Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2820/2023 23.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər:əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa müdddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)-2060/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri X5 29 iyul 2022-ci il tarixli, Ə- 2424/22/1 saylı Əmri ilə "xxxx" X3 uçotu və hesabatı şöbəsinin Müdirbaş mühasib vəzifəsinə dair onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin (b.s. AR ƏM) 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. "xxxx" X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli 1 nömrəli protokolu və xx.xx.2022-ci il tarixli AZ 1000/********** nömrəli xəbərdarlıq teleqramı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin çıxarılmasına əsas olub.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “əmrin və protokolun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nin “29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 saylı əmrinin, "xxxx" X2 İttifaqı Komitəsinin xx.xx.2022-ci il tarixli, 1 nömrəli protokolunun ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə təqdim etdiyi təqdimatdan görünür ki, "xxxx" RM-nin 1 vahid rəis müavini ştatı, Mühasibat uçotu və hesabat şöbəsi ləğv edilərək 1 vahid müdir - baş mühasib ştatı (yəni onun vəzifəsinə dair) və 6 vahid mühasib ştatı, poçtun istismarı və keyfiyyətinə nəzarət şöbəsinin 1 vahid mütəxəssis ştatı və 2 vahid mütəxəssis ştatı, inzibati şöbənin 1 vahid baş mütəxəssis ştatı, 1 vahid mütəxəssis ştatı, 0,5 vahid fəhlə, 0,5 vahid tərcüməçi ştatı, Müştəri xidmətləri şöbəsindən 4 vahid sürücü-kuryer ştatı ləğv edilib və inzibati şöbəyə 4 vahid sürücü ştatı əlavə edilib, inzibati şöbədən 1 vahid baş mütəxəssis ştatı ləğv edilib və Müştəri Xidmətləri şöbəsinə 1 vahid baş mütəxəssis ştatı əlavə edilib. Bununla əlaqədar "xxxx" Rabitə Müəssisəsində müvafiq ixtisarların həyata keçirilməsinə Həmkarlar İttifaqı Komitəsinin rəyini bildirməyini Cavabdeh1 MMC İdarə Heyətinin sədri xahiş etmişdir. Həmin təqdimatdan göründüyü kimi (iki 0,5 ştat vahidlərini 1 ştat vahidi hesab etməklə) 13 ştat vahidi ixtisar edilmişdir. Amma Cavabdeh1 MMC-nin sədrinin "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinə təqdim etdiyi təqdimatda ixtisar edilən ştat sayı 8 ştat vahidi kimi göstərilib. "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının xx.xx.2022-ci il tarixli, 1 №-li protokolunda da ixtisar edilən ştat sayı göstərilmir. Həmçinin Cavabdeh1 MMC-nin sədrinin işdən azad olma əmri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolu eyni tarixdə tərtib olunmuşdur, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Hesab edir ki, Həmkarlar İttifaqı Komitəsinin tələsik yığıncağının səbəbi, qanuna uyğun 10 gün müddətdə Cavabdeh1 MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilovun 103 - 9/9720- 22 saylı, xx.xx.2022-ci il tarixli məktubun baxılmasında, iştirakını təmin etmədən, fikrini bildirmədən, barəsində protokolda struktur dəyişikliyi və ştat vahidlərinin ləğv edilməsi ilə əlaqədar nə onun fikrini dinləmədən, nə də yığıncaqda iştirak edən şəxslər ixtisarıyla bağlı fikirlərini bildirməməklərinin səbəbi mütləq məhkəmə qaydasında araşdırılmalıdır. AR ƏMin tələblərinə zidd hərəkətlər aşkarlandığı halda sözügedən Həmkarlar İttifaqı Komitəsinin protokolu ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh1 MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə2424/22/1 saylı Əmrində vəzifəsinə dair ştat vahidinin ixtisar edilməsinin AR-nın “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həmin ştat vahidinin ixtisar edilməsi barədə əsas kimi heç bir qərar göstərilmir. Həm də Cavabdeh1 MMC-nin sözügedən əmrində aralarında bağlanmış əmək müqaviləsinə xitam vermişdir, lakin başqa vəzifəyə keçirilməsi barədə sədr heç bir tədbir görməmişdir. Göründüyü kimi tutduğu əvvəlki vəzifə olan "xxxx" RM-nin mühasibat uçotu və hesabatı şöbəsinin Müdir-baş mühasib ştat vahidinin ixtisar edilməsi məhz həmin "xxxx" RM-nin ştat cədvəlinə uyğunlaşdırılmasının nəticəsində də baş verməmişdir. Deməli, onun işdən azad edildiyi ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq ştat cədvəlinə uyğunlaşdırma ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı dəyişiklər edilməsi ilə əlaqədar meydana çıxmamışdır. Bundan əlavə o Müdir - baş mühasib vəzifəsindən azad edilmiş, bu barədə məlumatı olsa da belə, tərəf kimi əmrlə razılaşmamış, bu barədə əmrdə qeyd etmiş, ona görə də bu hal işin mübahisəli halı kimi hesab edilməlidir. Göründüyü kimi, işəgötürən qismində çıxış edən cavabdehlər tərəfindən sözügedən əmrdə onun işdən azad edilməsi, həmin ştat vahidinin ixtisar edilməsinin zəruriliyi əsaslandırılmamış, habelə işçi qismində çıxış edən onun ixtisası, peşəsinə uyğun başqa işə keçirilməsi ilə bağlı bütün zəruri tədbirlər görülməmişdir. Həmçinin, həmin ştat vahidinin ixtisar edilməsi məhz əməyin təşkilində müvafiq qərarın icrası ilə bağlı dəyişikliyin edilməsi zərurətindən irəli gəlməmişdir. Bununla da, şərh olunanlardan və əlavə edilmiş sənədlərdən göründüyü kimi işəgötürən qismində və protokol tərtib edən Həmkarlar İttifaqı Komitəsi onunla vahidinin ixtisar edilməsi əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin pozulması halları tam şəkildə aşkar edilir. Ona görə də hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Bununla əlaqədar onu qeyd etməyi zəruri hesab edir ki, tələbi tam sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin xüsusi əhəmiyyətdə araşdırmanın zərurəti yaranmır. İddia tələbinin təsdiqlənməsi üçün sübut etdiyi hallar mövcud olduğu üçün iddia tələbi rədd edilə bilməz. AR ƏM-in 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC-nin idarə heyətinin sədri cənab Əfqan Cəlilova və idarə heyətinin İsi Mustafayeva məlumatla müraciət edərək (məlumat iddia ərizəyə əlavə olunur) bildirmişdir ki, “təkrar olaraq tərəfindən yenidən “Colvir” sisteminə düzgün işlənməsini təqdimatla tələb etdikdə ona bildirdilər ki, xx.xx.2021-ci il tarixdə 103 - 1010/5652-21 qeydiyyat nömrəli məktubla Cavabdeh1 MMC-yə müraciət olunub, tezliklə “Colvir” sistemində bütün əməliyyatlar öz əksini tapacaq. 2021-ci il avqust ayında müəssisənin rəhbərliyi dəyişdirildi. xx.xx.2021-ci il tarixdən Səbuhi Abdurəhmanov təyin olundu. Təyinatdan bir müddət sonra o yenidən bildirdi ki, müəssisədə qeyri-nağd yolla qəbul olunmuş göndərişlər “Colvir” sisteminə işlənmir. Rəhbərlik tərəfindən ona cavab olaraq bildirildi ki, onluq deyil. Beləliklə, müəssisədə EMS proqramı ilə “Colvir” sistemi arasında uyğunsuzluqlar yaranmağa başlamışdır. Bu günə kimi də təşkilatlardan qəbul olunan qeyri-nağd göndərişlər “Colvir” Sisteminə vurulmur. Bir il səkkiz ay ərzində ikinci dəfədir ki, struktur dəyişikliyi aparılır. Birinci struktur zamanı müəssisəyə lazım olmayan şöbələr yaradıldı ki, kimlərsə yerləşsinlər. Halbuki, buna zərurət yox idi və ehtiyac olmadığı halda əlavə işçilər işə qəbul olundu. Ona görə də işçilərin say artımı çoxaldı. "xxxx" RM daima mənfəətlə işləyib, halhazırda da mənfəətlə işləyir. Yuxarıda göstərilən tələblərdən sonra ona məlum olmuşdur ki, Səbuhi Abdurəhmanov qərəzli şəkildə baş idarəyə təqdimat göndərir ki, müəssisəyə X24 lazım deyil. Hazırda müəssisədə struktur dəyişikliyi aparılır. O, 2000-ci ildən müəssisədə baş mühasib vəzifəsində çalışır. Özü də ikinci dərəcəli şəkərli diabet xəstəsidir. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, şəkərli diabet xəstələri ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Lakin buna baxmayaraq, X16 işçilərindən ərizə alınıb ki, Sizi baş ofisə qəbul edirik. Ona isə bildiriş verilib ki, X24 ləğv edildiyi üçün ixtisara düşürsünüz. Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovdan və idarə heyətinin üzvü İsi Mustafayevdən bir daha xahiş etmişdir ki, onu qəbul etsinlər və bu işə yenidən baxılmasına lazımı köməklik göstərsinlər. Yuxarıda qeyd olunan xx.xx.2022-ci il tarixli məlumat bir də sübuta yetirir ki, cavabdehlər qeyri-qanuni üsullarla iradəsinin əleyhinə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. 2016-cı ildən şəkərli diabet xəstəsidir. O, "xxxx" RM-də 2000-ci ildən xx.xx.2022-ci il tarixədək Müdir-baş mühasib vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə rəhbərlik tərəfindən iki və Ukrayna Respublikası tərəfindən bir Fəxri Fərmanlarla mükafatlandırılmışdır. Cavabdeh1 MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilovun xx.xx.2022-ci il tarixli, Ə - 2421/22/1 №-li tələsik əmri ilə AR ƏM-in 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Cavabdeh1 MMC-nin sədri AR ƏM-in 78.1-ci maddəsinin qanuni tələblərin pozaraq əmr verərəkən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olduğu işçi kimi vəzifəsində saxlandığı halı nəzərə almamışdır. AR ƏM-in 16.1 -ci maddəsinə əsasən Əmək münasibətlərində yaşına, qulluq mövqeyinə, işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq şəristəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqların məhdudlaşdırılması qəti qadağandır. Lakin Cavabdeh1 MMCnin sədri AR ƏM-in 16.1 -ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri buna göz yumaraq, ayrı-seçkilik edərək müdir-baş mühasib vəzifəsini qanunsuz ixtisara salaraq onu işdən azad etməklə, lakin həmin dövrdə başqa işə keçmə haqqında əmri ilə ondan təcrübəsi az olan, onun rəhbərliyi altında çalışan "xxxx" RM-nin Mühasibat uçotu və hesabat şöbəsinin mühasibləri X6, X7, X11 və X15 18 may 2022-ci il tarixindən əmək haqqı saxlanılmaqla Cavabdeh1 MMC-nin Baş ofisinin Maliyyə departamentinin Mühasibatlıq şöbəsinə ştatdankənar mühasib vəzifəsinə keçirilmişlər (əmr iddia ərizəyə əlavə olunur). AR ƏM-in 16.4-cü maddəsinə əsasən ayrıseçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda sadalananlardan açıq-aşkar məlum olur ki, o, Cavabdeh1 MMC-nin idarə heyətinin sədri və "xxxx" RM-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən ayrı-seçkiliyə məruz qaldığına görə pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etməyində haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və AR ƏMnin 16 və 294-cü, AR MPM-nin 149-cu maddələrin rəhbər tutaraq Cavabdeh1 İdarə Heyətinin sədri X12 tərəfindən qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi haqqında 29 iyul 2022-ci il tarixli, Ə-2424/22/1 nömrəli əmrin və "xxxx" X2 İttifaqı Komitəsinin sədri Sara Həsənovanın sədirliyi ilə qəbul edilmiş 29 aprel 2022-ci il tarixli, 1 nömrəli protokolun ləğvinə, "xxxx" X3 uçotu və hesabatı şöbəsinin Müdir-baş mühasib vəzifəsinə işə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 noyabr 2022-ci il tarixli, 2(009)-2060/2022 saylı qətnaməsi ilə (hakim Süleymanova Şəhla) iddia tələbi təmin edilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkməsində isə baxan hakim qəbul etdiyi qətnaməsi sübutların və işin bütün halları məcmusuna obyektiv qiymət verməklə deyil, öz şəxsi mülahizələrinə əsaslanaraq Cavabdeh1 MMC-nin etirazına istinad etməklə qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən və işçi sayının çoxluğu ilə əklaqədar ƏM-nin 70-ci maddəsinə əsasən ixtisara düşməsi şahidlər X1 və X9 ifadələrinə sübut növü kimi düzgün, zidd olaraq hüquqi qiymət verməmişdir, onlarına ifadələrinə dair öz münasibətlərini də bildirməmişdir. Birinci instansiya Məhkəməsi dəlilləri ilə bağlı qeyd etmişdir ki, mənimlə əmək müqavilələrinin xitamı verilməsi zamanı qanununvericiliyin tələbləri pozulmamışdır. Bu zaman Məhkəmə ştat ixtisarının qanuna uyğun aparılıb aparılmaması, mənə həmin vaxt isə həmkarlar ittifaqının razılığılığının alınmasının mütləq olmasına baxmayaq belə razılığın olub-olmaması araşdırılmamış və iddia ərizədə və şifahi vəsadətdə sadalanan və onları təkib edən hər hansı sübutun mövcud olmaması nəzərə almamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hər tərəfli araşdırmamış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlməmiş gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmamaqla mübahisənin maddi prosesual hüquqi əsasları düzgün müəyyən edilməmiş, MPM-nin 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün təfsir olunmamışdır.Ona görədə qətnamə ləğv edilməli və iddia tələbim apellyasiya qaydasında təmin olunmalıdır. Əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müəyyən etdiyi prosedur qayda və tələblərin şərtləri pozulmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda qeyd edilmişdir ki, "xxxx" Rabitə Müəssisəsinin strukturunun yenidən təşkil edilməsi ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri cənab Rəşad Nəbiyev tərəfindən verilmiş 05 mart 2022-ci il tarixli, Ə-36/22 saylı əmr əsasında Cavabdeh1 MMC tərəfindən İddiaçı ştatın ixtisarı ilə bağlı əmək müqaviləsinə xitam verilməmişdən ən azı 9 (doqquz) təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi ilə əlaqədar 11 may 2022-ci il tarixli, İRD PUŞ - 01-09-01-130 nömrəli teleqram göndərilmişdir. Həmin xəbərdarlıqda işçiyə əmək müqaviləsinə xitam veriləcəyi tarix aydın şəkildə göstərilmiş və ona qanunvericiliyin tələblərinə uyğun olaraq hər təqvim həftəsinin bir günü iş axtarmaq məqsədilə əmək funksiyasının icrasından azad olunacağı bildirilmişdir. Təəssüf ki, xəbərdarlıq edildikdən sonrakı müddət ərzində iddiaçının peşəsinə və ixtisasına uyğun vakant yer olmadığına görə ona başqa yer təklif oluna bilinməmişdir. Hesab edirəm ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən müvafiq tədbirlər görmüşdür. Əlavə olaraq ştatların ixtisarı ilə bağlı məsələ cavabdehin xx.xx.2022-ci il tarixli, 103-9/1/9720-22 saylı müraciəti əsasında Həmkarlar İttifaqının iclasında müzakirə olunmuş və xx.xx.2022-ci ildə HİK-nin 01 saylı protokolunda bəzi ştatların ixtisar olunması ilə bağlı müsbət rəy verilmişdir. Əlavə məlumat üçün bildimrək istərdik ki, iddiaçıya xx.xx.2022 və xx.xx.2022-ci il tarixində tərəfimizdən peşəsinə və ixtisasına uyğun vakant yer təklif edilmişdir. Həmçinin, iddiaçı ilə şifahi danışıq aparılmış, lakin, o, təkliflərimizi qəbul etmədiyini bildirmişdir.
ç) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununda izahat verərk qeyd etdi ki, Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında əvvəlki əmək haqqı saxlanılmaqla Poçt Filiallarının baş mühasib vəzifəsi təklif edilsə də, həmin müəssisədə cəmi 8 işçi işlədiyi üçün orda işləmək istmədiyindən həmin iş təklifini qəbul etməmişdir. Həmçinin özü də ikinci dərəcəli şəkərli diabet xəstəsidir. Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, şəkərli diabet xəstələri ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında Cavabdeh1 MMC-nin nümayəndəsi X13 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, onun təmin edilməməsini xahiş etdi və qeyd etdi ki, iddiaçıya eyni əmək haqqı və eyni vəzifəyə uyğun iş təklif edilmişdir. Lakin iddiaçı bu iş təklifini qəbul etməmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. Maddə 11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur.
11. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
12. Maddə 70. “b” bəndi. işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
13. Maddə 71.1. işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
14. Maddə 77.1 və 77.2. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
15. Maddə 77.4. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. 16.Maddə 79. İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşına çatmamış uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 17.Maddə 80 (1-ci hissəsi). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
18. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə ... çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 04 avqust 2020-ci il tarixdə Cavabdeh1 MMC-nin "xxxx" X3 uçotu və hesabat şöbəsinə müdirbaş mühasib vəzifəsinə işə qəbul edilmişdir.
28. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" X10 İttifaqı Komitəsinin növbədənkənar yığıncağının protokolundan görünür ki, yeni struktur yaradılması ilə əlaqədar "xxxx" RM-də ştatların ixtisar olunmasına idarə heyətinin üzvləri etiraz etməmiş və ştatları ixtisara düşmüş işçilərin müvafiq işlə təmin edilməsinə, ixtisarların minimum səviyyəyə endirilməsinə koməklik göstərməyi Cavabdeh1 MMC-nin rəhbərindən xahiş etmişlər.
29. İş materiallarında olan xx.xx.2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsinin strukturuna uyğun olaraq iddiaçının ştatı ixtisara düşdüyündən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən doqquz təqvim həftəsi xəbərdarlıq müddəti bitdikdən sonra 13 iyul 2022- ci il tarixində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi barədə iddiaçıya məlumat verilmişdir.
30. İş materiallarında olan əmrdən görünür ki, Azərekspresspoçt RM-nin Mühasibat uçotu və hesabatı şöbəsinin müdir-baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və yə ştatlar ixtisar edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 31.Kollegiya ilk növbədə qeyd edir ki, “işçilərin sayının ixtisarı” ilə “işçilərin ştatlarının ixtisarı” bir-birindən fərqləndirilməlidir. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür. Məsələn, müəssisədə 2 mütəxəssis ştatı mövcuddursa və 1 mütəxəssis ştatı ştat cədvəlindən xaric olunursa, bu, işçilərinin sayının azaldılmasıdır. Ştatın ixtisarı isə, ştat cədvəlindən müəyyən vəzifələrin tamamilə çıxarılmasıdır. Məsələn, müəssisədə yalnız 1 mütəxəssis ştatı mövcuddursa, və o, ştat cədvəlindən xaric olunursa, bu, işçilərin ştatlarının ixtisarıdır.
32. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsində keçirilmiş struktur dəyişikliklərinə əsasən mühasibat uçotu və hesabatı şöbəsi və müdir-baş mühasib vəzifəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya həmçinin Şuşa, X14 baş mühasib vəzifəsi təklif edilmişdir.
33. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli teleqramdan görünür ki, "xxxx" Rabitə Müəssisəsində keçirilmiş struktur dəyişikliklərə əsasən mühasibat uçotu və hesabatı şöbəsi və müdir-baş mühasib vəzifəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ixtisar olunmuş və iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıya həmçinin Cavabdeh1 MMC-nin 2 saylı poçt filialında əvvəlki əmək haqqı saxlanılmaqla ştatdankənar mühasib vəzifəsi təklif edilmişdir.
34. Apellyasiya baxışı zamanı da məhkəmə iclasında İddiaçı etiraf etdi ki, İddiaçıya həmçinin Şuşa, X14 baş mühasib vəzifəsi təklif edilsə də o, bu iş təklifini qəbul etməmişdir.
35. İddiaçının apellyasiya şikayətinin digər dəlili qismində çıxış edən Əmək Məcəlləsinin 79-cu maddəsində göstərilir ki, şəkərli diabet xəstələri ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması qadağan edilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əmək qanunvericiliyində 79-cü maddəsi işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə əmək müqaviləsinin ləğv edilməsi qadağan edir. Yəni apelyatorun apellyasiya şikayətinin dəlilində qeyd etdiyi kimi ümumiyyətlə qeyd edilən qrupa daxil olan xəstələrin işdən azad olmamasından söhbət gedə bilməz. 36.İddiaçının, əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması, həmkarlar təşkilatının iclasına dəvət olunmaması və həmkarlar təşkilatının məsələyə formal yanaşdığı arqumentlərinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsində, ixtisar olunması nəzərdə tutulan işçinin həmkarlar təşkilatının iclasına mütləq olaraq dəvət edilməli olması nəzərdə tutulmamışdır. Həmkarlar təşkilatının iclas protokolundan isə aydın olur ki, iclasda iştirak edənlər məsələni müzakirə etmiş, bununla bağlı mövqelərini bildirmişlər. 37.Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
38. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(009)- 2060/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.