Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2791/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə ilkin, iddiaçı Cavabdehlər İddiaçı və X8 qarşı “istifadə hüququnun tanınması və mənzilə köçürülmə” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2970/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ramiz qızının ünvan 1 ünvanındakı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu Heydər Əliyev prospekti, ev 105 B, mənzil **********94-05101-093033 saylı dövlət reyestr nömrəsi ilə xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışa əsasən” ona məxsusdur. Bildirir ki, adı çəkilən mənzildə hazırda qeydiyyatda olan Cavabdeh Ramiz qızı onun keçmiş gəlinidir. Cavabdeh ilə oğlu X4 aralarında olan nikah Nərimanov rayon qeydiyyat şöbəsində xx xxxxxx 2020-ci ildə pozulmuşdur. Lakin Cavabdeh Ramiz qızı boşanaraq evdən faktiki olaraq çıxıb getmiş olsa da, məlum olmayan səbəblərdən qeydiyyatdan çıxmamışdır və harada yaşadığı ona məlum deyil. Bildirir ki, Cavabdeh Ramiz qızının adına 37 saylı DNK-nın 4Ə-1-113 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir hazırda mülkiyyətindədir. Cavabdehin ona məxsus olan evdə pasport qeydiyyatında qalması onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Evə dair hüquqlarının həyata keçirilməsinə maneə törənir, cavabdehə görə əlavə kommunal ödənişlər etmək məcburiyyətində qalır. Göstərilənlərə əsasən hesab edir ki, onun mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Cavabdehlər İddiaçı və X8 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiaçı Cavabdeh ünvan 2 ünvanda yerləşən 5 saylı mənzilinə dair istifadə hüququnu müəyyən edərək, qarşılıqlı iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Vüqar Cavadov arasında nikah xx xxxxxxxx 2005-ci il tarixdə qeydə alınmışdır. Həmin tarixdən qarşılıqlı iddiaçı ərinin evinə köçmüş, özünə məxsus cehiz əşyaları həmin mənzilə daşımışdır və nikah pozulanadək həmin ünvanda uşaqları və əri ilə birlikdə yaşamışdır. Nikahdan 2 usaqları, xx.xx.2007-ci il təvəllüdlü oğlu Qabil və xx.xx.2012-ci il təvəllüdlü qızı Ləman doğulmuşdurlar. Sözügedən nikah Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsi ilə pozulmuşdur. Qarşılıqlı iddiaçı mübahisəli mənzilə mərhum qayınatası X1 razılığı və istəyi ilə köçürülmüşdür. Onunla notarial müqavilə bağlanmaq istədikdə rəhmətlik bildirmişdir ki, gəlinin həmin mənzildə yaşamasına hər hansı maneə yoxdur və olmayacaqdır da. Sözlərinin sübutu kimi gəlinini həmin mənzilə pasport qeydiyyatına aldırmışdır. xx.xx.2012-ci ildə X5 vəfat etmişdir, lakin buna baxmayaraq Zarina ailəsi ilə birlikdə həmin mənzildə daha 7 il də yaşamağa davam etmişdir. Onun ölümündən sonra vərəsəlik işi açılmamışdır və yeni mülkiyyətçi müəyyən olunmamışdır ki, hüquqi işlər tamamlansın. Yalnız boşanmadan 1 il keçdikdən sonra vərəsəlik işi açılmışdır və o zaman məlum olmuşdur ki, iddiaçının keçmiş əri vərəsəlik payından anasının xeyrinə imtina etmişdir. Vərəsəlik işi yekunlaşandan sonra qarşılıqlı cavabdeh İddiaçı həmin mənzilin 5/6 payına mülkiyyət hüququ tanınmışdır və yalnız bundan sonra Zarinanı qeydiyyatdan çıxarmaq məqsədi ilə istifadə hüququna xitam verilməsi barədə ərizə məhkəməyə verilmişdir. İlkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddia tələbini müdafiə edir, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Hesab edir ki, 15 il ərzində fasiləsiz və maneəsiz, habelə keçmiş mülkiyyətçinin razılığı ilə iddiaçının mənzildən istifadə etməsi onun həmin mənzildə mübahisəsiz istifadə hüququnun olmasına və mənzilin digər sakinləri tərəfindən qəbul edilməsinə dəlalət edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2970/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh Ramiz qızının ünvan 3 ünvanındakı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayət qarşılıqlı iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Şikayətdə əlavə olaraq bildirilmişdir ki, Məhkəmə işə baxarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli Qərarını nəzərə almamışdır. Həmin qərara əsasən, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçını yalnız cavabdehin qeydiyyatı narahat edir, iddiaçı ərizəsində qeyd edir ki, cavabdehin pasport qeydiyyatında olması onu narahat edir, mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Məhkəmə cavabdehin həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi qərarına gələrkən, dolayısı ilə həmin hüququn mövcud olması faktını təsdiq etmiş olur. Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddiaçının həmin mənzilə hüquqlarının mövcud olmaması səbəbindən mənzilə köçürülməsi mümkün deyildir. Məhkəmənin bu ziddiyyətli mövqeyi Mülki Məcəllənin 228-ci maddəsinə uyğun deyildir. Bundan başqa məhkəmə hesab etmişdir ki, Cavabdeh mülkiyyətində başqa mənzilin olması səbəbindən cavabdehin mənzilinə köçürülməsi təmin edilə bilməz. Lakin məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin, habelə yerli yuxarı instansiya məhkəmələrinin çoxsaylı qərarlarına istinad etməmişdir. Həmin qərarlarda dəfələrlə qeyd olunmuşdur ki, vətəndaşın mülkiyyətində başqa əmlakın olması, digər əmlakdan istifadə etməsinə maneə yarada bilməz. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə ilkin iddia tələbi təmin edilməməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 5 saylı mənzili 5/6 hissədə İddiaçı, 1/6 hissədə X6 adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X11, X12, X10 ünvan 4 ünvanında yerləşən 5 saylı mənzildə ünvanında qeydiyyatdadır. İş materiallarında olan Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İ № 335288 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X11 ilə Cavabdeh arasındakı nikahın pozulması xx.xx.2019cu il tarixdə 299 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 256/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X11 ilə Cavabdeh arasında xx xxxxxxxx 2005-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon VVADQ Şöbəsində 644 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx xxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü Cavadova L.ərnarı Vüqar qızının anaları Cavabdeh yanında saxlanılmaları, X2 xx xxxx 2007-ci il təvəllüdlü X7 və xx xxxx 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlaniımaları üçün hər ay hər uşaq üçün160 manat olmaqla, cəmi 320 manat məbləğində alimentin tutularaq Cavabdeh verilməsi, alimentin tutulma vaxtının xx xxxxxx 2018-ciil tarixdən hesablanması, qətnamənin alimentin tutulma hissəsində dərhal icra edilməsi, iddiaçı X4 Cavabdeh qarşı uşaqların atanın himayəsinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********48 saylı məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Cavabdeh adına 37 saylı DNK-nın 4Ə-1- 113 reyestr nömrəli xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh (Ramiz qızının) adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, ünvan 3-in 6/5 hissəsi İddiaçı, qalan 1/6 hissəsi isə X4 mülkiyyətindədir. X11 ilə Cavabdeh arasındakı nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü olan Cavabdeh arasında hər hansı bir razılaşma yoxdur. Bundan əlavə, iş materiallarından göründüyü kimi, Cavabdeh adına Bakı şəhəri, Suraxanı rayonu, “D” yaşayış sahəsi, ev 20, 103 saylı mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2cimaddəsinəəsasənqətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları şərh edilərək izah olunmuşdur ki, Azərbaycan Respublikasının qanunvericiliyi keçmiş sovet qanunvericiliyindən fərqli olaraq yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən edilmişdir. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə, cavabdeh iddiaçının mərhum qaynatasının mülkiyyətində olan mənzilə 2005-ci ilin sentyabr ayından sonra köçdüyündən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə onların istifadə hüququna malik olub-olmaması məsələsi Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur və yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Mülki Məcəllənin 228.2-ci maddəsinə uyğun həll edilməlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun N.S.Cəbrayılovanın şikayəti üzrə çıxardığı xx xxxxxx 2010-cu il tarixli qərarında da göstərilmişdir ki, “mülkiyyətçinin razılığı” müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız “digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir” müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların rəsmi şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını rəhbər tutaraq hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsinin mənasına görə Cavabdeh ünvan 3 ünvanındakı yaşayış sahəsinə gəlin köçərək orada yaşamış olsa da, həmin mənzildən Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququnun elementlərindən biri kimi istifadə hüququ qazanmamışdır. Belə ki, onunla mübahisəli mənzilin əvvəlki mülkiyyətçi olan iddiaçı ilə mərhum qaynatası arasında istifadə hüququ ilə bağlı notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onun istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Odur ki, hətta Cavabdeh mübahisəli mənzilə qeydiyyata alınmasına mənzilin mülkiyyətçisi olan iddiaçının rəsmi razılığı olmuşdursa belə, bu razılıq özlüyündə Cavabdeh sözügedən mənzilə mülki hüquqi mənada əşya hüququ kimi istifadə hüququ qazandırmır. Çünki yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələblərinə riayət edilməsi tələb olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin birbaşa göstərişinə əsasən isə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olsa da, onun həmin evə istifadə hüququ yaranmamışdır; olmayan bir hüququn itirilməsi isə mümkün deyildir. Həmçinin kollegiya qeyd edir ki, Qabil Cavadovun vəfat etməsindən sonra mübahisəli mənzil 5/6 hissədə xx.xx.2020-ci il tarixdə İddiaçı mülkiyyətinə keçmişdir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh ilə mübahisəsi gedən mənzilin mülkiyyətçisi olan İddiaçı oğlu arasında olan ailə münasibətinə 2019-cu ildə son qoyulmuş, Cavabdeh mübahisəsi gedən mənzildə bundan sonra yaşamamışdır. Cavabdeh ilə İddiaçı arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, əgər iddia etdiyi kimi mübahisəsi gedən mənzildə mülkiyyətçi ilə birlikdə yaşamışdırsa belə, Cavabdeh mənzildən istifadə hüququ yaranmamışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, Cavabdeh mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz; olmayan bir hüququn itirilməsi isə mümkün deyildir. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, ilk iddia üzrə cavabdeh istifadə hüququna malik olmadığı halda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qiymətləndirilə bilər. Bu pozuntunun aradan qaldırılması üçün isə mülkiyyətçi cavabdehlərin onun mənzilindən qeydiyyatdan çıxarılmaları ilə bağlı müvafiq icra hakimiyyət(lər)inə müraciət etməli, daha sonra isə ehtiyac yaranarsa bu orqan(lar)ın hərəkət (hərəkətsizliyi) ilə bağlı məsələləri mübahisələndirməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi də bu istiqamətdə olmuş, “yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər” qənaətinə gəlinmişdir. Yuxarıda göstərilənlərə əsasən kolllegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh mübahisəsi gedən mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə isə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2970/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi “Cavabdeh Ramiz qızının ünvan 3 ünvanındakı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilməsi” barədə iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2791/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2791/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver