Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2854/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4459/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) “sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 Şirkətindən, 17 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olan 4320 manat pulun və dövlət rüsumu olan 30.40 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 17 yanvar 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində idarə etdiyi "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə, iş üzrə üçüncü şəxs X3 idarə etdiyi "Mitsubishi Lancer" markalı **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan vuraraq, ona maddi zərər vermişdir. Həmin avtomobil iş üzrə cavabdeh "Dövlət Sığorta Kommersiya Şirkəti"xxxx"X9 Şirkəti"nə məlumat verilmiş və şirkətin əməkdaşları tərəfindən avtomobillərə baxış keçirilmişdir. Sığorta hadisəsinin üzərindən 1 (bir) ilə yaxın müddət keçməsinə baxmayaraq siğorta şirkəti, iş üzrə üçüncü şəxs X5 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəmir və bundan qərəzli olaraq yayınır. Nəticədə, X5 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan özü tərəfindən ödənilmişdir. İş üzrə cavabdeh "Dövlət Sığorta Kommersiya Şirkəti" ona göndərdiyi, 12 avqust 2020-ci il tarixli, 06-06/1569 nömrəli məktubla sığorta hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Hazırkı tələblə məhkəməyə müraciət etməyinin səbəbi də, "X9 Şirkəti"ndən iş üzrə üçüncü şəxs X5 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanının ödənilməsini məhkəmədən xahiş etməkdir. Məlumat üçün bildirir ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunun 18.1-ci maddəsində qeyd olunur ki, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı X7 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə iddiaçının əsl İddiaçı Əbdülrəhman oğlu ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4459/2021 saylı, 07 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, sığorta ödənişi kimi 3.940 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manatın 27 manatı, cəmi 3.967 manat məbləğində pulun cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq İddiaçı ödənilməsi, iddia digər hissəsində rədd edilməsi və iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manatın 9 manatı İddiaçı, 91 manatı isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi, iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə çıxarılması və iş üzrə məhkəmənin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsi ilə əlaqədar Cəfərov Vüsal Murad oğlunun sığorta ödənişini almaq hüququ olmamışdır. Belə ki, sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişini “MİTSUBİSHİ LANCER SPORT MİNİK” markalı, 99MK285 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11 ala bilərdi. Lakin bu ödəniş ona heç bir əsas olmadan, yalnız avtomobili idarə etməsinə görə ödənilmişdir. Həmçinin qeyd edilməlidir ki, hadisə ilə əlaqədar sığorta ödənişinin ona verilməsinə əsas olsa belə, avtomobilə dəymiş zərərlə bağlı qanunvericiliyin tələbinə zidd olaraq qüsur aktı tərtib olunmuşdur. Digər tərəfdən qanunvericiliyə uyğun olaraq baş vermiş sığorta hadisəsi ilə əlaqədar Şirkətin qiymətləndirmə üzrə mütəxəssisləri tərəfindən qanunvericiliklə müəyyən olunmuş müddət ərzində avtomobilə baxış keçirilmiş və Şirkət tərəfindən tərtib olunmuş 13.02.2020-ci il tarixli qüsur aktına əsasən “MİTSUBİSHİ LANCER SPORT MİNİK” markalı avtomobilə 3200 manat zərər dəydiyi hesablanmışdır. Lakin zərəri aradan qaldıran X6 həmin məbləğlə razılaşmamış, istinad olunan maddəyə zidd olaraq, Şirkətə məlumat vermədən, bilavasitə öz təşəbbüsü ilə ekspertə müraciət etmiş və ekspertin tərtib etdiyi qüsur aktına əsasən sözügedən avtomobilə dəymiş zərərin 4320 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mülki işə baxan zaman qeyd olunan faktları araşdırmamış, iş üzrə avtomobilə dəyən zərərin müəyyənləşdirilməsi üçün məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizanın rəyi ilə kifayətlənmiş və dəymiş zərərə görə sığorta ödənişinin verilməsi qənaətinə gələrək qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X11 izahatında bildirdi ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ildə etibarnamə qaydasında satmışdır. Hazırda həmin avtomobilin harda və kimdə olmasından məlumatsızdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, hazırki işdə faydalanan şəxs tamamilə başqa şəxs Vüsal Cəfərov yox, Zəfər Həsənovdur. Belə ki, Zəfər Həsənov "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Mülkiyyətçi şəxs Z.Həsənov isə sığorta ödənişini almaq üçün müvafiq etibarnamə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclsında iştirak etməmişlər, kollegiya tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan İXP seriyalı, ******* nömrəli, 18.01.2020-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan AD serialı, 657213 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan AD serialı, 133484 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. İş materiallarında olan PDS**********4 saylı, 13.01.2020-ci il tarixli elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, İddiaçı məxsus "Tofaş Şahin" markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən sığortalanmışdır. Əmlaka vurulan zərər görə sığorta məbləği 5000 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 12.08.2020-ci il tarixli, 06-06/1569 nömrəli cavab məktubundan görünür ki, 17.01.2020-ci il tarixində Oğuz şəhərində "Tofaş Şahin" markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin baş vermiş yol nəqliyyat hadisəsi, şirkətin sığorta hadisələri departamentinin qiymətləndirmə şöbəsinin baş mütəxəsisi R.Abbasovun və Oğuz rayon filiallının direktoru S.Seyidovanın iştirakı ilə tərtib edilmiş akta və kənd sakinlərinin söhbətinə əsasən müəyyən edilmişdir ki, yuxarda göstərilən avtomobillər həmin vaxt həmin yerdə toqquşmamışlar. Bu səbəbdən də "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə sığorta ödənişinin verilməsi qeyrimümkün olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.11.2021-ci il tarixli, 9/7118 nömrəli eskpert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “**********” VÖEN-nin 18.01.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3.940 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Qanunun 6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü, 15.1-ci, 16.2-ci və 18.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün ilk öncə "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın onun tərəfindən ödənilməsi təsdiq edilməlidir. Belə ki, iddiaçı tələbində qeyd etmişdir ki, sığorta hadisəsinin üzərindən 1 (bir) ilə yaxın müddət keçməsinə baxmayaraq siğorta şirkəti, iş üzrə üçüncü şəxs X5 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı ödəmir və bundan qərəzli olaraq yayınır. Nəticədə, X5 məxsus "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan özü tərəfindən ödənilmişdir. İş materiallarından görünür ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X8r. Apellyasiya baxışı zamanı "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X11 və cavabdehin apellyasiya şikayətində iddiaçının dəymiş ziyanı Cəfərov Vüsal Murad oğluna ödənilməsini qeyd etdiyindən X11 və Cəfərov Vüsal Murad oğlu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. X11 izahatında bildirmişdir ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ildə etibarnamə qaydasında satmışdır. Hazırda həmin avtomobilin harda və kimdə olmasından məlumatsızdır. Cəfərov Vüsal Murad oğlu isə məhkəmə iclasında iştirak etməmişdir. Göründüyü kimi iddiaçı "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın özü tərəfindən ödənildiyini qeyd etsə də, həmin ödənişin kimə və hansı məbləğdə verməsi barədə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İşin araşdırılan hallarından isə iddiaçının həqiqətən "Mitsubishi Lancer" markalı **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ödəməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmədəyindən, iddiaçı cavabdeh X9 Şirkətindən, 17 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi Lancer" markalı **-MK- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olan 4320 manat pulun və dövlət rüsumu olan 30.40 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları rüsumları ödəmiş tərəflərin özlərinə aid edilməli, həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza təqdiqatının dəyəri iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4459/2021 saylı, 07 dekabr 2021ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı (X10 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh X9 Şirkətindən, 17 yanvar 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Mitsubishi Lancer" markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın əvəzi olan 4320 manat pulun və dövlət rüsumu olan 30.40 manat pulun tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği isə onun özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı aparılmış ekspertiza təqdiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-2854/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2854/2022
25.05.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver