Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2858/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “işdən azad olunma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolunun ləğv olunması, işə bərpa edilmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (məhkəmə) 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə müddət ötürülməklə verildiyi əsas göstərilməklə qeyri-mümkün hesab olunmuşdur. Bundan sonra iddiaçı növbəti dəfə apellyasiya şikayəti verərək eyni zamanda buraxdığı prosessual müddətin bərpasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə müvafiq müddətin bərpa olunması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 MMC-nin nümayəndəsinin verdiyi şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, şikayət MPM-nin normalarının tələblərinə cavab verməməkdədir; MPM-nin 361.1-ci maddəsinə əsasən, şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Beləliklə, şikayət qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 MMC-nə və Cavabdeh1 MMC-nin "xxxx" X2 İttifaqı Komitəsinə qarşı “işdən azad olunma barədə əmrin və Həmkarlar İttifaqı Komitəsinin Protokolunun ləğv olunması, işə bərpa edilmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qərardadından Cavabdeh1 MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və iş, şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-2858/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2858/2023
30.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver