Məhkəmə qərarları › İş №2(103)-2800/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2800/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2800/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh” ASC-yə qarşı "xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh” ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, "Cavabdeh” ASC ilə onun arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşur ki: "Cavabdeh” ASC ilə "xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-28432/KX/2 nömrəli kredit xətti müqaviləsinə əsasən "Cavabdeh” ASC "xxxx” MMC-yə 36 ay müddətinə illik 17%-lə ******* manat kredit vermişdir (səh.7); "xxxx” MMC-nin bank qarşısında öhdəliyinin icrası məqsədilə "Cavabdeh” ASC ilə X6 arasında xx.xx.2013-cü il tarixdə, "Cavabdeh” ASC ilə İddiaçı arasında xx.xx.2013-cü tarixdə zaminlik müqavilələri bağlamışdır (səh.12). Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-6022/2016 nömrəli qərardadı ilə cavabdeh İddiaçı mülki işi çoxn baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)-6022/2016 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmin işə 2016-cı ilədən 2019-cu ilə kimi məhkəmədə baxılmış və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(001)-131/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər (borcalan) "xxxx” MMC-dən, (zamin) X3 və (zamin) Fətullayev Bahadur oğlundan müştərək qaydada xx.xx.2013-cü il tarixl kredit müqaviləsi üzrə yaranmış 2631.615 manat əsas, 649657,57 manat faiz, 50000 manat cərimə olmaqla, cəmi 3331272,57 manat borcun tutularaq iddiaçı "Cavabdeh” ASC-yə ödənilməsi qət edilmişdir (səh.69). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS- 28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası rədd edilmiş, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 477-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "Cavabdeh” ASC tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsinin müddətinin xx.xx.2016-cı il tarixdə bitməsinə kimi, yəni xx.xx.2016-cı il tarixdə borcalana və zaminlərə qarşı tələb irəli sürmüşdür və zamin İddiaçı bundan məlumatı olmaqla, həmin iş üzrə qəbul edilmiş məhkəmə aktlarından şikayət də vermişdir. Zaminlik müqaviləsinin müddəti bitənədək Cavabdeh ASC borcalana və zaminlərə qarşı tələb irəli sürdüyünə görə, zamin İddiaçı ilə kreditor Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 101-HFS-28432/1 nömrəli zaminlik müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. İddia rədd edilməli, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4; MPM-in 82, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, zaminlik müqaviləsinin 1.2-ci bəndinə əsasən, zaminliklə təmin edilən öhdəlik Cavabdehlə borcalan arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 101- 28432/KX/2 saylı Kredit xətti müqaviləsindən irəli gələn öhdəlikdir. Həmin müqaviləyə əsasən, borcalan Cavabdehdən götürdüyü 3 416 000 (üç milyon dörd yüz on altı min) AZN məbləğində kreditin hesaba daxil olduğu gündən etibarən 36 ay müddətində ödənilməsini öhdəsinə götürmüşdür. Müvafiq Kredit xətti müqaviləsinin 1.3-cü bəndinə görə, hazırki müqavilənin 1.1-ci bəndində göstərilən kredit xətti xx.xx.2016-cı il tarixinə qədər açılır. Beləliklə, İddiaçının təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı xx.xx.2016-cı il tarixindən etibarən 1 il ərzində Cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir iddia irəli sürülmədiyindən zaminliyə xitam verilməsi üçün əsas yaranmışdır. Qətnamədə işin faktiki halları düzgün göstərilməmişdir. Belə ki, Qətnamədən belə bəlli olur ki, guya əsas borc tələbi ilə bağlı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-131/2019 saylı qətnaməsi Cavabdehin xx.xx.2016-cı il tarixli iddia ərizəsi əsasında qəbul edilmişdir, yəni həmin işə birinci instansiya məhkəməsində 3 il ərzində baxılmışdır. Halbuki, əslində, Binəqədi Rayon Məhkəməsinin istinad olunan qətnaməsi Cavabdehin xx.xx.2017-ci il tarixli iddia ərizəsi əsasında qəbul olunmuşdur. Həmin iddia ərizəsi irəli sürülərkən isə artıq zaminə qarşı iddia irəli sürmək üçün müddət ötürülmüşdü. Qeyd olunan fakt Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(004)-6527/2019 saylı Qətnaməsi ilə də öz təsdiqini tapmışdır. Həmin Qətnamə ilə eyni borcla bağlı zaminlik müqaviləsinin tarixi, tələbin irəli sürülmə müddəti və s. kimi bütün detalları İddiaçı ilə tamamilə üst-üstə düşən digər zaminin zaminlik müqaviləsinə xitam verilmişdir. Xitam verilərkən əsas iş üzrə iddia ərizəsinin xx.xx.2017-ci il tarixində verilmiş olmasına və buna görə də, zaminə qarşı iddia irəli sürmək üçün müddətin ötürülmüş olmasına istinad olunmuşdur. Hazırda isə Cavabdeh tərəfıindən qeyd olunan prosessual tələb pozulmaqla özünün də iştirakı etmiş olduğu iş üzrə Yasamal Rayon Məhkəməsinin qüvvəyə minmiş Qətnaməsi ilə müəyyən edilmiş fakt mübahisələndirilmiş və nəticədə eyni bir fakt eyni bir Məhkəmənin iki fərqli qətnaməsində iki fərqli formada öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsini bankın iddia müddəti keçmədən verdiyini, o vaxt məhkəmə prosesinin uzandığını, İddiaçı məhkəmə aktlarından şikayət verdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tərəflər arasında bağlanmış zaminlik müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 6.2, 10.2, 385.1, 390.1, 399.1, 405, 442, 443.1, 448.1, 470,-477, 739; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən mübahisə edilən hissədə müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmış, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlillərinə münasibətdə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən İddiaçı özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-833/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar