Məhkəmə qərarları › İş №2(103)-2780/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2780/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2780/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: iddiadan imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 qızından ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı, cavabdeh "X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ, həmin PHŞ-nin Sosial Sığorta və X6 Mərkəzi Filialı, Nazirlik yanında X3 Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları

1. İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ, həmin PHŞ-nin Sosial Sığorta və X6 Mərkəzi Filialı, Nazirlik yanında X3 Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək "X1 "xxxx" ASC tərəfindən Dövlət Sosial Sığorta Şəhadətnaməsinin hesabına köçürmədiyi 15.015 manat pul vəsaitin onun **********755 saylı Dövlət Sosial Sığorta şəhadətnaməsinin hesabına köçürülməsi və ya həmin vəsaitin pensiya şəklində ona ödəniləcəyi 25% olan 3.754 manat məbləğində pulun nəğd şəkildə ödənilməsi, "X1 "xxxx" ASC-də işlədiyi dövrdə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 15.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli, 2(004)- 170/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuşdur.

3. Cavabdeh X1 "xxxx" ASC birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı özü iddia ərizəsinə dair izahatında qeyd edir ki, o, cavabdeh təşkilatda 2012-2016-cı illər aralığında işləmişdir. Məhkəməyə gec müraciət etməsinin səbəbi odur ki, xx.xx.2022-ci ildə Konstitusiya Məhkəməsi hərbi qulluqçulara istefaya çıxdıqdan sonra işlədikləri təşkilatlarda onların dövlət sosial şəhadətnaməsinin hesabına köçürülən pulların ödənilməsinə icazə vermişdir. Bundan sonra o guya məlumatlı olmuşdur ki, onun hesabına pullar köçürülməmişdir. Lakin Məhkəmə qeyd etməmişdir ki, Məhkəmə proseslərində olan zaman tərəfindən iddiaçıya Konstitusiya Məhkəməsində çıxarılmış qərarla bağlı müraciətlə bağlı hansısa formada məhkəmə prosesində iştirak etməklə bağlı o cümlədən ona hesablanmış məbləğlərlə bağlı DSMF-yə müraciət edib etməməsi ilə bağlı suala cavabda qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinə edilən müraciətdən qabaq digər məhkəmə proseslərində yaxından iştirak etmiş həmin müddətdə DSMF orqanlarına müarciətləri olmasını bildirmiş eyni zamanda pensiyasının hesablatdırması ilə əlaqədar müraciətlər etdiyini qeyd etmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Bu suallara cavablardan aydın olur ki, məhz şəxs ən azı hüquqlarını pozulduğu hesab etdiyi hallardan məhkəməyə müracət etməmişdən bir neçə il qabaq məlumatlı olmuşdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı işə başlayan zaman onun iş yerinin Bakı şəhəri yox, Bakı şəhərindən kənara ezam ediləcəyiniı bilir və əvvəllər qulluq etdiyi xidmətin xüsusiyyətlərindən irəli gələrək həmin əraziyə ezam olunacağı təqdirdə əmək haqqına əlavələrin hansı qaydada olması barədə artıq təcrübəli şəxs olmuşdur. Lakin Məhkəmə işin faktiki hallarını nəzərə almadan yeun qərar qəbul etmişdir. Məhkəmə prosesləri zamanı işləyən zaman onunla danışılmış məbləği almasını məhkəmə zalında suala cavabda bildirmişdir.

Apelyasiya baxışı zamanı verilən izahatlar

5. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya baxışı zamanı yazılı ərizə təqdim edərək cavabdeh tərəfin 2000 manat ödəniş etdiyini, aralarında barışıq əldə olunduğunu, bununla əlaqədar olaraq iddiadan imtina etdiyini və bunun nəzərə alınmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh "X1 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 Şəmsəddin oğlu iddiaçının iddiadan imtina etməsinə etiraz etmədiyini, apelyasiya şikayətini müdafiə etmədiyini bildirmişdir.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin nümayəndəsi Nümayəndə3 iddiaçının iddiadan imtina etməsi məsələsini məhkəmə kollegiyasınn mülahizəsinə buraxdığını bildirmişdir.

Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

8. 52.1-ci və 52.5-ci maddələrinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

9. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.

10. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir.

11. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.

12. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

13. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.

14. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

15. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

16. 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir.

17. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır.

Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

18. Kollegiya iddiaçının təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, iddiadan imtina qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.

19. Belə ki, apellyasiya baxışı zamanı iddiaçı və cavabdehin izahatlarının məzmunundan, eyni zamanda iddiaçının təqdim etdiyi ərizədən görünür ki, tərəflər arasında barışıq əldə olunmuşdur. İddiaçı iddiadan imtina edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını iş üzrə icraata xitam verilməsini xahiş etmiş, cavabdeh isə apelyasiya şikayətini müdafiə etmədiyini, iddiaçı ilə barışdığını bildirmişdir. 20.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261, 370, 391, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı iddiadan imtinası qəbul olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-170/2023 saylı, 19 sentyabr 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "X1 "xxxx" ASC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu PHŞ, həmin PHŞ-nin Sosial Sığorta və X6 Mərkəzi Filialı, Nazirlik yanında X3 Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "pul və s." tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar