Məhkəmə qərarları › İş №2(103)-2787/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2787/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2787/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2399/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzili Cavabdeh1 01 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Cavabdehlə iddiaçı arasında Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 50 saylı notariat ofisinin xüsusi notariusunda həyata keçirilib. Həmin alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə dair iddiaçının adına 06 sentyabr 2023cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzili keçmiş mülkiyyətçi Cavabdeh1 tərəfindən iddiaçıya satılmış və digər cavabdeh olan ailə üzvləri də mənzilin satılmasına razılıq verərək, mənzildən qeydiyyatdan çıxmalarını öhdələrinə götürmələrinə baxmayaraq, hal-hazıra qədər qeydiyyatdan çıxmamışlar. Cavabdehlərin harada yaşaması məlum deyil. Cavabdehlər Bakı şəhəri,Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilini mənzilini tərk edib getsələr də, bu günə qədər cavabdehlərin bu ünvana pasport qeydiyyatı formal olaraq qalmaqdadır. 4 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilində pasport qeydiyyatındadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə (hakim F.Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 1 saylı evin, 51 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və ərizənin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə şikayət göndərərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə cavabdehlərin mübahisə predmetini təşkil edən mənzildən istifadə hüquqlarına xitam verilməsi mahiyyət etibarilə mülki mübahisədir. Nəzərə alınmalıdır ki, cavabdehlərin qeydiyyatı prosesi o artıq adıçəkilən şəxslərlə, yəni iş üzrə cavabdehlərlə alqı-satqı həyata keçirilməsindən əvvəl baş tutmuşdur. Alqı-satqıdan sonra onların bu evdə qeydiyyatda qalma əsası yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi öz qərardadını əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarını əsas götürmüş və həmin qərara görə iddiaçının cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün inzibati orqan qismində müvafiq polis idarəsinə müraciət etməsi, imtina edildiyi təqdirdə inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddianın inzibati prosessual hüquq normaları çərçivəsində aidiyyatı inzibati məhkəmədə qaldırılması hüququ izah olunması qərara alınmışdır. Lakin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mümkünlüyünü araşdırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının hazırki işə münasibətdə tətbiqi prosesini həyata keçirərkən yanlış şərhə yol vermişdir. Belə ki, həmin qərarda qeyd edilir ki, “mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi birinci instansiya məhkəməsinin də əsaslandığı qərarındakı mövqenin tətbiqi üçün mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsinin mövcudluğunu əsas götürmüşdür. Hazırki iş üzrə iddia ərizəsinin mahiyyətinə baxdıqda isə görünür ki, hazırki işin tərəfləri arasında hüquq münasibətlərinin yaranma əsası kimi alqı-satqı müqaviləsi çıxış edir. Belə ki, cavabdeh iddiaçı ilə onun arasında bağlanan müqavilədən irəli gələn vəzifəsinə əsasən mənzilə dair mülkiyyət hüquqlarını müəyyən haqq müqabilində alıcıya, yəni iddiaçıya verir. Həmçinin cavabdeh əlavə olaraq öhdəlik kimi hazırki mənzildə olan qeydiyyat hüquqlarını ləğv etməyi üzərinə götürmüşdür. Bu da o deməkdir ki, hər bir halda tərəflər arasında münasibətlərin yaranması əsası öhdəlik institutundan, yəni müqavilə münasibətlərindən irəli gəldiyindən bir qayda olaraq mübahisə mülki icraat qaydasında aparılmalıdır. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin kökündə duran münasibətlərin yaranma əsası və bununla bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarında qeyd edilən mövqenin tətbiq edilmə şərtləri lazımi qaydada aydınlaşdırılmadığından iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2399/2025 saylı, xx.xx.2025 ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsi üzrə məhkəmə icraatının başlanılmasının mümkünlüyü məsələsinin həlli üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar