Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2827/2025 29.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 2(002)-544/2024 saylı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli qərardaddan İddiaçı vəkil (nümayəndə) Nümayəndə1 vasitəsi ilə verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən çıxarılma tələbi barədə” iddiasına dair mülki işə baxmış Qaradağ Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdehlərdən biri – Aleksandr Volski vəkil (nümayəndə) Nümayəndə2 vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə apelyasiya şikayəti, şikayətin prosessual müddətin ötürülməklə verilməsi əsası ilə qaytarılmasını qərara alınmışdır. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Aleksandr Volski, iş üzrə qəbul edilmiş və poçt xidməti vasitəsi ilə ona göndərilmiş qətnaməni xx.xx.2025-ci il tarixdə qəbul etmiş, lakin apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Bununla da o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş 1 aylıq prosessual müddəti ötürmüşdür. Bundan sonra, cavabdeh Aleksandr Volski qətnamədən bir daha apellyasiya şikayəti vermişdir. O eyni zamanda “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. “Prosessual müddətin bərpası barədə” ərizə onunla əsaslandırılmışdır ki, Aleksandr Volski Rayon Məhkəməsini iş üzrə qəbul etdiyi qətnamədən xəbərsiz olmuşdur. Qətnamə poçt şöbəsi tərəfindən ona xx.xx.2025-ci il tarixində verilmiş və o, qətnamədən apellyasiya şikayətini vaxtında, yəni xx.xx.2025-ci il tarixdə vermişdir. “Prosessual müddətin bərpası barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin təmin edilməsini, prosessual müddətin Aleksandr Volski tərəfindən ötürülməmiş hesab edilməsini və baxılması üçün apellyasiya şikayətin mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 2 saylı Poçt filialının məhkəməyə verdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məhkəmə tərəfindən göndərilmiş qətnamə Poçt Şöbəsinin poçtalyonu X4 tərəfindən Cavabdeh1 xx.xx.2025-ci il tarixdə təqdim edilmiş və sonuncu bu barədə “F-8 jurnalı”na imza etmişdir. Belə olan halda qəbul edilməlidir ki, Aleksandr Volski prosessual müddəti ötürməmişdir. İş üzrə iddiaçı vəkil (nümayəndə) vasitəsi ilə həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini, Aleksandr Volski tərəfində verilmiş “prosessual müddətin bərpası barədə” ərizəsinin rədd edilməsini və Aleksandr Volski tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, cavabdeh Aleksandr Volski qətnaməni xx.xx.2025-ci il tarixdə almışdır. Bundan başqa məhkəmə qətnaməsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sisteminə yüklənilmişdir. Deməli iş üzrə tərəflər, o cümlədən Aleksandr Volski və onun vəkili (nümayəndəsi) Nümayəndə2 həmin qətnaməni artıq xx.xx.2025-ci il tarixdə almışlar. Buna görə də hesab edilməlidir ki, Aleksandr Volski prosessual müddəti ötürmüşdür. Prosessual müddəti ötürmüş Aleksandr Volski bunu məhz üzürlü səbəbdən baş verməsini təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Lakin Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayət üzrə apellyasiya baxışının yazılı icraat qaydasında, yəni iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətə yazılı icraat qaydasında baxan Məhkəmə şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən iş üzrə tərəflər qətnamə onlara rəsmi qaydada verildikdən sonra 1 ay müddətində və bir qayda olaraq “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə apellyasiya şikayəti verə bilərlər (maddələr 10- 1.2., 233.1. və 360.). Qeyd edilən müddət keçdikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.3.). Prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (maddə 128.3.). Göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır və 1 ayın tamamında bitir. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayətdə qətnamənin Cavabdeh1 və onun vəkilinə (nümayəndəsinə) xx.xx.2025-ci il tarixdə elektron qaydada təqdim edilməsini bildirsə də, iş materiallarından və “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan bu hal müəyyən edilmir. Bununla yanaşı Məhkəmə iş materiallarına əsasən bildirir ki, Aleksandr Volski ilə vəkil Nümayəndə2 arşında “Hüquqi yardımın göstərilməsi barədə” müqavilə xx.xx.2025-ci il tarixdə bağlanmış və elə həmin tarixdə də Aleksandr Volski vəkilə etibarnamə vermişdir. Belə olan halda müəyyən edilir ki, vəkil Nümayəndə2 təmsil etdiyi Aleksandr Volskinin adınan yalnız xx.xx.2025-ci il tarixdən sonra prosessual hərəkətləri edə bilərdi. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçının şikayətinin müzakirə edilən bu dəlili əsassızdır. İddiaçının digər dəlili ondan ibarətdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə kağız daşıyıcıda poçt şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə bildirir ki, bu hal iş materiallarından müəyyən edilmir. Əksinə "xxxx" MMC-nin 2 saylı Poçt filialının Rayon Məhkəməsinə verdiyi xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Rayon Məhkəməsi tərəfindən göndərilmiş qətnamə Poçt Şöbəsinin poçtalyonu tərəfindən Cavabdeh1 xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Qətnamənin poçt xidməti tərəfindən Cavabdeh1 xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə təqdim edilməsi əsas götürümüş olsa belə, müəyyən edilir ki, Aleksandr Volski prosessual müddəti ötürməmişdir. Belə ki, qətnamə (ehtimal ilə) xx.xx.2025-ci il tarixdə Cavabdeh1 təqdim edilibsə, deməli apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət ona münasibətdə xx.xx.2025-ci il tarixdə bitmişdir. Lakin nəzərə alınmalıdır ki, xx.xx.2025-ci il tarix qeyri-iş günü (həftənin şənbə günü) olmuşdur. MPM-in 129.2-ci maddəsinə görə, müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Belə olan halda qəbul edilməlidir ki, Aleksandr Volski növbəti iş günü (həftənin bazar ertəsi günü) sayılan xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini verə bilərdi. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan iddiaçının verdiyi şikayət əsassızıdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı vəkil (nümayəndə) Nümayəndə1 vasitəsi ilə verdiyi şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2827/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2827/2025
29.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver