Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2785/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh1 (eyni zamanda Cavabdeh2 qanuni nümayəndəsi olaraq) və onun nümayəndəsi-vəkili Vəkil2 Yavar oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 458/2024 saylı 19 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 09.03.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, X1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 96.8 kv.m, yaşayış sahəsi 76 kv.m olan 5 otaqlı mənzili İddiaçı bağışlamışdır. Müqaviləni X1 əvəzinə Cavabdeh1 imza etmişdir.
2. AR ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində bacısı Cavabdeh1 qəyyum təyin edilməsinə razılıq verilmişdir.
4. Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 6 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışa əsasən, Cavabdeh2 xx.xx.1987-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1989-cu il tarixdən qeydiyyatdadır.
5. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-503/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, miras qalmış əmlak Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, 30 saylı mənzilin dəyəri 123500 manat, 1 ədəd 4 qramlıq 750 əyarlı qızıldan olan qızıl üzüyün dəyəri 280 manat, 1 ədəd 583 əyarlı qızıl onluğun dəyəri 700 manat və Cavabdeh1 verilmiş 5000 ABŞ Dollarından sonuncuya qalmış 1000 manat məbləğində pul olmaqla, ümumi dəyəri 125480 manat müəyyən edilmişdir. İddiaçıların hər birinin payı 1/10 hissədə olmaqla, iddiaçı Cavabdeh2 12548 manat, X4 700 manat dəyərində qızıl onluq qalması nəzərə alınmaqla 11848 manat, X5 280 manat dəyərində qızıl üzük qalması nəzərə alınmaqla 12268 manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı tutularaq onlara ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 aid hissədə iddia tələbi təmin edilməmişdir.
6. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi ev 30, 9 saylı mənzil xx.xx.1997-ci il tarixdə Tonqol (Ələsgərova) Çimnaz Tağı qızının adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 52 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-715 reyestr nömrəli xx.xx.2022-ci il alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
7. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktuba (sorğuya cavaba) əsasən, mövcud arxiv materialları əsasında Cavabdeh1 adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha və 0,03 ha torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlər onun bacılarıdır, hansı ki mübahisəli mənzildə biri 1987-ci ildən digəri isə 1989-cu ildən qeydiyyatdadırlar. İclaslarda şahidlərin izahatına əsasən də təsdiq olunmuşdur ki, Cavabdeh1 27 ildən artıqdır ki, ərə getdiyi üçün mübahisəli mənzildə yaşamır. Digər Cavabdeh2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4177/2021 saylı, 11 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, Xətai Rayon İcra Hakimiyyətinin 12 oktyabr 2021-ci il tarixli 320 saylı Sərəncamına əsasən bacısı Cavabdeh1 Cavabdeh2 qəyyumu təyin edilmişdir. Hazırda o, Cavabdeh1 yanında yaşayır. Cavabdeh1 özünə məxsus ünvan 2 ünvanında yaşamasına dair müvafiq sənədlər iş materiallarına əlavə edilmişdir. 2022-ci il tarixinə qədər cavabdeh özünə məxsus həmin ünvanda yaşamış, 2022-ci ildə həmin mənzil özgəninkiləşdirilərək cavabdehin adından çıxarılmışdır. Digər Cavabdeh2 bacısı Cavabdeh1 himayəsinə verildiyindən yaşayış yeri qəyyumun olduğu yer üzrə müəyyən edilməlidir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Həmçinin əmlak üzərində cavabdehlərin pay hüququ tanınmamış, yalnız Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, İddiaçı tərəfindən vərəsələrin hər birinə məcburi pay haqqı olaraq pul məbləğinin ödənilməsi qərara alınmışdır. O, bunun üçün addımlar atır, lakin maddi imkanı olmadığından halhazırda həmin qərar icra edilməmiş və pullar ödənilməmişdir.
10. Cavabdeh tərəf iddiaya etiraz edərək bildirmişdir ki, əgər hazırki mübahisəyə əvvəlki Mənzil Məcəlləsinin müddəaları şamil ediləcəksə, Konstitusiya Məhkəməsi yaşayış yerindən 6 ay müddətdən çox olmaqla getməklə bağlı birmənalı şəkildə bildirmişdir ki, şəxsin geri qayıtmaq ehtimalı varsa, onun yaşayış sahəsindən istifadə hüququna xitam verilmir. Atası mübahisəli mənzili İddiaçı bağışlamışdır, mirasdan məcburi payın verilməsinə dair qardaş və bacılar İddiaçı qarşı iddia qaldırmışdır, lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilməmişdir. İddiaçı mübahisəli mənzildən cavabdehləri-bacılarını qeydiyyatdan çıxarmaq istəyir ki, mənzili daha tez və rahat özgəninkiləşdirə bilsin. Əgər cavabdeh Zərimənin mənzil üzərində 1/10 mülkiyyət hüququpayı tanınmışdırsa, məhkəmə tərəfindən bu hallar qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-458/2024 nömrəli, 19 yanvar 2024cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin Cavabdeh1 münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, o, daimi olaraq həmin ünvanda 1989-cu ildən 1995-ci ilə qədər yaşamış, daha sonra ailə həyatı quraraq xaricə köçmüş, həmin ünvana ara-sıra valideynlərini görmək üçün gəlmiş, 1997-ci ildə mənzil almış, 2022-ci ilə qədər adında xüsusi mülkiyyəti (mənzili) olmuş, hal-hazırda da adına torpaq sahələri mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək hesab etmişdir ki, Cavabdeh1 6 aydan uzun müddətdə mübahisəli mənzildə yamamasını, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsini, eyni zamanda başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlakının olmasını nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə istifadə hüququnu itirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hal-hazırda Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə istifadə hüququnun mövcud olmadığını, bu səbəbdən də iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməli olmadığını qeyd etmişdir.
13. Məhkəmənin Cavabdeh2 münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh2 həmin ünvanda 1987-ci ildən aramsız olaraq yaşamış, valideynləri vəfat etdikdən sonra 2021-ci ildən həmin ünvanda yaşamamışdır. Mülki iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində bacısı Cavabdeh1 qəyyum təyin edilməsinə razılıq verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin həmin ünvana istifadə hüququ mövcud olmuşdur. Lakin yuxarıda qeyd edilən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayılır. Cavabdehin qəyyumu Cavabdeh1 həmin mənzildən istifadə hüququ olmadığını, faktiki həmin ünvanda yaşamadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməli, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 152.1, 152.3 və 152.5-ci maddələrinə; «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokoluna; 2009-cu ilin oktyabr ayının 01dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60, 87 və 123-cü maddələrinə; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-458/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin mövqeyi yanlışdır. Çünki cavabdehin həmin mənzilə istifadə hüququnu itirib-itirməməsini məhkəmə tərəfindən müəyyən etməlidir və o da bunun üçün həmin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddənin tələbindən görünür ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. O da həmin iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqqlı olmuşdur. İddianın həmin hissədə təmin edilməməsi onun pis vəziyyətə düşməsi, mülkiyyət hüquqularının pozulması və artıq süründürməçiliyə məruz qalması ilə nəticələnmişdir.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-458/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (adından qanuni nümayəndəsi Cavabdeh1) da apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər.
18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadə hüququ məhdud əşya hüququ olduğundan, bu hüquq əşya ilə bağlı olduğundan, şəxsin mənzildə yaşamaması bu hüququn xitamına səbəb olmur, bunun üçün iddiaçı tərəf şəxsin istifadə ehtiyaclarının aradan qaldırılmasına dair mötəbər sübutlar təqdim etməlidir. Onların yaşayış sahəsindən istifadə ehtiyaclarının aradan qalxmasına dair iddiaçı tərəfindən heç bir mötəbər sübutun təqdim edilməməsinə və məhkəmə tərəfindən də bu cür sübutun əldə edilməməsinə baxmayaraq, məhkəmənin Cavabdeh1 münasibətdə mülkiyyətində torpaq sahəsi olduğu əsası ilə onun istifadə hüququnun olmadığını bildirməsi, digər Cavabdeh2 münasibətdə isə istifadə hüququnun mövcud olması, lakin kompensasiya verilmədən itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılması əsassız olmuşdur. İşə baxan Xətai Rayon Məhkəməsi istinad etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmin sorğuya cavabdan da görünür ki, cavabdehlərin mülkiyyətində yaşayacaqları heç bir ev yoxdur. Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsinin təyinatı kənd təsərrüfatlı torpaq olduğundan orada gələcəkdə yaşayış evi də tikmək ehtimalı yoxdur. İşin faktiki halları bu cür olduğu təqdirdə məhkəmənin cavabdehlərin yaşayış sahələrinə ehtiyaclarının aradan qalxmasına hansı əsasla gəldiyi naməlumdur. Məhkəmə cavabdehlərdən Cavabdeh1 istifadə hüququnun olmamasınını əsaslandırarkən mübahisəyə 2000-ci il sentyabrın birindən əvvəlki maddi hüququ normalarının tətbiq olunmalı olması qənaətinə gəlsə də, xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəlləninn 152.1, 152.3, 152.5-ci maddələrinə istinad etmişdir ki, bu da kobud prosessual pozuntudur. Hesab edir ki, Xətai Rayon Məhkəməsi yuxarıda qeyd edilmiş pozuntular səbəbindən qanuni və əsaslı olmayan qətnamə çıxarmışdır. Cavabdehlərdən birinin istifadə hüququnun olmamasının qeyd edilməsi, digərinin isə kompensasiyasız istifadə hüququna xitam verilməsi əsassız olmuşdur. Halbuki, iddiaçı yalnız müəyyən kompensasiya məbləği ödəməklə istifadə hüququna məhkəmə vasitəsilə xitam verdirə bilərdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Çimnaz təxmini olaraq 1992-1993-cü illərdə flippinli bir şəxslə ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra öz mənzillərinə köçdülər. Öz evləri Əhmədli ərazisində idi. Həyat yoldaşı ilə birgə yaşayırdılar. Bacısı boşanmayıbdır, yoldaşı rəhmətə getmişdir. Yoldaşının vəfatından sonra mübahisəli mənzilə qayıtmamışdır. Çimnazın adına Saray qəsəbəsində, Xırdalanda və Əhmədlidə öz evi var. Torpaq sahəsinin üzərində evi var idi. Onlar həmin mübahisəli evdə əvvəlcədən Zərimə ilə birgə yaşamışdılar. Həmişə onlarla qalmışdır, daha sonra o, ailə həyatı qurduqdan sonra yoldaşı da xəstə bacısına baxmışdır. Zərimənin nitqi qüsurludur. Birinci qrup əlildir. Zərimə 2021-ci ildə, atası vəfat etdikdən sonra köçdü. Çimnaz onun razılığı olmadan Zəriməni özü ilə apardı. Zərimə və Çimnaz Saray qəsəbəsində yaşayır. Zəriməni o qovmayıb, daima onunla birgə olmuşdur. Mübahisəli ev bağışlanma müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir, yeganə yaşayış yeri həmin evdir. Ev onun adına atasının və bacısının razılığı ilə keçmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfləindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində də sübut olundu ki, Çimnaz xanım həqiqətən orada yaşamır və 27 ildən çoxdur ki, həmin mənzillə əlaqəsi kəsilmişdir. Ailə həyatı qurduqdan sonra orada yaşamamışdır. Valideynləri sağ olarkən həmin mənzilə yalnız valideynlərinə baş çəkmək məqsədilə gəlirdi. Yaşayış sahəsi kimi oradan istifadə etməmişdir. Ailə həyatı qurduqdan sonra yaşayış sahəsi kimi ora ilə əlaqəsi kəsilib. İş materiallarına Dövlət Reyestrdən məktubu da əlavə etmişik, həmin məktubun məzmunundan görünür ki, son vaxtlara qədər Çimnaz xanımın yaşayış mənzili olmuş, orada yaşamışdır və daha sonra həmin mənzili özgəninkiləşdirmişdir. Hal-hazırda Çimnaz xanımın adına bir torpaq sahəsi mövcud mövcuddur. Qeyd edir ki, reyestrda torpaq sahəsi kimi qeyd edilsə də, həmin torpaq sahəsinin üzərində yaşayış sahəsi, tikili ev vardır və uzun müddətdir ki, yaşayış sahəsi kimi istifadə etməkdədir. Digər cavabdehə münasibət də onu qeyd edir ki, Çimnaz xanımın onun üzərində qəyyumluğu müəyyən olunmuşdur. Qanuna görə qəyyum altında olanın yaşayış yeri qəyyumun yanında sayılır. Bu əsasla da biz ona qarşı iddia ilə çıxış etmişik. Ailə həyatı qurduqdan sonra yaşayış sahəsi kimi oradan istifadə edilməməsi işin mübahisələndirilmiş halıdır. Bununla bağlı şahidlər də dindirilimişdir. Zərimə xanım isə qəyyumluq təyin olunandan da əvvəl artıq həmin mənzildə yaşamırdı. Qəyyumluq isə 2021-ci ilin avqust ayında təyin edilmişdir. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bir xəstə bacısı vardır Zərimə, 4 ildir ki, Zəriməyə o, baxır, qəyyumluğa o, götürmüşdür. Bacısının müalicə aldığı poliklinika həmin ərazidədir, o isə Saray qəsəbəsində yaşayır. Yoldaşının vəfatından sonra faktiki olaraq hər şeyi satmışdır. Hazırda xəstə olan bacısı ilə yaşayır. 4 ildir ki, qardaşının Zərimədən xəbəri yoxdur. Qeydiyyatı bacısına görə istəyir. Qardaşının fikri mənzili oğlunun adına keçirməkdir. İddiaçı müharibə iştirakçısı olduğu üçün adına heç bir şeyin olmamasını istəyir. Ona torpaq sahəsi də bağışlanmışdı, onu da satdı. 1997-ci ildə ailə həyatı qurmuşdur, Əhmədli ərazisində də mənzil almışdır. Bacısına həmişə anası və atası baxmışdır, qardaşı baxmamışdır.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 Yavar oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Konstitusiya Məhkəməsi yaşayış yerinin olduğu yeri haqqında qanunun 9-cu maddəsinə şərh vermişdir. Belə ki, əgər şəxsin mənzildə istifadə hüququ yoxdursa, məsələni inzibati qaydada həll etmək lazımdır. Yox əgər, mənzildən istifadə hüququ olduğunu deyirsənsə, artıq burada istifadə hüququnun itirilmiş hesab edilməsindən deyil, istifadə hüququna xitam verilməsindən söhbət gedə bilər. Burada istifadə hüququnun itirilmiş hesab edilməsindən söhbət gedə bilməz. 2020-ci ilin sentyabr ayının 1-dən qüvvədə olan maddi hüquq norması tətbiq ediləcəksə, 53—123-cü, 66-67-ci maddələrə istinad edilməlidir və konstitusiya məhkəməsi həmin madddələrə şərh vermişdir. Təmsil etdiyi tərəf ona İddiaçı onları evə qoymadığını bildirmişdir. Hüquqlarını müdafiə etdiyi şəxslər mübahisəli mənzildə yaşayıblar. O, hesab edir ki, təmsil etdiyi tərəfin istifadə hüququ var. İstifadə hüququna Konstitusiya Məhkəməsinin müvafiq şərhini nəzərə alaraq kompensasiya ödənilməklə son verilə bilər. Çimnaz xanım mübahisəli evdə yaşamışdır. Çimnaz xanım yoldaşı rəhmətə gedənə qədər Telnov küçəsi 30 nömrəli mənzildə yaşamışdır, hazırda isə həmin mənzili satmışdır. Zərimə xanım atasının vəfatına qədər atası ilə yaşamışdır. Daha sonra atasının vəfatından sonra bu günkü mübahisəli mənzildə yaşamışdır. Orada da qeydiyyatdadırlar. Kompensiya tələb edirlər.
Apellyasiya baxışının hədləri
24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 25.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 27.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermişdirlər. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının
28.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 29.32-ci maddəsində qeyd edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ, şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. 30.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
31.27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 32.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiq edilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)
33.53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 34.54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını(ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 35.60.1-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 36.60.6-ci maddəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 37.87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 38.123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayışevi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır; Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 39.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, ... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. 40.«R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. 41.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
42.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti isə təmin edilməməlidir. 46.İşin mübahisələndirilməyən hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının bacıları olan cavabdehlər - Cavabdeh2 xx.xx.1987-ci il tarixdən, Cavabdeh1 isə xx.xx.1989-cu il tarixdən həmin mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 daimi olaraq həmin ünvanda 1989cu ildən 1995-ci ilə qədər yaşamış, daha sonra ailə həyatı quraraq xaricə köçmüş, həmin ünvana ara-sıra valideynlərini görmək üçün gəlmişdir. Cavabdeh2 valideynləri vəfat etdikdən sonra, yəni 2021-ci ildən həmin ünvandan köçmüş, hazırki yaşayış yeri də üzərində qəyyum təyin edilmiş digər cavabdehin yaşayış yeridir. Məhkəmə tərəflər arasındakı hüquq münasibətlərinin 2000-ci ilin sentyabrın 1-dək olan dövrdə yarandığını qeyd etmiş, bu səbəbdən mübahisəni köhnə Mənzil Məcəlləsinin müddəalarına əsasən həll etmişdir.
47. Beləliklə, məhkəmə Cavabdeh1 münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə, o cümlədən 87-ci maddəyə istinad edərək qeyd etmişdir ki, 6 aydan uzun müddətdə mübahisəli mənzildə yaşamaması, könüllü olaraq daimi yaşamaq üçün başqa yerə köçməsi, eyni zamanda başqa yaşayış yeri və mülkiyyətində başqa daşınmaz əmlakının olması onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə yaranmış istifadə hüququnun itirilməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən məhkəmə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilə istifadə hüququnun mövcud olmadığını, iddianın də “Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsi” tələbindən ibarət olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia ona münasibətdə təmin oluna bilməz.
48. Məhkəmənin eyni zamanda Cavabdeh2 münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, bu cavabdeh həmin ünvanda 1987-ci ildən yaşamış, valideynləri vəfat etdikdən sonra 2021-ci ildən həmin ünvandan üzərində qəyyum təyin olunmuş digər cavabdehin yanına köçmüşdür.
49. Məhkəmənin müəyyən etdiyi hallara, yəni bu cavabdehin də mübahisəli mənzil üzərində digər cavabdehdə olduğu kimi istifadə hüququnu itirdiyi qənaətinə gəlmiş, lakin iddianın rədd edilməsi deyil, sonuncunun digər cavabdehlə faktiki olaraq eyni hüquqi vəziyyətdə olmasına baxmayaraq, ona münasibətdə iddianı təmin etmiş, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməli olduğu barədə qətnamə çıxarmaqla nədənsə fərqli nəticəyə gəlmişdir. 50.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti ilə qismən razılaşaraq ilk öncə qeyd etməyi zəruri sayır ki, məhkəmə haqlı olaraq tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 1987-1989-cu illərdə yarandığından hazırki mübahisəni qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəalarına əsasən həll etmişdir. Qeyd olunmalıdır ki, hazırki halda əsas dəyərləndirilməli olan məqam cavabdehlərin tərk etdikləri yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstəribgöstərmədiyidir. 51.İş materiallarından da göründüyü kimi cavabdehlərdən Cavabdeh1 1995-ci ildən etibarən mübahisəli mənzili tərk etmiş, könüllü olaraq 27 ildən artıq olan uzun müddət ərzində bu yaşayış sahəsinə daimi yaşamaq üçün qayıtmamış, qayıtmaq üçün hər hansı cəhdlər etməmiş, yalnız iddiaçının məhkəməyə müraciətindən sonra onun və qəyyumluğu altında olan digər cavabdehin hüquqlarının mövcudluğuna və yalnız kompensasiya verilməklə xitam verilməli olduğuna istinad etmişdir. Cavabdehin tərk etdiyi mənzilə yaşamaq üçün qayıtmaq niyyətinin olmasının, məcburi şəkildə çıxarıldığının və s. təsbit edilməsi üçün iş materiallarında hər hansı sübut mövcud deyildir, cavabdeh bu hallara da apelyasiya şikayətində istinad etməmişdir.
52. Eləcə də, cavabdehlərdən fəaliyyət qabiliyyəti olmayan xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh2 üzərində Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 320 nömrəli Sərəncamına əsasən, bacısı Cavabdeh1 qəyyum təyin edildiyi, həmin tarixdən də, onun, sonuncunun yaşayış yerinə köçdüyü müəyyən edilmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, qəyyumluq altında olan şəxsin yaşayış yeri qəyyumun yaşayış yeri sayıldığından, Cavabdeh2 2021-ci ildən həmin ünvandan üzərində qəyyum təyin olunmuş digər cavabdehin yanına köçürüldüyündən, qəyyumu olan Cavabdeh1 öz növbəsində mübahisəli mənzildən istifadə hüququnun mövcudluğu, hər hansı bağlılığı müəyyən edilmədiyindən, hazırki vəziyyətdə onun da iddiaçıya məxsus mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün əsaslar aşkar edilməmişdir.
53. Əksinə hazırki iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən ehtiyaclarının aradan qalxması iş üzrə müəyyən olunan hallardandır. Halbuki yaşayış sahəsindən istifadə hüququ mənzil ehtiyacını qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir. Cavabdehlərin daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, cavabdehlər uzun müddət və davamlı olaraq mənzildə yaşamaq ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladıqları üçün onların mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeləri aradan qalxmış, onlar, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişlər.
54. Göstərlənlərdən aydın olur ki, cavabdehlərin başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olub-olmaması, mübahisənin predmeti olan mənzilə ehtiyaclarının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılıqlarının qalıbqalmaması, digər yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçübköçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilmişdir.
55. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinin mahiyyətini düzgün müəyyən etsə də, Cavabdeh1 münasibətdə səhv nəticəyə gəlmiş, gəldiyi nəticə hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil etmişdir.
56. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır; 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarınadəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir; 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
57. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
58. Belə ki, mübahisələndirilən qətnamədən görünüdüyü kimi birinci instansiya məhkəməsi iddianın Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən cavabdehlərin istifadə hüquqlarının məhz itirilməsi tələbindən ibarət olmasına baxmayaraq Cavabdeh2 münasibətdə iddianı qismən təmin etməklə, onun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 18 nömrəli evin 30 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməli olduğu barədə qətnamə çıxarmışdır.
59. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətə gəlməsini həm hüquqi müəyyənlik prinsipinə uyğun, həm də ədalətli hesab edərək qeyd etməyi zəruri hesab edir ki, bu cür nəticə iddiaçının pozulmuş hüquqularının bərpasına xidmət edəcəkdir, əks yanaşma isə onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz etməklə dispozitiv hüququnun pozulması ilə nəticələnəcəkdir. Belə ki, onun məhkəməyə müraciət etməsindən gözləntisi nəticə etibarı ilə mülkiyyətində olan əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılmasından ibarət olmuşdur.
60. Lakin məhkəmə kollegiyası digər cavabdehlə eyni hüquqi vəziyyətdə olan Cavabdeh1 münasibətdə məhkəmənin iddianın rədd edilməsi barədə nəticəsini qətnamənin ümumi məzmununa uyğun gəlmədiyini qeyd edir, həmçinin hesab edir ki, bu cavabdehə münasibətdə məhkəmənin qeyri-müəyyən nəticəyə gəlməsi iddiaçının yenidən məhkəməyə müraciət etməsinə, uzun müddət davam edəcək məhkəmə çəkişmələrinə məruz qalmasına səbəb olacaq, bununla da onun dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozulacaqdır.
61. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə Cavabdeh1 aid hissədə ləğv edilməli, onun da ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
62. Qeyd edilənlərə əsasən də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi qətnamənin həmin şikayət ilə mübahisələndirilən hissəsi üzrə faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin bu hissədə ləğvi üçün əsas təşkil etmir.
63. Bununla əlaqədar qeyd edilməldir ki, şəxsi servitut sayılan mənzildən istifadə hüququ yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
64. Belə ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir.
65. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
66. Apellyasiya şikayətində göstərilənlərlə bağlı isə qeyd edilməlidir ki, cavabdeh istinad etdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması, istifadə hüququ sahibi olaraq mübahisəli mənzilə köçməməsinin səbəb(lər)i, bu halın onun öz iradəsindən qaynaqlandığı, yoxsa başqalarının maneçilik törətdikləri, maneçilik olmuşsa bunun üçün tələbkarın gördüyü tədbirlərin, yəni özünün prosessual fəallığının nədən ibarət olması səbəbləri, öz həyatını davamlı olaraq başqa yaşayış yerində qurmamasına dair aydın şəkildə izahat verə bilməmişdir.
67. Cavabdeh tərəfin başqa yaşayış sahəsinin olmamasına dair dəlilə münasibətdə isə qeyd edir ki, mənzildən istifadə hüququnun itirilməsi üçün hüquq sahibinin mülkiyyətində və ya icarəsində başqa yaşayış sahəsinin olması, yaxud ailə üzvü kimi və ya digər əsasla istifadə hüququ əldə etməsi məcburi şərt deyil. Bu hallar istifadə hüququnun itirilməsinə əsas olsa da, bir şəxsin öz iradəsi daxilində, daimi olaraq və uzun müddət başqa ünvanda yaşaması da işin hallarına görə həmin hüququn itirilməsinə əsas verir. Beləliklə də cavabdehlərin istinad etdikləri halların onların mübahisəli mənzildən yaranmış hüquqlarının, bu yaşayış sahəsindən müvafiq şəkildə istifadə etmədikləri təqdirdə itirilmiş hesab edilməsi üçün əngəl deyildir.
68. Həmçinin qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
69. Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququnun yaranması məqsədini daşımır. Əksinə, şəxs artıq uzun illərdir yaşadığı yeni ünvan üzrə qeydiyyata durmalı idi.
70. Beləliklə iddianın qanuni əsası kimi çıxan Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
71. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdehlər qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir.
72. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və Cavabdeh1 hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından, ünvan 3 ünvanında yerləşən mənzildən onun istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin cavabdehlərin yaşayış sahəsinə ehtiyacları aradan qalxdığı üçün onlara bunun müqabilində kompensasiya ödənilməsi mümkünlüyü istisna edilməlidir.
73. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-458/2024 nömrəli, 19 yanvar 2024cü il tarixli qətnaməsi qismən - Cavabdeh1 aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh1 ünvan 3 ünvanında yerləşən mənzilə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova