Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2802/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2024-cü il tarixli qətnamədən iddiaçın verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddiaya dair mülki işə baxmış Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə Cavabdeh1 arasında 4.000 manat və 11.683 manat məbləğində pul vəsaitlərinə münasibətdə bağlanmış şifahi borc müqavilələrinin etibarsız hesab edilməsini, Cavabdeh1 ümumilikdə 15.683 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin Cavabdeh2 aid hissəsinin təmin edilməməsini qət etmişdir. İddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən apellyasiya qaydasında baxılan zaman müəyyən edilmişdir ki, hazırki iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamə qanuni qüvvəyə minənədək digər işin, yəni iddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölgüsü və pul tələbi barədə” iddiasına dair mülki işin (iş № 2(103)-626/2024) icraatı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadına əsasən dayandırılmışdır (sədrlik edən hakim Məmməd Məmmədov). Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) bildirir ki, yuxarıda qeyd edilən xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, 2(103)-626/2024 №-li işin dayandırılmasına səbəb o hal olmuşdur ki, hazırki 2(103)-2802/2024 №-li iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı həmin işin nəticələrinə təsir göstərə bilər. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Tədqiq edilmiş işin hallarından müəyyən edilir ki, qeyd edilən prosessual normada göstərilən hal hazırki işdə mövcuddur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 169 və 402-ci maddələrinin tələlərini nəzərə alan Məhkəmə QƏRARA ALDİ: Hazırki 2(103)-2802/2024 №-li mülki iş 2(103)-626/2024 №-li mülki işə birləşdirilsin və işlərə bir icraatda baxılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2802/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2802/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver