Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2813/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Etibar Qəzənfər oğlu Nəbiyevin sədrliyi və məruzəsi ilə, X11 və X18 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X15, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X1rşı “reyestr qeydiyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində payın tanınması, əmlak üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi” tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunu və Azərbaycan Respublikası Daşımaz Əmlakın Dövlət Reyestr Xidmətini cəlb etməklə iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixdə iddia tələbini dəyişdirmə barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəhayət, iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il tarixli məhkəmə iclasında iddia tələbini dəyişdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi üzrə Cavabdeh adına qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatının etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 7 saylı X16 notariusu X12 tərəfindən Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi üzrə vərəsəlik hüquqlarının tanınması və miras əmlak kimi hər birinə ayrı-ayrılıqda 1/3 hissədə paylarının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, Bakı səhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 15, 1 saylı mənzilin mərhum X4 məxsus ½ hissəsinə vərəsəlik hüquqlarının tanınması, miras əmlak hissəsində hər birinə ayrı-ayrılıqda 1/3 hissədə miras paylarının müəyyən edilməsi və həmin əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, ** VF *** dövlət qeydiyyat nişanlı, Mersedes S320 markalı, 2000 il buraxılışlı Tünd Göy Metalik rəngli avtomobil və ** ET *** dövlət qeydiyyat nişanlı, RENAUL ESPACE markalı, 1994-cü il buraxılışlı avtomobil üzərində vərəsəlik hüquqlarının tanınması və miras əmlak hissəsində hər birinə ayrıayrılıqda 1/3 hissədə miras paylarının müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, X13 ilə Cavabdeh birgə nikahı zamanı əldə edilmiş ünvan 5al rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı ev üzərində ½ hissədə X2 payının müəyyən edilməsi və mərhum X2 ½ payı üzərində onların vərəsəlik hüquqlarının tanınması, ünvan 5al rayonu, Tbilisi prospekti, ev 49B, 134 saylı ev üzərində 1/6 hissədə İddiaçı1 və 1/6 hissədə İddiaçı2 payı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “cavabdehlərin ləyaqətsiz vərəsələr hesab edilməklə, vərəsəlik hüququndan məhrum edilmələri, vərəsəlik hüququnun tanınaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunu cəlb etməklə qarşılıqlı iddia ərizəsi ilə xx xxxxxxx 2019-cu il tarixli məhkəmə iclasında müraciət edərək, X5 və İddiaçı2 ona qarşı “reyestr qeydiyyatının və çıxarışın ləğvi, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində ½ hissədə tanınması, həmin əmlak və digər əmlaklar üzərində vərəsəlik hüququnun tanınması, payların müəyyən edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ilkin iddialarının əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, yəni cavabdelər X3 və İddiaçı2 X4 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməklə, vərəsəlik hüquqlarından məhrum edilmələrinə, İddiaçı2 miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 15, 2 saylı mənzilin ½ hissəsinə, eləcə də Mersedes S320 markalı, ** VF *** dövlət nömrə nişanlı və RENAULTESPACE markalı ** ET *** dövlət nömrə nişanlı avtomobillərə bötüvlükdə onun vərəsəlik hüququnun tanınaraq, həmin əmlaklara dair onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, mərhum atası ilə ayda bir, iki ayda bir görüşürdülər. Atası şəkər xəstəsi idi, eyni zamanda insult keçirmişdi. Heç cavabdeh Zarema ona atasını həkimə aparmağa icazə vermirdi. O, zorla atasını həkimə aparırdı. Müalicəsinin xərclərini isə 350.000 manata satılmış obyekt və onun ayda verdiyi 750 manat icarə haqqı ilə ödəmişlər. Yasamalda yerləşən mənzili atası onunla birlikdə bağ evini sataraq, 140.000 manata almışdır. Yas mərasimi X28 keçirilmişdir. Üç günün xərcini o çəkmişdir. 500 manat qəbir daşının pulunu onlar vermiş, qalanını isə o vermişdir. Zarema atasının pisləşdiyini bildirərək onu çağırmış, o getdiyi zaman bacısı iynə vurmuş və atası yatmışdır. O da evə qayıtmış, 20 dəqiqə keçdikdən sonra yenidən ona zəng etmiş və o da yenidən atasının yanına getmişdir. Atası ölən zaman o, vərəsəlik həvəsində deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə, ilkin və qarşılıqlı iddianın qismən təmin edilməsi, Bakı şəhəri 7 saylı X16 notariusu X12 tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2019-cu il tarixli, 2V-120 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanında yerləşən bağ evi üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair xx.xx.2019-cu ildə aparılmış reyestr qeydiyyatı və onun əsasında verilmiş çıxarışınləğvedilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evinə, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzilin 1/2 hissəsinə (mərhum X4 məxsus olan pay) və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994cü il buraxılışlı avtomobilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi və “RENAUL ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində İddiaçı1 1/3, İddiaçı2 1/3 və Cavabdeh 1/3 hissədə pay hüquqları müəyyən edilsin. Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən 15 saylı evin 1 saylı mənzili üzərində İddiaçı1 1/6, İddiaçı2 1/6 və Cavabdeh 1/6 hissədə pay hüquqlarının müəyyən edilməsi, İddiaçı1, İddiaçı2 və Cavabdeh “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı Tünd Göy Metalik rəngli) avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində qanun üzrə vərəsəlik hüquqları tanınsın. “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı Tünd Göy Metalik rəngli) avtomobil üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə və Cavabdeh 4/6 hissədə pay hüquqları müəyyən edilsin. Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil üzərində İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/6 hissədə və Cavabdeh 4/6 hissədə pay hüquqlarının müəyyən edilməsi, qətnamənin Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzilə dair Cavabdeh adına aparılmış qeydiyyatın ləğv edilməsi və miras əmlaklara dair göstərilən qaydada İddiaçı1, İddiaçı2 və Cavabdeh adlarına notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması, ilkin və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prossesual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili X25 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil2 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İlkin iddia üzrə İddiaçı2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoruna,müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxsin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə ilkin iddia üzrə İddiaçı2, müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun,müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunun, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Həsən gecə ona yığmışdır ki, atası vəfat etmiş, amma o, nə etməli olduğunu bilmir. O da kömək etmişdir. X28 tanış var idi, onlar gəldilər və atasını apardılar. Həmin vaxtı, üç gün və qırxı təşkilatçılığını Həsən etmişdir. Xərcləri də Həsən qarşılamışdır. Bütün mərasimlərdə də iştirak etmişdir. Əlavə olaraq bildirir ki, Həsənlə atası ayrı yaşadıqları üçün biraz soyuqluq ola bilər, amma hörməti yerində idi. Şüvəlanda dəfn olunub. Həsənin dostu kimi iştirak etmişdir. Xəlil kişini də 1997-ci ildən bəri tanıyır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, anestozoloqdur, insultdan bəri mərhuma o baxırdı. Əvvəl iki həftədən bir, insult olandan sonra isə həftədə bir evlərinə gedirdi. Eyni zamanda onlar (mərhum və Zarema) da xəstəxanaya gəlib müayinələrdən keçirdilər. Artıq dostluq edirdilər. Həmin günü ona yığdılar və evə getdi. Təngiənəfəs idi, halından bilinirdi ki, artıq sondur. O, gələndə təcili tibbi yardım ondan əvvəl gəlmişdi. O, Zarema, Həsən və bacısı (Lalə) orada idilər.Tibbi yardım gedəndən sonra Həsən də getdi. Biraz keçmədi ki, Xəlil müəllim vəfat etdi. Öləndən sonra Həsənə bir neçə saat zəng çatmamış, sonradan gəlmişdir. Əlavə olaraq bildirir ki, Zarema və baxıcısı ilə birlikdə taksi ilə gəlirdi. Ölən günü Həsən də orada idi, bir qıraqda durmuşdu. Bir dəfə oğlu ilə klinikaya gəlmişdi. Onu orada görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, mərhumun baxıcısı idi. 4 il onlarla işləmişdir. Qızını tanımır, amma oğlunu üç-dörd dəfə görmüşdür. Əvvəl sürücü ilə müalicəyə gedirdi, sonra sürücü işdən çıxmış, onlar da taksi ilə gedirdilər. Əlavə olaraq bildirir ki, mərhumun qızı ilə münasibətləri yox idi, amma oğlu gəlirdi. Oğlu yox, o oğluna yığırdı, kef-halını soruşurdu, niyə gəlmirsən deyirdi. Demişdi ki, mağazada oturmuşdu, qızı gəlmiş, üstünə xalça atmışdır. O da fikir etmiş və həyəcanlanmışdır. Sonra bir müştəri demişdir ki, ağzınız əyilib. Sonra Zaremayla evə gəlmişlər. O da görüb ki, ağzı əyilib, təcili tibbi yardıma yığmışlar. Mərhum onunla Azərbaycan dilində danışırdı. Reabilitasiyaya onunla gedirdi. Zarema gəlib sənədləri hazırlayıb gedirdi, o qalırdı. Oğlu ilə münasibətləri normal idi, düşmən deyildi, amma oğlunun arxasınca deyinirdi. Bir dəfə yığıb qarpız istəmişdir. Həmin gün almasa da, sonradan alıb gətirmişdr. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadə verərək bildirmişdir ki, mərhumun 15 illik dostu idi, həm də hüquqi məsləhətçisi idi. Rəhmətlik 2015-ci ildə anasından qalan bağı Zaremanın adına keçirməyi tapşırmışdır. Anası, Zarema və o Notariata getmişlər. O, orada Zaremaya desə də, o qəbul etməmişdi. Xəlilin xəstəliyindən istifadə edirmiş kimi başa düşəcəklərini demişdir. O vaxtdan onun Zaremaya böyük hörməti yaranmışdır. Əlavə olaraq bildirir ki, o təəssüf keçirirdi ki, onun övladları ona övladlıq etmədilər. Hətta öz analarına da yaxın durmurlar. O deyə bilərdi ki, notarius çağırıb vəsiyyətini etsin, lakin Zarema qəbul etməzdi. Xəlil ölüm ayağında olarkən Zarema vərəsəlik marağında deyildi. O istəmirdi ki, Xəlilə öləcəyini hiss etdirsin.O bağı anası Xəlilə hədiyyə vermişdi, digər övladların razılığına gərək yox idi.Vəsiyyətnamə yazmaq istəyirdi, lakin o, xaricdə olduğu üçün alınmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, iddiaçılar formal olaraq qardaşının uşaqlarıdı, belə münasibətləri yoxdur. Hələ də ki, Nihalın xalçanı qardaşının qabağına atıb, ölün bu xalçaya sarılsın deməyindən sonra ümumiyyətlə danışmırlar. Əlavə olaraq bildirir ki, qardaşı 2012-ci ildə insult olmuşdur. Həsəni o söhbətdən sonra, təxmini 7-8 il sonra xəstəxanada görmüşdür. Müalicəsini Zarema etdirmişdir. Həkim qalmamışdı ki, aparmasın. Xərcləri də Zarema qarşılayırdı. O gedəndə orda idi. Təcili tibbi yardım gedəndən sonra Həsən də getmişdir. Biraz keçmədi ki, qəfil keçindi. Həsənə zəng etdilər, saatlarla zəng çatmadı. Maddi işlərə qarışmır. O, bildiyi qədər ilə, Həsənlə Zarema xərcləri qarşılamışdır. Qardaşı xalça söhbətindən sonra insult olmuşdur. Təxmini üst-üstə düşürdü. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, mağazanın mühasibidir. Malları saydıqdan sonra Həsənə təhvil vermişdir. Oğlu idi deyə heç saymadan qarşılıqsız verə bilərdi, lakin icarəyə vermişdi. Əlavə olaraq bildirir ki, bilmir ki, icarə müqaviləsi olub ya olmayıb. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 016-44016/219 saylı məktuba əlavə edilmiş çıxarışa əsasən, “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2009-cu il tarixdən, “Renault Espace” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.1998-ci il tarixdən X2 mülkiyyətində olmuşdur. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri 14 saylı vəkillər bürosuna ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********68 saylı məktuba əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 982 saylı ünvanda yerləşən bağ evi və ünvan 5al rayonu, Tbilisi prospekti, ev 49b, 134 saylı mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan AR Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin xx.xx.2004-cü il tarixli, ÖM seriyalı və 179318 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, ünvan 5al rayonu, H.Cavid küçəsi, 15 saylı evin 2 saylı mənzil ½ hissədə X2 mülkiyyətində olmuşdur və bu barədə akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 30/30474 nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi iddiaçılar mərhum X2 övladlarıdır. Cavabdeh isə mərhum X2 arvadıdır. Onlar xx xxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuşlar. xx xxxxxx 2019-cu il tarixdə isə X13 vəfat etmişdir. X2 birgə nikahdan qabaq mülkiyyətində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 982 saylı ünvanda yerləşən bağ evi, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti,ev 15, 1 saylı mənzil 1/2 hissədə və “RENAULT ESPACE” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı, 1994-cü il buraxılışlı avtomobil olmuşdur. Birgə nikah dövründə isə “Mersedes S320” markalı, ** VF *** dövlət qeydiyyat nişanlı(2000 il buraxılışlı Tünd Göy Metalik rəngli) avtomobil və Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil əldə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti ev 49B, 134 saylı mənzil birgə nikah dövründə əldə edilsə də birgə gəlirlər hesabına əldə edilmədiyindən həmin əmlak məhz onun adına sənədləşdirilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, Cavabdeh sözügedən mənzili məhz onun öz şəxsi vəsaiti hesabına əldə etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə kollegiyası mərhumun övladlarının ləyaqətsiz vərəsə hesab edilməsi barədə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddiada göstərilən hallar, yəni övladların öz ataları ilə maraqlanmaması kimi hallar onların ləyaqətsiz vərəsə sayılması üçün əsas deyildir. Bundan əlavə, qarşılıqlı iddiaçı tərəfindən çağrılmış şahidlər mərhumun qızı İddiaçı1 ilə ünsiyyətinin olmaması və hətta onun məhz qızı ilə son mübahisəsi nəticəsində əlil olmasına dair şahidlik etmişdirlər. Məhkəmə hesab edir ki, şahidlərin qeyd etdiyi kimi belə bir mübahisənin olması və ondan sonra mərhumun xəstəlik keçirməsi qızının atasının son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi anlamına gəlmir. Belə ki, X13 2012-ci ildə əlillik arabasından asılı vəziyyətə düşsə də, 2019-cu ildə vəfat etmişdir. Bundan əlavə, məhkəmə hesab edir ki, X13 öz sağlığında zərurət hesab etsəydi övladlarını mirasdan məhrum etmək üçün tədbirlər görə bilərdi və yaxud arvadı Cavabdeh xeyrinə vəsiyyətnamə qoya bilərdi. Məhkəmə kollegiyası ona görə də, hesab edir ki, qarşılıqlı iddia üzrə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilmələri barədə tələb əsassız olduğundan rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim Etibar Nəbiyev
Məhkəmə qərarları › İş №2(103)-2813/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2813/2020
16.03.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver