Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2845/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2rşı iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların mənzildən çıxarılması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3345/2022 saylı, 20 dekabr 2022-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcra Komitəsinin qərarı ilə təsdiqlənmiş 21 fevral 1988-ci il tarixli, 245150 saylı orderə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzili 6 nəfər ailə tərkibi olan (arvadı, 3 qızı və 2 oğlu) X8 verilmişdir.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 26 aprel 2005-ci il tarixli, ÖM serialı, 232524 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 58,6 m2 sahədən ibarət 5 otaqlı 30 saylı mənzili xüsusi mülkiyyət kimi xx.xx.2005-ci il tarixdə X6 adına rəsmiləşdirilmişdir.
3. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 25 mart 2005-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzilində daimi əsasla 6 nəfər (mülkiyyətçi, onun arvadı, 3 qızı və 2 oğlu) qeydiyyatdadır.
4. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 91,7 m2 sahədən ibarət 30 saylı mənzili mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 2645 nömrəli reyestr kitabının 246417 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin elektron çıxarışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 91,7 m2 sahədən ibarət 30 saylı mənzili mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 05 aprel 2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzilində daimi əsasla 8 nəfər (mülkiyyətçi, onun arvadı, oğlu, qızı, qardaşı, qardaşının keçmiş arvadı (cavabdeh) və qardaşının 2 qızı) qeydiyyatdadır.
7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2954/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, X21 ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cə il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 iddiaçı Cavabdeh yanında saxlanılması, birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq X13 Cavabdeh xeyrinə hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin və 20 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Nərullayevanın cavabdeh X16 qarşı uşaqları - xx.xx.2006-cı il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X18 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilə köçürülməsi və həmin mənzildə yaşamaq hüququnun təmin edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh Nərullayeva tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1204/2023 saylı, 07 fevral 2023-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2233/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Nəsrullayevnanın ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və ona məxsus evdə yerləşdirilmiş əşyaların Cavabdeh Nəsrullayevnanın hesabına mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin 30 saylı mənzili iş yerindən ailə tərkibinə əsasən növbəlilik qaydasında atası Rasim Talıbova verilmiş və onun mülkiyyətində olmuşdur. Həmin mənzil atasının ölümündən sonra vərəsəlik qaydasında əvvəlcə anası İnci Talıbovanın, sonra isə onun mülkiyyətinə keçmişdir. Cavabdeh xx.xx.2005-ci il tarixdə qardaşı X21 ilə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzilə köçmüş, onların xx.xx.2006-cı il tarixdə Elvira, xx.xx.2014-cü il tarixdə isə Emilya adlı iki uşaqları olmuşdur. Onların nikahları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(002)-2954/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Hələ məhkəmə qətnaməsindən qabaq cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxaraq, başqa ünvana getmiş və bir daha geri qayıtmamışdır. Cavabdeh onun ailə üzvü deyil, onunla birgə təsərrüfat aparmır. Hazırda cavabdehin və uşaqlarının mülkiyyətində olan mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Bundan başqa, yuxarıda göstərilən mənzil ona məxsus olmaqla beş otaqdan ibarətdir. Cavabdeh uzun müddət həmin mənzildə yaşamasa da, cavabdehə məxsus əmlak mənzilin bir otağına yerləşdirilmişdir və otağın qapısı bağlanmışdır. Cavabdehə məxsus əşyaların həmin otaqda olması səbəbindən onlar otaqdan istifadə edə bilmirlər.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3345/2022 saylı, 20 dekabr 2022-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, Cavabdeh məxsus olan əşyaların (6 qapılı dolab, güzgülü trümo, sandıq, 2 çarpayı, sokülmüş vəziyyətdə olan “qorka”, xalça) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən çıxarılması, iddianın Cavabdeh yetkinlik yaşına çatmamış uşaqları X17 və X18 ilə birlikdə mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi hissəsində rədd edilməsi, hazırki qətnamənin cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. (hakim X22)
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(002)-2775/2022 saylı qətnaməsi ilə Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən istifadə hüququ yaranmadığından və istifadə hüququ olmadığından həmin mənzilə köçürülməməsi qət edildiyindən, qətnamə qanuni qüvvəyə mindiyindən həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bu səbəbdən iddia mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair hissədə rədd edilməlidir. Cavabdehin həmin mənzildən istifadə hüququ olmasa da, ona məxsus əşyaların iddiaçıya məxsus mənzilin 1 otağına yığılması, bunun nəticəsində iddiaçının öz mülkiyyətində olan mənzildən azad şəkildə istifadə edə bilməməsi səbəbindən mülkiyyətçi kimi iddiaçının hüquqları pozulduğundan cavabdehə məxsus əşyaların mübahisəli mənzildən çıxarılması hissəsində məhkəmə iddia tələbini əsaslı sayaraq bu hissədə iddianı təmin etmişdir. Eyni zamanda, məhkəmə öz mövqeyini cavabdehin yetkinlik yaşına çatmamış ailə üzvləri ilə yuxarıda qeyd olunan mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab etmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 82.3-cü, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə X21 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki uşaqları olmuşdur. Nikaha daxil olduqdan sonra qaynatasına məxsus olan mübahisəli mənzilə köçmüşdür. Həmin vaxtdan da mənzilə qeydiyyata düşməklə orada yaşamışdır. Sonradan qaynatası vəfat etmiş, mənzil vərəsəlik qaydasında qaynanasının adına rəsmiləşdirilmişdir. Qaynanası vəfat etdikdən sonra isə vərəsələr (keçmiş həyat yoldaşı və qaynı) mənzili aralarında bərabər paya böləcəkləri barədə razılaşmışlar. Bir mənzildə iki ailə yaşadığından daim mübahisələr yaranmış, bunun nəticəsində onunla Aynur Talıbov arasında qeydə alınmış nikah məhkəmə qaydasında pozulmuş, uşaqlar onun yanında saxlanmış, hər uşağa görə aliment tutulmuşdur. Nikah pozulsa da 24..12.2021-ci il tarixə qədər həmin mənzildə digər şəxslərlə birlikdə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Aralarında həmin vaxt mübahisə olduğundan evdən məcburi çıxarılmış, evə qayıtmaq istədikdə cavabdehlərin etirazları ilə qarşılaşmışdır. O, bu vaxta kimi müxtəlif yaxın qohumlarının mənzilində iki övladı ilə birlikdə yaşamağa məcbur olmuş, keçmiş həyat yoldaşı alimenti ödəmədiyinə və rəsmi iş yeri olmadığına görə kirayə mənzil tutmağa maddi imkanı çatmamışdır. İki nəfər azyaşlı qız uşağı ilə faktiki olaraq küçələrdə yaşamaq həddinə gəlib çatmışdır. Buna görə də məcbur qalıb məhkəməyə müraciət etmiş, həmin vaxt məlum olmuşdur ki, qaynı mənzili öz adına rəsmiləşdirmişdir. Mülki işi araşdıran məhkəmə diqqət yetirməmişdir ki, iddiaçı mübahisəli yaşayış evinə 2005-ci il tarixdə köçən zaman ev mülkiyyətçiyə bərabər tutulan “qanuni gözləntiyə” malik olan, iddia ərizəsi verilən zaman isə artıq mülkiyyət hüququnu qeydə aldırmış cavabdehlərin mülkiyyətində olmuşdur. İddiaçı 16 il həmin evdə yaşamaqla cavabdehlərlə etibarlı ailə münasibətlərində olmuşdur. Hətta iddiaçının əri vərəsədir və anasının vəfatından sonra mirası faktiki qəbul etmiş, mübahisəyə görə hüquqlarını rəsmiləşdirməsə belə qanunla məcburi pay hüququ saxlanılmışdır. İddia tələbi iddiaçının evə köçürülməsi barədədir. Mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı evin əvvəlki mülkiyyətçiləri ilə etibarlı ailə münasibətlərində olmuş, 16 il onlarla bərabər həmin mənzildə yaşayıb, birgə təsərrüfat aparıb, bundan sonra isə ev qaynının mülkiyyətinə keçib. Tətbiq edilən maddi hüquq normaları işin müəyyən edilmiş hallarına uyğun deyil. Belə ki, mübahisəli mənzil cavabdehin mülkiyyətinə keçməmişdən əvvəl iddiaçının 2005-ci il tarixdə qüvvədə olmuş qanunvericilik normalarına əsasən istifadə hüquqları tanınmışdır. Nəzərə alınsa ki, mülkiyyət hüququ ilə yanaşı, əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir, belə olan halda məhkəmə tərəfindən gəlinən nəticə qanuni və əsaslı deyil. Məhkəmə özü qətnaməsində qeyd etmişdir ki, tərəflər arasındakı mülki münasibətlər 2005-ci il tarixdə, yəni 2000-ci il tarixdən Azərbaycan Respublikasında qüvvəyə minmiş Mülki Məcəllənin qüvvədə olduğu dövrdə yaranmışdır. Belə olan halda məhkəmə Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmalı idi. Mübahisələndirilən evə dair 2022-ci il tarixdə verilmiş çıxarışın olub-olmaması hazırki araşdırmanın predmeti deyil. Tələb yalnız iddiaçının azyaşlı uşaqları ilə birlikdə qanunsuz məhrum edildiyi yaşayış sahəsinə köçməsindən və əsassız müdaxilələrin qarşısının alınmasından ibarətdir. Hətta məhkəmənin istinad etdiyi qanunvericilik baxımından yanaşsaq belə, bu hal yenə də iddianın təmin edilməməsinə əsas vermir. Ona görə ki, işin hallarından görünür ki, iddiaçının keçmiş ərinin də həmin əmlakda payı mövcuddur. Evin ilk mülkiyyətçisi öldüyündən onun vərəsəsi olan Aynur Talıbovun da həmin mirasda payı olmuş olur. Bundan əlavə olaraq o 2005-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamış, yuxarıda qeyd edilən kimi mənzili həmin dövrdə dəfələrlə təmir edilmişdir, o da işləyib, qazancını ailəsinə xərcləmişdir. Övladları orada doğulmuşdur. Bu qədər müddət ərzində o evdə, yoldaşının ata-anasıilə birlikdə yaşamış, onlara qulluq göstərmişdir. Həmin mənzildən istifadə etmək, öz övladları ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. İddiaçıya məxsus olan bütün əmlakları həmin mənzildə yerləşir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Cavabdehlərin istifadə hüququna xitam veriləcəyi halda ona kompensasiya ödənilməli idi. Birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə öz qətnaməsini kifayət qədər əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə məlumat verilmədən işə baxmış, nəticədə cavabdeh qarşılıqlı iddia qaldırmaq, o cümlədən mübahisəli mənzildə olan ona məxsus əşyaları da mübahisələndirmək hüququndan məhrum olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və şikayətin təmin edilməsini, iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən İddiaçı, habelə onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, iş üzrə birinici instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına görə 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
26. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilib iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə birinci instansiya məhkəməsinin mövqeyini, o cümlədən tətbiq edilmiş maddi və prossesual hüquq normalarını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərinin mahiyyətinə hüquqi qiymət verərkən səhvə yol vermiş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməyərək, öz mövqeyini düzgün əsaslandırmamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işdə olan sübutlar əsasında yeni qətnamə çıxarılmalıdır.
29. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmamasının onun bu mənzilə köçürülməsi tələbinə dair iddiası üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, 2(002)- 2775/2022 saylı qətnamə ilə müəyyən edilməsinə istinad edərək, məhz bu əsasla həmin tələbi rədd etmiş və qeyd edilən münasibətləri tənzimləyən maddi hüquq normalarını tətbiq etməmişdir. Halbuki, bu qətnamə həmin vaxt qanuni qüvvəsini almamış, cavabdeh tərəfindən apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş və yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2233/2023 saylı, 07 iyun 2023-cü il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır (cavabdehin kassasiya şikayəti təmin edilməmişdir). Bu baxımdan həmin vaxt qeyd edilən qətnamə üzrə müəyyən edilmiş faktlar hazırki iş üzrə preyudisiyal əhəmiyyətə malik ola bilməzdi.
30. Digər tərəfdən məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasında iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizəni məhkəmə icraata götürmüş, bundan sonra işə mahiyyəti üzrə baxılmasının başlandığını bildirmiş və iddiaçı tərəfin mülahizələrini aydınlaşdırdıqdan sonra işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxararaq, işə baxılmasını 6 gün sonrakı, yəni xx.xx.2022-ci il tarixə təyin etmiş, lakin tələbin dəyişdirilməsi barədə ərizəni cavabdehə göndərməmişdir (iş materiallarına əlavə edilmiş zərfdə yalnız xx.xx.2022-ci il tarixli məhkəmə bildirişi mövcuddur, i.v. səh. 39). Halbuki, tələbin dəyişdirilməsi barədə ərizə verildiyindən məhkəmə həmin ərizənin cavabdehə göndərilməsini təmin etməli (bunun üçün kifayət qədər müddət də var idi) və bu baxımdan iş üzrə daha bir hazırlıq iclası təyin etməli idi. Nəzərə alınmalıdır ki, işin məhkəmədə baxılmasına hazırlıq mərhələsində (hazırlıq iclasında) işə mahiyyəti üzrə baxılmasına isə ümumiyyətlə yol verilmir.
31. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, iddiaçı cavabdehin keçmiş qaynıdır (həyat yoldaşı X15 qardaşıdır). Cavabdehlə X21 arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və bundan sonra cavabdeh mübahisəli mənzilə köçərək, müddət etibarı ilə 2005-2019-cu illərdə orada uşaqları və həyat yoldaşı ilə birlikdə yaşamışdır. Tərəflər arasında bağlanmış nikah 2019-cu ildə məhkəmə qaydasında pozulmuşdur.
32. Mübahisəli mənzil Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcra Komitəsinin qərarı ilə təsdiqlənmiş 21 fevral 1988-ci il tarixli, 245150 saylı orderə əsasən yaşamaq hüququ ilə iddiaçının atası X6 istifadəsinə verildikdən sonra, xx.xx.2005-ci il tarixdə sonuncunun həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bununla belə, cavabdeh xx.xx.2005-ci il tarixdə nikaha daxil olduqdan sonra hüquqi nəticə etibarı ilə artıq qaynatası olmuş X11 order əsasında istifadəsində olan deyil, bilavasitə mülkiyyətində olan mənzilə köçmüşdür. Həmin mənzil vərəsəlik qaydasında onun ölümündən sonra xx.xx.2017-ci il tarixdə iddiaçının anası X7, sonuncunun ölümündən sonra isə xx.xx.2022-ci il tarixdə iddiaçının mülkiyyətinə keçmiş və hazırda da onun mülkiyyətindədir. Cavabdehlə birgə nikahda olduğu və mübahisəli mənzildə yaşadığı bütün dövr ərzində həmin mənzilin hər hansı əsasla və hər hansı müddətdə onun keçmiş həyat yoldaşı X15 mülkiyyətində olduğu müəyyən edilmir.
33. Hazırda iddiaçı mənzilin vərəsəlik qaydasında onun mülkiyyətinə keçdiyini, cavabdehin 2019-cu ildən mənzildə yaşamadığını, onun ailə üzvü olmadığını, ona məxsus əşyaların hazırda mənzilin bir otağında saxlanması səbəbindən həmin otaqdan istifadə edə bilmədiyini iddia edir və onun istifadə hüququna xitam verilməsini, habelə ona məxsus əşyaların çıxarılmasını tələb edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquq mövcud olmadığı halda onun xitamından söhbət gedə bilməz.
35. Məhkəmə kollegiyası mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 2005-ci ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin Mülki Məcəllənin 228-ci maddəsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu maddəsində və bu maddələrdən irəli gələn bəzi məsələlər üzrə Konstitusiya Məhkəməsinin aidiyyəti Qərarlarında verilən şərhlərdə hüquqi nəticə etibarı ilə istifadə hüququnun yaranmasına, xitamına və bu hüquqdan irəli gələn digər məsələlərə "ailə üzvlüyü", “digər ailə üzvlüyü” və “digər qohumlar” prizmasından yanaşılır. Eyni zamanda, bu hüquqi anlayışlarla yanaşı Mülki Məcəllənin 228.1-ci maddəsində "digər şəxslər" məfhumundan da istifadə edilir və Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddəsinin tələblərinə əsasən digər şəxslər, bir mənalı olaraq yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın və ya belə şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmiş olsun. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
36. Bununla belə, cavabdeh 2022-ci ildə mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçıya münasibətdə “ailə üzvü” deyil, onun qardaşının həyat yoldaşı olaraq (artıq nikahda pozulmuşdur və bu baxımdan qardaşının da keçmiş ailə üzvüdür) “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur.
37. Mənzilin 2017-2022-ci illərdə mülkiyyətçisi olmuş X12 (artıq keçmiş qaynanası) münasibətdə isə “digər qohum” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin bu mülkiyyətçinin ailə üzvü hesab edilməsi üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən onun mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququnun olub-olmaması müəyyən edilməlidir.
38. Məhkəmə kollegiyası bu tələb üzrə vurğulayır ki, hazırki mübahisədən əvvəl cavabdeh keçmiş həyat yoldaşına (iddiaçının qardaşına) qarşı bu mənzilə köçürülmə tələbinə dair iddia irəli sürərək, mənzilə olan hüquqlarını mübahisələndirmiş, iddiaçı da mənzilin mülkiyyətçisi olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində həmin işə cəlb edilmişdir. Lakin həmin iddia Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2775/2022 saylı, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onun mənzildən istifadə hüququnun olmaması (yaranmaması) əsası ilə rədd edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri də təmin edilməmiş və qeyd edilən qətnamə artıq qanuni qüvvəsini almışdır.
39. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
40. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən mübahisə üzrə 8-ci və 38-ci bəndlərdə göstərilən (həmin mülki işə iddiaçı da cəlb edilmişdir) məhkəmə aktları hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, artıq müəyyən edildiyi kimi, mülkiyyətçilər nəzərə alınmaqla cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə hüquqi qiymət verilmiş və nəticədə onun belə bir hüququnun olmaması qənaətinə gəlinmişdir. Məhkəmənin bu mövqeyi həm iddiaçının hazırki iş üzrə irəli sürdüyü istifadə hüququnun xitam verilməsi tələbinin, həm də bununla bağlı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu təsdiq edir və bu tələbin rədd edilməsini, eyni zamanda apellyasiya şikayətinin bu hissədə təmin edilməməsini şərtləndirir. Belə ki, mövcud olmayan hüquqa xitam verilə bilməz.
41. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, cavabdeh X7 ailə üzvü hesab edildiyi təqdirdə belə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından 2019-cu ildə onun nikahı pozulduğundan və ailə münasibətlərinə xitam verildiyindən, habelə bu mülkiyyətçi ilə başqa razılaşma olmadığından, bu şəxsin keçmiş ailə üzvü olaraq da onun bu mənzildən istifadə hüququ saxlanılmamışdır.
42. Məhkəmə kollegiyası mənzildə olan və cavabdehə məxsus əşyaların çıxarılması tələbi üzrə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbin dəyişdirilməsi barədə ərizəyə sadə yazılı formada tərtib edilmiş və özündə əşyaların siyahısını əkd etdirən ərizə əlavə edir. irəli sürdüyü tələbdə ümumi şəkildə cavabdehə məxsus olan əşyaların çıxarılmasını tələb edir və bu zaman ərizədə həmin əşyaları dəqiqləşdirmir. Həmin ərizəyə əlavə olunan əşyaların əks olunduğu siyahıda 6 ədəd əşya göstərilmişdir (6 qapılı dolab, güzgülü trümo, sandıq, 2 çarpayı, sokülmüş vəziyyətdə olan “qorka”, xalça). İddiaçı bu əşyalardan başqa mənzildə cavabdehə məxsus olan hər hansı digər əşyanın olduğunu bildirmir. Cavabdeh apellyasiya şikayətində ümumi şəkildə mənzildə əmlakının olduğunu bildirir, lakin həmin əmlakları dəqiqləşdirmir (adı, markası, növü, istehsal ölkəsi və sair). Eyni zamanda, məhkəmə iclasında birinci instansiya məhkəməsində işə onun iştirakı olmadan baxıldığını, nəticədə bu məsələ ilə bağlı qarşılıqlı iddia qaldırmaq, o cümlədən mübahisəli mənzildə olan ona məxsus əşyaları da mübahisələndirmək hüququndan məhrum olduğunu bildirir. Lakin iddiaçı tərəfindən göstərilən əşyalarla yanaşı, ona məxsus olan digər əşyaları nəinki konkret göstərmir, ümumiyyətlə belə əşyalar barədə hər hansı məlumat vermir.
43. Artıq qeyd edildiyi kimi, əşyaların çıxarılması iddia tələbinin dəyişdirilməsi qaydasında, yəni tələb olaraq sonradan irəli sürülmüş və bu barədə ərizə cavabdehə göndərilməmişdir. Belə olan halda, cavabdeh qeyd edilən məsələ ilə bağlı qarşılıqlı iddianı işə apellyasiya instansiya məhkəməsində baxılan zaman, yəni hazırki icraatda da verə bilərdi. Lakin verməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən göstərilən əşyalarla kifayətlənir və mövcud vəziyyətdə bu əşyaların hüquqi nəticə etibarı ilə hər hansı əsas olmadan iddiaçının evində saxlanldığını, bu baxımdan onun mülkiyyət, o cümlədən həmin əşyaların yerləşdiyi otaqdan istifadə etmək hüququnun məhdudlaşdırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, həmin əşyalar mənzildən çıxarılmalıdır.
44. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3345/2022 saylı, 20 dekabr 2022-c ü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, Cavabdeh məxsus olan 1 ədəd 6 qapılı dolab, 1 ədəd güzgülü trümo, 1 ədəd sandıq, 2 ədəd çarpayı, 1 ədəd sokülmüş vəziyyətdə olan “qorka”, 1 ədəd xalça İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sadiyar Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3345/2022 saylı, 20 dekabr 2022cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh məxsus olan 1 ədəd 6 qapılı dolab, 1 ədəd güzgülü trümo, 1 ədəd sandıq, 2 ədəd çarpayı, 1 ədəd sokülmüş vəziyyətdə olan “qorka”, 1 ədəd xalça İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sadiyar Səfərov küçəsi, 6 saylı evin, 30 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.