Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2863/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X16 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş hərrac xərclərinin geri tələb olunması) Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “X16 Azərbaycan” QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1058/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı “X16 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı “X16 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək “ödənilmiş hərrac xərclərinin geri tələb olunması” tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1058/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
3. Məhkəmə gəldiyi nəticəni “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 8.2, 61.2, 79.1, 79.2.1, 81.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
4. Qətnamədən iddiaçı “X16 Azərbaycan” QSC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC və "xxxx"QSC arasında xx.xx.2015-ci il tarixli 213/47585 saylı kredit xəttinin açılması barədə müqaviləsinə əsasən Cavabdeh1 MMC-yə (VÖEN **********) xx.xx.2020-ci il müddətinə 700000 (yeddi yüz min) manat məbləğində kredit xəttiaçılmışdır. xx.xx.2015-ci il tarixli 213/47585 № li kredit xəttimüqaviləsinə dair 1 № li xx.xx.2015-ci il tarixli kredit sazişinə əsasən illik 16 faiz olmaq 24 ay müddətinə 670.000 (altı yüz yetmiş min) manat, 2 № li xx.xx.2016-ı il tarixli kredit sazişinə əsasən isə illik 18 faiz olmaqla 24 ay müddətinə 27.800 (iyirmi yeddi min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə "xxxx" QSC ilə Cavabdeh2 arasında 213/47585 saylızaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 39.93 kv.m olan 2 otaqlı mənzil, “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus ünvan 2 ünvanında 156.4 kv.m ümumi, 107.2 kv.m yaşayış, 49.2 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, mərtəbəliliyi 4 olan mənzil. “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan X6 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X4 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsində yerləşən, 193.3.kv.m ümumi, 74.6 kv.myaşayış , 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı bağ evi. “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan X6 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X4 məxsus ünvan 4 ünvanında 0.0645 ha torpaq sahəsində yerləşən, 5 mərtəbəli binada yerləşən, 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzil. “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan X10 arasında xx.xx.2015ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X8 məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 nömrəli ünvanda yerləşən 0.12 ha faktiki torpaq sahəsi, bağ sahələri məqsədli istifadə üçün nəzərdə tutulmuş, bağ sahəsinə. “X16 Azərbaycan” QSC ilə ipoteka qoyan X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 0.0354 ha torpaq sahəsində yerləşən 12 nömrəli, 9 mərtəbəli binada yerləşən 76.54, kv.m ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 43 nömrəli mənzil, "xxxx" QSC ilə ipoteka qoyan X5 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 0.14 h atorpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binada yerləşən 41.37, kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 91 nömrəlimənzil, "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz öhdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC aidiyyəti üzrə məhkəməyə iddia ərizəsiilə müraciət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5027/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada681210.50 (altı yüzsəksən bir min iki yüz on manat 50 qəpik) əsas, 72561.72 (yetmiş iki min beş yüz altmış bir manat 72 qəpik) faiz, 34190.84 (otuz dörd min yüz doxsan manat 84 qəpik) cərimə borcu, 210 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 788203.06 manat (yeddi yüz səksən min iki yüz üç manat 06 qəpik) məbləğində pulun tutularaq “X16 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215000 manat müəyyən edilməklə, DƏDRX-nin MH seriyalı, 0185707№li, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışına əsasən Cavabdeh2 məxsus olan ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 156.4 kv.m, 107.20 kv.m yaşayış, 49.20 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, 12 nömrəli mənzilə, ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilməklə DƏDRX-nin MH seriyalı, ******* №li, xx.xx.2010-cu il qeydiyyat tarixli çıxarışına mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev 47 ünvanında yerləşən, sahəsi 39.93 kv.m olan, 2 otaqlı, 47 nömrəli mənzilə, ilkin satış qiyməti 100000 (yüz min) manat müəyyən edilməklə X4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 ha torpaq sahəsində yerləşən, 193.3 kv.mümumi, 74.6 kv.m yaşayış 118.70 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə.ş ilkin satış qiyməti 60000 manat müəyyən edilməklə X4 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsiev 35 ünvanında ümumi sahəsi 0,0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.m ümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilə, ilkin satış qiyməti 40000 manat müəyyən edilməklə MəmmədovAzər Yusif oğluna məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, ilkin satış qiyməti 105000 manat müəyyən edilməklə Məmmədov ŞahinAğahəsənoğluna məxsus olan ünvan 8 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m, ümumi, 54.01 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ilkin satış qiymətu 70000 manat müəyyən edilməklə X3 məxsus olan Bakışəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsiev 11 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41,37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması qətedilmişdir. Həmin ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci bir ay ərzində həmin daşınmaz əmlaklar boşaldılması qət edilmişdir. Ali Məhkəmənin 2(102)-2412/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi tutmanın X4 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında 0.12 torpaq sahəsində yerləşən 193.3 kv.m ümumi, 74.6 kv.m yaşayış, 118.7 kv.m yardımçı sahəsindən ibarət 4 otaqlı, B-3306 nömrəli bağ evinə, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsiev 35 ünvanında ümumi sahəsi 0.0645 ha torpaq sahəsində yerləşən 50.3 kv.mümumi, 40.2 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 58 saylı mənzilə, X8 məxsus olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3306 ünvanında xüsusi mülkiyyətdə olan 0.12 ha torpaq sahəsinə, X3 məxsus olan, ünvan 8 ünvanında yerləşən, istifadədə olan 0.0354 ha torpaq sahəsində yerləşən, 76.54 kv.m ümumi, 54.01 kv.m sahəsindən ibarət 4 otaqlı, 43 nömrəli mənzilə, ünvan 10 ünvanında istifadədə olan 0.14 ha torpaq sahəsində yerləşən, 41.37 kv.m ümumi, 28.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 91 nömrəli mənzilə yönəldilməsi hissəsində ləğv edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə Qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Yasamal rayon İcra şöbəsinə və Nərimanov rayon İcra şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlaksatılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlaklar Hərracın yekun nəticələri barədə xx.xx.2021-ci il tarixli 59/03 saylı və xx.xx.2022-ci il tarixli 57/22 saylı Hərracın yekun Protokoluna əsasən“X16 Azərbaycan” QSC tərəfindən əldə edilmişdir. “X16 Azərbaycan” QSC tərəfindən xx.xx.2021-ci il tarixli 650 saylı ödəniş tapşırığına əsasən 5807.73 (beş min yeddi manat yetmiş üç qəpik) manat xidmət haqqı, 1045.39 (bir min qırx beş manat otuz doqquz) manat ƏDV 18%, 304 saylı ödəniş tapşırığına əsasən 4171.20 (dörd min yüz yetmiş bir manat iyirmi qəpik) manat sadələşdirilmiş vergi və xx.xx.2022-ci il tarixli 186 saylı ödəniş tapşırığına əsasən 1250.00 (bir min iki yüz əlli) manat xidmət haqqı, xx.xx.2022-ci il tarixli 213 saylı ödəniş tapşırığına əsasən 327.70 (üç yüz iyirmi yeddi manat yetmiş qəpik) manat sadələşdirilmiş vergi, cəmi 12.602.02 (on iki min altı yüz iki manat iki qəpik) manatməbləğində vəsait bank tərəfindən hərractəşkilatlarının bank hesablarına ödənilmişdir. Məhkəmə heç bir hüquqi əsasıolmadan və maddi hüquq normalarını düzgün tətbiq etmədən, hüquqi yanaşmasını əsaslandırmadan hesab etmişdir ki, "xxxx" QSC-nin iddia tələbi ilə bağlı subyektiv hüquqi yoxdur. Eyni zamanda, mübahisə ilə bağlı subyektiv hüququn icra orqanına məxsus olmasını fikrini yanlış olaraq