinə daxil olub yaşamağa imkan vermir. Cavabdehin qanunsuz hərəkətlərinin ucbatından iki övladı və o anasının mənzilində məskunlaşmışlar. Onun və iki övladının yaşamaq üçün olan bütün əşyaları yorğandöşək, bütün cehiz əşyaları, mebelləri, gündəlik istifadə etdiyi zəruri məişət əşyaları, hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, X11 17 b saylı evin, 64 saylı mənzilindədir və cavabdeh könüllü olaraq ona və iki övladına heç bir şərait yaratmır ki, onlar mənzildən və mənzildə olan əşyalarından istifadə etsinlər. Cavabdehin bütün bu hərəkətləri onun və iki övladının hüquqlarını pozur. O məhkəməyə gətirdiyi şahidlər məhkəmədə dindirilməmiş və həmin şahidlərin dindirilməsini hakim qarşı tərəfdən soruşmuş və qarşı tərəf razı olmadığına görə, şahidlər dindirilməmişlər. O məhkəməyə video-disk təqdim etmiş, amma məhkəmə sübut kimi həmin diski qəbil etməmişdir. Məhkəmədə qaldırdığı vəsatətlərin heç birini məhkəmə təmin etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdehlə ilk dəfə 2013-cü ildə nikaha daxil olduqlarını, 2014-cü ildə boşandıqlarını, 2015-ci idə yenidən nikaha daxil olduqlarını, 2020-ci ildə yenidən boşandıqlarını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
5. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
7. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-158, 228; Mənzil Məcəlləsinin 30-34; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 220.5, 385-390cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, hazırkı mülkiyyətçiyə münasibətdə iddiaçının mübahisələndirdiyi dəlillərin qanunvericilik nəzərindən aidiyyatı müəyyən edilmir.
10. Diqqətə çatdırılmalıdır ki, hazırkı mülki münasibətlər üzrə iddiaçının (münasibətlər yaranan və hazırkı dövrdə) mülkiyyətçilərlə yaranan münasibətlərinin yeni Mənzil Məcəlləsinin qanuni qüvvəsini aldığı zamandan olduğu, mülkiyyətçilərə münasibətdə hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə hər hansı hüquqi nəticələr doğurmadığı müəyyən edilir. Apellyator tərəfindən cavabdehlə (keçmiş əri ilə) yaranan münasibətlər zamanı belə sonuncunun daşınmaz əmlaka dair hüquqlarının yaranmasının müəyyən edilmədiyi və iddia tələbinin yalnız bu cavabdehə yönəldiyi nəzərə alınaraq apellyasiya şikayətində qeyd edilən dəlillərin münasibətləri tənzimləyən normativ əsaslara (maddi və prosessual hüquq normalarına) uyğunluq təşkil etmədiyi müəyyən edilir.
11. Diqqətə çatdırılmalıdır ki, yönələn tələbin cavab verməli (daşınmaz əmlaka dair hüququ) olmayan şəxsə verilməsi və apellyasiya icraatı zamanı prosessual imkanların məhdud olması, iddia tələbinin dəyişdirilməsi və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsi mümkünlüyünü istisna edildiyindən, kollegiya tərəfindən birinci instansiya məhkəməsinin baxış predmeti olan tələblərdən kənara çıxmasını istisna edir.
12. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-54.2-ci maddələrinin tələblərinə əsasən: iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-678/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.