Məhkəmə qərarları › İş №2(103)-2840/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2840/2023

17.05.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2840/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının nümayəndə-vəkili Vəkil1, cavabdehin nümayəndə-vəkili Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “Azneft” İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsinə qarşı “əmrin və əmək kitabçasındakı qeydin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqı tələbi, xəstəlik vərəqəsi üzrə ödənişlərin ödənilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Pirallahı Rayon Məhkəməsinin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsindən sorğu daxil olmuş və həmin məhkəmənin e-2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində düzəlişlər edilməsinə dair iddiaçının nümayəndə-vəkilinin ərizəsinə baxılması üçün mülki işin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən tərəflər mülki işin baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Pirallahı Rayon Məhkəməsinin e- 2(094)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində düzəlişlər edilməsinə dair iddiaçının nümayəndə-vəkilinin ərizəsinə baxılması üçün mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: 2(103)-2840/2023 saylı mülki iş baxışdan çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar