Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-286/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə İş № 2(103)-286/2023 Açar sözlər:(tikilinin sönülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X8 və X2 ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X1, İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, özüdə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 1/2 payda Cavabdeh3, 1/6 payda Cavabdeh1, 1/6 payda Cavabdeh3, 1/6 payda Cavabdeh2 məxsusdur. 2.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 mülkiyyət hüquqlarından çıxış edərək, ilkin və qarşılıqlı iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 4İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 5.İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən 1/2 pay olmaqla mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Əmlakın 1/2 hissəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq, əmlakın naturada bölgüsü aparılmamışdır. Ona görə də ilk iddiaçı faktiki olaraq həmin əmlaka sahiblik edə bilmir. Çünki cavabdehlər tərəfindən fərdi yaşayış evinin çox hissəsi zəbt edilmişdir. Son zamanlar iddiaçı və ailə üzvləri ilə cavabdehlər arasında tez-tez mübahisələr düşür ki, bu şəraitdə də yaşamaq qeyri-mümkündür. İddiaçı ərazinin zəbt olunması və qanunsuz tikililər ilə əlaqədar olaraq dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Bu faktı təsdiq edən məktubların surəti məhkəməyə təqdim olunmuşdur. Bu səbəbdən iddiaçının əmlakından istifadə etməsi ilə əlaqədar çətinlik yaranmış, o, mülkiyyət hüquqlarını tam həyata keçirə bilmir. Ona görə də iddiaçı fərdi yaşayış evinin və torpağın naturada ayrılması tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunduğundan hesab edir ki, tikilinin bölgüsünün tərəflərin faktiki istifadə etdiyi qaydaya uyğun aparılmasının mümkünlüyü araşdırılmalıdır. Ona görə də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin İddiaçı aid 1/2 hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb iddiaçıya təhvil verilməsinə, qarşılıqlı iddia ərizəsinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Q.Musabəyov küçəsində yerləşən 59 saylı ev onun babası Cavabdeh3 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-cı ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan X4 və İddiaçı öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babası sağlığında vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsindən oğlu İddiaçı torpaq sahəsi ayırmışdır ki, özünə ev tiksin. O zaman ailənin birgə vəsaitləri hesabına həmin sahədə İddiaçı üçün ev tikilmiş, təxminən 40 ildir ki, İddiaçı öz ailəsi ilə birgə həmin, heç bir hüquqmüəyyənedici sənədi olmayan evdə yaşayır. Eyni zamanda, hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli, dörd yaşayış otağından ibarət olan ev onun mərhum atası X3 və ailəsinə verilmişdir. Babasının vəfatından sonra qardaşlar olan hər iki vərəsə öz yaşadıqları tikililəri faktiki olaraq qəbul etmiş və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca, keçən illər ərzində hər bir qardaş öz vəsaitli hesabına öz yaşayış sahəsini yaxşılaşdırmağa çalışmışlar. İddiaçı da öz yaşayış hissəsini artıraraq əlavə otaqlar inşa etdirmişdir. X7 isə atasından qəbul etdiyi dörd otaqlı tikilini özününkü hesab edərək altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Ümumiyyətlə əlavə tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişdirmişdir. Öncə bu prosess qarşılıqlı razılıq əsasında aparılsa da, sonradan qardaşlar arasında fikir ayrılıqları yaranmağa başlamış, ilk dəfə iddiaçı qismində çıxış edən İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində atalarından qalmış torpaq sahəsində iki tikili olmasını, bir tikilidə özü, digər tikilidə isə onların yaşamasını, həyətin ümumi istifadədə olmasını qeyd etmişdir. Ona maneələr yaratdıqlarından kim hansı tikilidə yaşayırsa, həmin tikilinin onun istifadəsində saxlanmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi 2-825 nömrəli, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsi tikililərin heç bir hüquq müəyyənedici sənədlərinin olmaması, özbaşna tikili olması səbəbindən iddianı rədd edir və iş üzrə icraata xitam verir. Mübahisənin həlli uçün qardaşlar yaşadıqları tikililərə hüquq müəyyənedici sənədləri alıb və bununla həyətyanı sahənin bölgüsünə nail olmalı idilər. Göründüyü kimi İddiaçı öz ərizəsində sözü gedən ünvanda faktiki olaraq iki yaşayış tikilinin olmasını və onlara məxsus olan tikilidə yaşamadığını, bir vərəsə kimi o evi nə faktiki qəbul etmədiyini nə də, notariusa vaxtında müraciət etmədiyini təsdiqləyir. Amma buna baxmıyaraq o, xx.xx.2018-ci il ildə onların yaşadıqları evin 1/2 hissəsini öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. İddiaçı 40 il boyunca özünün tikib yaşadığı evlə bərabər mərhum qardaşının övladları üçün inşa etdiyi, əlavə tikililər adı altında sökdürərək babasının 1956-cı ildə tikdirdiyi dörd otağı dağıntılar arasında tapıb və 20 nəfərə yaxın ailə üzvlərini orada yerləşdirməyi düşünür. İş üzrə keçirilən ekspertiza ilə Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə həmin A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bununla da ilk iddiaçının əmlakın naturada bölünməsinə dair ilk iddia tələbinin rədd edilməsi üçün hüquqi əsas yaranmışdır. Ekspert qarşısında qoyulmuş 3, 4 və7-ci suallar üzrə müvafiq mütəxəssis rəyinin təqdim olunmadığına görə bu sualların cavablandırılmadığı qeyd olunsa da hesab edir ki, rəyin 5 və 6-cı suallarına verilən cavab yanakı olaraq 3, 4 və 7-ci sualarına cavabdır. Belə ki, 2000-ci ilə kimi tikilən həmin tikililərdən iddiaçının xəbəri olmuş, həmin tikililər xx.xx.2018-ci ildə verilən çıxarışda qeyd olunan torpaq sahəsinin daxilində, qismən də ondan kənarda yerləşir. İddiaçı əvvəlki iddiası ilə də bağlı ekspert rəy verilməsinin mümkün olmadığını bildirmişdir. Ekspert rəyində 8-ci sualla bağlı İddiaçı inşa etdiyi evin paylı mülkiyyətdə olan torpaq sahəsində yerləşməsini, texniki pasportda olmamasını müəyyən etmişdir. Onun qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinin səbəbi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi olmuşdur. İddiaçı torpaq sahəsində inşa etdiyi tikiliyə hüquqlarını qeydə aldırmadığından onun fərdi yaşayış evinin sökülməsini tələb etmək hüququ vardır. Buna baxmayaraq yaxın qohum olmalarını, eyni həyətdə yaşamaqda davam etmələrini nəzərə alıb hesab edir ki, qarşılıqlı iddia ərizəsi əsaslı olsa belə məhkəmə tərəfindən dəfələrlə onlara təklif olunan barışıq İddiaçı tərəfindən diqqətə alınması məhsuldar və effektiv ola bilər. Əks halda qarşılıqlı iddia ərizəsini müdafiə edir. Ona görə də oda, İddiaçı özbaşına olaraq tikdirdiyi fərdi yaşayış evinin sökülməsi iddiası ilə çıxış edir. Bu səbəbdən İddiaçı onlara qarşı qaldırdığı ilk iddianın rədd olunmasına, qarşılıqlı iddianın təmin olunaraq İddiaçı yaşadığı fərdi yaşayış evinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Səadət Səlimova) ilkin və qarşılıqlı iddiaların təmin edilməməsi, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manat dövlətın nəfinə tutulması və Cavabdeh3 iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 25 manatın dövlət nəfinə tutulması qət olunmuşdur. 8.İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı evə dair 1/2 hissədə İddiaçı, 1/6 hissəsdə Cavabdeh3, 1/6 hissədə Cavabdeh1, 1/6 hissəsdə Cavabdeh2 paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 9.İş matertiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/5110 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə həmin A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. 10.Rəydən daha sonra rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, texniki pasportda qeyd olunan köhnə tikiliyə bitişik əlavə otaqlar inşa olunmuşdur. Faktiki vəziyyətdə texniki pasportda öz əksini tapan 1 və 2 nömrəli tikililərə bitişik (küçə tərəfə) 6,1 x 12,7 m ölçüdə zal otağı, 2 nömrəli otağın sol tərəfində mövcud olan boşluqda 0,85 x 1,5 m, 0,85 x 2,7 m, 0,85 x 1,3 m ölçülərdə hamam tualet otaqları, 6, 7 və 8 nömrəli otaqlara bitişik 2,3 x 6,3 m ölçüdə mətbəx otağı və 1,8 x 6,1 m ölçüdə yataq otağı texniki pasportda öz əksini tapmamışdır. 11.Rəydən daha sonra müəyyən olunur ki, rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən qeyd olunur ki, iddiaçı tərəfindən inşa olunmuş eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Həmin tikili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 2018-ci tarixdə tərtib olunmuş texniki pasportda qeyd olunmamışdır. 12.İş matertiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli eyni məzmunlu məktublarının surətindən müəyyən olunur ki, X5 müraciətinə cavab olaraq qonşusu tərəfindən aparılmış tikinti işlərinə RİH tərəfindən icazə verilmədiyi bildirilmişdir. 13.Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla tərəflərin paylı mülkiyyətlərində olan ünvan 1in ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə A literli fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. 14.Məhkəmə müəyyən etmişdir ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində ilk İddiaçı tərəfindən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, lakin həmin tikiliyə dair hüquqlar qeydə alınmamışdır. 15.Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin tərəflərin paylarına uyğun naturada bölgüsünün aparılması mümkün olmadığından, qeyd olunan daşınmaz əmlaklar tərəflərin paylı mülkiyyətlərində olduğu üçün ilk iddia ərizəsi üzrə cavabdehlərin öz mülkiyyətlərində olan daşınmaz əmlakları zəbt etmələri istisna edildiyindən ilk iddia ərizəsi əsassızdır ona görə də təmin edilə bilməz. 16.Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh3, İddiaçı tərəfindən inşa edilən fərdi yaşayış evinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməsinin səbəbinin ona qarşı ilk iddia tələbinin irəli sürülməsi olmasını etiraf etdiyindən, İddiaçı tərəflərin paylı mülkiyyətlərində olan sahəsi 197,2 kv.m evdə deyil, həmin fərdi yaşayış evində yaşadığından, 10 il əvvəl inşa edilən həmin fərdi yaşayış evinin hazırda Cavabdeh3 maraqlarına toxunmasına dair sübutlar məhkəməyə təqdim etmədiyindən qarşılıqlı iddia ərizəsi də əsassız olduğu üçün təmin edilə bilməz. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 19, 60-cı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.1, 220.2, 220.3, 217, 216, 220.4, 220.6, 238.1, 238.3, 240.1, 240.2, 240.3 və 180.4-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə hesab edir ki, araşdırma zamanı tədqiq olunan sübutlarla mülkiyyətlərində olan Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işlərinin aparıldığına texniki pasportda öz əksini tapan tikililərdə daxili kostruktiv dəyişikliklər olduğuna görə A literli fərdi yaşayış evinin va həmin evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçilərinin paylarına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Hakim qərarında qanunsuz va əlavə tikililərin mövcudluğuna istinad etsə də, ədalətli qərar qəbul etmək üçün əlavə ekspertiza təyin etməyib. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh tərəfindən tikilmiş əlavə tikililər iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdıra bilməz. Beləki, məhkəmə işi tam araşdırmadı və təkrar ekspertiza keçirilməsi barədə vəsatəti təmin etmədi. İddiaçı hesab edir ki, ekspertin rəy verməsinə mane olan hal əlavə tikililər olduğuna görə ekspert qarşısında əlavə tikililər nəzərə alınmadan əmlakın naturada bölgüsünün mümkün olub-olmaması barədə sual qoyulmalı idi. 20.Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. 21.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı (cavabdeh) İddiaçı öz ərizəsində sözü gedən ünvanda faktiki olaraq iki yaşayış tikilinin olmasını və onlara məxsus olan tikilidə yaşamadığını, bir vərəsə kimi o evi nə faktiki, nə də notariusa vaxtında müraciət etmədiyini təsdiqləyir. Amma buna baxmayaraq o, xx.xx.2018-ci ildə onların yaşadıqları evin 1/2 hissəsini öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. İddiaçı 40 il boyunca özünün tikib yaşadığı evlə bərabər mərhum qardaşının övladları üçün inşa etdiyi, əlavə tikililər adı altında sökdürərək babasının 1956-cı ildə tikdirdiyi dörd otağı dağıntılar arasında tapıb və 20 nəfərə yaxın ailə üzvlərini orada yerləşdirməyi düşünür. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 22.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddiaçı tərəfin apellyasiya şikayətini müdafiə edərək, cavabdeh tərəfin apellyasiya şikayətini qəbul etməyərək, ilkin iddia və öz apellyasiya şikayətlərində qeyd olunanlara uyğun məzmunda izahat verərək, əlavə olaraq qeyd etdi ki, ekspertin rəyi ilə razılaşmırlar. İş üzrə yenidən ekspertizanın keçirilməsinə zərurət vardır. Xahiş etdi ki, ilkin iddia təmin edilsin. 24.Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh3 öz apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia və öz apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 25.Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 26.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddənin 1-ci hissəsi və 29-cu maddələrinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 28.Maddə 220.Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 29.Maddə 220.2.Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 30.Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 31.Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 32.Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 33.Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 34.Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 35.Maddə 240.1.Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 36.Maddə 240.2.Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 37.Maddə 240.3.Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. 38.Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 41.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 43.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 44.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. 46.Belə ki, hazırkı iş üzrə iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Koolegiyasının 07 sentyabr 2022-ci il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 47.Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6198 saylı rəyinə əsasən qərardadın birinci saulı üzrə: İddiaçı faktiki istifadəsində olan ünvan 5 ünvanında yerləşən eni 7 metr, uzunluğu 11 metr olan birmərtəbəli fərdi yaşayış evinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. 48.Həmin rəyə əsasən qərardadın ikici sualı üzrə: texniki pasport üzrə yaşayış və yardımçı otaqların sayını (3 yaşayış otağının, 1 hamam otağının və 1 mətbəx otağının olması), mülkiyyətçilərin sayını (4 nəfər), torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, yalnız bir tərəfdən yol ilə əhatə olunduğunu nəzərə alaraq, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində əlavə tikililər nəzərə alınmadan, texniki pasport üzrə mövcud vəziyyətdə evdən və torpaq sahəsindən mülkiyyətçilərin paylarına (1/2, 1/6, 1/6, 1/6) uyğun naturada bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9 bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. 49.Ekspert rəyinə əsasən qərardadın üçüncü sualı üzrə: ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətdə iki təcrid hissəyə bölündüyü, yaradılmış yaşayış və yardımçı tikililərin sayının iki ailənin yaşaması üçün uyğun olduğunu nəzərə alaraq, tikilinin faktiki istifadə vəziyyəti üzrə bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9 bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq tekniki cəhətdən mümkün olmadığı məyyən edilir. 50.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə tikiniti-texniki ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 51.Ekspert rəyindən göründüyü kimi İddiaçı faktiki istifadəsində olan, 7 metr, uzunluğu 11 metr olan birmərtəbəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli çıxarışda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşir. 52.Kollegiya qeyd edir ki, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlili olaraq qeyd etdiyi-miras əmlakda olan əlavə tikililər nəzərə alınmadan texniki pasport üzrə mövcud vəziyyətdə evdən və torpaq sahəsindən mülkiyyətçilərin paylarına uyğun naturada bölgünün aparılması ilə bağlı ekspert qarşısında sual qoyulmuşdur. Ekspert tərəfindən fərdi yaşayış evində əlavə tikililər nəzərə alınmadan, texniki pasport üzrə mövcud vəziyyətdə evdən və torpaq sahəsindən mülkiyyətçilərin paylarına (1/2, 1/6, 1/6, 1/6) uyğun naturada bölünməsinin, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2.,2.4.,2.9 bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Dövlət Tikinti Normaları 2.6-1-nin “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması”nın küçə və yol şəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 53.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkəmə ilkin iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. 54.Həmçinin qarşılıqlı iddianının təmin edilməsi üçün ehtimal olunan əsasın ekspert rəyi ilə öz təsdiqini tapmadığından və cavabdeh tərəfindən həmin fərdi yaşayış evinin hazırda Cavabdeh3 maraqlarına toxunmasına dair başqa sübutlar məhkəməyə təqdim etmədiyindən, kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. 55.Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)- 171/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 56.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 57.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 58.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 59.Apellyasiya şikayətlərinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 60.Apellyasiya mərhələsində keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 25 manatı İddiaçı Məmmədavğa oğlundan, 25 manatı Cavabdeh3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 61.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(001)-171/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya mərhələsində keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh3 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-286/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-286/2023
01.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver