Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2782/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X* ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *0.*0.*992-08.05.*998-ci ilə qədər olan dövr ərzində BBT İstehsalat Texnoloji komplektləşdirmə idarəsində, 0*.0*.2006-cı ildən xx.xx.2008-ci il tarixləri arası Orxan MMC-də elektrik qaynaqçı peşəsində, *6.08.200*-ci il tarixdən *5.02.2004-cü il tarixədək olan dövür ərzində İbrahimXan KM-də elektrik qaynaqçısı peşəsində çalışması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-***0/2023 nömrəli, 27.0*.2023- cü il tarixli qərardadı ilə ərizənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina edilmişdir. Ərizəçi qərardaddan şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati orqan tərəfindən iddiaçıya güzəştli pensiya təyinatından imtina edilmiş, ərizəçi həmin aktı ümumi məhkəmədə mübahisələndirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.*-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə olan halda, ərizəçi məhkəmə aidiyyəti qaydalarına əməl etmədən Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi ərizəni icraata qəbul etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin ərizənin icraata qəbul edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdə göstərilənlər mübahisələndirilən qərardadın ləğvi üçün əsas vermir. Mülki Prosessual Məcəllənin 398.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.*, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2782/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2782/2023
03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver