Məhkəmə qərarları › İş №2(103)-2778/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2778/2024

03.04.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2778/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qərardadından İddiaçı vərəsəsi X2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununu Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayaraq, müəyyən etdı̇ : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024cu il tarixli qərardadından İddiaçı vərəsəsi X2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalanmışdır (şikayətə vəkilin orderi əlavə edilsə də, vəkilin apellyasiya şikayətini imzalamaq səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə olunmamışdır). Prosessual qanunvericiliyin tələblərinə əsasən vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə müvafiq birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayət kimi baxılasa da, şikayətdə qeyd edilən tələb Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və şikayətin təmin edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində təsbit edilmiş “Əlavə 2”-də göstərilən tələblərə əsasən: apellyasiya şikayəti verən şəxs, apellyasiya şikayəti verən şəxsin vəkili, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi, apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, imza və tarix başlıqlı qrafalardan ibarət apellyasiya şikayətinin forması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə görə: Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Diqqətə çatdırılmalıdır ki, imza səlahiyyəti olmayan şəxs tərəfindən tələbi aydın olmayan şikayətin təqdim edilməsi ona mümkünlüyünü istisna edir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun həyata keçirilməli, hüquqdan sui-istifadəyə şərait və bununla da digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına zəmin yaratmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 2 4 (İİİ) X4 haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 402-408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldi : Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4241/2019 saylı işi üzrə xx.xx.2024cu il tarixli qərardadından İddiaçı vərəsəsi X2 vəkili Vəkil2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar