Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-28/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Xudaverdiyevə Məhəbbət Əsgər qızına və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı Xudaverdiyevə Məhəbbət Əsgər qızının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-yə qarşı iş üzrə (Açar sözlər: tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma və mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi ) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh4 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh3, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xudaverduyeva Məhəbbət Əsgər qızı tərəfindən ayrı-ayrlıqda, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Soltan qızı tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş 01,08.2014-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 6 Xudaverdiyevə Məhəbbət Əsgər qızının adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 243 saylı reyestr kitabının 22596 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç küçəsi, ev 8, mənzil 1 Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 1252 saylı reyestr kitabının 114012 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
3. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç küçəsi, ev 10 Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 168 saylı reyestr kitabının 15399 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
4. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 03.11,2017-ci il tarixli 280 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı, xx.xx.2016-cı il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, İddiaçı MMC-yə Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir.
5. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə İddiaçı MMC-nin direktoru F.N.Xəlili arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC cavabdehlər Xudaverdiyevə Məhəbbət Əsgər qızına və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xudaverdiyevə Məhəbbət Əsgər qızı ünvan 1 ünvanında faktiki sahəsi 376,32 kv.m olan mənzilin mülkiyyətçisidir. Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızı isə həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh2 ünvan 2 ünvanında faktiki sahəsi 52 kv.m olan mənzilin mülkiyyətçisidir, Cavabdeh9, Axundova Elmira Murbat qızı, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, Axundzadə Abbas Ruslan oğlu, Axundzadə Zeynəb Ruslan qızı həmin ünvanda qeydiyyatdadırlar. Cavabdeh3 ünvan 3 ünvanında faktiki sahəsi 111,62 kv.m mənzilin mülkiyyətçisidir. Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızı isə həmin ünvanda qeydiyyatdadırlar. ünvan 4 ünvanlarındakı tikililər XX əsrin əvvələrində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kirayə haqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügüdən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin iş üzrə ilkin cavabdeh Xudaverdiyevə Məhəbbət Əsgər qızı ona edilən ədalətli təkliflərə baxmayaraq, (mülkiyyətində olan faktiki sahəsi 376,32 m2 20% əlavə etməklə 451,58 m2 olan əvəzinə təmirli mənzil təklif olunur), ikinci cavabdehə Cavabdeh2 (mülkiyyətində olan faktiki sahəsi 52 m2, 20% əlavə etməklə 62,4 m2 olan təmirli mənzil təklif olunur), üçüncü cavabdehə Cavabdeh3 (mülkiyyətində olan faktiki sahəsi 111,62 m2 20% əlavə etməklə əvəzinə 133,94 m2 olan təmirli mənzil təklif olunur) onlara edilən ədalətli təkliflərə baxmayaraq, qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri 3cü Kərpiçni və 4-cü Kərpiçni küçələrinin ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018- ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə 3-cü və 4-cü Kərpiçni küçələrinin ünvanlarında yerləşən yaşayış evlərinin mülkiyyətçiləri ilə əlaqə saxlanılıb və real vəziyyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb edir və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq, öz həyatlarını təhlükəyə atırlar. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında mülkiyyətçi Xudaverdiyevə Məhəbbət Əsgər qızına (ailə üzvləri ilə birlikdə Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızı) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 451,58 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi, 4-cü Kərpiçni küçəsi, ev 8 saylı mənzilin mülkiyyətçisi Cavabdeh2 (ailə üzvləri ilə birlikdə Cavabdeh9, Axundova Elmira Murbat qızı, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, Axundzadə Abbas Ruslan oğlu, Axundzadə Zeynəb Ruslan qızı) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 62,4 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi, 4-cü Kərpiçni küçəsi, ev 10 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızı ilə birlikdə) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 133,94 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Sonradan ilkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən Xudaverdiyevə Məhəbbət Əsgər qızına qarşı ona məxsus yaşayış evinin əvəzində 500 kv.m sahəli mənzillə və aylıq 1000 manat kirayə haqqı verməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini, eyni zamanda digər cavabdehlərə qarşı isə ilkin iddia tələbinin olduğu kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Öz növbəsində, Xudaverdiyevə Məhəbbət Əsgər qızı İddiaçı MMC-yə qarşı “mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən 295 kv.m torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. İddiaçının evi qəzalı vəziyyətdə deyil və XX əsrin əvvəllərində də tikilməmişdir. Ev iddiaçı tərəfindən 2010-cu ildə yenidən tikilmişdir və yaşayış üçün bütün sanitar və gigiyenik, habelə müəyyən edilmiş müvafiq tikinti norma və qaydalarına tam cavab verir, ilk iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər iddiaçının evinin fotoşəkilləri deyil. İddiaçı ailə üzvləri ilə birlikdə 20 ilə yaxındır ki, həmin ünvanda yaşayır. Övladları həmin ünvanda böyüyüb boya-başa çatıblar və həmin ev iddiaçının övladlarının ata yurdudur. İddiaçı da, həyat yoldaşı da ali təhsilli mütəxəssislərdir. Hər ikisi uzun illər ərzində işləyib, min bir əziyyətlə ailə üçün ev düzəltmişlər. Bu günə qədər qazandıqlarını neçə illərdir ki, bu evin yenidən inşa edilməsinə və təmirinə vermişlər. Son bir neçə il idi ki, təmir-tikinti işlərini bitirib sakit yaşamağa başlamışdılar. Lakin, 2017-ci ilin noyabr ayından etibarən İddiaçı MMC adlı bir şirkət iddiaçının evinin də yerləşdiyi ərazidə bir çox fərdi yaşayış evlərini köçürüb həmin ərazini çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün hazırlamağa başladı. Həmin şirkətin müxtəlif nümayəndələri müxtəlif vaxtlarda onlara yaxınlaşaraq evin sökülməli olacağını bildirib onların köçürülmələri üçün söhbətlər aparmağa başladılar. Lakin, həmin şəxslərin iddiaçının evinə görə təklif etdikləri müxtəlif məbləğlər evin heç yarı qiymətini də təşkil etmədiyindən onların təkliflərinə razı olmamışlar. Evin real bazar dəyərindən aşağı məbləğdə edilən təkliflərinə razı olmadıqlarını gördükdə isə İddiaçı MMC-nin nümayəndələri onlara təzyiq göstərməyə, zorla evdən çıxarmaq üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Belə ki, onlar əvvəlcə buna heç bir zərurət olmadığı halda, yəni yalnız onlara təzyiq göstərmək məqsədilə yolunu, qonşunun hasarını yola uçurmaqla kəsdilər. Bundan sonra gecə saatlarında, yəni 01:00-02:00 radələrində gizlicə evin hasarına bitişik olan dəmir çardağın üstünə çıxaraq çardağı və hasarı əllərində olan dəmir alətlərlə uçurmağa cəhd etdilər. Lakin, səs-küyə çıxıb mane olduqdan sonra çardaxdan və hasardan düşüb getməyə məcbur oldular. İddiaçı ailə üzvləri ilə birlikdə qorxu içində yaşayırlar. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini dəfələrlə qanunsuz yollarla söküb-dağıtmağa cəhdlər etmiş, lakin o, məhz onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə iddiaçının və ya ailə üzvlərinindən hər dəfə birinin daimi olaraq evdə olmağı səbəbindən bu qanunsuz niyyətini həyata keçirə bilməmişdir. İddiaçı bir mülkiyyətçidir, mülkiyyətində olan fərdi yaşayış evi tərəfindən yenidən inşa edilmişdir, bütün texniki norma və standartlara, habelə yaşamaq üçün zəruri olan sanitar və gigiyenik tələblərə tam cavab verir. Sadəcə, cavabdeh iddiaçının evinin yerləşdiyi ərazidə öz biznes fəaliyyətei zaman iddiaçıya evinin real bazar dəyərini ödəmək əvəzinə, onu məhkəmənin əli ilə “qəzalı” adlandırmaqla son nəticədə iddiaçını məhkəmə yolu ilə mülkiyyətindən zorla, qanunsuz olaraq çıxarıb, bunun da nəticəsində iddiaçıya evinin real bazar dəyərindən dəfələrlə aşağı məbləğdə pul ödəyib, qalan məbləği özününküləşdirmək istəyir. Göstərilənlərə əsasən ilk iddia tələblərinin qanunsuz hesab edilməsinə və iddiaçının ünvan 5 ünvanda qanuni istifadəsində olan 295 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsinin ilk iddiaçıya qadağan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilkin iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 (ailə üzvləri ilə birlikdə Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızı) İddiaçı MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 500 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, ünvan 2, mənzil 1-in mülkiyyətçisi Cavabdeh2 (ailə üzvləri ilə birlikdə Cavabdeh9 Zülfiqar oğlu, Axundova Elmira Murbat qızı, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, Axundzadə Abbas Ruslan oğlu, Axundzadə Zeynəb Ruslan qızı) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 62,4 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, ünvan 3 saylı mənzilin mülkiyyətçisi Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızı ilə birlikdə) İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 133,94 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları, qarşılıqlı iddia tələblərinin təmin edilməməsini qət etmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3, 16.1, 560.1, 560.2, 560.3.5.1-ci maddələrinə və Mənzil Məcəlləsinin 15-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
13. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, sözügedən mənzildə yaşayır. İddiaçının qeyd etdiyi kimi mənzil yaşamağa yararsız vəziyyətdə deyil, tam təmirli kifayət qədər yaşayış üçün bütün zəruri şərait mövcuddur. Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, yalnız qanunla məhdudlaşdırıla bilən mülkiyyət hüququ dəyəri ödənilməklə həyata keçirilə bilər. Həmçinin mənzillərin sökülüb yerində hündürmərtəbəli binanın tikilməsi dövlət layihəsi deyildir. Mənzillərin sökülməsi İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Həmin ərazidə heç bir dövlət əhəmiyyətli obyektin tikintisinin aparılması da müzakirə olunmur. Birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən istinad etdiyi halların heç biri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. Eyni zamanda qeyd edilməlisi zəruridir ki, mülkiyyətində olan mənzilin faktiki sahəsi 140 kv.m-dir. Nəzərə alınsa ki, 20% daha artıq sahəsi olan mənzil verilməlidir o zaman ona 133 deyil daha böyük sahəsi olan mənzil verilməlidir. Həmçinin, mənzilin padval sahəsi də mövcuddur ki, kompensasiya verilən zaman iddiaçı tərəfindən nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş və nəticədə hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən bir qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi hazırki işə mahiyyəti üzrə baxakən maddi və prosessual hüquq normalarının tətbiq və təvsirində yalnışlığa yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
15. Qətnamədən həmçinin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xudaverduyeva Məhəbbət Əsgər qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun mülkiyyətçi kimi malik olduğu mülkiyyət hüqunun həm Konstitusiya, həm Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi, həm də mülki qanunvericiliklə qorunduğu, onun müliyyət hüqunun toxunulmaz olduğu barədə qətnamədə bir kəlmə belə yer verməmişdir. Belə ki, bu cür əsaslandırma yalnız o zaman və o şərtlə mümkündür ki, 1) onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etsin, yəni qanuni məqsəd daşısın, 2) müdaxiləyə qarşıya qoyulan məqsədə mütənasib olsun, başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə onun əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlasın; 3) müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab versin. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən və işin həqiqi hallarından görünür ki, qeyd edilən 3 halın heç biri mülki iş üzrə müəyyən edilməmişdir. Əksinə, mülki idən görünür ki, onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etmir. Belə ki, ilkin iddiaçının fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan bi kommersiya qrumudur. İlk iddiaçının və Nəsimi rayon İcra Hakimiyyətinin istinad etdikləri Nazirlər Kabinetinin 86 saylı qərarında isə yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərədə tutulmuşdur. Mülki işə əlavə edilmiş evin fotoşəkillərindən görünür ki, onun evi 1) qəzalı vəziyyətdə deyildir. 2) yaşayış üçün yüksək səviyyədə yararlıdır. 3) tamamilə yenidən tikilmiş və təmir edilmişdir. Beləliklə, aydın olur ki, Nazirlər Kabinetinin 86 saylı qərarında onun evinin və onun evi kimi yaşayış binalarının sökülməsi nəzərdə tutulmamışdır. Burdan isə o aydın olur ki, onun mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət etmir, yəni qanuni məqsəd daşımır. Onun evi qanuni istifadəsində olan ayrıca torpaq sahəsindən, ayrıca giriş-çıxışı olan fərdi yaşayış evidir. Onun iradəsi əleyhinə təklif olunan yeni mənzillə təmin olunması ilə bağlı təklifin dəyəri, onun evinin real bazar dəyərindən dəfələrlə aşağıdır. Hətta qəzalı evlərin sakinlərinin istifadəsində olan torpaq sahələrinin həmin sakinlərinin razılığı ilə mülki qanunvericiliyə uyğun olaraq dəyəri ödənilməklə əldə edilməsi və ya əvəzləşdirilməsi Nazirlər Kabinetinin 86 saylı qərarının 1.2-ci bəndində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə onu qanuni istifadəsində olan torpaq sahəsindən əvəzsiz və qanunsuz olaraq məhrum etmişdir. Bu konteksdən yanaşdıqda hesab edir ki, ilk iddiaçı tərəfindən ona edilmiş təklifin ədalətsiz olduğu aşkardır. Nə qədər ki, Nazirlər Kabinetinin 86 saylı qərarında yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin (mənzillərin) sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur, belə bir vəziyyətdə onun xüsusi mülkiyyətində olan qəzalı olmayan və yaşayış üçün tam yararlı olan evinin birinci instansiya məhkəməsi tərəfindən Nazirlər Kabinetinin 86 saylı qərarına istinad edilərək zorla əlindən alınıb sökülməsi üçün ilk iddiaçıya verilməsi, onun isə evindən çıxarılmağının qət edilməsi hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə əlbəttə ki, cavab vermir. Birinci instansiya məhkəməsi sözügedən qərarı mülki mübahisəyə onunla bağlı hissədə tətbiq etməli olmadığı halda, qanunsuz və əsassız olaraq tətbiq etmişdir. Eynilə, həmin qərarın icrası ilə bağlı xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini ilə İddiaçı MMC-nin direktoru arasında bağlanmış müqavilənin müddəaları da mülki işə onunla bağlı hissədə tətbiq oluna bilməzdi. Çünki, həmin müqavilədə də Nazirlər Kabinetinin qeyd edilən qərarında göstərildiyi kimi yalnız qəzalı vəziyyətdə olan evlərin, binaların sökülməsindən bəhs olunur. Onun evinin qəzalı vəziyyətdə olmadığını artıq qeyd edilmiş və bu iş üzrə mübahisəsiz olaraq müəyyən olunmuş haldır. Birinci initansiya məhkəməsi Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 12 yanvar 2017-ci il tarixli 34/00074 saylı tapşırığına əsasən «Azərdövləttikintilayihə» İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş akta istinad edərək hesab etmişdir ki, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşoıv küçələrinin kəsişmələrində yerləşən yaşayış evlərinin normativ istismar müddəti bitmişdir. Birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmışdır ki, həmin akt qanunsuz və əsassızdır. Həmin aktda yazılanların onun evinə heç bir aidiyyəti yoxdur. Aktda yazılanlarla onun evinin fotoşəkilləri arasında kəskin ziddiyyət vardır. Belə olan halda birinci instansiya məhkəməsi həmin ziddiyyəti aradan qaldırmaq üçün əvvəla, yerində müayinə etməli, əgər bununla kifayətlənməzdisə, evin həqiqətən qəzalı və ya qəzalı olmayan olduğunu müəyyən etmək üçün mütləq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etməli idi. Yalnız, bundan sonra məhkəmə mübahisəli evin nə vəziyyətdə olduğuna dair hansısa nəticə çaxara bilərdi. Lakin, birinci instansiya məhkəməsi prosessual normaların tələblərini pozaraq mülki iş üzrə ekspertiza təyin etmədən, evin real vəziyyətini əks etdirən fotoşəkillərinə hər hansı hüququ qiymət vermədən, «Azərdövləttikintilayihə» İnstitutunun mütəxəssisləri tərəfindən evə yalnız kənardan və uzaqdan nəzər salmaqla tərtib edilmiş həqiqəti əks etdirməyən, saxta akta istinad edərək onun da evinin qəzalı vəziyyətdə olduğu, bu səbəbdən də sökülməli olması qənaətinə gəlmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Birinci instansiya məhkəməsinin özünün də müəyyən etdiyi kimi qanunvericilikdə uşmaq təhlükəsi olan, istismar müddəti birmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yeri icra hakimiyətinin hesabına həyata keçirilməlidir. Lakin nə qədər ki, onun evinin uçmaq təhlükəsi olan, istismar müddəti titmiş və qəzalı vəziyyətdə olan yaşayış evi deyildir, onun köçürülmə kimi bir problemi, yerli icra hakimiyyəti orqanın da onu köşürmək kimi bir vəzifəsi yoxdur. Belə olan halda isə yerli icra hakimiyyəti orqanın hansısa şəxslə bağladığı müqavilə əsasında onun evinin sökülməsini və onun köçürülməyini hansısa şəxsə həvalə edə bilməz, bununla bağlı hər hansı müqavilə bağlaya bilməz və hər hansı şəxs də mülkiyyətinin xəbəri, razılığı olmadan üzərinə belə bir öhdəlik götürə bilməz. Birinci instansiya məhkəməsinin onun mənafeyini nəzərə alaraq onun yeni mənzil sahəsi ilə təmin olunmağınadək İddiaçı MMC tərəfindən ona 1000 manat məbləğində kirayə haqqı ödənilməli olması ilə bağlı gəldiyi qənaət də, buna nə qədər qanuni və ədalətli don geyindirilməyə çalışılsa da, qanunsuz və əsassızdır. O, mülkiyyətçidir, evi qəzalı deyildir, yenidən tikilimiş və tam təmir olunmuşdur, uçmaq təhlükəsi yoxdur və yaşayış üçün tam yararlıdır. Belə olan halda, o, yaşayış üçün tam yararlı olan evini hansısa şirkətə, onun mülkiyyətindən məhrum olmağı hesabına gəlir əldə etməsi üçün nə səbəbdən təhvil verib kirayədə qalmalıdır. Qarşılıqlı iddianı rədd edərkəb birinci instansiya məhkəməsinin qətnamədə istinad etdiyi normaların heç bir hüquqi əsası yoxdur. Həmin normalar hüqudan sui-istifadə ilə bağlı normaları nəzərə tutur. Birinci instansiya məhkəməsi həmin maddi hüquq normalarına istinad etməklə sanki qeyd etmişdir ki, ilk iddiaçı deyil, o, qarşılıqlı iddia verməklə hüququndan sui-istifadə etmişdir. Lakin mülki işdən görünür ki, Nazirlər Kabinetinin qərarına tamamilə yalnış istinad etməklə qanunsuz və əsassız ilk iddia tələbləri ilə məhkəməyə müraciət etmiş ilk iddiaçı iddia qaldırmaq hüququndan sui-istifadə etmişdir. Sadəcə, birinci instansiya məhkəməsi ilk iddiaçının mənafeyini nəzərə alaraq ilk iddianı qanunsuz və əsassız olaraq təmin, qarşılıqlı iddianı isə təmin etməmişdir. Mülki işdən görünür ki, mülki işdə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 imzası ilə məhkəməyə ünvanlanmış və xx.xx.2018ci il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etiraz başlıqlı bir yazılı müraciət vardır. Həmin müraciətdə ilk iddia üzrə cavabdeh iddiaçının iddia tələbinin rədd edilməsini, barəsində xüsusi qərardad çıxarılmasını, evin dövlət ehtiyacları üçün deyil, tikinti şirkəti tərəfindən yerində çoxmərtəbəli binanın tikilməsi məqsədilə alınmasının nəzərə alınmasını, ev satılmalı olduqda həmin ərazidə evlərin bazar qiyməti və tikinti altında olan torpaqdan əlavə istifadəsində olan 60 kv.m torpaq sahəsi nəzərə alınmaqla evin yerində hər biri 140 kv.m olmaqla 2 ayrı-ayrı təmirsiz mənzil (ümumi sahəsi 280 kv.m olan) və 1.500.000 manat pul verilməsinin təmin olunmasını, ilk iddiaçının razılaşmadığı halda mülkiyyətçi olaraq evin satılmasını, normal yaşayışın təmin edilməsi məqəsədilə təcili olaraq evin ətrafına çəkilmiş hasarın sökülməsi, həyətə avtomobilin daxil olmasının təmin edilməsi, keçilməz vəziyyətə salınmış küçənin abadlaşdırılması, dağıdılmış gül-çiçək bağçasının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini, qətnamə qəbul edilərkən iddia ərizəsinə qarşı verilmiş etirazın nəzərə alınmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə mülki iş materiallarında olan həmin yazılı müraciəti və müraciətdə göstərilənləri hər hansı formada müzakirə etməmiş və hər hansı hüquqi qiymət verməmişdir.
17. Qətnamədən həmçinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh8 Soltan qızı birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin rədd edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Xudaverduyeva Məhəbbət Əsgər qızının apellyasiya şikayətinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinin xahiş hissəsində onlara qarşı tələb irəli sürülmüş olduğundan onların da həmin iddia tələbi üzrə cavabdehlər olduğunu, digər tərəfdən isə iddia ərizəsində onların adlarının və poçt ünvanlarının göstərilmədiyindən ilk iddiaçı tərəfindən iddia ərizəsinin formasına riayət edilmədiyi müəyyən olunur. Məhkəmə ilk iddia ərizəsini geri qaytarmalı olduğu halda, bunu etməmiş, sonradan da kobud prosessual pozuntularının edilməsini davam etdirərək, o cümlədən onlara qarşı irəli sürülmüş tələblər üzrə mülki işə onları işdə iştirak etməyə cəlb etmədən baxmış, nəticədə onların hüquqlarının pozulması ilə nəticələnmişdir. Mülki işdə olan sənədlərdən görünür ki, ünvan 5 ünvanda yerləşən 295 kv.m torpaq sahəsi mülkiyyətçi Cavabdeh1, deməli mülkiyyətinin ailə üzvləri olaraq həm də onarın qanuni istifadəsindədir. Onun üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətində, onların da istifadəsindədir. İstinad edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, onların qanuni istifadəsində olan ünvan 5 ünvanda yerləşən 295 kv.m torpaq sahəsi yalnız dövlət ehtiyacları tələb etdikdə və yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada və müvafiq dövlət orqanı tərəfindən geri alına bilər. Lakin, mübahisəsiz olaraq müəyyən edilir ki, onların da mülkiyyətçinin ailə üzvləri olaraq qanuni istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları tələb etmədiyi halda birinci instansiya məhkəməsi tərəfindən qanunsuz və əsassız olaraq onlardan alınmışdır. Mülki işdə olan fotoşəkillərdən görünür ki, yaşadıqları ev qəzalı vəziyyətdə deyildir, əksinə yaşayış üçün tam yararlı olmaqla yenidən tikilmiş və əla təmir olunmuş fərdi yaşayış evidir. Bu əsasla, birinci instansiya məhkəməsinin münahisənin həllinə tətbiq etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarı ilk iddiaçı ilə onların arasında olan mübahisəyə tətbiq oluna bilməzdi. Birinci instansiya məhkəməsi sözügedən qərarı mülki mübahisəyə onunla bağlı hissədə tətbiq etməli olmadığı halda, qanunsuz və əsassız olaraq tətbiq etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclsında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
21. Məhkəmə iclsında iştirak edən Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdi ki, Cavabdeh3 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
22. Məhkəmə iclsında iştirak edən Cavabdeh4 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 onun həyat yoldaşıdır. Məhkəbbətin mülkiyyətində və onların da istifadəsində olan evin yerləşdiyi torpaq sahəsinə də, artıq xüsusi mülkiyyət hüququ əldə edilmiş və çıxarış alınmışdır.
23. Məhkəmə iclsında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
24. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
25. Maddə 13.1 və 13.2 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
26. Maddə 29.1, 29.2, 29.3 və 29.4 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokol
27. Maddə 1. Mülkiyyətin müdafiəsi: hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
28. Maddə 152.1 mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
29. Maddə 157.1. mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
34. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
37. Hazırki halda qətnamə yuxarıda göstərilən cavabdehlər tərəfindən mübahisələndirildiyindən, yalnız onların apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılır. Başqa sözlər qətnamə Cavabdeh2 (ailə üzvləri ilə birlikdə Cavabdeh9 Zülfiqar oğlu, Axundova Elmira Murbat qızı, Cavabdeh11, Cavabdeh12, Cavabdeh10, Axundzadə Abbas Ruslan oğlu, Axundzadə Zeynəb Ruslan qızına) aid iddianın təmin edilməsi hissəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızına) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızına) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilməli, ilkin iddia tələbi Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızına) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızına) aid hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, ünvan 6 ünvanda Xudaverduyeva Məhəbbət Əsgər qızının mülkiyyətində olan 295 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi ilk iddia üzrə İddiaçı MMC-yə qadağan edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəm kollegiyası mülki iş üzrə iki iddia tələbi mövcud olduğundan və ilk iddia tələbi üzrə nəticənin qarşılıqlı iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə aslı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apelyasiya şikayətlərinin dəlillərinin nəzərə alınmaqla ilk öncə ilk iddia tələbi, daha sonra isə qarşılıqlı iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.
40. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
İlk iddia tələbi üzrə;
41. İlk iddiaçı tələbində, ünvan 4 ünvanlarındakı tikililər XX əsrin əvvələrində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügüdən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb edir və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq, öz həyatlarını təhlükəyə atırlar. Göstərilənlərə əsasən mülkiyyətçi Xudaverdiyevə Məhəbbət Əsgər qızına (ailə üzvlərinə) aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 500 m2 təmirli mənzil sahəsi və mülkiyyətçisi Cavabdeh3 (ailə üzvlərinə) aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 % əlavə edilərək) 133,94 m2 təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
42. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qeyd olunan cavabdehlərə münasibətdə təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016cı il tarixli, 86 №-li qərarına istinad etmiş və qənaətini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə ilkin iddia üzrə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün İddiaçı MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini İddiaçı MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək ilkin iddia üzrə cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi hissəsində təmin edilməlidir.
43. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ilk iddia tələbində göstərilən qaydada ilkin iddia üzrə cavabdehlərin mülkiyyətlərində olan mənzillərin əvəzinə, həmin mənzillərin yerləşdiyi yerdə mülkiyyətlərində olan sahələrə 20% əlavə edilməklə mənzil sahələri ilə təmin edilmələri ədalətlidir və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 hər hansı hüquqlarını məhdudlaşdırmır.
44. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmamaqla qətnaməni apellyatorlara aid hissədə qanuni və əsaslı hesab etmir.
45. Belə ki, iş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş reyestr nömrəsi **********00-10301 olan, xx.xx.2022-ci il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışdan” görünür ki, 368.70 kv.m-lik Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 6 və həmin evin yerləşdiyi 0.029430 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir.
46. Həmçinin, iş materiallarında olan və apellyasiya icraatı zamanı tədqiq edilmiş reyestr nömrəsi **********94-10301 olan, xx.xx.2022-ci il tarixli, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışdan” görünür ki, 86.50 kv.m-lik Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsi, ev 10 və həmin evin yerləşdiyi 0.0165 ha torpaq sahəsi Cavabdeh3 xüsusi mülkiyyətindədir.
47. Göründüyü kimi, iddiaçının sökülməsi tələb etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən ev 6 və ev 10 və həmin evlərin yerləşdiyi torpaq sahələri müvafiq olaraq Cavabdeh1 və Cavabdeh3 xüsusi mülkiyyətində olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə İddiaçı MMC-nin direktoru arasında bağlanılmış müqavilənin müddəaları hazırkı iddia üzrə cavabdehlərə ümumiyyətlə tətbiq oluna bilməz.
48. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).
49. Kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdehlərin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən ev 6 və ev 10-nun yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdə olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə torpağa və evə münasibətdə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə edə bilməmişdir.
50. Kollegiya onu da qeyd edir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
51. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
52. Göstərilən qanunun normasından göründüyü kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.
53. Kollegiya həmçinin qeyd edir ki, ilk iddiaçının və məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin 86 saylı qərarında yalnız qəzalı və yaşayış üçün yararsız olan evlərin (mənzillərin) sökülərək həmin evlərin sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün yerində yeni yaşayış binalarının tikilməsi nəzərədə tutulmuşdur. Mülki işə əlavə edilmiş fotoşəkillərindən və Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Layihə İnstitunun “Azərdövlətsənayelayihə”-nin 14 may 2019-cu il tarixli evlərin texniki vəziyyəti haqqında baxış aktından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən ev 6 və Cavabdeh3 mülkiyətində olan həmin ünvanda yerləşən ev 10 qəzalı vəziyyətdə deyil və yaşayış üçün yararlıdır. Hətta Cavabdeh1 mülkiyyətində olan ev yenidən tikilmiş və təmir edilmişdir.
54. Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh1 məxsus evlər yaşayış üçün yararlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına istinad etməklə qeyd edilən şəxslərin yaşadığı evlərin sökülməsi və onların ailə üzvləri ilə birlikdə evdən çıxarılması üçün ümumiyyətlə əsas yoxdur.
55. Kolegiya xüsusi olaraq qeyd edir ki, ilkin iddiaçı fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya şirkətidir. İlk idiaçı tərəfindən mənfəət əldə edilməsi məqsədi ilə cavabdehlərin mülkiyyət hüququna müdaxiləsini dövlətin və cəmiyyətin maraqlarına xidmət kimi qiymətləndirilə bilməz.
56. Kollegiya həmçinin qeyd edir ki, ilk iddia tələbi evlərin sökülməsi və cavabdehlərin ailə üzvləri ilə birlikdə evdən çıxarılmaları hissəsində rədd edildiyindən və kirayə haqqı tələbi iddianın qeyd edilən hissədən aslı olduğundan ilk iddia cavabdehlərin onlar yeni mənzil sahələri ilə təmin olunanadək İddiaçı MMC tərəfindən Xudaverdiyevə Məhəbbət Əsgər qızına aylıq 1000 manat məbləğində və Daşdəmirov Fərhad Ələmdar oğluna ayda 500 manat məbləğində kirayə haqqı ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
59. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, ilk iddia tələbi Cavabdeh1 (ailə üzvlərinə) və Cavabdeh3 (ailə üzvlərinə) münasibətdə əsassızdır və təmin edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməli, iddia tələbi qeyd edilən şəxslərə münasibətdə təmin edilməməlidir.
Qarşılıqlı iddia tələbi üzrə;
60. Qarşılıqlı iddiaçı tələbində göstərmişdir ki, İddiaçı MMC-nin nümayəndələri gecə saatlarında, yəni 01:00-02:00 radələrində gizlicə evin hasarına bitişik olan dəmir çardağın üstünə çıxaraq çardağı və hasarı əllərində olan dəmir alətlərlə uçurmağa cəhd etdilər. Lakin, səs-küyə çıxıb mane olduqdan sonra çardaxdan və hasardan düşüb getməyə məcbur oldular. İddiaçı ailə üzvləri ilə birlikdə qorxu içində yaşayırlar. Cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evini dəfələrlə qanunsuz yollarla sökübdağıtmağa cəhdlər etmiş, lakin o, məhz onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə iddiaçının və ya ailə üzvlərinindən hər dəfə birinin daimi olaraq evdə olmağı səbəbindən bu qanunsuz niyyətini həyata keçirə bilməmişdir. Göstərilənlərə əsasən ilk iddia tələblərinin qanunsuz hesab edilməsinə və iddiaçının ünvan 5 ünvanda qanuni istifadəsində olan 295 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsinin ilk iddiaçıya qadağan edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
61. Tərəflərin izahatlarından və iş materiallarında olan Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Layihə İnstitunun “Azərdövlətsənayelayihə”-nin 14 may 2019-cu il tarixli evlərin texniki vəziyyəti haqqında baxış aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən ev 6-ya bitişik ərazidə tikinti işlərı aparılır və tikinti işləri aparılan zaman Cavabdeh1 mülkiyyət hüququna müdaxilələr edilmişdir.
62. Kollegiya hesab edir ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 mülkiyyət hüququna hər hansı müdaxilə yol verilməzdir. Belə ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
63. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Cavabdeh1 qarşılıqlı iddia tələbi əsasılıdır və təmin edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini Cavabdeh1 (ailə üzvlərinə) və Cavabdeh3 (ailə üzvlərinə) münasibətdə təmin edərkən və qarşılıqlı iddia tələbini rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə həmin hissədə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
65. Kollegiya həmçinin hesab edir ki, iş üzrə ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları tərləflərin özünə aid edilməlidir.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızına) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızına) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin. İlkin iddia tələbi Cavabdeh1 (ailə üzvləri Cavabdeh4 Allahverdi oğlu, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Sadıqlı Aylin Kənan qızına) və Cavabdeh3 (ailə üzvləri Cavabdeh13, Daşdəmirov Azad Ələmdar oğlu, Daşdəmirov Fərhad Ələmdar oğlu, Daşdəmirova Nərmin Ələmdar qızına) aid hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 6 ünvanda Xudaverduyeva Məhəbbət Əsgər qızının mülkiyyətində olan 295 kv.m torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv.m olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi ilk iddia üzrə İddiaçı MMC-yə qadağan edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsum tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.