Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2835/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun, faizlərin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-177/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsindən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 60 ay müddətinə, illik 28% olmaqla, 200.000 manat kredit xətti açmışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685- 2022 saylı kredit xətti müqaviləsinə 1 saylı əlavə ilə borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28% olmaqla, 80.000 manat, xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsinə 2 saylı əlavə ilə borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28% olmaqla, 50.000 manat kredit vermişdir. İpoteka saxlayan “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022-İP saylı ipoteka müqaviləsi ilə ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzildir. Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-ci il tarixli 12/685-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı pulun tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra isə tələbini dəqiqləşdirməklə, məhkəmədən cavabdehlərdən kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli 9/3952 nömrəli expert rəyinə əsas borc xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə) isə əsas borc üzrə 70693,86 manat faiz borcu üzrə 10446,98 manat, cərimə borcu üzrə 20780,67 manat borcun cəmi məbləği 101921,51 manat və xx.xx.2023-ci il tarixli kredit xətti müqaviləsi üzrə borcunun məbləği əsas borc xx.xx.2024-cü il tarixə (rəyin tərtib olunduğu tarixə ) isə əsas borc üzrə 38621.87 manat faiz borcu üzrə 5707,45 manat , cərimə borcu üzrə 3671,8 manat , borcun cəmi məbləği 48001.12 manat məbləğində pulun tutulması və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 450 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan 240000 (iki yüz qırx min) manat qiymətləndirilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması və İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə 12/685-2022 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin xx.xx.2022-ci il tarixli 1 Saylı əlavəsinin 2.1 bəndinə əsasən ona 80.000 manat məbləğində birinci kredit məbləği (tranşı) və həmin kredit xətti müqaviləsinin xx.xx.2023-ci il tarixli 2 Saylı əlavəsinin 2.1 bəndinə əsasən isə 50.000 manat məbləğində ikinci kredit məbləği (tranşı) ayrılmışdır.Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-ci il tarixli 12/685-2022 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” borclu Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Həmçinin borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC-i ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 2.1-ci maddəsinə əsasən ipoteka saxlayanla borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2022-ci il və xx.xx.2023-ci il tarixdə 12/685-2022 nömrəli kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi, ipoteka qoyan Cavabdeh1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi: **********92-05301-093080, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. İpoteka müqaviləsi notarial təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və (və ya) faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (əlavə № 1) uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (əlavə № 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə 2 (iki) iş günündən sonra hər gecikdirilmiş gün üçün aylıq ödəniləcək əsas məbləğinin 1%-i həcmində dəbbə (cərimə) ödəyir. Cavabdeh1 kredit müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, kredit müqaviləsinin icrasının təminat üsulu kimi Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili açıq hərracda satılmaqla əldə edilmiş pul vəsaiti hesabına cavabdehlərin iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz və cərimə borcları, həmçinin hazırki iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzili ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə 240.000 (iki yüz qırx min) manat bazar dəyəri 220.000 (iki yüz iyirmi min) manat məbləğində likvid dəyər ilə qiymətləndirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin “İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilinin hərracda satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq ailə üzvləri və digər şəxslər ilə birlikdə mənzildən çıxarılması” hissəsində icraata xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-177/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə əsas borca görə 70963,8 manat, faiz borcuna görə 3354,03 manat, cərimə borcuna görə 7000 manat olmaqla, 81317,83 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə əsas borca görə 38621,87 manat, faiz borcuna görə 1832,29 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, 44125,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 125443,79 (yüz iyirmi beş min dörd yüz qırx üç manat, yetmiş doqquz qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə 125443,79 manat məbləğində pulun tutulması barədə tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 358.000 (üç yüz əlli səkkiz min) manat müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılması, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 (üç yüz əlli dörd) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində vəsaitin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bununla belə, məhkəmə iddiaçının kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması barədə tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, işin hallarından müəyyən eidldiyi kimi iddiaçı xx.xx.2024-cü il tarixdə tərtib etdiyi maliyyə arayışına əsaslanaraq, xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və kredit xətti müqaviləsinin 1 və 2 saylı əlavələri üzrə yaranmış bütün borcu tələb etmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddiaçının məhkəmə mübahisəsinin uzun müddət davam etməsinə görə iddiaçının artırılmış hissədə tələbini əsassız hesab etmişdir. Odur ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin ilk dəfə xx.xx.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq, müqavilə münasibətlərinin məhkəməyə müraciət edilənədək davam etdiyi barədə iddiaçının mövqeyi ilə razılaşaraq o qənaətə gəlmişdir ki, iddia tələbi kredit xətti müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə olan əsas və faiz borcun ekspert rəyi ilə müəyyən edilmiş məbləğdə tutulması hissəsində əsaslı hesab edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, həqiqətən cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra oktyabr, dekabr aylarında yaranmış borcu qismən ödəmişdir və iddiaçının xx.xx.2024-cü il tarixdə göndərdiyi ikinci xəbərdarlıq müqavilədən imtina mahiyyəti daşımamışdır. Beləliklə, məhkəmə hesab edir ki, kredit xətti müqaviləsinə 1 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 70693.86 manat, faiz borcuna görə 3354.03 manat, 2 saylı əlavə üzrə qalıq borcun məbləği əsas borca görə 38621.87 manat, faiz borcuna görə 1832.29 manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə məhkəmə 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləğini aşağıda göstərilənlərə əsasən qismən əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə qalıq əsas borc üzrə məbləği nəzərə alaraq hesab etmişdir ki, 1 saylı əlavə üzrə tələb edilən cərimə məbləği azaldılmalı və 7000 manat məbləğində müəyyən edilməlidir. 2 saylı əlavə üzrə tələb edilən cərimə məbləğini 3671.8 isə məhkəmə əsas borca mütənasib hesab etmişdir. Beləliklə məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə üzrə əsas borca görə 70963,8 manat, faiz borcuna görə 3354,03 manat, cərimə borcuna görə 7000 manat olmaqla, 81317,83 manat məbləğində pul vəsaiti, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə əsas borca görə 38621,87 manat, faiz borcuna görə 1832,29 manat, cərimə borcuna görə 3671,8 manat olmaqla, 44125,96 manat, hər iki müqavilə üzrə ümumilikdə 125443,79 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmaqla, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində qeyd etmişdir ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetinin açıq hərracdan satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borcalan tərəfindən lazımınca icra edilmədiyindən, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqavilə üzrə borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı ekspert rəyi ilə razılaşmış və o qənaətə gəlmişdir ki, ilkin satış qiyməti 358.000 manat məbləğində müəyyən edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinin ləğv olunması, iddianın xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə 1 saylı əlavə üzrə və xx.xx.2023-cü il tarixli 12.685. 2022 saylı kredit müqaviləsinə 2 saylı əlavə üzrə əsas borc hissəsinin tam, faiz borcu hissəsinin qismən təmin olunması, cərimə borcu hissəsinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə cavabdehlərin məhkəmədə iştirakını təmin etməmiş, Cavabdeh1 iddiaya etirazında göstərdiyi xüsusatları araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişdir. Bununla da prosessual hüquq normalarını pozmuşdur. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat pul vəsaiti iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilmişdir. Bu hal da cavabdehlərin əsas borcunun əsassız şişirdilməsinə səbəb olmuşdur. Həmçinin, birinci instansiya məhkəməsi mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və müvafiq rəylər alınmışdır. Lakin, hər iki rəydə borc düzgün hesablanmamış, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmuşdur. Məhkəmə tərəfindən bu hal aradan qaldırılmamış, ziddiyyətə aydınlıq gətirilməmişdir. Halbuki, komissiyon məhkəməmühasibatlıq ekspertizası təyin edilməklə bu xüsusat aradan qaldırıla bilərdi. Lakin, birinci instansiya məhkəməsi buna əməl etməmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın qiyməti ilə əlaqədar da düzgün mövqe nümayiş etməmişdir. Birinci instansiya məhkəməsi məhz hansı meyara görə əmlakın dəyərinin 358.000 manat qiymətləndirməsini, həmçinin əmlakın 397.000 manat olan bazar dəyərinin deyil, məhz likvid dəyərinin (358000 manat) əsas götürməsini həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsaslandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Bununla da, məhkəmə prosessual hüquq normalarını pozaraq əsassız, ədalətsiz və qanunsuz nəticəyə gəlmişdir. Bundan başqa, məhkəmə tənasübsüz sürətdə yüksək dəbbə pulu kimi iddia tələbinə əks etdirilmiş cərimə faizlərini yüksək məbləğdə təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Lakin məhkəmə sözügedən maddənin tələblərinə riayət etməmişdir, nəyə görə məhz bu məbləği saxladığının səbəbini açıqlamamışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, “İddiaçı BOKT "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunan hesabdan çəxarışdan görünür ki, xx.xx.2023-cü il tarixində borclu tərəfindən ödənilən 30.000 manat pul məbləğinin 17.444 manatı 1 saylı əlavə üzrə, 12.556 manatı isə 2 saylı əlavə üzrə borcdan silinmişdir.” Lakin məhkəmə araşdırmamışdır ki, ödənilmiş 30.000 manat məbləğ kredit borcunun hansı hissəsindən, əsas borcdan,faiz borcundan və ya dəbbə pulundan (cərimə borsundan) silinmişdir. Belə ki, kredit götürən xx.xx.2023-cü il tarixində borcundan 30.000 manat ödəniş etmiş dir. Lakin kredit verən həmin ödənişi dəbbə puluna silmişdir ki, əsas borc dəyişilmədən saxlanılsın və həmin əsas borca əlavə faiz və cərimə borcları hesablansın. Digər tərəfdən məhkəmə cavabdehlərdən borcun tutulmasının, tutmanın ipoteka predmetinə yönəldilməsini və sair qət etsədə kredit xətti müqaviləsinin ləğv olunmasına hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin əsas, faiz və cərimə borcunun tutulması, eləcə də, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Qanun: 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 34.1-ci maddəsinə əsasən İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4.-cü maddəsinə əsaəsn bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685- 2022 saylı kredit xətti müqaviləsindən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana ( Cavabdeh1) 60 ay müddətinə, illik 28% olmaqla, 200.000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Kredit qeyri-yaşayış sahəsinin təmiri üçün götürülmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28% olmaqla, 80.000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2023-cü il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcverən (“Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti”) borcalana (Cavabdeh1) 36 ay müddətinə, illik 28% olmaqla, 50.000 manat kredit verməyi, borcalan isə kreditdən bu müqavilədə nəzərdə tutulmuş məqsədlər üçün istifadə etməyi, kredit üzrə hesablanmış faizləri və əsas borc məbləğini, tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli 677İK/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 07 dekabr 2022-ci il tarixli 1 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixinə 73617,22 manat əsas, 13799,14 manat faiz, 20780,67 manat cərimə olmaqla, cəmi 108197,0 manat, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixinə 39976,9 manat əsas, 7493,44 manat faiz, 3671,8 manat cərimə olmaqla, cəmi 51142,14 manat borcu vardır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 07 dekabr 2022-ci il tarixli, 12/685-2022 saylı zaminlik müqaviləsinə əsasən zamin xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. İpoteka saxlayan “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci maddəsinə əsasən ipoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzildir. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri 240000 manat, likvid dəyəri isə 220.000 manat müəyyən edilir. Cavabdeh2 tərəfindən 9 saylı notariat ofisində yazılan **********196 saylı ərizədə görünür ki, o, birgə nikah dövründə əldə edilmiş əri Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş halda mənzili tərk etmək tələb edilərsə, qeyd şərtsiz yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh1 tərəfindən BOKT "xxxx" MMC-nin xeyrinə yüklü edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 3518 nömrəli reyestr kitabının 330016 nömrəli vərəqində qeydiyyata alınmışdır. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, sonuncuya ipoteka haqqında qanuna əsasən öhdəliyin icra edilməməsi səbəbindən notariusun icra qeydi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla:AZ 1007, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, borclulara xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit xətti müqaviləsinə xx.xx.2022-ci il tarixli 1 saylı əlavə və xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə ödəniş qrafikinə uyğun öhdəliyi icra etmədiklərindən borcun yaranması barədə məlumat verilmiş, borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. “Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanan xx.xx.2024-cü il tarixli bildirişin məzmunundan görünür ki, borclulardan kredit müqavilələri üzrə gecikmədən çıxmaq üçün 1-ci kredit üzrə 25000 manat, 2-ci kredit üzrə 2400 manatı 3 gün müddətində ödəmələrini, əks təqdirdə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası ƏMDX yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2022-ci il tarixli 12/685-2022 saylı kredit xətti müqaviləsi üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən BOKT "xxxx" MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdə göstərilir: Sizin ********** saylı, xx.xx.2023-cü il tarixli elektron müraciətə əsasən ünvan 4 ünvanında yerləşən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. BOKT "xxxx" MMC tərəfindən verilən hesabdan çıxarış məlumatından, həmçinin ekspert rəyindən də görünür ki, xx.xx.2023-cü il tarixində borcalan tərəfindən ödənilən 30.000 manatın 17.444 manatı 1 saylı əlavə üzrə, 12.556 manatı isə 2 saylı əlavə üzrə silinmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3965 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,40 kv.m olan, 3 otaqlı əla təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 397.500 (133,40 x 2980,00) manat, likvid dəyər təqribən (397.500- 10%)358000 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 100 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3952 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 3354,03 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 3518,98 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 70693,86 manat, faiz borcu üzrə 10446,98 manat, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu üzrə 1832,29 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu 1922,51 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 38621,87 manat, faiz borcu üzrə 5707,45 manat hesablanmışdır. Ekspertiza tədqiqatının dəyəri 100 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 9/10642 saylı ekspert rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, 12/685-2022 saylı kredit müqaviləsinə 1 saylı əlavə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 79101.00 manat, faiz borcu üzrə 5660,12 manat, xx.xx.2023-cü il tarixli 2 saylı əlavə üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 46260,87 manat, faiz borcu üzrə 3310,22 manat hesablanmışdır Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış borcu ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat pul vəsaiti iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilməsini, bu halın da cavabdehlərin əsas borcunun əsassız şişirdilməsinə səbəb olmasını, mülki iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin etməklə və müvafiq rəylər alınsa da, hər iki rəydə borcun düzgün hesablanmamasını, rəylər arasında ziddiyyət və fərqlilik mövcud olmasını nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə məbləğin hansı qaydada silinməsi cədvəllər tərtib edilməklə göstərilmişdir. Apellyator ekspertiza rəylərinin düzgün olmaması və rəylər arasında ziddiyyətin konkret nədən ibarət olmasını açıqlamamış, məbləğlərin şişirdilməsinə dair sübutlar təqdim etməmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə müqavilələrdən imtina edərək müqavilə münasibətlərinə xitam vermişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq, iddiaçının məhkəmə mübahisəsinin uzun müddət davam etməsinə görə iddiaçının artırılmış hissədə tələbi əsassız olmuşdur. Həmçinin işin halları ilə müəyyən edilmişdir ki, həqiqətən cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra oktyabr, dekabr aylarında yaranmış borcu qismən ödəmişdir və iddiaçının xx.xx.2024-cü il tarixdə göndərdiyi ikinci xəbərdarlıq müqavilədən imtina mahiyyəti daşımamışdır. Bundan başqa mübahisənin həlli üçün yaranmış borc məbləğinin hesablanması zərurəti olduğundan birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd olunan halın, yəni borcun müəyyən edilməsinin xüsusi bilik tələb etdiyini və məhkəmənin bu sahədə xüsusi biliyə malik olmamasını, eləcə də qeyd olunan rəyi şübhə altına alan hər hansı halın müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz ekspert rəyinə əsasən müəyyən edilməlidir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində borcun məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Digər tərəfdən cavabdeh qətnaməni cərimə borcu hissəsində də mübahisələndirmişdir, bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 1 saylı əlavə üzrə 70693,86 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 20780,67 manat cərimə borcu hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 7000 manat həddində müəyyənləşdirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası eyni zamanda 2 saylı əlavə üzrə tələb edilən cərimə məbləğinin 3671.8 əsas borca mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə ödənilmiş 30.000 manat pul vəsaitinin iddiaçı tərəfindən əsas borca deyil, cərimə borcuna yönəldilməsini qeyd etsə də bu barədə mötəbər sübutlar təqdim edilməmiş, həmçinin ekspert rəyi ilə ilə həmin hal müəyyən edilməmişdir. Cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətini də mübahisələndirmişdir. Həmin dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin dəyərinin müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 9/3965 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, ev 17, 19, mənzil 61; Yeni qaydalarla: AZ 1007, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 133,40 kv.m olan, 3 otaqlı əla təmirli mənzilin mövcud orta bazar dəyəri təqribən 397.500 (133,40 x 2980,00) manat, likvid dəyər təqribən (397.500-10%) 358000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi məhz hansı meyara görə əmlakın dəyərinin 358.000 manat qiymətləndirməsini, həmçinin əmlakın 397.000 manat olan bazar dəyərinin deyil, məhz likvid dəyərinin (358.000 manat) əsas götürməsini həmin qiymətlə açıq hərrac yolu ilə satışa çıxarılmasını əsaslandırmamış, daha doğrusu əsaslandıra bilməmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi qanunun imperativ tələbidir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetinin qətnamədə ilkin satış qiyməti 358.000 manat müəyyən edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, çünki, bu qiymət daha real və likvid dəyəri əks etdirən ilkin satış qiyməti hesab edilir. Başqa sözlə bu qiymət ipoteka predmeti olan yaşayış sahəsinin yerləşdiyi ərazi, mənzil bazarında Bakı şəhəri üzrə olan qiymətlər və.s halları nəzərə alınmaqla real likvid dəyəri əks etdirir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, hətta cavabdeh məhkəməyə iclasın təxiri ilə bağlı ərizə ünvanlamış, iddia ərizəsinə etiraz göndərmiş, ekspertizanın keçirilməsi və işin kommersiya məhkəməsinə göndərilməsi ilə bağlı vəsatətlər də vermişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-177/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə