Məhkəmə qərarları › İş №2(103)-2805/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2805/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2805/2023 03.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli evə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik" b/y-nın 1-ci Cənub küçəsi, 285 saylı bağ sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda açıq həracda satılaraq Cavabdeh payına müvafiq pulun verilməsi, ümumi mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin təmirinə çəkilmiş 53693,24 manat xərcin, 17897 manatının X2, 17897 manatının İddiaçı1, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən Cavabdeh xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilməsi və ərizənin geri qaytarılması qərara alınmışdır. Hazırda Cavabdeh qərardaddan şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən ilk növbədə həmin ərizənin MPM-in 156-cı maddəsinin tələblərinə cavab vermədiyi, yəni qarşılıqlı tələbin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyinə istinad etmişdir. Həmin maddəyə görə qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Hazırkı icraatda olan iddianın predmetinə nəzərən qeyd edilməlidir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbinin əsası “Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli evə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri” ilə bağlıdır. Cavabdeh iddia tələbinin əsasını isə “Bakı şəhəri Nizami rayonu M.Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik" b/y-nın 1-ci Cənub küçəsi, 285 saylı bağ sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda açıq həracda satılaraq Cavabdeh payına müvafiq pulun verilməsi, ümumi mülkiyyətdə olan Bakı şəhəri, Nizami rayonu, M. Şərifli döngəsində yerləşən 8 saylı fərdi yaşayış evinin təmirinə çəkilmiş 53693,24 manat xərcin, 17897 manatının X2, 17897 manatının İddiaçı1, ödənilmiş dövlət rüsumunun cavabdehlərdən Cavabdeh xeyrinə tutulması” təşkil edir. Göründüyü kimi qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməmişdir. Qarşılıqlı iddia tələbində həmçinin “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Bilik" b/y-nın 1-ci Cənub küçəsi, 285 saylı bağ sahəsinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda açıq həracda satılaraq Cavabdeh payına müvafiq pulun verilməsi” xahiş edilsə də, həmin əmlak Cavabdeh və X3 paylı mülkiyyətlərindədir. X4 isə hazırkı iş üzrə tərəf deyil və göstərilən iddia üzrə iddiaçılara yönəlmiş tələb müəyyən olunmur Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qeyd edilən əsaslarla ərizəni geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar