Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2800/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Cahangir Afər oğlu Yusifov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1720/2022 saylı iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “müqavilə üzrə artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış ı3 sentyabr 202ı-ci il tarixli, 3/ıı6 nömrəli müqaviləyə əsasən onun tərəfindən artıq ödənilmiş 27.ı48,5 (iyirmi yeddi min yüz qırx səkkiz manat əlli qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" Mənzil Tikinti Kooperativindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1720/2022 saylı iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1720/2022 saylı iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 aprel 2023-cü il tarixli barşıq sazişindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1720/2022 nömrəli, 28 dekabr 2022-ci il tarixli qətnaməsi üzrə - Bir tərəfdən- iddiaçı X5, digər tərəfdən -həmin qətnamə üzrə Cavabdeh – etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 şəxsində (bundan sonra birlikdə tərəflər) öz aralarında razılığa gələrək, aşağıda göstərilən şərlətlərlə bu “Barışıq razılaşması haqqında” Sazişi bağladılar:
1. Bu Sazişin predmeti X6 ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021ci il tarixli 3/116 nömrəli müqaviləyə (bundan sonra müqavilə) əsasən X1 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, inşa edilən çoxmənzilli yaşayış evinin 7 saylı girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 142,8 m2 olmasını qəbul edirlər, bununla əlaqədar tərəflər arasında yaranmış mübahisənin həlli təşkil edir.
2. Tərəflər razılığa gəlirlər ki, onların arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 3/116 nömrəli müqavilədə göstərilən ölçülərlə tam razıdırlar və bu ölçülərin, yəni mənzilin ümumi sahəsinin 142,8 m2 olmasını qəbul edirlər, bununla əlaqədar heç bir mübahisələri yoxdur.
3. Cavabdeh mənzilin sahəsinə və ya hər hansı bir hala görə X4 heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq.
4. X3 mənzilin sahəsinə və ya hər hansı bir hala görə Cavabdehnə qarşı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq.
5. Tərəflər razılığa gəlirlər ki, mənzilin gələcəkdə xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alındığı zaman mənzilin sahəsinin ölçüsündə hər hansı bir dəyişikliyin müəyyən edilməsi tərəflərə bir-birlərinə qarşı yaranmış fərqə görə tələb hüququ vermir.
6. X11 imzalandığı andan iddiaçı X5 Cavabdehnə qarşı pul tələbinə dair iddia tələbindən imtina edir.
7. X11 məhkəmə tərəfindən təsdiq edildikdən sonra dəyişdirilə və ya əlavə edilə bilməz.
8. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər iş üzrə icraata xitam verilməsinə razıdır.
9. X11 imzalandığı gündən qüvvəyə minir.
10. X11 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrdən biri məhkəməyə təqdim edilir. Bir nüsxə iddiaçıda və bir nüsxə cavabdehdə saxlanılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.1-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı X5 ilə Cavabdeh arasında bağlanmış Barışıq Sazişi aşağıdakı kimi təsdiq edilsin:
1. Bu Sazişin predmeti X6 ilə Cavabdeh arasında bağlanmış 13 sentyabr 2021ci il tarixli 3/116 nömrəli müqaviləyə (bundan sonra müqavilə) əsasən X1 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində, inşa edilən çoxmənzilli yaşayış evinin 7 saylı girişinin 10-cu mərtəbəsində, ümumi sahəsi 142,8 m2 olmasını qəbul edirlər, bununla əlaqədar tərəflər arasında yaranmış mübahisənin həlli təşkil edir.
2. Tərəflər razılığa gəlirlər ki, onların arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli 3/116 nömrəli müqavilədə göstərilən ölçülərlə tam razıdırlar və bu ölçülərin, yəni mənzilin ümumi sahəsinin 142,8 m2 olmasını qəbul edirlər, bununla əlaqədar heç bir mübahisələri yoxdur.
3. Cavabdeh mənzilin sahəsinə və ya hər hansı bir hala görə X4 heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq.
4. X3 mənzilin sahəsinə və ya hər hansı bir hala görə Cavabdehnə qarşı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaq.
5. Tərəflər razılığa gəlirlər ki, mənzilin gələcəkdə xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alındığı zaman mənzilin sahəsinin ölçüsündə hər hansı bir dəyişikliyin müəyyən edilməsi tərəflərə bir-birlərinə qarşı yaranmış fərqə görə tələb hüququ vermir.
6. X11 imzalandığı andan iddiaçı X5 Cavabdehnə qarşı pul tələbinə dair iddia tələbindən imtina edir.
7. X11 məhkəmə tərəfindən təsdiq edildikdən sonra dəyişdirilə və ya əlavə edilə bilməz.
8. Barışıq sazişinin bağlanmasının nəticələri tərəflərə məlumdur və tərəflər iş üzrə icraata xitam verilməsinə razıdır.
9. X11 imzalandığı gündən qüvvəyə minir.
10. X11 3 (üç) nüsxədə tərtib edilir. Nüsxələrdən biri məhkəməyə təqdim edilir. Bir nüsxə iddiaçıda və bir nüsxə cavabdehdə saxlanılır.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1720/2022 saylı iş üzrə 28 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.