Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2841/2025 25.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2011/2023 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M. Maqomayev adına Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi, işlədiyi müddət ərzində hər ay üçün almalı olduğu əmək haqqının məhkəmə tərəfindən hesablanaraq işəgötürən tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, 2(009)- 2011/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xx.xx.2023-cü il tarixli, 248 saylı əmrinin ləğv edilməsi, İddiaçı F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının xor artisti vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1170/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı (vəkili Səfərov X3) kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək, qətnamənin tamamilə ləğv edib, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-42/2025 nömrəli, 04 fevral 2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2024-cü il tarixli, 2(103)-1170/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Hazırda hər iki tərəfin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, mülki mübahisənin barışıq yolu ilə həll edilməsi haqqında tərəflərin razılığa gəlindiyini bildirərək, tərəflər arasında bağlanan 25 avqust 2025-ci il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, mübahisəyə dair iddiaçı tərəflə razılığa gəlinmiş və bu barədə barışıq sazişi də bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili ayrı-ayrılıqda izahat verərək cavabdehlə barışıq sazişi bağlandığını bildirməklə barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdilər. Məhkəmə Kollegiyası izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 384, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2011/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən mübahisəni tamamilə və birdəfəlik qaydada bu sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.
2. Sazişin icrası: 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası xx.xx.2023-cü il tarixli, 248 saylı əmrini ləğv edir və həmin tarixdən İddiaçı işə bərpa edir; 2.1.2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq altsisteminə (ƏMAS) müraciət edərək, xx.xx.2023-cü il tarixli, 248 saylı əmrin ƏMAS-də tamamilə ləğv olunmasını təmin edir; 2.1.3 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası xx.xx.2023-cü il tarixli, 248 saylı əmrinin ləğv edilməsi barədə İddiaçı əmək kitabçasında qeyd aparır; 2.1.4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası xx.xx.2023-cü il tarixdən etibarən İddiaçı ilə hazırki barışıq sazişın 2.1.5-ci bəndində qeyd olunan müddətli əmək müqaviləsi bağlanılan tarixinədək məcburi iş buraxmaya görə əmək haqqının tam ödənilməsi təmin edir: 2.1.5. Hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən və İddiaçı işə bərpa olunandan sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası ilə İddiaçı arasında bağlanılan müddətsiz əmək müqaviləsinə dəyişiklik edilərək eyni şərtlərlə 8 (səkkiz) ay müddətinə müddətli əmək müqaviləsi bağlanılır və həmin müddət bitdikdən sonra əmək münasibətləri davam etdirilmir, hər iki tərəfin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddəti uzadılmır və əmək müqaviləsinə xitam verilir. 2.1.6. Başqa iş yeri axtarmağa imkan yaradılması məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası barışıq sazişinin 2.1.5-ci bəndində göstərilən 8 (səkkiz) aylıq müddət ərzində əmək haqqı saxlanılmaqla İddiaçı əmək funksiyasının icrasından azad edir və işə gəlməməsinə icazə verir.
3. Tərəflərin digər öhdəlikləri: 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri hazırki barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdən sonra 1 (bir) ay ərzində və lazımı qaydada icra etmək; 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq. 3.1.3. bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişin 2.1.5-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin qüvvədə olan müddət ərzində cavabdeh iş yerində İiddiaçının şəxsiyyətinə, kollektivdə nüfuzuna, peşəkarlıq səviyyəsinə xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya iddiaçıya hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək. 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-2841/2025 saylı iş üzrə mövcud əmək mübahisəsindən irəli gələn və ya onunla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək. Bu müddəa tərəflər arasında gələcəkdə baş verə biləcək mübahisələrə şamil edilmir. 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişin 2.1.5-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin qüvvədə olan müddət ərzində sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində və ya internet informasiya ehtiyatlarında və ya hər hansı digər formada kütləvi və ya ictimai qaydada bu Sazişin məzmunu, o cümlədən ödənilmiş vəsaitin məbləği və digər məsələlər barəsində statuslar, şərhlər, başqa yazılar dərc etməmək; 3.2.3. bu Saziş qüvvəyə mindikdən sonra bu Sazişin 2.1.5-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin qüvvədə olan müddət ərzində cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını qorumaq; 3.2.4. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün cavabdehə lazımı dəstəyi göstərmək.
4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişi tərəflər 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Bakı Apellyasiya Məhkəməsinə təqdim edilir. Digər iki nüsxə isə hər bir tərəfdə bir nüsxə olmaqla saxlanılır.
İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi M.Maqomayev adına Azərbaycan X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Məmməd Məmmədov