Məhkəmə qərarları › İş №2(103)-2843/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2843/2022

09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2843/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X5, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X5, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) 29.06.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsində hərəkətlərini (hərəkətsizliyni) qanunsuz və AR MM maddələrinə cavab verməyən hesab edilməsi, Ərizəçi1 10.09.2021-ci il tarixli cavabı ilə əlaqədar Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu X2 hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının notariat haqqında” Qanununu rəhbər tutaraq X1 öhdəsinə X3 xətt ekspertizasının təyin edilməsi və 09.09.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X1 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini 09.09.2021 -ci il tarixli ərizə ilə birlikdə və 13.09.2021 -ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X5, Hacıyeva Hicran Qismət qızına olmaqla “notariat hərəkətlərinin aparılmasından şikayətə” dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti 21.01.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəmənin elektron informasiya sisteminə daxil edilmişdir. Lakin apellyasiya şikayəti yeni qüvvəyə minmiş MPM-nin normalarının tələblərinə cavab vermir. Belə ki, oktyabrın 1-dən qüvvəyə minmiş MPM-nin 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). MPM-ə 2 saylı Əlavəsinə əsasən apellyasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Lakin, Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayətindən görünür ki, şikayətdə mübahisələndirilən qətnamədə maddi hüquq normalarının düzgün tətbiq edilmədiyinin nədən ibarət olduğuna dair izah verilməmişdir. Odur ki, MPM-nin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-nin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7308/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən Ərizəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar