Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2845/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və X7 qarşı “mənzilin boşaldılması, sökülməsi üçün təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 898/2024 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və X7 qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin cavabdehlər X8 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) tərəfindən boşaldılaraq, İddiaçı QSC-yə təhvil verilməsi və həmin mənzilin İddiaçı QSC tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən ev 12, 23 saylı mənzilin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 47 kv.m ölçüdə təmirli 11 saylı mənzilin 1/2 hissəsi X7 və 1/2 hissəsi Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən cavabdehlər X7 və Cavabdeh1 ayrılmış ümumi 350 manat məbləğində aylıq kirayə haqqından paylarına uyğun (1/2 hissədə) kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 898/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən mənzilin cavabdehlər Cavabdeh1 və X8 tərəfindən boşaldılaraq sökülməsi üçün İddiaçı QSC-yə təhvil verilməsi, İddiaçı QSC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsi X7 və ½ hissəsi Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin İddiaçı QSC-yə təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədək İddiaçı QSC tərəfindən Cavabdeh1 və X7 hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi, qiymətləndirmə tədqiqatının dəyəri olan 300 manat məbləğində pul cavabdehlər X5 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAAZ22) ödənilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı QSC-yə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və X6 həmin qətnamədən verdiyi apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-898/2024 saylı qətnaməsindən cavabdehlər X8 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 və X6 nümayəndəsi və vəkili Vəkil kasassiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və X6 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdehlər Cavabdeh1 və X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4006/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət edərək, müddətin ötürülməsinin üzürlü hesab edərək, bərpa edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-898/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətini işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-898/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil müddətin bərpası barədə ərizəsi təmin edilmiş, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya instansiyasında baxılan zaman cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında barışığın əldə olunduğunu, mübahisəli mənzilin əvəzində 80 kv.m mənzil və qaraj verilməsi barədə tərəflər arasında notarial müqavilənin bağlandığını qeyd edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və hazırki qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq işə, o cümlədən qeyd edilən ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edib, o cümlədən verilmiş etibarnamə üzrə nümayəndənin belə bir səlahiyyətə malik olduğunu müəyyən edib hesab edir ki, cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil qeyd edilən qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından qəbul olunmalı və bunun nəticəsi olaraq cavabdeh X7 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263- 264-cü, 369-cu, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-898/2024 nömrəli qətnaməsindən cavabdeh X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtinası qəbul edilsin və cavabdeh X7 münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2845/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2845/2025
20.06.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver