Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2800/2025 23.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Ərizəçi və maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “kolxozçu işləmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6385/2024 nörməli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi xx.xx.2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək xahiş edib ki, 1976cı ildən 1988-ci ilin dekabr ayına kimi Ermənistan Respublikası Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozda kolxozçu işləməsi faktı müəyyən edilsin. Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, ərizə qismən təmin olunsun, ərizəçinin xx.xx.1976-cı ildən xx.xx.1988-ci ildək Ermənistan Respublikası Ararat rayonu Şirazlı kəndində yerləşən kolxozda kolxozçu işləməsi faktı müəyyən edilsin, ərizənin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və ərizə təmin edilməsin. Məhkəmə iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, Ərizəçi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə görə, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. DSMF-nun Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən, əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə görə, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi Ermənistan Respublikasından qaçqın düşüb, əmək fəaliyyəti barədə sənədi (əmək kitabçasını) üzrlü səbəbdən təqdim edə bilmir. O, bildirir ki, əmək kitabçası qaçqın düşdüyü zaman kolxozda qalmışdır. Ərizəçi xx.xx.1976-cı ildən xx.xx.1988-ci ildək Ermənistan Respublikası Ararat rayonunun Şirazlı kəndində yerləşən kolxozda kolxozçu işləməsi faktı müəyyən olunur. Bu, birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunub. Şahidlərin əmək kitabçalarından görünür ki, onlar həmin dövrdə həmin kolxozda işləyiblər. Beləliklə, birinci instansiya məhkəməsi ərizəni qismən təmin etməklə düzgün nəticəyə gəlib. Qətnamə ərizənin rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-6385/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2800/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2800/2025
23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver