Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2804/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏTNAMƏ İş № 2 (103)-2804/2021 06 may 2021-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızıznın katibliyi, Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-4977/2020 saylı 12.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddiası təmin edilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı iddia tələbi təmin edilərək, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanından istifadə hüququnun olmayan hesab edilməsi və bu qətnamənin qanuni qüvvəyə mindikdən sonra xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas odluğu qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, ünvan 2 ünvanına köçürülməsi, həmin mənzilə istifadə hüququnun tanınması və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə 28.08.2007-ci ildə nikaha daxil olaraq ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüş, həmin ünvanda cavabdehlə birgə yaşayaraq birgə təsərüffat aparmışlar və həmin mənzildə tərəflərin birgə nikahından Qabil və Gülər adlı uşaqları olmuşdur. 17.08.2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, iddiaçı iki uşağı ilə birlikdə ünvan 3 ünvanında atasına məxsus yataqxanada məskunlaşmışdır. İddiaçı qeyd edilən mənzildə yaşamasını və cehiz əşyalarından istifadə edə bilməməsini qanunsuz hesab edərək, pozulmuş hüquqlarının məhkəmə qaydasında bərpa olunmasına, mübahisəli mənzilə köçürülməklə, həmin mənzilə istifadə hüququnun tanınmasına və həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Qeyd olunanları nəzərə alıb iddiaçı iddisının təmin edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh nümayəndəsi Vəkil2 müstəqil tələb irəli sürən üçüncü şəxs X1 adından məhkəməyə iddia ərizəsi təqdim edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Q.Süleymanov küçəsi, 46 saylı evin, 5 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsini xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin mülkiyyətçisi odur və buna dair qeydiyyat vəsiqəsi vardır. İddiaçı həmin mənzilə köçməsi S.Süleymanovanın hüquqlarını pozur. Belə ki, Cavabdeh maddi imkanı olmadığından İddiaçı ilə rəsmi nikaha daxil olduqdan sonra onlar Sahibə Süleymanovanın mənzilində yaşamağa başlamışlar. O, İddiaçı mənzilə qeydiyyata düşməsinə etiraz etməyib və oğlu ilə birlikdə gəlinin müvəqqəti olaraq orada yaşamaqlarına icazə verib. Nikahın pozulmasına və aralarında olan qohumluq münasibətlərinin bitməsinə baxmayarq, İddiaçı onun mənzilindən qeydiyyatdan çıxmır. Lakin onun həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq onun mübahisəli mənzildə istifadə hüququ yoxdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll olunmuşdur. İddiaçı Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları tam nəzərə alınmamışdır, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1707/2020 saylı, 17.08.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 28.08.2007-ci il tarixli nikahın pozulması, birgə nikahdan olan olan uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşə əlavə edilmiş Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının MH seriyalı, 164992 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 4 X2 məxsusdur və bu hüquq ona 04.08.1998-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3, Cavabdeh, İddiaçı və azyaşlı uşaqları 28.02.2009-cu il təvəllüdlü X6, 03.04.2011-ci il təvəllüdlü X4 ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarından müəyyən edilmişdir ki, iddiaçının köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzil müstəqil tələb irəli sürən 3-cü şəxs Sahibə Süleymanovanın mülkiyyətindədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh qarşı irəli sürüldüyündən iddia tələbi əsassız olduğuna görə haqlı olaraq təmin edilməmişdir. Eyni zamanda kollegiya hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasını təmin etməklə, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanından istifadə hüququnun olmayan hesab edilməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Qeyd edilən Məcəllənin 30.4-cü maddəsinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müstəqil tələb irəli sürən 3-cü şəxs Sahibə Süleymanovadan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən 3-cü şəxsin digər qohumu hesab edilmir. Göründüyü kimi İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunla Mülki Məcəlləyə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri öz yetkinlik yaşına çatmayan, uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27.05.2008- ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı notariat qaydasında bağlanan razılaşmanı nəzərdə tutur. Mübahisəli mənzilin mülkiyyətçisi olan 3-cü şəxs S.Süleymanova ilə İddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da İddiaçı qeyd edilən mənzildən istifadə hüququ yaranmamışdır. Həmçinin,“Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. İddiaçı həmin mənzildə qeydiyyatda olması 3-cü şəxsin iddiasının rədd edilməsi üçün əsas ola bilməz, çünki pasport qeydiyyatı, öz-özlüyündə, İddiaçı həmin mənzildən istifadə hüququnu yaratmır. İş materiallarından və işin müəyyən edilmiş hallarından da göründüyü kimi, mübahisələndirilən mənzil S.Süleymanovanın xüsusi mülkiyyətindədir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsi müəyyən edir ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüququnun və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsaslar olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tofiq Səmədov Hakimlər İkram Şirinov Anar Tanrıverdiyev.
Məhkəmə qərarları › İş №2(103)-2804/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2804/2021
06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver