Məhkəmə qərarları › İş №2(103)-28/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-28/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-28/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (X2, X7-hüquqi varislər), “xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh4 qarşı qoyulmuş əmlakın satılması tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9/2017 saylı işi üzrə 10 iyul 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, “xxxx" MMCyə, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 279976,65 manat məbləğində kredit borcunun, 111345,23 manat kreditdən istifadəyə görə faiz borcunun, 91836,82 manat hesablanmış faiz borcu (dəbbə) olmaqla, cəmi 483158,87 manat borcun tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Fiizuli Bayramov şekti 20 ünvanda yerləşən 6 nömrəli mənzilə, Cavabdeh2 məxsus Masallı nunda yeıiəşən 3 saylı X1 İdarəsinin əmlakına və Masallı rayonu Türkoba kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, qeyd edilən əmlakların harracda satılması, əldə ediləcək vəsaitin hesabına cavabdeh "xxxx" MMC-nin "İddiaçı" ASC-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, ikiqat faizin, 30 manat dövlət rüsumunun və 59 manat notariat xərcinin ödənilməsi, ipoteka predmetlərinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlər tərəfındən ən geci bir ay ərzində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9/2017 saylı işi üzrə 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 269, 317, 319, 385, 386.1, 421, 442, 445-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34, 39, 59-cu maddələrinə istinadən) iddia qismən təmin edlmiş, cavabdeh "xxxx" MMC-nin 279976,65 manat məbləğində əsas borc, 77903,71 manat məbləğində faiz borcu, 58395,30 manat dəbbə, cəmi 416275,66 (dörd yüz on altı min iki yüz yetmiş beş manat altmış altı qəpik) manat məbləğində borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, notariat xərci olaraq ödənilmiş 59 (əlli doqquz) manat və ipoteka predmetlərinin qiymətləndirilməsinə ödənilmiş 3500 (üç min beş yüz) manat, cəmi 3589,0 manat məhkəmə xərcləri alınaraq iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, tutulacaq məbləğ təmin edilmiş iddia tələbi həcmində cavabdehlər Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Füzuli Bayramov prospekti 20 ünvanında yerləşən ümumi sahəsi 60,19 kv.m, yaşayış sahəsi 43.62 kv.m-dən ibarət 3 otaqlı 6 nömrəli mənzilə, Masallı rayonunda yerləşən 3 saylı X1 İdarəsinin əmlakına və Cavabdeh2 məxsus Masallı rayonu Türkoba kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 119.3 kv.m yaşayış, 191.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların ilkin satış qiymətinin müvafiq olaraq 65000 (altmış beş min) manat (Bakı şəhəri, Suraxanı rayonu, Füzuli Bayramov prospekti 20 ünvanmda yerləşən 6 nömrəli mənzil), 500000 manat (Masallı rayonunda yerləşən 3 saylı X1 İdarəsi) və 80000,0 (səksən min) manat (Masallı rayonu Türkoba kəndində yerləşən fərdi yaşayış evi) olmaqla təmin edilmiş iddia tələbi həcmində açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçı "İddiaçı" ASC-yə ödənilməsi, iddiaçı "İddiaçı" ASC-yə ödənilməli olan kredit borcu və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi iddia tələbinin cavabdehlərin əmlakının hesabına təmin edilməsinə uyğun olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılması, qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: SKMF/131 saylı 01 iyul 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" MMC ilə "İddiaçı" ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün illik 7 faiz ilə, 60 ay müddətinə 500000,0 manat məbləğində kredit vermişdir (səh.6); ödəniş cədvəli ilə "xxxx" MMC tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 13856.0 manat olmaqla 30.06.2014-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır (səh.9); "xxxx" MMC ilə "İddiaçı" ASC (kreditor) arasında bağlanmış SKMF/131 saylı 01 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 ilə iddiaçı arasında İ-SKMF/131, 01 iyul 2009-cu il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Füzuli Bayramov prospekti 20 ünvanında yerləşən 6 nömrəli mənzil, Cavabdeh4 oğlu ilə iddiaçı arasında İ-SKMF/131a saylı 01 iyul 2009-cu il tarixli ipoteka aviləsi bağlanmış və ona məxsus Masallı rayonu Türkoba kəndində yerləşən fərdi yaşayış evAğasəlim Ağasəf oğlu ilə G-8/SKMF saylı 20 aprel 2005-ci il tarixli İpoteka müqaviləsinə və əlavə olunmuş 01 iyul 2009-cu il tarixli 2 saylı Əlavə razılıq müqaviləsi bağlanmış və ona məxsus Masallı rayonunda yerləşən 3 saylı X1 İdarəsi iddiaçı “İddiaçı" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (səh.10); Cavabdeh1 ilə iddiaçı "İddiaçı" MMC arasında bağlanmış İ-SKMF/131a saylı, 01 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, F.Bayramov prospekti 20 ünvanında yerləşən 0.09628 ha torpaq sahəsində yerləşən 5 mərtəbəli evin 3-cü mərtəbəsində 60,19 kv.m ümumi, 43.62 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 6 nömrəli mənzilin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 80.000,0 (səksən min) ABŞ dolları müəyyən edilmişdir (səh.16); Cavabdeh1 ilə iddiaçı "İddiaçı" MMC arasında bağlanmış G-8/SKMF, 20 aprel 2005-ci il tarixli İpoteka müqaviləsinə və ona əlavə olunmuş 01 iyul 2009-cu il tarixli Əlavə razılığa 2 saylı əlavəyə əsasən Masallı rayonunda yerləşən 3 saylı X1 İdarəsinin əmlakının qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 670000,0 (altı yüz yetmiş min) ABŞ dolları müəyyən edilmişdir (səh.18-22); Cavabdeh2 ilə iddiaçı "İddiaçı" MMC arasında bağlanmış İSKMF/131a saylı 01 iyul 2009-cu il tarixli ipoteka müqaviləsinə əlavəyə əsasən, Masallı rayonu, Türkoba kəndində mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 119.3 kv.m yaşayış, 191.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 126000,0 (yüz iyirmi altı min) ABŞ dolları müəyyən edilmişdir (səh.12); 22.05.2017-ci il tarixli maliyyə arayışına əsasən, "xxxx" MMC-nin SKMF/131 saylı 01 iyul 2009-cu il tarixli Kredit müqaviləsi üzrə 01.07.2014-cü il tarixə 279976,65 manat məbləğində əsas borcu, 77.903,71 manat faiz borcu, 58.395,30 manat ikiqat artırılmış borcu olmaqla, cəmi 416275,66 manat məbləğində borcu mövcuddur (səh.155); bildiriş və onun ünvan sahibinə çatdırılması barədə qəbzə əsasən, cavabdehlər SKMF/131 saylı 01 iyul 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə görə xəbərdarlıq edilmişdir (səh.34-35); "xxxx" MMC-nin iş materiallarına əlavə olunmuş QR 7 saylı, 12.06.2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Füzuli Bayramov prospekti 20 ünvanında yerləşən 6 nömrəli mənzilinin likvid dəyəri 65000 (altmış beş min) manat, QR 5 saylı, 12.06.2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 məxsus Masallı rayonunda yerləşən 3 saylı X1 İdarəsinin əmlakın likvid dəyəri 500000,0 (beş yüz min) manat, QR 6 12.06.2017-ci il tarixli rəyinə əsasən, Cavabdeh2 məxsus Masallı rayonu Türkoba kəndində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 80000,0 (səksən min) manat təşkil edir (səh.178-208). Cavabdeh2 apellyasiya şikayəti verərək, apellyasiya şikayətini təmin edib, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(010)-9/2017 saylı qətnaməsini ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 385, 387, 467ci maddələrinə istiadən qeyd edilmişdir ki, iştirakı təmin edilməmiş, bu üzdən işin bir sıra hallarına birtərəfli qiymət verilmiş, qətnamə istər əsas kredit, faiz və dəbbə borcu hissəsində də ipoteka predmetlərinin ilkin satış dəyəri hissəsində düzgün əsaslandırılmamış, qeyd edilən kredit müqaviləsi üzrə 123747 manat məbləğində faiz ödənilməsi 01.07.2009-cu il tarixli ipoteka müqaviləsinə 2 saylı əlavədə nəzərdətutulmuş və bu məbləğ tərəflərin imzası ilə təsdiq edilmişdir. Qeyd edilən məbləğlər daha dəqiq hesablanarsa, bu məbləğin daha da aşağı olmasını görmək olar. Belə olduğu halda isə iş üçün əhəmiyyətli halların aşkar edilməsi üçün məhkəmə-mühasibathq ekspetizası keçirilməli və iş üzrə əsas hallar araşdırılmalı. Məhkəmə isə iddia tələbi üzrə tələb edilən məbləğin yüksək olmasına baxmayaraq, həmin tələbin təmin edilməsində yalnız iddiaçının təqdim etdiyi əsaslanmışdır. Bundan əlavə məhkəmə işin mühüm hallarını nəzərə almamış, tənasübsüz surətdə hesablanmış yüksək dəbbə pulunu azaltmamışdır. Borclu tərəfindən götürülmüş kredit məbləğinin böyük bir hissəsi ödənilmiş, ödənilməyən qalan məbləğ isə kreditorun mənafeyinə ciddi xələl gətirməmişdir. Ona məxsus Masallı rayonu, Türkoba kəndində yerləşən yaşayış evinin 150000 manatdan çox dəyəri vardır, ona görə də belə hesab edir ki, həmin əmlakın dəyəri daha dəqiq müəyyən edilməlidir. Cavabdeh1 məxsus əmlakın ilkin dəyəri də qətnamədə çox aşağı göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.06.2018-ci il tarixli, 2(103)- 6104/2018 saylı qərardadına əsasən, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 19.04.2019-cu il tarixli, 19849 saylı ekspertiza rəyinə əsasən, 01 iyul 2009-cu il tarixli SKMF/131 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, 01 07.2014-cü il tarixə "xxxx" MMC-nə olan əsas kredit borcu 267902.94 manat, faiz borcu 14423.1 manat, cəmi 282 326,04 manat məbləğində borc müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 145 manat müəyyən edilmişdir (səh.274). Cavabdeh1 09.02.2018-ci il tarixdə vəfat etmiş, vərəsələr X2, X7 miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışlar.(səh.140) Qeyd: apellyasiya icraatının xüsusatları və mülki-prosessual qanunvericiliyinin zamana görə qüvvəsi üzrə birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə 10 iyul 2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra Cavabdeh1 09.02.2018-ci il tarixdə vəfat etməsi və vərəsələrinin mövcud olması subyektiv tərkib baxımdan ona münasibətdə cavabdehlərin dairəsinin dəyişdirilməsi üçün əsas olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, iddia həcminin sonradan azaltdıqlarını, buna dair maliyyə arayışının təqdim edildiyini və ekspert rəyi ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər proses iştirakları (prosessual hüquq varisləri) olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1, 41.1; Mülki Məcəllənin 269.1, 269.4, 269.5, 270.1, 309.1, 319.1, 324.4, 324.5, 385.1, 386.1, 399, 404, 420.1.5, 420, 421.3, 425, 427.3, 439.3, 442, 445.7, 446.3, 448.1, 449.1, 560.1-560.3, 739, 741, 743, 744; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və ipoteka müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. Mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmış olsa da, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması əsası ilə əsas, faiz və dəbbə borcu üzrə qismən səhv nəticəyə gəlmişdir. Belə ki, ziddiyyətli maliyyə sənədləri üzrə əlavə araşdırma aparılması zərurəti yaranmış olduğu halda mühasibatlıq üzrə ekspertiza aparılmamışdır. Hazırda ekspert rəyi ilə müəyyən edilmiş fərqli məbləğlər müəyyən edildiyindən və iddiaçı tərəfindən başqa sübutlar təqdim edilmədiyindən məhkəmənin qətnaməsi əsas və faiz hissədə ekspert rəyinə, dəbbə hissədə isə tənasüb dəyərlərinə müvafiq dəyişdirilməlidir. Tənasüb müəyyən edilərkən götürülən kredit məbləği, qaytarılan əsas və faiz borcunun məbləği əsas götürülməklə dəbbənin məbləği tutulan faiz məbləğinə uyğunlaşdırılmalıdır. Mübahisələndirilən digər hissələrdə (girov qoyulmuş əmlakların fərqli qiymətdə olmasına dair ilkin sübutlar olmadığından əlavə ekspertizanın keçirilməsinə zərurət və) qətnamənin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, əsas kredit borcu 267902.94 manat, faiz borcu 14423.1, dəbbə borcu 14000 manat, cəmi 296326,04 manat məbləğində müəyyən edilməli, ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci apellyasiya şikayəti verən şəxslərin özlərinə aid edilməli, apellyasiya icraatı zamanı keçirilmiş məhkəməmühasibatlıq ekspertizası xərci cavabdehlərdən (olmayan cavabdehin vərəsələrindən) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9/2017 saylı işi üzrə 10 iyul 2017-ci il tarixli qətnaməsi (əsas, faiz və dəbbə məbləği hissəsində) dəyişdirilsin. Əsas kredit borcu 267902.94 manat, faiz borcu 14423.1, dəbbə borcu 14000 manat, cəmi 296326,04 (iki yüz doxsan altı min üç yüz iyirmi altı manat dörd qəpik) manat məbləğində müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 145 (bir yüz qırx beş) manat məbləğdə pul vəsaiti cavabdehlər (vərəsələr) tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar