Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2786/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Namizəd qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2786/2023 (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Eyvazov Rafael Əmir oğlu və X11 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(003)-1050/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Kazımov İddiaçı Səbinə Namizəd qızı ilə 08 may 2009-cu il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 12 may 2011-cı il tarixdə X20 və 30 iyul 2012-ci il tarixdə X15 adlı övladları anadan olmuşlar.
2. X6 onun mərhum əri X7 adına Abşeron rayon X25 üzrə 15 oktyabr 1994-cü il tarixli əmrdən çıxarışa əsasən sözü gedən ərazidə fərdi ev tikmək üçün 0, 12 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində dörd ev inşa edilmiş (işin mübahisələndirilməyən halı), iddiaçı isə 2009-cu il tarixdə cavabdehlə ailə qurduqdan sonra ünvan 2ində təxminə iki ay yaşamış, bundan sonra Bakı şəhərində digər şəxsə məxsus bağ evlərinin birində bir neçə il tərəflər birgə yaşamışlar. Daha sonra mübahisəli evdə yaşamağa başlamışlar.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı onun Xəzər rayonu, Binə qəsəbəsi, X25 ünvanında yerləşən 03 otaqlı evə köçürülməyi, həmin yaşayış sahəsindən həmin evdə yaşayan digər ailə üzvləri ilə birlikdə istifadə hüquqlarının verilməsi və cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 08 may 2009-cu il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 12 may 2011-cı il tarixdə X20 və 30 iyul 2012-ci il tarixdə X15 adlı övladları anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuş, daha sonra cavabdeh evdə tez-tez narazılıqlar yaratmışdır. 2020-ci ilin dekabr ayında nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli qətnaməsi aralarında olan ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra Xəzər rayonu, Binə qəsəbəsi, X25 ünvanında yerləşən 03 otaqlı evdən çıxarılmış, hazırda məcbur olaraq ünvan 2ində atası ilə birlikdə yaşayır, həmin evdən başqa yaşayış yeri yoxdur. Mübahisəli evə dair qaz, su, elektrik enerjisinə dair müqavilələr onunl bağlanmışdır.Ona məxsus əmlaklar haızrda mübahisəli evdə qalmışdır. Bu hal onun övladları ilə ünsiyyət saxlamaq, onların alimentini vaxtında ödəməkdə çətinlik yaradır.
5. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun rədd olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdehin iddia tələbində göstərilən fərdi yaşayış evi X1nın istifadə və sahibliyindədir. Abşeron rayon X25 üzrə 15 oktyabr 1994-cü il tarixli əmrdən çıxarışa əsasən babası X2 gedən ərazidə 0, 12 hektar torpaq sahəsi ayrılmış, daha sonra Abşeron rayon X25 üzrə xx.xx.2000-ci il tarixli əmrdən çıxarışa əsasən X1na ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan başqa “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsi, "xxxx" ASC ilə abonenet müqaviləsi X12 ilə bağlanmışdır. X1 torpaq vergisi olaraq Binə bələdiyyəsinə ödənişlər edir və bu barədə tədiyyə bildirişləri vardır. Həmçinin “fiziki şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların invertarlaşdırılmasına dair “Bələdiyyə” X5 hesabat cədvəlindən” göründüyü kimi mübahisəli ev X6 məxsus olmuşdur. Hesab edir ki, mübahisəli ev iddiaçı və ona məxsus olmadığından onlara aidiyyəti yoxdur. İddiaçının təmir və s. ilə bağlı iddia tələbində bildirdikləri tamamilə əsassızdır. Mübahisəli fərdi yaşayış evinin torpaq sahəsi 1994-cü il tarixdən mövcud olmuş və iddiaçı ilə nikaha daxil olana qədər mübahisəli ev artıq mövcud olmuş və həmin ev təmirli olmuşdur. X1 iddiaçıya və ona müvvəqəti olaraq yaşamağa icazə vermiş, hazırda həmin evdə X1 yaşayır. İddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini etiraf etməyərək öz çıxışında bildirmişdir ki, iddiaçının özbaşına tikili olan mübahisəli evə köçərək bir müddət yaşaması, habelə həmin evə dair bələdiyyə sənədinin və digər tədiyyə bildirişlərinin, ödəniş qəbzlərinin və s. X6 məxsusluğu, Abşeron rayon X25 üzrə 15 oktyabr 1994-cü il tarixli əmrdən çıxarışa əsasən X8 0,12 hektar torpaq sahəsi ayrılması, iddiaçının həmin evə məhkəmə qaydasında köçürülməsinə, istifadə hüququnun tanınmasına hüquqi əsas vermir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı vardır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının muvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfındən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafıq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahıbi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Yuxarıda qeyd olunmuş qanunvericilik müddəalarının mənasından göründüyü kimi iddiaçının özbaşına tikiliyə köçürülməsini tələb etmək hüququ mövcud deyildir. Bu zaman, həmçinin nəzərə almaq lazımdır ki, ümumiyyətlə, mənzilə köçürülməyə dair iddia yalnız belə köçürülməni tələb edən şəxsin mənzilə dair hər hansı qanunla qorunan hüququnun (mülkiyyət, istifadə və s.) mövcudluğundan asılıdır. Belə hüququn mövcudluğu müəyyən edilmədən köçürülməyə dair iddia tələbinin təmin edilməsi isə əslində qanuni əsası olmayan tələbin təmin edilməsi ılə nəticələnə bilər. Halbuki, yalnız iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası mövcud olarsa, iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu müəyyənləşdirdikdən sonra irəli sürülən tələbin təmin edilməsi mümkündür. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq sonradan qanunla qorunması zəruri olan hüquqların yaradılması nəticəsini doğurur. Həmçinin Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqındaə Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə münasibətdə mübahisəli ev özbaşına tikili olduğundan qanunvericiliyə əsasən ora yaşayış yeri və ya şəxsin olduğu yer kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmədə iddiçının tərəfin şahidi Kazımov Zahir ifadəsində bildirmişdir ki,iddiaçı onun əmisi oğludur. O, 2013-cü il tarixdən Bakı şəhərində yaşayır. Mübahisəli evin təmir işlərinə köməklik etmiş, lakin tarixləri dəqiq xatırlamır. O, buna əsas kimi heç öz toyunu xatırlaması, həmçinin özünə məxsus evin nə vaxt tikıldiyini belə bilmədiyini demişdir. Digər şahididdiaçının atası Kazımov Allahyar ifadəsində bildirdi ki,iddiaçı onun oğludur. Oğlu 2009-cu iltarxidə ünvan 2inə gəlin cavabdehi gəlin gətirmiş, təxminən 40 gün sonra Bakı şəhərində 2-3 il digər şəxsə məxsus fərdi evdə tərəflər birgə yaşamışlar. Mübahisəli fərdi yaşayış evi 2011-ci ildən sonra tikilmişdir. Torpaq sahəsinin bir hissəsi ona məxsus olmuş, 0,02 ha sahəsini isə cavabdehin babasından almışlar. Torpağa dair cizgi-sxem yoxdur. Cavabdeh vəsatəti əsasında dindirilmiş şahidlər isə, mübahisəli evin 2002-ci ildən tikildiyini, iddiaçının orada hər hansı bir tikinti işlərinin aparmadığını bildirmişlər. Həmçinin bildirmişlər ki, cavabdeh 2009-cu ilin mayında ailə həyatı qurmuş, ünvan 2inə gəlin köçmüş, 02 ay sonra Bakı şəhərində iddiaçının qardaşı Rövşanə məxsus bağ evində iki-üç il birgə yaşamışlar. X3 ifadəsində bildirmişdir ki, cavabdeh onun nəvəsidiri ddiaçının köçmək istədiyi evi o, 1 ABŞ dollarının 48 "şirvana” bərabər olduğu vaxtlarda, 2002-ci ildə tikmişdir. O, təsərrüfat heyvanlarını sataraq mübahisəli fərdi yaşayış evini tikmişdir. Hal-hazıradək o, nəvəsi və nəticələri ilə birlikdə mübahisəli evdə yaşayır. Yuxarida göstərilənləri nəzərə alaraq, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X25 ərazisində yerləşən 3 otaqlı fərdi yaşayış evinə köçürülməsi, ona bərabər istifadə etmək hüquq verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1050/2022 saylı, 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilməmişdir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas Mülki Məcəlləsinin 139.3-cü maddəsinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1, 12.2, 12.3, 30.4-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 11.1, 13.4, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apelyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
15. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
16. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
17. Maddə 11.1. Mülki hüquq münasibətləri mülkiqanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
27. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, iddiaçı onun əmisi oğludur. O, 2013-cü il tarixdən Bakı şəhərində yaşayır. Tarixini dəqiq xatırlamasa da o, mübahisəli evin mətbəx hissəsində təmir işlərinə köməklik etmişdir. Tarixi dəqiq xatırlamamasına səbəb hadisələrin vaxtlarını yadda saxlaya bilməməsidir. Hətta onun öz evinin nə vaxt tikildiyini, nə vaxt evləndiyinin də tarixlərini yadda saxlamaışdır.
28. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdie ki, iddiaçı onun oğludur. Oğlu 2009-cu ilin mayında ailə həyatı qurmuş, cavabdeh adət-ənənəyə uyğun olaraq ünvan 2inə gəlin gəlmiş, təxminən 40 gün sonra Bakı şəhərində yerləşən bağ evlərinin birində 2-3 il tərəflər birgə yaşamışlar. Mübahisəli fərdi yaşayış evi 2011-c il tarixdə ailənin köməkliyi ilə tikilmişdir. Torpaq sahəsinin bir hissəsi ona məxsus olmuş, 0,02 ha sahəsini isə cavabdehin babasından almışlar. Ona torpağın ayrılmasına dair hər hansı cizgi-plan mövcud deyildir.
29. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, cavabdeh onun qardaşı qızıdır. Cavabdeh 2009-cu ilin mayında ailə həyatı qurmuş, ünvan 2inə gəlin gəlmiş, təxminən 02 ay sonra Bakı şəhərində iddiaçının qardaşı Rövşənə məxsus bağ evində 2-3 il tərəflər birgə yaşamışlar. Tərəflər arasında tez-tez mübahisə olduğundan cavabdeh nənəsinə sığınmış, onun kirayələrdə qalmaması üçün, həmçinin yetim olduğundan övladının yadigarı kimi özünə məxsus fərdi yaşayış evində yaşamağa icazə vermişdir. İddiaçının köçmək istədiyi evi anası, inəklərini sataraq təxminən 2002-ci ildə tikmişdir.
30. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, cavabdeh onun dayısı qızıdır. Cavabdeh 2009-cu ilin mayında ailə həyatı qurmuş, ünvan 2inə gəlin gəlmiş, təxminən 02 ay sonra Bakı şəhərində iddiaçının qardaşı Rövşənə məxsus bağ evində 1-2 il tərəflər birgə yaşamışlar. O, Tərəflər arasında tez-tez mübahisə olduğundan cavabdeh nənəsinə sığınmış, özünə məxsus fərdi yaşayış evində yaşamağa icazə vermişdir. İddiaçının köçmək istədiyi evi nənəsi 2002-ci ildə tikmişdir. İddiaçı köçmək istədiyi fərdi yaşayış evində hər hansı tikinti işləri aparmamışdır.
31. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, cavabdeh onun nəvəsidir. Nəvəsini səkkiznci ayından etibarən o saxlamışdır. Cavabdeh ailə həyatı qurduqdan sonra, ünvan 2inə gəlin köçmüş, təxminən 02 ay sonra Bakı şəhərində iddiaçının qardaşı Rövşənə məxsus bağ evində 2-3 il tərəflər birgə yaşamışlar. Tərəflər arasında tez-tez mübahisə olduğundan özünə məxsus fərdi yaşayış evində cavabdehə müvəqqəti yaşamağa icazə vermişdir. İddiaçının köçmək istədiyi evi o, 1 ABŞ dollarının 48 “şirvana” bərabər olduğu dövrdə, təxminən 2002-ci ildə tikmişdir. O, həmin vaxtlar mal-qarasını sataraq mübahisəli fərdi yaşayış evini tikmişdir. Hal-hazıradək o, nəvəsi və nəticələri ilə birlikdə sözü gedən evdə yaşayır. İddiaçı köçmək istədiyi fərdi yaşayış evində hər hansı tikinti işləri aparmamışdır.
32. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 814/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Əzizbəyov (indiki Xəzər) rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 293 nömrəli akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 12 may 2011-ci il təvəllüdlü X14 və 30 iyul 2012-ci il təvəllüdlü X15 nikah pozulduqdan sonra anası iddiaçı Cavabdeh yanında saxlanılmış, 12 may 2011-ci il təvəllüdlü X14 və 30 iyul 2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı Cavabdeh xeyrinə hər uşağa görə hər ay 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10606/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-814/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi alimentin miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilmiş, alimentin miqdarı hər uşağa görə hər ay 175,0 manat müəyyən edilmişdir.
33. Abşeron rayon X25 üzrə 15 oktyabr 1994-cü il tarixli əmrdən çıxarışın surətindən görünür ki, X8 0,12 hektar torpaq sahəsi ayrılmışdır.
34. Abşeron rayon X25 üzrə xx.xx.2000-ci il tarixli əmrdən çıxarışdan görünür ki, X6 ev tikmək üçün torpaq sahəsi ayrılmışdır.
35. İş materiallarına əlavə edilmiş fiziki şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların invertarlaşdırılmasına dair “Bələdiyyə” X5 hesabat cədvəlindən görünür ki, Xəzər rayonu Binə qəsəbəsi X25 sahəsində yerləşən torpaq sahəsi X6 verilmişdir.
36. Abşeron rayon X25 üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışın surətindən görünür ki, X13 0,02 hektar torpaq sahəsi ayrılmışdır.
37. Birinci instansiya məhkəməsində mübahisəli mənzilin yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi təxminəm 0,04 ha torpaq sahəsində yerləşir. Fərdi yaşayış evinə yoldan ayrıca giriş olmaqla hasar daxilindədir, lakin mübahisəli evin çöldən həyətə giriş qapısı mövcud deyildir. Fərdi yaşayış evi, bir mərtəbəli, kürsülü, üç otaqdan ibarətdir.
38. Hazırkı iş üzrə iddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evinin özbaşına tikili olduğu, heç bir hüquq müəyyənedici sənədi olmadığı və beləliklə də həmin evin mülki qanunvericiliyə əsasən də mülki dövriyyənin predmeti olmadığı mübahisəsiz olaraq müəyyən edilir.
39. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci, Mənzil Məcəlləsinin 16-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu cür tikililər yaşayış sahəsi hesab edilmədiyindən, birinci instansiya məhkəməsi düzgün olaraq həmin tikiliyə köçürülmə tələbini təmin etməmişdir.
40. Bundan başqa iddiaçı mübahisəli mənzilin tikintisini birgə nikah dövründə birgə vəsait hesabına başa çatdırmasını qeyd etsə də, bu hala dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən iddiaçının həmin mənzilə hüquqları yaranmış olsaydı belə, aralarında olan ailə münasibətlərinə xitam verildiyi vaxtdan həmin hüquqlarda itirilmiş olur. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. O cümlədən, şəxsin həmin evə münasibətdə hüququnun müvəqqəti saxlanıla bilməsini qanunverici başqa yaşayış sahəsi ilə təminatının olmaması ilə əsaslandırmışdır ki, işin bu halıda sübuta yetirilməməklə əksinə iddiaçının evdən çıxdığı müddətdən yaşayış sahəsi ilə bağlı təminatı mövcud olmaqla Lerik rayonunda valideyinləri ilə birlikdə yaşamışdır. Hazırda onun Bakı şəhərində öz dediyinə görə kirayədə yaşaması yaşayış sahəsi ilə təminatının mövcud olmaması anlamına gəlmir.
41. Həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin tələbləri baxımından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) aiddir ki, hazırki işə münasibətdə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona qarşı hər hansı zor tətbiq edilmədən hazırda köçmək istədiyi fərdi yaşayış evini tərk etmiş və yaşama zərurətinin aradan qaldırılması üçün mövcud olan valideylərinə məxsus yaşayış sahəsində yaşamağa getmişdir.Belə olan halda yaşayış sahəsindən cavabdeh tərəfindən hər hansı qanunsuz məhrumetmə də olmamışdır. Belə olan halda da iddiaçının mübahisəli evə köçürülməsi əsaslı hesab edilə və iddia tləbi təmin edilə bilməz.
42. Məhkəmə kollegiyası mübahisəli mənzilin yerləşdiyi torpaq sahəsinin 0,02 ha hissəsinin cavabdehin nənəsinə və 0,02 ha hissəsinin isə onun atası Allahyar Kazımova ayrılmasına dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə X13 0,02 hektar torpaq sahəsi ayrılmasına dair Abşeron rayon X25 üzrə 25 dekabr 1998-ci il tarixli 28 saylı əmrdən çıxarışın surətini təqdim etsə də həmin çıxarışın əslini və ayrılmış torpaq sahəsinin harada yerləşməsinə dair çizgi planını təqdim etməmişdir. Yəni qeyd olunan çıxarış surət olmaqla yanaşı həmin torpaq sahəsinin Sovxozun hansı hissəsində ayrılması barədə də məhkəməyə sübut təqim olunmamışdır. Bundan başqa qeyd olunan torpaq sahəsinin də cavabdehin babasına ayrılmış və sonradan onun nənəsinin adına keçmiş 0,10 ha torpaq sahəsinə yaxın verilməsidə ağlabatan hesab olunmur. Belə ki, mübahisəli mənzilin yerində müayinəsi zamanı da birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsində ümumilikdə 4 ev tikilmişdir ki, mübahisəli mənzil həmin torpaq sahəsində yuxarıdan ikinci inşa olunmuşdur. Eyni zamanda iddiaçı həmin özbaşına tikili olan evin tikintisinə vəsait qoymasını həmin tikintinin başa çatmasında fiziki iştirakını qeyd etsə də, bununla bağlı mötəbər sübular məhkəməyə təqdim edə bilməmişdir. Yalnız yaxın qohumları tərəfindən verilən şahid ifadələri mövcuddur ki, həmin şahidlər də, evin tikintisinin vaxtını görülən işlərə görə hansı məbləğdə vəsaitin alınmasını dəqqi göstərə bilməmişdir. Bundan əlavə, evin titkintisi zamanı görülən işlərin bəzilərinin iddiaçının qohumları tətəfindən görülməsini cavabdeh tərəfdə inkar etmir. Lakin həmin işlərə görə verilən pul məbləğlərinin onlar tərəfindən verilməsini qeyd edir. İddiaçı müəyyən işlərə görə qohumlarına verilən pulların da şəxsi vəsaiti və ya birgə nikah dövründə əldə edilmiş vəsait olmasını sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı məhkəmədə verdiyi izahatında həmin evin üç otaqdan ibarət olmasını, evi cavabehin dayısını tikməsini, onun üstünü isə onun atasının bağlamasını, mətbəxini isə özünün təmir etməsini, bir otağını isə cavabdehin nənəsinin hədiyyə kimi təmir etməsini bildirmişdir.
43. Beləliklə, iddiaçının iddia tələbləri ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyi qənaətinə gəlir və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
45. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1050/2022 saylı iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Rafael Eyvazov Günay Axundova