irəli sürmüşdür. Məhkəmə qətnamənin müəyyən etdi hissəndə tərəflərin hüquqi statusu ilə bağlı onu da sahv olaraq qeyd etmişdir ki, “əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyi məhkəmə əsaslı hesab etmir”. Məhkəmə ipoteka qoyanın hüquqi statusu ilə bağlı onu nəzərdən qaçırmışdır ki, ipoteka qoyan Cavabdeh2 həmçinin kreditin təminatı olaraq bankla bağladığı zaminlik müqaviləsinə əsasən eyni zamanda zamin statusunda çıxış edir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472cimaddəsinə əsasən zamin borclu ilə birlikdə kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, mübahisənin tənzimlənməsinə tətbiq edilməli olan normalar birmənalı olaraq təsbit edir ki, ipoteka qoyana qaytarılmalı olan vəsaitin ödənilməsindən daha əvvəlki növbədə ipoteka predmetinin satılması və s. ilə bağlı xərclərin ödənilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə desək, qanunverici həmin xərclərin ödənilməsi vəzifəsini ipoteka qoyanın üzərində saxlamışdır. İpoteka predmetinin satılmasından əldə olunan vəsaitin tələbkarın tələblərini tam ödəmədiyi halda isə ipoteka qoyanın bu vəzifədən azad edilməsini təsbit edən norma yoxdur. Belə olan halda, məhkəmənin konkret qanun normasına istinad etmədən ipoteka qoyanı qeyd edilən xərclərin ödənilməsi vəzifəsindən “azad etməsi”, və əksinə, ipoteka saxlayanı isə bu vəzifə ilə mükəlləfiyyətli etməsi konkret qanunvericinin iradəsinə açıq-aşkar zidd mövqedir. Göründüyü kimi, istinad edilən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi aşkardır.Yuxarıdakı bölmələrdə də qeyd edildiyi kimi, hazırkı mübahisədə ipoteka ilə yüklü edilmiş əmlakların bank tərəfindən hərrac yolu ilə əldə edilməsi ilə bağlı çəkdiyi xərclərin tələb edilməsi mühüm əhəmiyyət kəsb edən məsələdir. Məhkəmə, iddiaçı tərəfindən təqdim edilən ödəniş tapşırıqlarını araşdırmadan, maddi hüquqi normalarını düzgün tətbiq edmədən, şəxsi mülahizəsini əsas tutmuş. Başqa sözlə desək, mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış qalmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “X16 Azərbaycan” QSC-nin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“İcra” haqqında Azərbaycan Respublikası Qanununun:
9. Maddə 8.2 icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
10. Maddə 61.2 ixtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir.
11. Maddə 79.1 icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir.
12. Maddə 79.2.1. borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir.
13. Maddə 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
17. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1058/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. Yxarıda qeyd olunan normalara əsasən, iddiaçı “X16 Azərbaycan” QSC-nin müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi mübahisə ilə bağlı subyektiv hüquq icra orqanına məxsusdur. Lakin, icra orqanı tərəfindən bu hüquq iddia icraatı qaydasında deyil, icra hərəkətlərinin davamı kimi həyata keçirilməlidir.
24. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, ipoteka münasibətləri əsas borca münasibətdə tələbin təmin üsulu kimi çıxış etdiyindən iqtisadi dövriyyənin təmin olunması, bazar iqtisadiyyatı və mülki qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla ipoteka qoyan üzərinə əsas tələb üzrə öhdəlik qoyulması məqsədə müvafiq hesab edilmir. Nəzərə almaq lazımdır ki, ipoteka qoyan ipoteka saxlayan ilə hər hansı öhdəlik münasibətlərinə daxil olmamış, öhdəliyi yalnız ipotekaya qoyduğu mülkiyyəti həddində təşkil edir. Belə ki, Tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə öhdəliklər yalnız kreditor və əsas borclu arasında olur. İpoteka qoyan isə əsas öhdəlik üzrə yalnız ipoteka predmeti həddində mükəlləfiyyətli olur. Bu səbəbdən, əsas borclu ilə birlikdə ipoteka qoyana qarşı iddia irəli sürülməsi mövqeyi məhkəmə əsaslı hesab etmir. Əks halda, hüquq münasibətlərinin subyektləri arasında tələbin təmin edilməsi institutu kimi ipoteka münasibətlərindən çəkindiriciliyə səbəb ola bilər.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı “X16 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1058/2023 nömrəli iş üzrə 07 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.