Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2822/2023 01.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış evinə köçürülmə tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində istifadədə olan 0.02954 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 1 mərtəbəli binanın, 1-ci mərtəbəsində, 29.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə, Cavabdeh ½ hissə adların daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18545 nömrəli vərəqində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh X8 doğma bacı olmaqla yanaşı mərhum X3 vərəsələridirlər. Anaları vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən mənzil qanun üzrə vərəsəlik qaydasında iddiaçı və cavabdehə miras qalmışdır. Hər iki vərəsə öz mülkiyyət hüquqlarını qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirmiş və İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH No ******* saylı, xx.xx.2008-ci il qeydiyyat tarixli müvafiq çıxarış verilmişdir. Cavabdeh miras kütləsi olan həmin mənzilə bacısı İddiaçı buraxılmaması üçün əlindən gələn bütün mümkün vasitələrə əl atmaqdadır və hazırda İddiaçı özünə mülkiyyət hüquqları ilə məxsus olan mənzilə daxil ola bilməməkdədir. Məlumat üçün məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı 1959-cu il 8 sentyabr tarixində həmin mənzildə dünyaya gəlmiş və ailə həyatı quranadək həmin evdə yaşamışdır. Nənəsi, babası, atası, anası və bacısı hazırki cavabdehlə birlikdə həmin mənzildə yaşamışdır. Onlar birlikdə mənzilin həyəti, yuxarı və aşağı mərtəbələri daxil olmaqla, ümumilikdə bütün mülkdən istifadə etmişlər. Daha sonra tərəflərin nənə və babası rəhmətə getdikdən sonra onlar yenə orada yaşamağa davam etmiş və sözügedən əmlak ana, ata və 2 bacının istifadəsində olmuşdur. Beləliklə, sonradan tərəflərin ataları vəfat etmiş və əmlak yekun etibarilə tərəflərin analarının adına rəsmiləşmişdir. Lakin, 1998-ci il tarixində cavabdeh öz anasını həmin mənzildən qovmuş və ana - X3 İddiaçı öz himayəsinə alaraq öz oğlu ilə yaşadığı Günəşli qəsəbəsində yerləşən mənzilə aparmışdır. X2 iddiaçının qeyd edilən mənzilində rəhmətə getmiş və hazırda köçürülmə predmetini təşkil edən mənzil ondan tərəflərlərə miras qalmışdır. Hazırda iddiaçı öz oğlunu evləndirmiş və onun ailəsi böyüdüyü üçün o onlarla yaşayıb ailə məişət narahatçılığı vermək istəmir. Ona görə özünə mülkiyyət hüququ ilə məxsus olan mənzilə köçürülməsini tələb edir. Mənzilə köçürülmənin məhz məhkəmə qaydasında həyata keçirilməsi üçün müraciətin zərurəti ondan irəli gəlir ki, hazırda mənzilin digər mülkiyyətçisi olan X8 iddiaçını həmin mənzilə buraxmır və aralarında sırf sonuncu anasını çölə atdığı üçün ailə konflikti mövcuddur. Qeyd edilən hərəkətlər İddiaçı mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır. Halbuki, İddiaçı, sözügedən mənzilə qanun üzrə vərəsə olaraq, mülkiyyət hüquqları qanunvericilik və dövlət tərəfindən tanınmışdır. Hazırda iddiaçı anasından ona miras qalmış və qanuni əsaslarla ona məxsus olan mənzilə - Sabunçu rayonu, ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsini tələb edir. Ona görə sivil və qanunun tələblərinə uyğun şkildə sözügedən mənzilə daxil olmaq, öz halal mülkündən istifadə etməyə nail olmaq üçün hazırki mübahisənin məhkəmə zərurəti qaçınılmazdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində istifadədə olan 0.02954 ha torpaq sahəsində yerləşən 36 nömrəli, 1 mərtəbəli binanın, 1-ci mərtəbəsində, 29.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 1 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı ½ hissə, Cavabdeh ½ hissə adların daşınmaz əmlakın dövlət reyestrində 175 nömrəli reyestr kitabının 18545 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən İddiaçı Qulamvnanın cavabdeh X1rşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər İddiaçı Qulamvna və X8 arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı ev iddiaçının və cavabdehinin ½ hissədə paylı mülkiyyətindədir. Hazırda iddiaçı ½ hissəsdə mülkiyyətçi olduğu evə köçmək isdəsə də, digər ½ hissədə mülkiyyətçi olan cavabdeh iddiaçının paylı mülkiyyətində olan yaşayış evinə maneə yaratdığından , o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 213.1, 213.2, 215.1, 215.2ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi və ilkin iddia tələbi üzrə mənzilə köçürülmə tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfin məhkəmə iclasında iştirakı qanun çərçivəsində təmin olunmamış və nəticə etibarı ilə qanuni məhkəmə çəkişməsi prinsipi məhkəmə tərəfindən kobud şəkildə pozularaq mülki işə baxılmış, iddiaçı tərəfin qanunsuz və əsassız mülahizələri ilə kifayətlənmiş və sonuncun xeyrinə qətnamə qəbul edimişdir. Digər tərəfdən cavabdeh tərəfindən elektron məhkəmə üzərindən qarşılıqlı iddia ərizəsi irəli sürərək sonuncu məhkəmə prosesini səhətində yaranmış problemlə əlaqədar, habelə cavabdeh tərəfindən verilmiş sorğuya cavab ala bilmədiyinə görə məhkəmə prosesini təxirə salınması xahiş olunsa da, məhkəmə heç bir əsas gətirmədən və cavabdehin iştirakı olmadan qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərək, məhkəmə araşdırmasını tələb etmək, cavabdeh tərəfin məhkəmə çəkişməsində iştirak etmək, məhkəmədə dinlənilmək hüquqlarını kobud şəkildə pozaraq əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh tərəfindən irəli sürülən qarşılıqlı iddia ərizəsində qeyd edilmişdir ki, ilkin iddia tələbi üzrə cavabdeh tərəf ilkin iddia tələbini qəbul etmir və hesab edir ki, İddiaçı mülkiyyətində və istifadəsində başqa yaşayış sahəsi olduğundan ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli və nəticə etibarı ilə iddia predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən mənzilin dəyəri iddiaçı və cavabdeh arasında bölünməlidir. Cavabdeh tərəf iki qızı ilə birilikdə ünvan 5 ünvanında yerləşən mənzildə yaşayır və həmin mənzil 2 otaqdan ibarət olmaqla 29 kv.metr yaşayış sahəsinə malikdir. İddiaçının mülkiyyətində başqa yaşayış yeri olduğundan onun cavabdehin yaşadığı mənzilə köçürülməsinə ehtiyacı və lüzum yoxdur. Həmçinin bildirir ki, İddiaçı ilk əvvəl cavabdehə ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə “Paylı mülkiyyətdə olan payın naturada ayrılması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş üzrə İddiaçı ünvan 5 ünvanında yerləşən mənzildə ½ hissədə payının naturada bölgüsünün mümkün olub-olmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 10/1830 saylı, xx.xx.2020-ci il tarixli rəyində qeyd olunan mənzildə mülkiyyətçilərin ½ hissədə paylarının naturada bölgüsünün mümkün olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla yekun məhkəmə aktı qəbul edildiyindən Sabunçu Rayon Məhkəməsinin 2(008)-1236/2023 saylı, xx.xx.2023-cü ləğv edilməli, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi, ilkin iddia tələbi üzrə mənzilə köçürülmə tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
10. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, mülki iş üzrə iddia predmetini təşkil edən mənzil tərəflərə analarından miras qalmışdır. Bundan əvvəlki qətnaməyə əsasən mənzil bölünmüşdür. Əmlakın notariatda bölünməsi ilə bağlı 2 məhkəmə işi olmuş və iddia rədd edilmişdir. Birinci əmlakın qiymətləndirilməsi zamanı 75 min manat deyilmişdi, onlar da buna etiraz ediblər. Ekspertiza keçirildi və qiymətləndirmə 55 min manat oldu. İddiaçı bu məbləğlə razılaşmayaraq mənzilin paylara uyğun naturada bölgüsü haqqında və yenidən məhkəmə tikinti ekspertizasının keçirilməsi haqqında ərizə və vəsatətlərlə məhkəməyə müraciət etdi. Məhkəmə vəsatəti təmin etməsə də iddia tələbinin dəyişdirilməsi haqqında ərizəni qəbul edərək pozuntuya yol vermişdir. Cavabdeh tərəf iki qızı ilə birilikdə ünvan 5 ünvanındakı mənzildə yaşayır. Mənzilin sahəsi çox azdır. MKİS-nin 68 saylı arayışdan aydın olur ki, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi 19 saylı, evin 79 saylı mənzil iddiaçının mülkiyyətindədir və faktiki olaraq da orada yaşayır. Şəxsin başqa yerdə faktiki yaşayışı var. Mənzilinin 1/2 hissəsində iddiaçının pay hüququnun olması ona yaşayış hüququnu vermir. Rayon məhkəməsi işin hallarını araşdırmadan qətnamə qəbul edib. Dəlillərə düzgün qiymət verilməmişdir. Onlar mənzilin 55 min manat dəyərində bölünməsinə razılıq versələr də iddiaçı 60 min manat istəyir.
11. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirir ki, bacısı onunla evə görə düşmən olmuşdur. Bacısı ona əziyyət vermək istəyir, şikayətinin təmin edilməsini xahiş edir.
12. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Bacısı onu evdən qovub, anasını da evdən qovmuşdu, o öz evini istəyir. Yeni Günəşli qəsəbəsi V yaşayış sahəsi 19 saylı, evin 79 saylı mənzilin çıxarışı ondadır. Amma o ev onun yox, oğlunun evidir.
13. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı həmin mübahisəli mənzildə doğulub böyüyüb. Onlar iki bacıdırlar, mənzil üzərində bərabər hüquqlu şəxslərdir. Apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyası
14. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 213.1 İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
17. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
18. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
19. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, işin müəyyən edilmiş halları odur ki, İddiaçı ilə cavabdeh X8 doğma bacı olmaqla yanaşı mərhum X3 vərəsələridir, anaları vəfat etdikdən sonra mübahisəli mənzil üzərində tərəflərin ½ payı müəyyən olunmuşdur.
25. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı və X4 mübahisəli mənzil üzərində ½ hissə pay hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
26. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsini xahiş edir.
27. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisə predmeti olan mənzil tərəflərin paylı mülkiyyətində olduğundan iddiaçının da həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüququ vardır. İddiaçının mülkiyyətində başqa əmlakın olması ona hazırkı paylı mülkiyyətində olan mənzildən istifadə etmək hüququnu məhdudlaşdırmır.
29. Apellyasiya şikayətinin dəlili olaraq qeyd olunur ki, iddiaçı mübahisəli mənzilin naturada bölünməsi tələbi ilə məhkəməyə müraciət etsə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-84/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməyə əsasən İddiaçı Qulamvnanın cavabdeh X1rşı “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 36 saylı evin 1-ci mənzilinin onun mülkiyyətində olan ½ hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər İddiaçı Qulamvna və X8 arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.
30. Mülki Məcəllənin 221-ci maddəsində qeyd edilir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir.
31. Hazırkı halda iddiaçının paylı mülkiyyət hüququna xitam verilməsi halı iş materialları ilə müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan mübahisəli mənzillə bağlı mülkiyyət hüququnun – sahiblik, istifadə hüququnun həyata keçirilməsi təmin edilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
34. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev