Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2806/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: pul) X5 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, 28 sentyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin surətindən görünür ki, MTK, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, 200 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən göstərilən mənzil 3 otaqdan ibarətdir. Mənzilin ümumi sahəsi 134 kv.m təşkil edir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 121,40 kv.m olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200 (yeni qaydalarla AZ 1111, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 20, M10, m2 ) İddiaçı mülkiyyətindədir.
3. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3103 saylı, 26 avqust 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun, 10-cu mərtəbəsində yerləşən 200 saylı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda 121,4 kv.metr olduğu müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MTK ilə xx.xx.2014-cü il tarixli müqavilə bağlayaraq, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, mənzil 200, otaqların sayı 3, mənzilin ümumi sahəsi 134 kv.m olan, 1 m2 dəyəri 1000 (bir min) manatdan olmaqla ümumilikdə 134000 (bir yüz otuz dörd min) manat dəyərində almışdır. Müvafiq mənzilə xx.xx.2021-ci il tarixdə çıxarış alarkən həmin mənzilin ümumi sahəsinin müqavilədə nəzərdə tutulan formada olmadığı müəyyən edilmişdir. Belə ki, alınan çıxarışda qeyd edilən mənzilin ümumi sahəsi 121,40 kv.m -dir. Bundan əlavə, müvafiq mənzil üçün 2014-cü il tarixdən bu günkü tarixədək Cavabdeh MTK-ya ödənilmiş kommunal xərclərə dair qəbzlərdə hər ay hər kv.m 0,22 qəpikdən olmaqla 134 kv.m üçün 29,50 manat ödəniş olunmuşdur. Belə vəziyyətdə məlum olmuşdur ki, cavabdeh təşkilat tərəfindən onlara müqavilə şərtlərindən daha aşağı ölçüdə mənzil verməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Cavabdeh təşkilat müqavilədə göstərilən ölçüdən daha aşağı ölçüdə mənzil satmışdır. Cavabdeh MTK Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərini və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərini kobud şəkildə pozmuşdur. Belə olan halda iddiaçıya verilən mənzilin ümumi sahəsi İddiaçı Cavabdeh MTK ilə bağladığı müqavilə üzrə müqavilədən 12,6 m2 az olmuş, bu da nəticədə 12,6 x 1000=12600 (on iki min altı yüz) manat artıq ödənişə səbəb olmuşdur. Bununla bağlı cavabdeh təşkilata dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq, həmin ödənişi geri qaytarmamış, nəticədə məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, eləcə də vəkilə görə ödənilmiş 500 manat, habelə ödənilmiş 128 manat dövlət rüsumunun və kommunal xərclərə dair hər kv.m üçün artıq ödənilmiş 200 manat, ümumilikdə 13428 manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 12600 (on iki min altı yüz) manat, habelə ödənilmiş 128 (bir yüz iyirmi səkkiz) manat dövlət rüsumunun və kommunal xərclərə dair artıq ödənilmiş 200 (iki yüz) manat, ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********** **********, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.1.5, 385.1, 389.1, 390.1, 425.1, 442, 1096, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 3.8-ci bəndinə, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli və «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh MTK apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında görüntü xarakteri daşıyan müqavilə xx.xx.2014-cü il tarixdə imzalanıb. İddiaçı 24 oktyabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Müqavilə imzalandıqdan 7 ildən artıq müddət keçdiyindən iddia müddəti buraxılıb. Bu halda, cavabdehin məhkəmə prosesində iştirakı təmin edilmədiyi üçün müvafiq ərizə verilmədiyi üçün tətbiq edilməli maddi hüquq norması tətbiq edilməyib. Cavabdeh MTK ünvan 1 ünvanda inşa etdiyi çoxmərtəbəli binada 200 saylı (köhnə 110 saylı) X4 26 aprel 2005-ci il tarixli müqaviləyə əsasən satıb. Mənzil satılarkən həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mənzilin sahəsi tikinti altındakı sahəyə uyğun hesablanıb. Bu halda birinci instansiya məhkəməsi tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq edib. Cavabdeh X4 həmin mənzili 26 aprel 2005-ci il tarixli müqaviləyə əsasən satdığı üçün iş üzrə ekspertizanın 2012-ci ildə təsdiq olunan Tikinti Məcəlləsinə istinad erməklə aparılması qanunsuzdur. Bu halda, birinci instansiya məhkəməsi tətbiq etməli olduğu prosessual hüquq normasını tətbiq etməyib. İddia müddətinin buraxılma halı nəzərə alınmazsa müqavilə öhdəliklərinin icrası ilə əlaqədar yalnız X6 Cavabdeh MTK-ya qarşı iddia qaldıra bilərdi. Bu halda, mülki münasibətlərin baş verdiyi vaxt, yəni 2005-ci ildə mövcud olan qanunvericiliyə istinad oluna bilərdi. 2014-cü ildə mənzilin faktiki satıcısı Cavabdeh MTK olmayıb və iddiaçı tərəfindən Cavabdeh MTK-ya pul ödənilməyib. İddiaçı son altı ildə kommunal haqqı olaraq Cavabdeh MTK-ya pul ödəməyib. Bu halda, birinci instansiya məhkəməsinin sözü gedən mənzilin 2014-cü ildə Cavabdeh MTK tərəfindən iddiaçıya satılması ilə bağlı tərəflərin qarşılıqlı münasibətlərinə dair səhv nəticəyə gəlib və iddiaçının pul tələbinə dair heç bir əsası olmayan iddiasını təmin edib.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı tərəf məhkəmənin iclasına gəlməmiş, səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
14. Maddə 6.2 fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Madə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
22. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
23. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
24. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin
25. 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
26. 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.
27. 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın
28. 3.8-ci bəndinin 1-ci abzasına əsasən mənzillərin ümumi sahəsi – yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırkı halda, Cavabdeh MTK apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh MTK-dan ümumilikdə 12.928 (on iki min doqquz yüz iyirmi səkkiz) manat pul tutulması dəyişdirilərək 1.233,12 (min iki yüz otuz üç manat on iki qəpik) manat müəyyən edilməlidir.
37. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
38. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
39. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə mənzilin faktiki sahəsi ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının qərarı ilə təsdiq olunmuş qaydalara uyğun hesablanmış sahə arasında olan fərqin dəyərinin ödənilməsindən irəli gəlir. İddiaçı məhz həmin sahəyə görə ödənilmiş vəsaitin ona qaytarılmasını tələb edir.
41. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3103 saylı, 26 avqust 2022-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanılmış müqavilədən 12,6 kv.m az olmuş, bu da nəticədə 12,6 x 1000 = 12600 manat artıq ödənişə səbəb olmuşdur.
42. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə 26 avqust 2022-ci il tarixli ekspert rəyini əsas sübut hesab etməkdə və mübahisəyə Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tətbiq etməkdə haqlı olmamışdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilə şərtlərinin icrasından irəli gəldiyindən ona məhz həmin müqaviləyə uyğun hüquqi qiymət verilməlidir. Belə ki, işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən MTK Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 3-cü blokunun, 10-cu mərtəbəsində yerləşən 200 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüş, tərəflərin qarşılıqlı razılaşmasına əsasən ümumi sahəsi 134 k.m olan yaşayış sahəsinin ümumi dəyəri olan 134.000 manat payçı tərəfindən MTK-ya tam ödənilmişdir.
44. Həmçinin müəyyən edilmişdir ki, qeyd olunan mənzil İddiaçı mülkiyyətinə verilmiş və mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və mənzilin texniki pasportunda mənzilin ümumi sahəsinin 121,4 kvadrat metr olması qeyd edilmişdir.
45. İş üzrə təkrar ekspertiza keçirilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4797 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən alıcıya təhvil verilən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, 200 saylı mənzilin azaltma əmsalları nəzərə alınmadan və faktiki sahəsi 132.8 kv.m və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla hesablandıqda 121,8 kv.metr olduğu müəyyən edilmişdir.
46. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya 134 kv.metr olan mənzili verməyi öhdəsinə götürmüş olsa da, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4797 nömrəli, 13 noyabr 2023-cü il tarixli ekspert rəyi ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən alıcıya təhvil verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa etdiyi binada 3-cü girişin 10-cu mərtəbəsində yerləşən ev 16, 200 saylı mənzilin azaltma əmsalları nəzərə alınmadan və faktiki sahəsi 132.8 kv.m olduğu müəyyən edilmişdir.
47. Kollegiya hesab edir ki, mənzilin sahəsinin müəyyən edilməsi üçün məhz 13 noyabr 2023-cü il tarixli ekspert rəyi əsas sübut hesab edilməlidir.
48. Kollegiya qeyd edir ki, ekspert rəyindən görünür ki, iddiaçıya verilən mənzilin ümumi sahəsi tərəflər arasında bağlanmış müqavilədən 1.2 kv.m (134-132.8) az olmuş, nəticədə iddiaçı tərəfindən cavabdehə 1.2 x 1000= 1200 manat artıq ödəniş edilməsinə səbəb olmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh MTK-dan İddiaçı xeyrinə mənzilə görə artıq ödənilmiş 1200 (min iki yüz) manat pul tutulmalıdır.
50. Məhkəmə kollegiyası iddia tələbinin “kommunal xərclərə dair hər kv.m üçün artıq ödənilmiş 200 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hesablanma qaydası aylıq 1.2 kv.m x 0.22 manat götürülməklə, 20 manat 32 qəpik ((1.2 kv.m x 0.22 manat x 6 il 5 ay) müəyyən olundu.
51. Məhkəmə kollegiyası iddia tələbinin “vəkilə görə ödənilmiş 500 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbininin həmin hissəsini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kolegiya hesab edir ki, hazırkı halda iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunan hissəsinə nisbətdə, yəni 12,80 (on iki manat səksən qəpik) Cavabdeh MTK-dan tutulub İddiaçı ödənilməlidir.
54. Həmçinin iş üzrə birinci instansiya məhkəməsində araşdırma zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat və apellyasiya icraatı zamanı aparılmış təkrar ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat tərəflər arasında mütənasib qaydada bölünməli, aparılmış tədqiqatların dəyətinin 135 manat hissəsi İddiaçı, 15 manat hissəsi Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-509/2022 saylı, 28 sentyabr 2022ci il tarixli qətnaməsi Cavabdeh MTK-dan pulun tutulması hissəsində dəyişdirilərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 16, mənzil 200, 3-cü girişin 10-cu mərtəbəsində yerləşən mənzilə görə artıq ödənilmiş 1200 (min iki yüz) manat, habelə ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin olunan hissəsinə nisbətində 12,80 (on iki manat səksən qəpik) və kommunal xərclərə dair artıq ödənilmiş 20 (iyirmi) manat 32 (otuz iki) qəpik, ümumilikdə 1.233,12 (min iki yüz otuz üç manat on iki qəpik) manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 135 (yüz otuz beş) manat İddiaçı, 15 (on beş) manat Cavabdeh MTK-dan tutulub Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddia tələbinin təmin edilməməsi hissəsindən iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.