Məhkəmə qərarları › İş №2(103)-2830/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2830/2021

01.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2830/2021 01.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X15 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5316/2020 nömrəli qətnaməsindən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 55 və 58 saylı mənzillərinə dair X3 adına yazılmış xx xxxxxx 2006-cı il tarixli, 0161 saylı orderin verilməsinə əsas olmuş 41 saylı protokolla rəsmiləşdirilmiş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2004-cü il tarixli birgə qərarının (protokolun) etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən yataqxana binasının 3cü mərtəbəsində yerləşən yaşayış sahəsi 36 kv.m olan 55 və 58 saylı mənzillərinə dair X3 adına yazılan Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin 12fevral 2006-cı il tarixli, 0161 saylı orderinin ləğv edilməsi və X3, X4, X7 yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi barədəqətnaməçıxarılmasınıxahişetmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vətəndaş X11 Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə xx xxxxx 2019-cu il tarixdə yazılı ərizə ilə müraciət edərək təqdim etdiyi Bakı “Radioquraşdırma” İstehsalat Birliyininxx xxxxxx 2006-cı il tarixli, 0161 saylı orderin və adıçəkilən müəssisənin həmkarlar ittifaqı komitəsinin müdiriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının xx xxxxxx 2004-cü il tarixli, 41 saylı protokolundan çıxarışın kserosurətlərinə əsasən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 55 və 58 saylı mənzillərinə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. Qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 55 saylı mənzilində 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X23 5 nəfər ailə üzvü ilə 58 saylı mənzilində isə 1992-ci ildən Laçın rayon məcburi köçkünü X16 4 nəfər ailə üzvü ilə məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmışşəhərciyəköçürülmüşlər.MəcburiköçkünailəsiköçürüldükdənsonraAbdullayevaOfeli ya Adil qızı gələcəkdə ələ keçirmək məqsədi ilə qeyd edilən binanın 55 və 58 saylı mənzillərinin qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzildə yaşamamışlar. Belə ki, o, ailə üzvləri ilə birlikdə həmin binada keçmiş Bakı “Radioquraşdırma” İB-nin xx xxxx 2003-cü il tarixli, 1 saylı orderi ilə əri X5 istifadəsinə verilmiş, yaşayış sahəsi 36 kv.metr olan 2 otaqlı 3 saylı mənzildə yaşayır. Məcburi köçkün ailələri istifadələrində olan mənzillərdən köçürüldükdənsonraAbdullayeva OfeliyaAdil qızı55 və58 saylımənzilləri əldəetmək məqsədilə qapını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin müvəqqəti yaşamaq üçün adına yazılmış xx xxxxxx 2006-cı il(qeyriişgünübazargünü)tarixli0161saylıyataqxanaorderiiləfaktikiolaraqboşolmayan55və 58 saylı mənzillər onun istifadəsinə verilmişdir. Ofeliya Abdullayeva həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı “Radioquraşdırma” İB ilə də əmək münasibətlərində olmamışdır. Ofeliya Abdullayeva əldə etdiyi xx xxxxxx 2006-cı il tarixli, 0161 saylı orderlə bağlı Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə sorğu verilmiş, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun xx xxxxxx 2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə Ofeliya Abdullayevanın barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adına “Radioquraşdırma” zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və Ofeliya Abdullayeva həmin müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən xx xxxxxx 2004-cü il tarixli, 41 saylı protokolla rəsmiləşdirilmiş xx xxxxxx 2006-cı il tarixli, 0161 saylı yataqxana orderi ilə 55 və 58 saylı mənzillər ona verilmişdir. Goründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. X1 heç vaxt Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən, məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasının 55 və 58 saylı mənzillərinə dair X3 adına yazılan xx xxxxxx 2006-cı il tarixli, 0161 saylı orderin verilməsinə əsas olmuş Bakı “Radioquraşdırma” İstehsalat Birliyinin xx xxxxxx 2004-cü il tarixli, 41 saylı birgə qərarının (protokolun), ünvan 1 ünvanında yerləşən yataqxana binasının 3-cü mərtəbəsində yerləşən yaşayış sahəsi 36 kv.m olan 55 və 58 saylı mənzillərinə dair Bakı “Radioquraşdırma” İstehsalat Birliyi tərəfindən X3 adına yazılan xx xxxxxx 2006-cı il tarixli, 0161 saylı orderinin etibarsız hesab edilməsi və X3, X4, X7 və X6 mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5316/2020 nömrəli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Cavabdeh İstehsalat Birliyi “Radioquraşdırma” Zavoduna qarşı “yataqxanada yaşayış sahəsi ilə bağlı orderin verilməsi barədə birgə qərarın (protokolun), qərara (protokola) əsasən verilmiş orderin etibarsız hesab edilməsi və yaşayış sahəsinə istifadə hüququnun itirilməsi”nə dair iddia tələbinin rədd edilməsi, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5316/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İdiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, "Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li Qərarına (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxx 1994-cü il tarixli, 4 saylı və xx xxxxxx 1998-ci il tarixli, 4 saylı qərarları ilə edilmiş düzəlişlərlə) əsasən Mülki Məcəllənin 85-ci maddəsinə müvafiq olaraq vətəndaşların qanunsuz yiyələnib mülkiyyətlərinə daxil etdikləri mənzillərin qaytarılmasına dair tələblərə iddia müddəti şamil edilmir. Mövcud mənzil qanunvericiliyinə uyğun olaraq sosial kirayə müqavilələrinə əsasən yaşayış sahələri, yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış aztəminatlı vətəndaşlara verilməsi müəyyən edilmişdir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Müddətsiz verilən orderin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 13İs nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 2 ünvanda yerləşən subay işçilərin işlədikləri müddətdə yaşamaları üçün inşa edilmiş yataqxana binası da balansa qəbul edilmişdir. Göstərilən bina balansa qəbul edilərkən məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə ayrı-ayrı şəxslərin adma orderlərin verilməsinə dair heç bir sənəd təhvil verilməmişdir, (bax: xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı). Yataqxana binası balansa qəbul edilən vaxt tam məskunlaşdırılmışdır. Bina uzun müddət təmirsiz istismar olunduğundan, aşınmaya məruz qalmış və qüvvədə olan sanitar-texniki normaların pozulması ilə yanaşı binanın əlavə konstruktiv yüklənməsinə və istismar müddətinin azalmasına səbəb olmuşdur. Belə ki, binanın divarlarındakı hörgü daşlarında çoxlu sayda çatların yaranması, üzlük daşlarının tökülməsi, bütün mərtəbələrdə mətbəxt və sanitar qovşaqların boşluqlu tavalarının bir çox armaturlarının ciddi korroziyaya uğrayaraq beton mühafizə qatının dağılması, panellərdə əyintilərin əmələ gəlməsi, eləcə də bütün eyvan tavalarının yükgötürmə qabiliyyətlərini itirməsi və bu kimi digər halların mövcud olması müşahidə olunmuşdur. Binanın təcili olaraq yuklüyünün azaldılmasına ciddi ehtiyac vardır. Bundan əlavə, binada dövlət vəsaiti hesabına bərpa və gücləndirmə işlərinin aparılması iqtisadi cəhətdən səmərəsizdir. Bu səbəbdən də, orada yaşayan sakinlər müxtəlif dövlət orqanlarına kollektiv müraciətlər edərək, mənzil şəraitlərinin yaxşılaşdırılması üçün yeni mənzillərlə təmin olunmalarını xahiş etmişlər. Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" xx xxxxxx 2011-ci il tarixli, 1346 nömrəli Sərəncamı ilə təsdiq edilmiş müvafiq X12 nəzərdə tutulmuş tədbirlər çərçivəsində qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsindən 57 ailə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən yeni mənzillərə köçürülmüş və bu barədə yuxarı dövlət orqanlarına müvafiq qaydada hesabat məlumatları verilmişdir. 6 ailə isə müxtəlif səbəblərdən köçmədiklərinə görə faktiki olaraq həmin ünvanda yaşayırlar. Göründüyü kimi qeyd edilən yataqxanada məskunlaşdırılmış 63 məcburi köçkün ailəsi mənzilləri zəbt etməmişlər. Onlar 1992-1993-cü illərdə aidiyyəti dövlət orqanları tərəfindən məlum məsələlərə görə həmin ünvanda yerləşən dövlət mənzil fonduna aid yaşayış sahələrində məskunlaşdırılmışlar və yataqxanada otaqlar yaşamaq üçün onların istifadəsinə verilmişdir. Müəyyən edilmişdir ki, ünvan 1 saylı yataqxana binasının 55 saylı mənzilində 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün kimi X23 5 nəfər ailə üzvü ilə 58 saylı mənzilində isə 1992-ci ildən Laçın rayon məcburi köçkünü X16 4 nəfər ailə üzvü ilə məskunlaşdırılmış, həmin məcburi köçkün ailələri Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Məcburi köçkün ailəsi köçürüldükdən sonra X11 gələcəkdə ələ keçirmək məqsədilə qeyd edilən binanın 55 və 58 saylı mənzillərinin qapısını bağlamış, lakin bir gün də olsun həmin mənzillərdə yaşamamışlar. Belə ki, o, ailə üzvləri ilə birlikdə həmin binada keçmiş Bakı "Radioquraşdırma" İB-nin xx xxxx 2003-cü il tarixli, 1 saylı orderi ilə əri X5 istifadəsinə verilmiş, yaşayış sahəsi 36,0 kv.metr olan 2 otaqlı 3 saylı mənzildə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 131s nömrəli sərəncamın əlavəsində göstərilən siyahı üzrə yataqxana binaları xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktına əsasən balansa götürülmüş, həmin yataqxanalarda 1992-1993-cü illərdə məskunlaşdırılmış çoxsaylı məcburi köçkün ailələrinin istifadəsinə verilmiş mənzillərə dair ayrı-ayrı şəxslərin adlarına orderlərin verilməsi barədə sənədlər təqdim edilməmiş, ona görə də, təhvil-təslim aktında da sənədlərin təhvil verilməsi barədə məlumat öz əksini tapmamışdır. Məcburi köçkün ailələri istifadələrində olan mənzillərdən köçürüldükdən sonra X11 55 və 58 saylı mənzilləri əldə etmək məqsədilə qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahələri üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə törədir. O, qanunsuz hərəkətini onunla əsaslandırmışdır ki, məcburi köçkün ailəsi yaşadığı halda güya Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin müvəqqəti yaşamaq üçün adına yazılmış xx.xx.2006-cı il (qeyri iş günü-bazar günü) tarixli 0161 saylı yataqxana orderi ilə faktiki olaraq boş olmayan 55 və 58 saylı mənzillər onun istfadəsinə verilmişdir. O.A.Abdullayeva həmin mənzildə heç vaxt yaşamamış, habelə Bakı "Radioquraşdırma" İB-yi ilə də əmək münasibətlərində olmamışdır. O.A.Abdullayeva əldə etdiyi xx.xx.2006-cı il tarixli, 0161 saylı orderlə bağlı Azərbaycan Respublikasının Mülafıə Sənayesi Nazirliyinə sorğu verilmiş, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunun xx.xx.2020-ci il tarixli, 17/11 saylı cavab məktubu ilə O.A.Abdullayevanm barəsində Departamentə təqdim edilmiş məlumatda bildirilmişdir ki, onun adma "Radioquruşdırma" zavodunun arxivində heç bir sənəd aşkarlanmamış və X11 müəssisədə işləməmişdir. Lakin məcburi köçkün ailəsinin yaşamasına baxmayaraq, guya Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən xx.xx.2004-cü il tarixli, 41 saylı protokolla rəsmiləşdirilmiş xx.xx.2006-cı il tarixli, 0161 saylı yataqxana orderi ilə 55 və 58 saylı mənzillər ona verilmişdir. Göründüyü kimi qeyd edilən protokol və order mənzil qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmaqla əldə edilmişdir. X2 heç vaxt "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodu ilə əmək münasibətlərində olmamışdır, yəni zavodda işləməmişdir. xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsas verən sənəd order sayılır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. X11 tərəfindən təqdim edilmiş xx xxxxxx 2006-cı il tarixli (bazar günü) yazılmış 0161 saylı orderin verilməsinə Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin müdiriyyəti və həmkarlar ittifaqı komitəstnin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş xx xxxxxx 2004-cü il tarixli birgə qərarı əsas olmuşdur. Guya xx xxxxxx 2006-cı il tarixli 0161 saylı orderə əsasən Cavanşir küçəsi, 4 saylı yataqxana binasının 55 və 58 saylı mənzillərinin O.A.Abdullayevaya verilməsi qərara alınmışdır. Qeyd edilənlərə diqqət yetirməklə müəssisə tərəfindən yataqxanada orderin verilməsi ilə bağlı mövcud mənzil qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulduğu öz təsdiqini tapır. "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" Zavodu tərəfindən verilmiş bü cür sənədlərin qarşısı qətiyyətlə alınmalıdır. Qanunvericiliyin qeyd edilən normalarının tələblərinə əsasən yataqxanalarda yaşayış sahələri yalnız iş (və ya təhsil) dövründə yaşamaq (və ya təhsil almaq) üçün verilməsi təsbit edilmiş, yəni idarə, müəssisə və təşkilatlarla yalnız əmək münasibətlərində olan, müəssisədə faktiki olaraq işləyən, yaşayış sahəsinə ehtiyacı olan qismində həmin müəssisədə mənzil uçotunda olan vətəndaşlar iş dövründə yaşamaq üçün yataqxanadan istifadə edə bilər. Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixli, 48 saylı məktubla cavabdeh "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavoduna müraciət edilərək məcburi köçkünlərin məskunlaşdırıldığı yaşayış sahələrinə hansı əsaslarla orderlərin verildiyi və ona əsas verən sənədlərin təqdim olunması xahiş edilmişdir. "Cavabdeh" İstehsalat Birliyi "Radioquraşdırma" zavodu tərəfindən xx.xx.2019cu il tarixli, 02/47 cavab məktubu ilə bildirilmişdir ki, ünvan 1 saylı yataqxana binası xx.xx.2007-ci il tarixdən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verildiyindən həmin dövrdən məcburi köçkünlər məskunlaşdığı otaqlara müəssisə ilə əmək münasibətlərində olan işçilərinin heç birinə order verilməmişdir. Əvvəlki dövrlərdə yataqxanada məskunlaşmaq üçün verilmiş orderlərlə bağlı məlumatın verilməsi mümkün olmamışdır. Göründüyü kimi, məcburi köçkün ailəsinin faktiki olaraq sahiblik edərək istifadəsində olan boş olmayan 55 və 58 saylı mənzillərə X9 orderin verilməsinə əsas kimi göstərilmiş 41 saylı protokolla rəsmiləşdirilmiş xx.xx.2004-cü il tarixli birgə qərarın, həmçinin xx.xx.2006-cı il tarixli, 0161 saylı orderin hüquqi əsası olmamış və bununla bağlı zavodun arxivində heç bir sənəd aşkarlanmamışdır. Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin adı göstərilməklə O.A.Abdullayevanm adına yazılmış order mənzil qanunvericiliyinin tələblərinə zidd olduğundan aşağıda göstərilənlərə əsasən ləğv edilməlidir; "Nümunəvi qaydaları"n 32-ci bəndinin tələbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". İddia tələbini əsaslandırmaq məqsədilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin işçisi X10 iş yerində mənzil növbəsinə götürülməklə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 23 saylı Sərəncamı ilə təsdiq edilməklə verilmiş 002679 saylı, xx.xx.2009-cu il tarixli orderin və qeyd edilən sərəncamın surəti iddia ərizəsinə əlavə edilir. Hansı ki, X11 tərəfindən təqdim edilmiş order əldə edilərkən göstərilən tələblərə birmənalı olaraq əməl edilməmişdir. Həmin qərarın 28-ci bəndinə görə, yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. "Nümunəvi qaydaları"n 32-ci bəndinin tələbinə görə, "İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir". Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatı strukturunda mənzil-kommunal xidməti sahələri bazasında vahid idarəetmə orqanı kimi yaradılmış və ona şəhər təsərrüfatının ən mühüm sahələrini əhatə edən dövlət və ictimai mənzil fondunun istismarını, idarə olunmasını və qorunmasını təşkil etmək, bu sahədə fəaliyyət göstərən idarələrin fəaliyyətini əlaqələndirmək və digər funksiyaları həyata keçirmək vəzifələri həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının verdiyi səlahiyyətlər həddində Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti idarəetmə orqanı funksiyalarını həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarxli 462 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin xx.xx.2006-cı il tarixli 3 nömrəli əmrinə əsasən Bakı "Radioquraşdırma" İstehsalat Birliyi, "Mühəndis Texnikası" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu adlandırılmışdır. Lakin xx.xx.2006-cı il tarixli 0161 saylı order yazılarkən Bakı "Radioquraşdırma" İstehsalat Birliyinə aid blankdan istifadə olunmuşdur. Baxmayaraq ki, order blankı ciddi hesabat sənədi hesab olunur. Bundan əlavə, məhkəmə qətnaməsində göstərilmişdir ki, "Cavabdeh" İstehsalat Birliyi "Radioquruşdırma" zavodunda X8 xx.xx.2006-cı il tarixli order yazılarkən 4 guya mənzil növbəsində olmuşdur. İş materiallarında isə onun mənzil növbəsində olduğuna dair hər hansı bir hüquqi sənəd olmamış, lakin məhkəmə iddianın rədd edilməsi barədə qətnamə qəbul edərkən hansı sübutlara əsaslandığı anlaşılmır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materiallarını, apellyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını cavabdeh tərəfindən verilmiş order və orderin verilməsinə əsas olan sənədlərin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə mübahisə edilən order xx xxxxxx 2006-cı tarixdə verilmişdir. Odur ki, hazırkı mübahisəyə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 49-cu maddəsinin 1-ci abzasının tələbinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci abzasına əsasən, orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi gündən etibarən üç il ərzində irəli sürülə bilər. Maddənin məzmunundan göründüyü kimi ifadə olunmuş müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmə və dayandırılmaq kimi xüsusiyyətlər iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Eyni zamanda həmin müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi tələb olunmur. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aiddir. Göründüyü kimi, mübahisəli mənzilə order xx xxxxxx 2006-cı il tarixdə verilmişdir. Mübahisəli otağın yerləşdiyi ünvandakı yataqxana xx xxxx 2013-cü il tarixdə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Lakin iş üzrə iddia tələbi məhkəməyə orderin özündə göstərilən onun verilməsi tarixindən təxminən 14 il, iddiaçının mübahisəli otaqların yerləşdiyi yataqxananı öz balansına qəbul etdiyi tarixdən 6 ildən artıq müddət keçdikdən sonra verilmişdir. Bununlada orderin etibarsızlığı ilə bağlı müəyyən edilmiş müddət ötürülmüşdür. Beləliklə, toplanmış sübutlara məcmu halında qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti üç illik mübahisələndirmə müddəti keçirildiyindən iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5316/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar