Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2821/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul" tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-763/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan təhsil haqqı adı ilə aldığı, 5100 (beş min yüz manat) pulun ondan alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xarici ölkədə ali təhsil almaq məqsədi ilə xx xxxxxxx 2014-cü il tarixdə özünü “xxxx” MMC direktoru kimi təqdim edən Cavabdehla müqavilə bağlamışdır. Cavabdeh ona bildirmişdir ki, çalışdığı MMC təhsil almaq istəyən Azərbaycan vətəndaşları bütün xarici ölkələrin o cümlədən Gürcüstan Respublikasının Ali təhsil müəssisələrinə göndərmək hüququna malikdir. xx xxxxxxx 2014-cü il tarixdə cavabdeh onunla görüşmək istədiyini bildirdi. İddiaçı cavabdehin işlədiyi “xxxx” MMC- yə gəlmişdir. Burada ona məlum olmuşdur ki, o, Gürcüstan Respublikasının "Fiziki Hazırlıq və İdman Universitetində” əyani təhsil alacaqdır. Cavabdeh xx xxxxxxx 2014-cü il tarixdə ondan təhsil haqqı üçün 2300 manat pul almış və kassa mədaxil orderinin qəbzini ona vermişdir. xx xxxxx 2015-ci il tarixdə cavabdeh ondan təhsil haqqı üçün yenidən 1900 manat pul aldı. Cavabdeh oktyabr 2016-cı il tarixdə də Ali təhsil müəssisəsinə ödəmək üçün ondan 900 ABŞ dolları aldı. İddiaçı, Universitetlə əlaqə saxlayarkən məlum olmuşdur ki, adı Universitetin tələbələr siyahısında olsa da, təhsil haqqı ödənilmədiyindən 2014-cü ilin sonunda o, universitetdən xaric olunmuşdur. Cavabdeh iddiaçının ona olan etibarından istifadə etmiş təhsil haqqı adı ilə ondan aldığı 5100(beş min yüz manat) pulu təhsil haqqı kimi Universitetin kassasına ödəməmişdir. O,“xxxx” MMC direktoru kimi özünü təqdim edən cavabdehin yanına gəlmiş və pulunu ondan tələb etmişdir. O, isə iddiaçını süründürməyə başladı. Müqavilənin 2-ci bölümünün 2.4-cü bəndində göstərilir ki, Təhsil alanın “xxxx” MMC-dən bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-763/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5100 (beş min yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir (Sədirlik edən: Kəmalə Əmirxanova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-763/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2014-ciı il tarixdə “xxxx’“ MMC-lə X1 arasında müqavilə bağlanmışdır. Hazırki mübahisə predmeti üzrə cavabdeh “xxxx” MMC olmalıdır ki, müqavilə onunla iddiaçı arasında bağlanmış və məhkəmə həmin müqaviləyə istinad etmişdir. Fiziki şəxs olaraq Cavabdeh ilə İddiaçı arasında hər hansı müqavilə öhdəliyi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında hüquqi mövqeyi belə olmuşdur ki: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə elmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hiiqıtqıt; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncii elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Göründüyü kimi məhkəmə qətnaməsini düzgün əsaslandırmamış, maddi hüquq normalarına istinad etməmiş, sübutları təhrif edərək iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili S.Quliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iddia tələbi rədd edilməlidir. Sübutların tədqiqi: Belə ki, İş materiallarında olan xarici ölkədə ali təhsil almaq məqsədi xx xxxxxxx 2014cü il tarixdə “xxxx” MMC arasında müqavilə bağlanmışdır. İş materiallarında olan xxxx” MMC ilə bağlanmış müqaviləyə 1 nömrəli əlavəyə əsasən İddiaçı Gürcüstan Respublikasının “Fiziki Hazırlıq və İdman Universitetinin əyani Bakalavr dərəcəsi üzrə təhsil almağı seçmişdir. İş materiallarında olan “xxxx” MMC ilə bağlanmış müqaviləyə 1 nömrəli əlavəyə əsasən təhsil müddəti 4 il olmaqla illik 1900 manat, cəmi 7600 manat məbləğində təhsil haqqı ödənilməlidir. İş materiallarında olan xxxx” MMC-nin kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixdə 1900, xx.xx.2014-cü il tarixdə isə 2300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin İŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardad eyni zamanda görsənir ki, cavabdeh araşdırma zamanı dindirilmiş və iddiaçının iddia etdiyi məbləğlərin xxxx” MMC-nə ödənilməsini etiraf etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin hüquqi mahiyyəti ilə bağlı aşağıdakı normaların qeyd edilməsini zəruri hesab edir: Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən 5100 manat məbləğində pul xxxx” MMC-nin icra orqanının rəhbəri Cavabdeh təhsil haqqı kimi verilmiş, lakin cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməmiş və nəticədə İddiaçı maddi ziyan vurulmuşdur. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında öhdəlik müqavilə əsasında yaranmışdır. Belə ki, iş materiallarında mövcud olan xx xxxxxxx 2014-cü il tarixli İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən, öhdəlik həmin müqavilədə tərəf olan İddiaçı və “xxxx” MMC arasında yaranmışdır. Buna baxmayaraq, İddiaçı hazırki iş üzrə iddia tələbini “xxxx” MMC-yə qarşı deyil, müqavilədə tərəf olmayan Cavabdeh qarşı irəli sürmüşdür. Halbuki, Mülki Məcəllənin 387.3-cü maddəsinə görə, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Həmçinin qeyd etmək lazımdır ki, iş materiallarında olan ödəniş qəbzindən (i.v. 15) də görünür ki, ödənilən məbləğ Cavabdeh deyil, “xxxx” MMC-yə ödənilmişdir. Kollegiya qeyd edilən hallara əsasən hesab edir ki, iddia tələbi onun yönələ biləcəyi şəxsə qarşı irəli sürülmədiyindən, əsassız hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi müqavilə üzrə öhdəlik daşıyan şəxsə qarşı irəli sürülmədəyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin, 2(005)-763/2019 saylı, xx.xx.2019 tarixli qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2821/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2821/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver