Məhkəmə qərarları › İş №2(103)-2835/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2835/2022

15.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2835/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-282/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov Qəsəbəsi, Heyranxanım küçəsində yerləşən 15 saylı evin naturada bölünməklə, ¼ hissəsində olan payının digər payçıların 3/4 hissəsindən ayrılması və giriş-çıxış üçün yolun verilməsi, çıxarışa əsasən istifadədə olan torpaq sahəsindən istifadə etməyi üçün şərait yaradılması eyni zamanda cavabdehlər tərəfindən ona məxsus paya dair mülkiyyət hüquqlarının maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağacabar oğlu 23 mart 1928-ci ildə Bakıda anadan olmuş, Ağacabbar Əliağa oğlunun oğludur. X6 öldüyü tarixə qədər Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Heyranxanım küçəsində yerləşən 15 saylı fərdi yaşayış evində yaşamış, 18 oktyabr 2016- cı il tarixdə vəfat etmişdir. Ölümündən sonra mirasın bölüşdürülməsinə dair məhkəmə mübahisələri Bakı Apelyasiya Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(103)-6006/2019- cu il saylı qətnaməsinə əsasən ilkin iddia üzrə İddiaçı Ağacabar oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-408 saylı, 11.06.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbi qismən , qarşılıqlı iddia tələbi isə tam təmin edilərək, X10 ölümü ilə açılmış mirasla əlaqədar İddiaçı, CabarovƏbdül Ağacabbar oğlu, X7 və Cavabdeh3 hər birinin payı miras əmlak kütləsindən 1/4 olmaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15.01.2020- ci il tarixli, ********** tarixli qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı verilmişdir. X3 hazırda arvadı X4 ilə birlikdə həmin evdə yaşamaqdadır. Lakin hazırda həyat şəraiti çox acınacaqlı- vəziyyətdədir. Buna əsasən payın natura qaydasında bölünərək ona giriş-çıxış qapısının və evin istifadəsində olan torpaq sahəsindən istifadə etməsi üçün şərait yaradılması barədə qətnamə qəbul edilməlidir. Hazırda ailə artıq uzunmüddətdir ki münaqişəli şəraitdə yaşamaqdadırlar. Bakı Baş Polsi İdarəsi, 102 xidməti, Sabunçu Rayon Polis İdarəsi və Prokurorluğunda da bununla bağlı kifayət qədər şikayətlər mövcuddur. Hazırda payın bölünərək giriş çıxış qapısının ayrılmaması daha ağır nəticələrə səbəb ola bilər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-282/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı A.Cabbarov məhkəməyə iddiadan imtina barədə ərizə təqdim edərək onun qəbul edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehlər Ə.Cabbarov, Cavabdeh3 və onun nümayəndəsi və vəkili Y.Məmmədov iddiadan imtina barədə ərizənin qəbul edilməsinə etirazlarının olmadığını bildirdilər. Kollegiya iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən həmin cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbindən imtina edilməsi barədə ərizə təmin edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-282/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191.1, 191.2, 263, 264, 370, 391, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-282/2021 saylı, 04.08.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar