Məhkəmə qərarları › İş №2(103)-2859/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2859/2022

10.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2859/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(006)-5109/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Məhkəmənin eyni saylı, 30 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9931/2021 saylı, 20.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadığından qeyri-mümkün hesab edilmiş və geri qaytarılması üçün mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2(006)- 5109/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5109/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən rayon məhkəməsinin 2(006)-5109/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından şikayət verilmiş və eyni zamanda məhkəməyə şikayətin verilmə müddətinin bərpasına dair ərizə ilə müraciət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, 18.02.2021-ci il tarixli qərardadı ilə 02.08.2021-ci il tarixli qərardaddan iddiaçının şikayət vermə müddətin buraxılmasına dair vəsatəti təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilərək şikayət mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 269-cu maddəsinə əsasən qərardaddan verilən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Əgər şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Mülki işin materiallarından göründüyü kimi 18.02.2021-ci il tarixli qərardadında 02.08.2021-ci il tarixli qərardadından verilmiş şikayətə və “prosessual müddətin bərpası”na dair ərizəyə baxıldığı qeyd edilsə də, qərardadın əsaslandırıcı və nəticə hissəsində yalnız müddətin bərpası barədə ərizəyə münasibət bildirilmiş, şikayətə isə hər hansı münasibət bildirilmədən, MPM-in 269-cu maddəsinin tələblərinə əməl olunmadan şikayət iş materiallarına əlavə edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Halbuki rayon məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən 02.08.2021-ci il tarixli qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından, hazırda verilmiş şikayətə MPM-in 269-cu maddəsinin tələblərinə əsasən yenidən baxmalı və müvafiq münasibət bildirməli olduğu halda, rayon məhkəməsi bunu etməmiş və yalnız prosessual müddətin bərpası barədə ərizəyə baxaraq şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Bu səbəbdən Məhkəmə kollegiyası hesab edir ki, 02.08.2021-ci il tarixli qərardaddan iddiaçı tərəfindən verilən şikayətə Nəsimi Rayon Məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada münasibət bildirilmədiyindən, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalı və şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət olunması üçün Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara a l d ı: Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, 02.08.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar